PEYĞƏMBƏR MƏDİNƏDƏ
Peyğəmbər (s)-ın rəbiul-əvvəl ayının hansı günündə Məkkədən çıxaraq neçə gündən sonra Mədinəyə çatması haqda tarixçilər arasında fikir ayrılığı vardır. İbni Hişam onun getdiyi yol haqda yazır: Rəbiul-əvvəl ayının 12-də bazar ertəsi günü, o Həzrət günorta vaxtı Qubaya çatır. İbni Kəlbi isə onun rəbiul-əvvəl ayının biri Məkkədən hərəkət edib həmin ayın 12-də cümə günü Qubaya çatdığını qeyd edir. Ancaq bə’ziləri rəbiul-əvvəl ayının 8-də oraya yetişdiyini qeyd etmişlər. Son dövrün islam və avropa tarixçiləri yazırlar ki, onun bu səfəri 9 gün çəkmiş, peyğəmbərliyin 14-cü ili rəbiul-əvvəl ayının 12-i (622-ci il 4 Sentyabr) Mədinə yaxınlığındakı əraziyə – Qubaya çatmışdır. Sonradan Ömərin xilafəti dövrünə aid olan mövzuda qeyd edəcəyik ki, Peyğəmbərin (s) Məkkədən Mədinəyə hicrəti müsəlmanların tarixinin ilk başlanğıcı tə’yin edilmişdir. Ancaq ilin əvvəlini, qəməri tarixinin ilk ayı olan Məhərrəm ayı ilə başlamışlar. Peyğəmbər (s) Qubada olduğu vaxt ərzində bir məscid tikmişdir ki, bu günümüzə qədər Quba məscidi olaraq məşhurdur. Görəsən bu həmin məsciddirmi ki, Qur’an onun barəsində belə deyir:
İlk gündən binası təqva (Allahdan qorxub pis əməllərdən çəkinmək) üzərində qurulmuş məscid namaz qılınmağa daha layiqdir. Orada paklanmağı sevən insanlar vardır. Allah pak olanları (özlərini cismən təmizləyənləri, mə’nəvi qüsurlardan, çirkinliklərdən qorunmağa çalışanları) sevər! (Tövbə 108)
Şeyx Tusinin dediyinə görə bu barədə iki nəzəriyyə vardır. İbni Abbas, Həsən və Ətiyyənin dediyinə görə bu ayə Quba məscidi barəsindədir. İbni Ömər və ibni Musəyyibin fikrincə o Mədinə məscididir. Ömər ibni Şəbəhin fikrincə binası təqva üzərində qurulan Peyğəmbər (s)-ın məscididir, təqva və razılıq binası üzərində qurulan isə Quba məscididir.
Təbəri öz təfsirində hər iki nəzəriyyəni nəql etmişdir. O, Səhl və Sə’ddən hədis nəql edərək yazır ki, Peyğəmbər (s) dövründə iki nəfər bu məsələ barəsində mübahisə edərək onun yanına gedirlər. O isə buyurur: Bu mənim məscidimdir (yə’ni Peyğəmbər (s) məscidi). Deyilənə görə ayə Mədinə məscidinə aiddir, çünki Peyğəmbərin (s) o qədər vaxtı yox idi ki, Qubada olduğu müddətdə məscid tiksin. Sonrakı illərdə tayfalar arasında baş qaldırmış rəqabətə əsasən bu ərazidə yaşayan bəni Əmr ibni Ouf tayfası öz məscidlərini islam dünyasının ilk məscidi kimi qələmə vermişlər.
Əli (ə) Peyğəmbər (s)-ın hicrətindən sonra yalnız üç gün Məkkədə qaldı. Xalqın Peyğəmbər (s)-a tapşırdıqları əmanətləri öz sahiblərinə qaytararaq sonradan Peyğəmbərin yaxın ailə üzvləri ilə birlikdə (Fatimə (s)-da onlarla birlikdə idi) Mədinəyə yollandı. Qubada Kulsum ibni Hədəmin evində Peyğəmbərə (s) qoşuldu.
Peyğəmbər (s) cümə günü bəni Nəccardan olan bir dəstə adamla Mədinəyə yollandı. İlk cümə namazını isə bəni Salim ibni Oufla birlikdə qıldı. Şəhərə daxil olduqda hər qəbilə və hər ailə başçıları Peyğəmbəri (s) öz evlərinə aparmaq şərəfinə nail olmaq istəyirdilər. Məhəmməd (s) dedi: Mənim dəvəm harada yerə əyləşsə orada yaşayacağam. Deyilənlərə görə onu evlərinə də’vət edənlərə cavab verdi ki, mənim dəvəm özü bilir harada əyləşmək lazımdır. Bu hadisə Məkkədə qara daşın yerinə qoyulmasında edilən hakimliyə bənzəyirdi. Orada böyük qan tökülməsinin qarşısını aldı, burada isə birinin onu qonaq qəbul edib üstün olmasının, başqalarının isə bu şərəfdən məhrum olub təəssüflənərək başıaşığı olmasının qarşısını aldı. Dəvə bəni Malik ibni Nəccar əhalisinin evləri qarşısında yerə əyləşdi. (Sonralar elə orada bu günkü məscid olan Peyğəmbər məscidini tikdilər). O ərazi iki yetim uşağa məxsus idi ki, orada xurma qurudardılar. Peyğəmbər (s) o ərazini o iki uşağa qəyyumluq edən Məa’z ibni Ə’rafdan satın aldı. Elə oradaca bir məscid tikdi. Əbu Əyyub Ənsari Peyğəmbər (s)-ın ləvazimatlarını evinə apardı. Peyğəmbərə (s) otaq tikənə qədər Əbu Əyyubun yanında qaldı. Məhəmməd (s) məscidin tikilişində müsəlmanlarla birlikdə işləyirdi. Məscidin bir tərəfində eyvan da tikdilər ki, onun ehtiyac içində olan dostları orada yaşasınlar. Burada yaşayanlar islamda “eyvan səhabələri” ləqəbi ilə məhşurlaşdılar. Onlar Peyğəmbərin seçilmiş səhabələri idilər.
Səhifələr: 1 2 3 4 5 6 7 8 9 10
D3GEt0 mvxovslijsxf, [url=http://vctdoqsooefw.com/]vctdoqsooefw[/url], [link=http://rjnbyyhnufvd.com/]rjnbyyhnufvd[/link], http://adznappjhbcw.com/