Ədəbiyyat

Küləkdən sonra

images2.jpgKülək ağına-bozuna baxmadan amansızcasına vıyıldıya-vıyıldıya əsirdi.Toz-torpaq qapı-bacaları it gününə salmışdı. Göz gözü görmür, qulaq deyənləri eşitmirdi. Aləm bir-birinə dəymişdi. Heç kim hara getdiyini bilmirdi. Qapılar səhv salınırdı. Yuvasından çıxmış kərtənkələlər başlarını itirmişdılər. Hər addımda bitən dəvətikanları yalın ayaqları qana boyatmışdı. Ara-sıra görünən çalaların iylənmiş suları yolçuların ətəklərinə, üzlərinə səpələnirdi. Qəbilə savaşları qəddar küləklə çiyin-çiyinə addımlayırdı. Fürsət tapıb evə girə bilən kişilər arvadlarını qappaz altına salırdı. Sanki bu fəlakətlərin təqsirkarı onlardı. Yaranmış vəziyyətlə bərabər evlərin divarlarından qalxan nəcis qoxuları amansızlığında geri qalmırdı.

Təbiətin qəzəbindən amanda qlmaq üçün qoluzorlular boyunlardan ölü sümükləri asmışdı. Heyvanların quyruqları yandırılıb, qışqırıqları ərşə qaldırılırdı – bəlkə külək qorxdu, səngidi deyə. Heç nə küləyin vecinə deyildi. Əsdikcə əsirdi. Diri-diri torpağa basdırılmış qızcığazların qəbirlərinin üstünü tör-töküntülərdən silib, süpürürdü. Ətraf mühit cəhənnəm timsalı idi. Xurmalar ağacdan yerə tökülmüşdü. Onlara gözü sataşanların içərisində – bunlar əsl şərab tutulmalı ətli xurmalardır- deyə düşünən insanlar da tapılırdı…
Göy nərə çəkib guruldadı. Şimşək Qəzəblənib, çaxdı. Yağış yağmağa başladı. Su hər tərəfi yudu, təmizlədi. Qoxular çəkildi. Qap-qara qaralmış buludlar hərəkətə gəldi. Ağartı göründü. Şərq tərəfdə ulduz parıldadı. Min iztirabdan sonra günəş doğdu. Otlar göyərməyə başladı. Tumurcuqlar qönçə oldu. Qönçələr çiçək açdı.Boyu uca, təvazökarlıqdan yanaqları qızaran qərənfillər güllərin şəhzadəsi oldu. Kişilər xanımlara gül dərdi. Günəş qadınların çəhrəsində şəfəqlərini əks etdirdi. Balaca qızlar qardaşları ilə əl ələ verib gül-çiçəklərin arasında oynadı.Cəhalət qayalıqlara sürgün edildi. Qəlm müqəddəsləşdi, canına and içildi.Şəhərlər, ölkələr əl ələ vedilər, birləşdilər, doğmalaşdılar. Müəzzinin xoş sədası könülləri oxşadı, evlərə qonaq getdi.Üzünə qapı açdılar, səmimi qarşıladılar. Haqq səfirləri mənzilbəmənzil yol getdilər. Qarşılarına çıxanlara çoxlu hədiyyə verdilər, üzlərindən öpdülər, başlarına sığal çəkdilər.Nur fatehləri qaranlıqları fəth edib, işıqlandırdılar. Haqq müqəddəs gəcavədə yerə endi. Batil siyrilib, ardan çıxdı…

Niyam Aqil

Müzakirələr

“Küləkdən sonra” yazısı üçün şərh yaz

Şərh yazın

Ən son şərhlər