Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Ey camaat, həqiqətən məndən sonra heç bir peyğəmbər, sizdən sonra heç bir ümmət olmayacaq. Agah olun və öz Allahınıza ibadət edin, beş vaxtda namaz qılıb Ramazan ayının orucunu tutun, Rəbbinizin beytinin həccinə gedin, mal-dövlətinizin zəkatını səmimi qəlbdən verin və öz vəliyyi-əmrlərinizə (imamlarınıza) itaət edin ki, Pərvərdigarınızın cənnətinə daxil olasınız.
Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: “Namazını yüngül sayanlar məndən deyil. Allaha and olsun ki, belə bir şəxs mənim yanıma (Kovsər hovuzuna) gələ bilməz. (Yə`ni belə şəxs ümmətin yaxşı adamlarının Peyğəmbərin mərhəmət və lütfünə şamil olduqları yerə daxil olmaz və həzrətin ümmətindən sayılmaz)”
Mən layəhzuruhul-fəqih. c.1,s.206.
Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: “Vacib namaz Allah yanında yaxşı qəbul olunmuş min həcc və min ümrəyə bərabərdir.”
Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Öz namazlarınızı (onun düzgün oxunmasına əhəmiyyət verməməklə) heç etməyin. Həqiqətən hər kəs namazın vaxtına və düzgün olması məsələlərinə riayət etməsə, Qarun və Haman ilə birlikdə məhşərə daxil olacaqdır və Allaha vacibdir ki, onu münafiqlərlə birlikdə Cəhənnəm oduna daxil etsin.
Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: “Namazda elə halda ol ki, sanki ömrünün axırıncı namazını qılırsan (namazı son dərəcə hüzuri-qəlblə qıl, e`dam hökmü verilmiş şəxsin e`damdan qabaq qıldığı son namazı kimi)”.
Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: İnsanları Cənnətə daxil edən şeylərin ən mühümü Allah qarşısında təqvalı olub gözəl əxlaqa malik olmaqdır.
Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Hər vaxt hər hansı bir işə başlamaq istəsən (əvvəlcə) onun axır-aqibəti barəsində fikirləş. Əgər onun sonu xeyir və inkişaf olarsa ardınca düş, amma fasid bir əməl olarsa ondan uzaq ol.
Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Öz tayfa və qəbiləndəki əməlisaleh, möhtərəm bir şəxs qarşısında həya etdiyin kimi, Allah qarşısında da həya et.
Həzrət Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Həqiqətən bütün insanlar Adəm əleyhissalamın dövründən bu günkü günümüzə qədər darağın dişləri kimi bir-biri ilə bərabərdirlər. Ərəbin əcəmdən, ağ dərilinin qara rənglidən heç bir üstünlüyü yoxdur (yə`ni zahiri əlamətlər üstünlüyə səbəb olmaz). Üstünlük yalnız təqva ilədir.
Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Ümmətimin arasında Əhli-beytimin məsəli Nuhun gəmisinin məsəli kimidir. Hər kəs o gəmiyə minsə nicat tapar və hər kəs ondan üz döndərsə həlak olar.
Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Əli ibni Əbi Talibi yad etməklə məclislərinizi zinətləndirin.
Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Öz övladlarınızı üç şeylə tərbiyə edin: Peyğəmbərinizə məhəbbətlə, onun Əhli-beytinə sevgi-istəklə və Qur`an oxumaqla.
Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: (Həqiqi) mö`mini sizə tanıtdırımmı? Mö`min o kəsdir ki, sair mö`minlər onu öz mallarına və canlarına əmanətdar bilsinlər. Müsəlmanın kim olduğunu deyimmi? Müsəlman o şəxsdir ki, bütün müsəlmanlar onun dilindən, əlindən amanda qalsınlar. Mühacir o şəxsdir ki, pisliklərdən əl çəkib Allahın haram buyurduğunu tərk etsin. Mö`min şəxsə haramdır ki, başqa mö`minə zülm etsin, ya onu xar etsin, yaxud arxasınca qeybət etsin və yaxud da onu öz yanından qovsun.
Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Xəta və günahın kiçikliyinə deyil, kimin qarşısında günah etdiyinə bax!
Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Alimlər və elm öyrənənlər savabda şərikdirlər, sair camaat isə xeyir və səadətdən məhrumdurlar.
əsuli-əkrəm (s.ə.v.v.) buyurur: Hər kəs mə`lumatı olmadığı şeylərdə xalqa fikir söyləyib, fətva versə dində edəcəyi xidmətdən daha çox zərbə vurmuş olar.
Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Elm Allahın yer üzündə qoyduğu əmanət, alimlər isə Allah elminin əmanətdarlarıdır. Hər kəs öz elminə əməl etsə, həqiqətdə əmanəti layiqincə sahibinə qaytarmışdır.
Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Dünya və axirət xeyri elm ilə yanaşıdır.
Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Elm öyrənən şəxs gündüzləri oruc tutan, gecələri isə səhərə kimi ibadətlə keçirən şəxs kimidir. İnsanın öyrəndiyi bir elm toplusu Əbu Qubeys dağı qədər qızılı, malı olub onu Allah yolunda ehsan etməsindən daha fəzilətlidir.
Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Elmin fəziləti Allah yanında ibadətin fəzilətindən daha əzizdir.
Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Hər kəsdən bildiyi bir elm barəsində soruşsalar və o da öz elmini gizlətsə, ağzına oddan bir cilov vurular. (…yə`ni elmsizlik ucbatından sərgərdan qalan və vəzifəsinin nə olduğunu bilməyən cahil şəxslərə yol göstərməyə və onların həyatını səadətə çatdırmağa qadir olduğu halda sükut edən elmli bir şəxs böyük bir günaha mürtəkib olmuşdur.)
Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Qur`ani-kərim bir ilahi ədəb məktəbidir. Bacardığınız qədər onun ədəb qaydalarını öyrənin.
Səhifələr: 1 2
Assalamualeykum vərəhmətullahi və bərəəktü.Allah razı olsun sizlərdən.
Mənə cavab gəlmir mən sizdən yazışmaq istəyərdim sizə bəzi suallarım var mümkünsə yazışaq
Mumkwnsə saytınızı birdə yazın Allah razı olsun
Salam.Mərhəmətli və rəhimli ALLAHIN adıyla. Niyam bəy,sizinlə yazışmaq mənə cox xoş olar.ancaq iki məktub yazmışam cavab gəlməyib bəlkədə gedib catmayıb xahiş edirəm məktub catan kimi mənə bir cavab verin mənim sizə bir neçə sualım var.
Salam aleykum. Saytınızı çox bəyənir, müsəlmanlar üçün çox lazımlı olduğunu düşünürəm. Bu sayta göre Allah sizlerden razı olsun.
Salamu aleykum! Hedisleriniz cox gozeldir, ancaq cox az hedis var saytinizda! Yenede ALLAH sizden razi olsun!
Salam aleykum!