Məqalələr

İslam peyğəmbərinin (s) kəlamında tələbəliyin dəyəri

images28.jpgİnsanı hərəkətə vadar edən amillərdən biri də onun görmək istədiyi işə olan rəğəbətidir. Hər hansı bir marağı doğuran səbəb isə işin müsbət sonluğu və faydasıdır. İslam dinində, xüsusi ilə həzrət Peyğəmbərin (s) kəlamlarında tələbəliyə, elm axtarışında olmağa üstünlük və tələbəliyin uca məqamına böyük dəyər verilmişdir.
Peyğəmbərin (s) nəzərində elm müəyyən qrupa üzv olan şəxslərə məxsus sayılmır. Əksinə bütün insanlar, istər kişi, istər qadın, istər cavan, istərsə də qoca elm öyrənməyə, savadlanmağa səy etməlidir. Bu baxımdan, Allahın rəsulu (s) elm öyrənməyi vacib sayaraq buyurur: ” Hər bir müsəlmana elm öyrənmək vacibdir”.

Digər bir hədisdə isə İslam peyğəmbəri (s) daha da aydin ifadə tərzi ilə elm öyrənməyin həm kişiyə və həm də qadınlara vacib olmasını xatırlayır: “Hər bir müsəlman qadın və kişiyə elm öyrənmək vacibdir”. Elm öyrənmək üçün vaxt məhdudiyyəti yoxdur. Beləki, insan ömrünün hər bir dönəmində elm öyrənməyə, savadlanmağa maraq göstərməlidir. Bunu nəzərə alaraq Allahın rəsulu (s) buyurur: “Beşikdən qəbərdək elm öyrənin”. Həmçinin, məkan da bu dəyərli işin qarşısını ala bilməz. Hətta usaq ölkələrdə olursa belə insan bu çətinliyə sinə gərib elm dalınca getməlidir. Buna görə də İslam peyğəmbəri (s) buyurur: ” Elm Çində də olsa onu öyrənməyə gedin”.

Belə olan halda elm öyrənmək uğrunda səhlənkarlıq, tənbəlik heç bir fərdə caiz sayılmır. İslam dinində əmr edilən digər vacib əməlləri tərk edən şəxs cəzalanmağa məhkumdursa elm eyrənməkdən boyun qaçıran şəxsin ilahi əzaba uğraması da şübhəsizdir. Çünki, digər ibadətlər insanın özünə fayda verdiyi halda elm öyrənmək isə yalnız alimin özünə yox, əksinə bütün xalqa, bəşəriiyətə mənfəət verir. Bu baxımdan İslam peyğəmbəri (s) elmi dinin özəyini təşkil edən namaz, oruc, həcc və s. kimi ibadətlərdən üstün sayır. O Həzrət (s) buyurur: ” Elm ardınca getmək namaz, oruc, həcc və Allah yolunda cihad etməkdən daha üstündür”. Çünki, elmsiz, korkoranə etiqad və ibadətin heç bir xeyiri yoxdur. Allah yanında yalnız elm və təfəkkür əsasında olan ibadət məqbul sayılır. Hədəf və məqsədi bilinməyən ibadət vaxtı tələf etməkdən başqa bir şey deyil. Bütün bunları nəzərə alaraq həzrət Məhəmməd (s) elmi digər ibadətlərdən daha üstün sayır. Başqa bir hədisdə o Həzrət (s) buyurur: “Elm axtarışında olan şəxs rəhmət sorağındadır. Tələbə dinin sütunudur. Onun mükafatı peyğəmbərlərlədir”. Göründüyü kimi, İslam peyğəmbəri (s) həm “Namaz dinin sütunudur” deyə buyurur və həm də elm öyrənməyin dinin sütunu olmasına təkid edir edir.

İslam dinində yalnız insanlara, dinə xidmət edən elm dəyərli sayılır. Belə olan halda fənnindən aslı olmayarq bütün elmlər dini əhəmiyyət daşıyır. Beləliklə aydın olur ki, yalnız fiqh, əqidə və s. sahələrə aid olan elmlər dini elm sayılmır.

Həmçinin, şöhrət, xudpəsəndlik və yalnız şəxsi mənafeyə xidmət edən elm və elm xadimləri İslam dinində heç bir əhəmiyyətə malik deyirlər. İslam peyğəmbəri buyurur: “Allaha xatir elm öyrənən şəxslər Allah yolunda cihad edən şəxslərdən üstündürlər”. Hədəisdən aydın olur ki, saf niyyət, başqalarına xidmət ütmək üçün elm öyrənən şəxslər Allah yolunda haqsızlıqla mübarizə aparan şəxslərə bənzəyirlər. Çünki, insanların hüquqlarını müdafiə etmək, onlara hər hansı bir qayğı göstərmək Allah-talanın rizasına səbəb olur.

Yuxarıda qeyd edilən hədisdən həm də yadın olur ki, Allahın dinini öyrənən və bu dində olan əxlaqi dəyər və fəzilətlərə yiyələnən şəxslər məlum iftixara malik olurlar. Əks təqdirdə, formalaşmamış bir şəxs heç vaxt başqalarını islah edə bilməz. Belə şəxslərin özünün daha çox islaha, formalaşmağa ehtiyacı var.

İslam peyğəmbərinin (s) kəlamında elm öyrənməyin daha bir fəziləti haqqında oxuyuurq: “Bir saat elm öyrənmək gecəni oyaq qalıb ibadət etmək, gündüz oruc tutmaqdan daha üstündür”.

Rəvayəytlərdə qeyd edilir ki, bir gün İslam peyğəmbəri (s) məscidə daxil olduqda iki dəstənin- ibadət edən və elm öyrənənlərin ayrı-ayrılıqda toplaşdığını gördükdə elm öyrənənlərə tərəf gedib onların yanında oturdu. Qurani-kərimdə insanlar üçün ən üstün meyar kimi tanıtdırılan həzrət Məhəmməd (s) həm dəyərli kəlamları və həm də öz əməlləri ilə insanlara elmin öyrənməyin dəyər və zəruriliyini aşılamağa çalışır. Həmçinin, O Həzərət (s) insanları bu müqəddəs işə ruhlandıraraq buyurur: “ Mələklər elm öyrənən şəxslərin ayaqları altına öz qanadlarını sərirlər”. Beləliklə, Allahın rəsulu (s) hər bir vasitə ilə müsəlman ümətini elmə, biliyə sövq edir və insanalrın cahillik və nadanlıqları ilə barışmır. Axı, cahil, savadsız bir şəxsin cəmiyyətə nə kimi xeyri ola bilər? Cahil insanları azdırmaq, haqqı yolundan sapındırmaq çox sadə və asan işdir.

Təəssüflər olsun ki, bir zamanlar elmin ən üstün zirvələrini fəth etmiş, aləmə elmləri ilə meydan oxuyan müsəlman ümməti cəhalət içində çobalamağa məhkum olmuşlar. Bundan istifadə edən bəzi din düşmənləri İslam dininin artıq öz aktuallığını itirməsini iddia edirlər. Onlar qətiyyətlə yanıldıqlarını bilirlər. Çünki, bu müqəddəs din həmişəki kimi parlaq olaraq özünün həmişəyaşar fikir və bəyanları ilə digər din və cəryanlardan daha üstün olmasını sübut edir. Lakin, əfsuslar olsun ki, müsəlmanların tənbəlləşməsi, sərvət və eyş-işrətə sonsuz maraq göstərmələri onları çox dəyərli olan məsələlərdən uzaq salmışdır.

Niyam Aqil

Müzakirələr

“İslam peyğəmbərinin (s) kəlamında tələbəliyin dəyəri” yazısı üçün 1 şərh var

  1. Thanks for the post. Poznovatelno.

    Göndərən Oscar | Kasım 6, 2008, 09:29

Şərh yazın

Ən son şərhlər