Əziz müsəlmanlar, İslam peyğəmbərinin sevimli qızı həzrət Fatimənin (s) şəhadəti münasibəti ilə sizə baş sağlığı verir və uca Allahdan bu müqəddəs xanıma xatir bağılanmağımızı arzu edirik.
Fatimənin Peyğəmbərə bənzəməsi
Həzrət Fatimənin siması, danışığı və hərəkətləri atasına çox bənzəyərdi. Belə ki, Ümmü Sələmə bu haqda belə deyibdir: «Peyğəmbərə ən çox bənzəyən Fatimə idi».
Ayişə isə belə deyib: Danışmaqda Fatimədən daha çox Peyğəmbərə bənzəyən birisini görmədim.
ATA VӘ QIZ
Peyğəmbərlə (s) Fatimə arasında olan sevgi və məhəbbət birtərəfli deyildi. Həzrət Zəhra (s) da atasını çox sevirdi. Buna görə də anası Xədicə vəfat edəndən sonra Həzrət Fatimənin, altı yaşında olmasına baxmayaraq, atasının evdəki bütün ehtiyaclarını tə᾽min edərək rahat olmasına cəhd göstərirdi.
Həzrət Fatimə (s) atası ilə şəhərin kinli dolu küçələrində, küfr, xəyanət və əziyyətlərlə dolu Məscidül-həramda addım-addım böyüyüb irəliləyən bir qız idi.
Atasının mübarək alnından qan damlaları töküldüyü vaxt balaca əlləri ilə atasının üzünü təmizləyib yaralarını müalicə edər, şirin sözlərlə atasına təsəlli verərdi.
Elə bir ata ki, peyğəmbərlik kimi ağır bir vəzifəni öhdəsinə alaraq cəbhələrdə bütpərəstlik və cəhalətlə döyüşdüyü üçün öz vətənində qərib, şəhərində və qohumlarının arasında tək qalmışdı. Belə ki, hamı ondan üz döndərmişdir.
Həzrət Fatimə (s) öz məhəbbəti ilə atasının ürəyini sevinclə doldurub onun risalətinə inanan, ona qüvvət və ümid verən yeganə insan idi.
Elə buna görə də atası onun haqqında belə buyurmuşdu: «Atası Fatiməyə fəda olsun». Və ona «atasının anası» ləqəbini vermişdi. Çünki o, atasına bir ana kimi qayğı göstərirdi.
Bismillah. HAZRET SAHİBEZZAMANA (Ə) BEYETİ OLMAYAN MUCTEHİDE TAQLİD ETMEK VE XUMS VERMEK HARAMDİR