Dünya risalət dövründə
Biz, böyük İslam Peyğəmbəri, yaranmışların əşrəfi - Həzrət Muhəmmədin (s) mübarək mövludu günlərini yaşayırıq. Məkanından, millətindən, irqindən, savadından asılı olmayaraq, Rəsulullahın (s) mübarək mövludu bütün müsəlmanlar üçün ən böyük bayramdır.
Lakin, bəşəriyyət tərəfindən yaşanan dərin vücudi böhran, insanların robotlaşması prosesi, yaranan vücudi problemlərdən düzgün çıxış yolları tapa bilməməsi bu əziz bayramdan tam bəhrələnməyə imkan [...]
Külək ağına-bozuna baxmadan amansızcasına vıyıldıya-vıyıldıya əsirdi.Toz-torpaq qapı-bacaları it gününə salmışdı. Göz gözü görmür, qulaq deyənləri eşitmirdi. Aləm bir-birinə dəymişdi. Heç kim hara getdiyini bilmirdi. Qapılar səhv salınırdı. Yuvasından çıxmış kərtənkələlər başlarını itirmişdılər. Hər addımda bitən dəvətikanları yalın ayaqları qana boyatmışdı. Ara-sıra görünən çalaların iylənmiş suları yolçuların ətəklərinə, üzlərinə səpələnirdi. Qəbilə savaşları qəddar küləklə çiyin-çiyinə addımlayırdı. [...]
Dinin günəşi dünyada imanım Əfəndi,
Alimlər ümidi, məhi-tabanım Əfəndi.
Könlüm, gözümün nuri vücudimdə həyatım.
Hər dəm damarımda yeriyən qanım Əfəndi.
Cənnət çəmənində salınan huri-nəimin
Gül rayihəli sərvi xuramanım Əfəndi.
Gülnarimü narim, çiçəyim, meyvəli bağım,
Laləm, səmənim, sünbülü reyhanım Əfəndi.
Bağım, irəmim, rövzə ilə huri-cinanim,
Bülbüllər üçün tazə gülüstanım Əfəndi.
Kanım, gühərim, mədəni yaquti-rəvanim,
Qiymətli olan ləli-bədəxşanım Əfəndi.
Eşqində Nəsimi çün qılır canını qurban.
Qurbanına qurban olayım, canım Əfəndi.