Azanın səsgücləndirici vasitəsilə verilməsinə qoyulan qadağa ləğv edilir. Bu barədə «Turan»a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) başçısı Allahşükür Paşazadə məlumat verib. Onun sözlərinə görə, müvafiq qərar onun dövlət başçısı ilə mayın 29-da keçirdiyi görüşdən sonra qəbul edilib. Şeyx qərarın dəyişməsi səbəbini açıqlamayıb.
Azərbaycanda görünməmiş və gözlənilməz bir hadisə baş verib. Artıq bundan sonra məscidlərdən azan səsləri eşidilməyəcək. Öncə bu imansız hadisənin rəsmi təqdimatına nəzər salaq: “Bundan sonra Bakı məscidlərində azanlar canlı səsləndiriləcək”. Bu barədə APA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Hacı Akif Ağayev məlumat verib. Onun sözlərinə görə, paytaxt sakinləri dövlət qurumlarına müraciət edərək, [...]