Peyğəmbər(s) buyurur: “İnsanların ən güclüsü olmaq istəyən Allaha təvəkkül etməlidir.” Biharül-ənvar: Beyrut nəşri: c-71 / s-151. Müstədrəkül-vəsail: c-2 / s-288.
Həzrət Peyğəmbər(s) buyurur: Qur’an oxuyun, ona əməl edin. Onun haqda boş-boş danışmayın və onu gəlir mənbəyinə çevirməyin. (Mizan-hədis-2103)
Həzrət peyğəmbər(s) buyurur: Xalq arasında ən çox ibadət edən Allahın buyurduğu vacib əməlləri yerinə yetirən şəxsdir. (Camiul-əhadis – s171 )
Peyğəmbər(s)-dan buyurur: “Sizlərdən Allahı ən yaxşı tanıyan, özünü ən yaxşı tanıyandır”.Əlcəvahirüs-sünniyyə (hindistan çapı 1302-ci il) səh.94
Həzrət Peyğəmbər(s) buyurur: İnsana ən çox lazım olan azuqə təqvadır. (Biharül-ənvar – c77 – s114)
Peyğəmbər(s) buyurdu: “İnsanların ən təqvalısı olmaq istəyirsənsə, Allahın vacibi əməllərini yerinə yetir.” Üsul-Kafi: c-2 / s-82.
Həzrət Peyğəmbər(s) buyurur: “Allahı tamam qəlbinizlə sevin.” (Mizan-hədis-3086)
. Peyğəmbər(s)-dan belə nəql olunur: “Üzünə xeyir qapıları açılan şəxs gərək onun qədrini bilsin. Çünki bu qapıların onun üzünə nə vaxt bağlanacağını bilmir.” ƏlMüstədrəkül-vəsail: c.2 / s.350.
Həzrət peyğəmbər(s) buyurur: İnsanların ən pisi axirətini dünyasına satandır. axirətini başqasının dünyasına satandır.(Biharül-ənvar – c77 –,Bundan da pisi s46)
Həzrət Peyğəmbər(s) buyurur: Özünüzün yemədiyiniz şeyləri kasıblara da yedirtməyin. (Kənzül-ümmal-c6 – s399)
Həzrət peyğəmbər(s) buyurur: Həya və iman bir-birinə o qədər yaxındırlar ki, biri aradan getsə o, biri də onunla gedər. (Nəhcül-fəsahə – s19)
Həzrət Peyğəmbər(s) buyurur: “Hər dinin əxlaqı vardır. İslam dininin əxlaqı isə həyadır.” (Mizan-hədis-4566)
Həzrət Peyğəmbər(s) buyurur: “Aşkara Allahdan həya etməyən, gizlində də həya etməz.” (Mizan-hədis-4582)
Müzakirələr
“İncilər” yazısı üçün şərh yaz
Şərh yazın