Ədəbiyyat

PEYĞƏMBƏRİMİZ

Yolunun yolçusuyuq, ey ulu Peyğəmbərimiz, Resulullah
Adı şəfqətlə, işıqla dolu Peyğəmbərimiz.

Qurumuş torpağa bir an toxunarkən nəfəsi,
Gülə döndərdi o saət kolu Peyğəmbərimiz.

Bu da bir möcüzə! Meydan oxuyarkən sağa sol,
Sağa döndərdi imansız solu Peyğəmbərimiz.

Ulu Qurani-Kərimdən gözümüz aldı işıq,
Bizə göstərdi müdam düz yolu Peyğəmbərimiz.

Bulub haqqın yolunu Bəxtiyar oldum necə mən,
Belə zəngin elədi yoxsulu Peyğəmbərimiz.

29 yanvar, 1990

Bextiyar Vehabzade

Müzakirələr

“PEYĞƏMBƏRİMİZ” yazısı üçün 1 şərh var

  1. cox gozel sheirdi

    Göndərən hira | Kasım 5, 2007, 22:03

Şərh yazın

Ən son şərhlər