Xəbərlər

Hz.Məhəmmədin (s.ə.s) evi dağıdılır

peygemberin_evi11.jpg Allahın Rəsulunun anası Əminənin məzarını 1998-ci ildə tapmışdıq. Lakin Səudiyyə Ərəbistanının kral ailəsinin üzvü şeyx Əhməd bin Feysəlin birbaşa əmri ilə o müqəddəs məzar buldozerlə dağıdıldı, yerinə benzin töküldü. Və dövlət məmurlarından, özlərinə “mömin” deyən müsəlmanlardan kimsə irəli çıxıb bu vəhşi hərəkəti dayandırmağa çalışmadı.

Dünya İslam Şurasının dünən yaydığı hesabatda da tükürpədən faktlar yer alıb.

“Bu gün Məkkədə 1400 il yaşı olan cəmi 18 tikili qalıb. Onların da hamısını dağıdılma təhlükəsi gözləyir. Səudiyyə Ərəbistanı rəhbərliyinin göstərişi ilə dağıdılan, bütün müsəlmanlar üçün çox önəmli və hətta müqəddəs olan məkanlarsa bunlardır:

1. Hz.Məhəmmədin doğulduğu ev: dağıdılmasına 4 gün qalıb. Yerində hotel və avtomobil dayanacağı tikiləcək;

2. Peyğəmbərin ilk xanımı Hz.Xədicənin (s.ə.) Xədicənin evi: dağıdılıb və yerində abdəstxana (!) tikilib;

3. Peyğəmbərin ən yaxın dostu Hz.Əbubəkirin (s.ə.) evi: dağıdılıb və yerində “Hilton” hoteli tikilib.

4. “Əbu Qübeys” məscidi: uçurulub, yerində Səudiyyə Ərəbistanı kralının çoxsaylı saraylarından biri var”.

 

Özlərini “İslamın keşikçiləri, Məkkə və Mədinənin mühafizləri” adlandıran Səudiyyə Ərəbistanı şeyzləri Hz.Xədicənin (s.ə) evini alt-üst ediblər. Hz.Əbubəkirin evini isə ABŞ-ın “Hilton” hotellər şəbəksinə satıblar. İndi də Hz.Məhəmmədin (s.ə.s) evini dağılmaq təhlükəsi gözləyir

Əfqanıstanda bir ara hakimiyyətdə olan “Taliban” reжØimi 6 iləvvəl Budda abidələrini dağıtmağa başlamışdı. Bütün dünya hiddətlənmiş, ayağa qalxmışdı. Lakin taliblər Cəlalabad, Herat, Qəndəhar, Qəzni və Bamianda yerləşən, hər birinin ən azı 2 min il yaşı olan Budda heykəllərini top və tank atəşləriylə darmadağın etmiş, Bamiandakı 53 metr hündürlükdəki nəhəng abidələri isə partladaraq məhv etmişdilər.

ABŞ da BMT və UNESCO-nun “bəşəriyyətin tarixi-mədəni mirası” elan etdiyi həmin heykəllərin dağıdılmasından Əfqanıstana hücuma qismən haqq qazandıran olay təki istifadə etmişdi.

Osmanlı sultanlığı dönəmində Məkkədə tikilmiş 350 illik Əcyad qalası Türkiyənin təpkisinə və UNESCO-nun xəbərdarlıqlarına rəğmən Səudiyyə Ərəbistanı rəhbərliyinin göstərişiylə yerlə bir edildi. Qalanın yerində minlərlə otaqları olan nəhəng hotellər və ticarət mərkəzləri inşa olundu.

ABŞ İraqı işğal edəndə isə Bağdaddakı Babil mədəniyyətinin qalıqları, möhtəşəm muzeylər quldurcasına qarət olunmuşdu.

Bunlar anlaşılandır.

Bəs İslamın mədəni-tarixi irsi müsəlmanlar, özü də “mömin, Məkkə və Mədinənin mühafizləri, İslamın keşikçiləri” sayılan ərəb şeyxləri tərəfindən yağmalanırsa, onda nə olsun?

Bütün müsəlmanların qutsal yeri olan Məkkəni ikinci Dubaya döndərmək istəyənlər heç bir vasitədən çəkinmir, hər yola əl atırlar.

İş o yerə çatıb ki, Kəbədən cəmi 200 metr aralıda göydələnlər inşa edilib.

Səudiyyə Ərəbistanının Maliyyə Nazirliyinin dünən yaydığbı məlumata görə, rəsmi Ər-Riyad bütün dünya müsəlmanları üçün müqəddəs olan Məkkə və Mədinənin “qorunması” üçün ildə 19 milyard dollar xərcləyirmiş.

Lakin həmin paraların nəyə və hansı məqsədlərə xərcləndiyi bəlli deyil: çünki İslamın peyğəmbəri Hz.Məhəmmədin (s.ə.s) evinin yerləşdiyi ərazi belə satılıb və həmin evin yaxınlarda dağıdılacağı gözlənilir.

“İslami İrs Fondu”nun (İslamic Heritage Faundation) rəhbəri İrfan Ələvi nə edəcəyini bilmir: “Allahın Rəsulunun anası Əminənin məzarını 1998-ci ildə tapmışdıq. Lakin Səudiyyə Ərəbistanının kral ailəsinin üzvü şeyx Əhməd bin Feysəlin birbaşa əmri ilə o müqəddəs məzar buldozerlə dağıdıldı, yerinə benzin töküldü. Və dövlət məmurlarından, özlərinə “mömin” deyən müsəlmanlardan kimsə irəli çıxıb bu vəhşi hərəkəti dayandırmağa çalışmadı”.

Dünya İslam Şurasının dünən yaydığı hesabatda da tükürpədən faktlar yer alıb.

“Bu gün Məkkədə 1400 il yaşı olan cəmi 18 tikili qalıb. Onların da hamısını dağıdılma təhlükəsi gözləyir. Səudiyyə Ərəbistanı rəhbərliyinin göstərişi ilə dağıdılan, bütün müsəlmanlar üçün çox önəmli və hətta müqəddəs olan məkanlarsa bunlardır:

1. Hz.Məhəmmədin doğulduğu ev: dağıdılmasına 4 gün qalıb. Yerində hotel və avtomobil dayanacağı tikiləcək;

2. Peyğəmbərin ilk xanımı Hz.Xədicənin (s.ə.) Xədicənin evi: dağıdılıb və yerində abdəstxana (!) tikilib;

3. Peyğəmbərin ən yaxın dostu Hz.Əbubəkirin (s.ə.) evi: dağıdılıb və yerində “Hilton” hoteli tikilib.

4. “Əbu Qübeys” məscidi: uçurulub, yerində Səudiyyə Ərəbistanı kralının çoxsaylı saraylarından biri var”.

Həyatını Hicaz bölgəsində tarixi araşdırmalara həsr edən, dünyaca nüfuzlu arxeoloq-etnoqraf Sami Ənqavi də çox bədbindir. O, “Əl Cəzirə” telekanalının reportyoru ilə söhbətində deyib: “Məkkə ilə vidalaşmaq zamanına az qalıb. Bu gün Məkkə və Mədinə son günlərini yaşayır. Səudiyyə Ərəbistanını idarə edən kral ailəsinin müsəlman olmalarına şübhə edirəm. Yoxsa özünü müsəlman sayan dövlət başçısı Kəbənin hotellərlə “mühasirə”yə alınmasına, müqəddəs məkanın yanında “The Zam Zam Tower”, yəni “Zəm-Zəm Qülləsi” adlı göydələnin tikilməsinə izn verməzdi.

S.Ənqavinin dediyinə görə, səudi şeyxləri Hz.Peyğəmbərə Qurani-Kərimin ilk ayəsinin nazil olduğu Hira dağındakı mağaranı da dağıtmaq istəyirlər.

“Onlardan biri mənimlə söhbətində “peyğəmbərimiz bizə du bağa çıxmağı, orada ibadət etməyi, qayalara toxunmağa icazə verməyib: belədirsə, nə üçün Hiradakı mağaranı saxlamalıyıq” dedi. Dəhşətə gəldim”, - S.Ənqavi bildirib.

Hz.Məhəmmədin (s.ə.s) zövcəsi Hz.Xədicənin (s.ə) yeksan edilmiş məzarının yerləşdiyi məkanı ziyarət etməyə gələn müsəlmanlar da döyülür, qovulur: Səudiyyə Ərəbistanının polisi dünyanın dörd yanından gələn möminlərə hazırda ticarət mərkəzinin inşa olunduğu yerə yaxınlaşmağa icazə vermir.

Hz.Məhəmmədin (s.ə.s) nəvələrindən biri Əl Yreydin məzarı olan məscid də partladılıb.

Misirin “Əl Əhram” qəzetinin dünənki sayında yer alan xəbərdə deyilir: “Məscid partladılandan sonra onun xarabalıqlarını qoruyan polislər sanki bayram edirdilər: onların üz-gözlərindən sevinc yağırdı…”

 

Mənbə: sd.com.az

Müzakirələr

“Hz.Məhəmmədin (s.ə.s) evi dağıdılır” yazısı üçün 7 şərh var

  1. Salam. Dehsetdir.Bu dunya bu cur haqsizliga nece dozur.. HEr kese haqsizliq olur.Qul haqqi tapdalanir. Amma Peygember(s.a.s) de yox ki.. Buna bir dur deyen olacaqmi??

    Göndərən Emay | May 18, 2007, 11:12
  2. Bele fikirleshirem ki, onlar duz edirler..chunki avam cammat Allahi qoyub muqeddes yerlere sitayish edirler

    Göndərən Vinni Pux | Avqust 1, 2007, 13:25
  3. Men raziyam ki qebirler itmelidir amma bazir bu qebirler kimlerindir. Ikincisideki eger onlar qebirlerle yanasi Mescidleride dagidirlarsa onada menim onlarin imanina subhem dogur

    Göndərən Aqsin33 | Yanvar 1, 2008, 13:45
  4. Allah seud ailesine,ebdülvehhaba,ibn teymiyyeye ve onlarin terftarlarina lehnet etsin.Amin

    Göndərən Fariz | Mart 19, 2008, 23:43
  5. ayinin fikri bundan artiq olmaz ki……allah peygemberin evini dagitmag isteyene lehnet elesin

    Göndərən nari | May 25, 2008, 21:38
  6. Salam. Haqq olan Allah bu cür adamlara möhlət verir ki, onlar dahada çox günah etsinlər və cəzaları dahada ağır olsun. Allah müşrikə, fasikə, mürtədə ləhnət eləsin. Amin! Allah əsil haqq yolunda olan mömün insanlara kömək olsun. Amin!

    Göndərən Hacıxanım | Avqust 6, 2008, 12:27
  7. Allah onları hakimiyyətə gətirən və islam ümmüətinə parçalanma salan ingilslərə lənət eləsin. Burnunun ucundan başqa heç bir yeri görə bilməyən vəhhabilərə də haqqı görsətsin. Bu bədbəxtlər deyəsən Kəbə evini də sökəcəklər. O şəxsiyyətsizləri bu qədər qudurdan müsəlmanlar arasında vəhdətin olmamasıdır. İslam ümmətinin vəhdəti üçün salavat! Əllahummə səlli əla Muhəmməd və ali Muhəmməd!

    Göndərən Aqa | Noyabr 14, 2008, 15:56

Şərh yazın