İslam dininin digər dinlərdən fərqli cəhətlərindən biri onun qlo-ballığı və əbədiliyidir. İslam dini-nin qloballığı müəyyən bir məntə-qəyə və xalqa məxsus olmayaraq, bütün dünyaya aid olmasıdır. Onun əbədiliyi dedikdə isə, qiya-mət gününədək yaşayacaq bir din olması nəzərdə tutulur. Bunu çox-lu Quran ayələri və hədislər də sübut etmişdir. İslamın əbədi bir din olmasını vurğulayan ayələrə “Əhzab” surəsinin 40-cı ayəsini misal göstərmək olar:
“Mühəmməd aranızdakı kişilər-dən heç birinin atası deyildir. Lakin o, Allahın Rəsulu və peyğəmbərlərin sonuncusu-dur. Allah hər şeyi biləndir!”
Məlum olduğu üzrə, həzrət Mühəmmədin (s) sonuncu pey-ğəmbər olması onun şəriətinin əbədiliyinə və ondan sonra heç bir şəriətin gəlməyəcəyinə aşkar bir dəlildir. İslamın qlobal və cahan-şümul bir din olmasına da bir çox ayələrdə işarə olunmuşdur. Buna Quranın: “Ey insanlar, ey Adəm övladları!” – buyuraraq, bütün insanlara müraciət etməsini misal göstərmək olar. Bir sözlə, İslam di-ni ilə azacıq tanışlığı olan hər bir kəs onun bütün insanları özünə doğru dəvət etdiyini bilir. Lakin burada araşdırılması zəruri olan məsələ budur ki, əgər İslam dini bütün insanları özünə doğru dəvət edirsə, görəsən, hədəfin re-allaşması nə dərəcədə mümkün-dür? Görəsən, hansı amillər bu hədəfin gerçəkləşməsinə kömək edir? Başqa sözlə desək, İslamda belə bir cazibədarlıq və qəlblərə nüfuz etmək qüdrəti vardırmı ki, bütün insanlar tərəfindən qəbul olunsun? Hər hansı bir ideologi-yanın cazibədarlığı və qəlblərə nüfuz etmək qabiliyyəti bir tərəf dən onun əql və məntiqlə uyğun olmasından, digər tərəfdən isə in-sanların bütün maddi və mənəvi istəklərini nəzərə almasından ası-lıdır. Buna görə də, burada əvvəl cə İslamın əqli və məntiqi bir din olmasına, sonra isə insanların is-təklərinə necə diqqət yetirməsi məsələsinə toxunacağıq.
İSLAM MƏNTİQƏ ƏSASLANIR
İslamın əqli və məntiqi bir din olmasını bilmək üçün Quranın Allah və peyğəmbərlər haqqın-dakı dərin mənalı söz və ayələrini Yəqub peyğəmbərin Allahla gü-ləşib, Onu məğlub etməsindən bəhs edən, peyğəmbərlərin gü-nahkar, hətta adi insanlardan da aşağı səviyyədə olduğunu söy-ləyən Tövrat və İncillə müqayisə etmək kifayətdir. Lakin Avropada intibah (renesans) dövründən sonra “humanizm”, “liberalizm” və s. cərəyanların yaranması ilə İslam dininin bir sıra cinayətlər üçün müəyyən etdiyi cəza qanun-larına qarşı çıxan etiraz dalğala-rını, bu qanunların əql və mən-tiqlə uyğun olub-olmadığı ilə əlaqədar irəli sürülən fərziyyələri nəzərə alaraq, burada bu məsə-ləyə toxunmağı daha zəruri bili-rik. Digər məsələlərlə bağlı isə, əziz oxucular lazımi kitablara mü-raciət edə bilərlər.
Öncə qeyd etmək lazımdır ki, İslam dini ilə “liberalizm” arasın dakı fikir ayrılığı bu iki məktəbin insanla əlaqədar olan baxışların-dakı fərqlilikdən qaynaqlanır. Li-beralistlər insanı yalnız maddi bir varlıq saydıqları üçün, onunla heyvanlar arasında kəskin bir fərq görmürlər. İslam nöqteyi-nəzə-rindən isə, insan sonsuz istedad-lara malik olan və Allahın göstə-rişlərinə əməl etməklə kamilləşib, Onun ən üstün məxluquna çev-rilən bir varlıqdır. Şübhəsiz ki, öz övladında bir sıra istedadların olduğunu görən hər bir valideyn onun tərbiyəsinə ciddi yanaşacaq, heç vaxt onun tənbəl və ərköyün böyüməsinə yol verməyəcək, hət-ta yeri gəldikdə, tənbeh etməklə olsa belə, onu çətinliklərə qatlaş-mağa vadar edəcəkdir. Aydındır ki, bu valideynlərin öz uşaqlarının tərbiyəsinə ciddi yanaşması onla-rın öz övladlarına qarşı olan sev-gisindən qaynaqlanır. Çünki bu istedadların korlanıb aradan get-məsi böyük bir sərmayənin itiril-məsi deməkdir. Odur ki, İslam dini hər şeydən əvvəl, insana öz istedadlarını tanıtdırır və ən dəqiq proqramla onu kamillik yolunda hərəkət etməyə rəğbətləndirir. Digər tərəfdən isə, bu proqramın tam müvəffəqiyyətlə həyata keç-məsi üçün sağlam cəmiyyət qur-mağa, eləcə də bu sağlam cəmiy-yətin qurulmasında insanların günahın çirkinliyini dərk edib, şüurlu surətdə ondan çəkinmə-sinə cəhd göstərir. Sokratdan “fəl-səfənin sənə xeyri nə olub?”–deyə soruşduqda, “başqalarının qanun qorxusundan etdiklərini mən könüllü surətdə etməyə başla-dım!”–deyərək cavab verdi. İsla-mın tərbiyə sisteminin əsasını təşkil edən “əxlaq” və “irfan” elmləri insanları maarifləndirmək, günahların çirkinliyini və acına-caqlı aqibətini onlara çatdırmaq vəzifəsini öz üzərinə götürür. Əl-bəttə, islami tərbiyə sisteminin icra olunduğu bir cəmiyyətdə cəza qanunlarınin tətbiq olunmasına o qədər də ehtiyac qalmır. Lakin bu-nunla belə, günahların cəmiyyət-dən tamamilə təmizlənməsi üçün, İslam dini “hüquq” elmində də bir sıra tədbirlər müəyyən etmişdir ki, günahın çirkinliyini dərk etməyənlər heç olmazsa, qanun-dan qorxub, günahı tərk etsinlər. Ümumiyyətlə, İslam dinində müəyyən edilmiş bu qanunlar insanlara olan sevgidən və öncə qeyd etdiyimiz kimi, bu dinin insanları kamilliyə və əbədi səa-dətə çatdırmaq istəyindən irəli gəlir.
Lakin “liberalizm” təfəkkürü-nə əsaslanan hüquq məktəblərin-də müəyyən edilmiş qanunlar li-beralizmin öz hədəfi ilə ziddiyyət təşkil edir. Liberalizmin hədəfi insanların rifah və asayişini mak-simum dərəcədə təmin emək ol-duğu halda, ölüm hökmünün ləğv olunması asayişin daha da pozul-masına səbəb olur. Çünki “qisas” hökmü bir dəfə icra olunarsa, başqaları da ibrət dərsi götürər və heç vaxt adam öldürmək fikrinə düşməzlər. Odur ki, “Bəqərə” su-rəsinin 179-cu ayəsində buyuru-lur:
“Ey ağıl sahibləri qisas sizin üçün həyat deməkdir. Bəlkə bu-nunla pis işlərdən çəkinəsiniz.”
Bunu da qeyd etmək lazımdır ki, humanizm, liberalizm və digər bu kimi cərəyanlar orta əsrlərdə Avropada katolik kilsəsinin törət-diyi bir çox cinayətlərin nəticəsin-də yaranmış və məsihi dini ilə İslam arasındakı fərqləri nəzərə almadan bütün dinlərə, o cümlə-dən, İslama qarşı mübarizəyə başlamış və onun cəmiyyətdəki rolunu aşağı səviyyəyə endirməyə çalışmışdır. Halbuki İslam dini katolik kilsəsinin qarşılaşdığı problemlərlə heç vaxt üzləşmə-mişdir. Buna görə də, Avropa üçün nəzərdə tutulan resseptlərin İslam dini üzərində icra olunması qəbuledilməz bir haldır.
İSLAM VƏ İNSANLARIN İSTƏKLƏRİ
Əbədi qalmaq istəyən hər hansı bir ideologiya insanların bütün maddi və mənəvi istəklərini təmin edən bir proqram hazırla-malı, bu istəklərin bir-birilə zid-diyyət təşkil etdiyi yerlərdə isə, öz proqramını ən yüksək nəticə əldə etdiyini nəzərə alaraq tənzimlə-məlidir. Məsələn, insanda həm maddi, həm də mənəvi istəklər vardır. Kamil ideologiya insanda olan bu iki növ istəklərə diqqət yetirməli və hər birinin həddi-hü-dudunu bir-birinə zərər vurmadı-ğı halda, dəqiq şəkildə müəyyən-ləşdirməlidir. Orta əsrlərdə Avro-pada keşişlərin insanları ifrat də-rəcədə mənəvi məsələlərə sövq etmələri intibah dövründən sonra insanların maddi istəklərə ifrat şəkildə üz tutaraq, dindən üz döndərmələri ilə nəticələndi. İs-lam dini isə, belə ifratçılıqdən uzaq olan və həmişə insanları orta xətt üzrə hərəkət etməyə dəvət edən bir dindir. “Bəqərə” surə-sinin 143-cü ayəsində buyurulur:
“(Ey müsəlmanlar!) Beləliklə, sizi orta yolun ümməti etdik ki, (qiyamətdə) insanların əməllə-rinə şahid olasınız, Peyğəmbər də sizə şahid olsun.”
İslam dini insanların maddi istəklərini nəzərdən qaçırmamış, həmişə insanları dünya nemət-lərindən normal şəkildə bəhrələn-məyə çağırmışdır. Qurani-Kərim “Bəqərə” surəsinin 201-ci ayəsin-də dua etməyin keyfiyyətini mö-minlərə öyrədərək buyurur:
“Ey Rəbbimiz! Bizə dünyada da, axirətdə də gözəl nemətlər ver, bizi cəhənnəm əzabından qoru!”
“Qəsəs” surəsinin 77-ci ayədə buyurulur:
“Allahın sənə verdiyindən özünə axirət qazan (malını Allah yolunda sərf et). Dünyadakı nəsi-bini də unutma.”
İmam Baqir (ə) buyurmuşdur: “Başqalarına möhtac olmamaq və öz ailəsinin ruzisini təmin etmək üçün çalışan kəs Allah yolunda cihad edən şəxs kimidir.”
İnsanın ruhi və mənəvi istək-lərinə gəldikdə isə, qeyd etmək lazımdır ki, psixoloqların fikrincə, insanlarda dörd növ mənəvi istək vardır:
1. Din hissi: Din hissi dedikdə, hər bir insanın öz qəlbinin dərin-liklərində duyduğu Allah sevgisi nəzərdə tutulur. İnsanların qəlbin-də hansısa bir gizli qüvvə onu öz Yaradanı qarşısında kiçilməyə və bütün ehtiyaclarını Ondan istəmə-yə vadar edir. Arxeoloqların apar-dıqları tədqiqat nəticəsində tarixin bütün zamanlarında bu mənəvi istək və duyğunun insanlarla bir-gə olduğu məlum olmuşdur. Bu hiss insanın çətinliklərlə üzləşdiyi və bütün çıxış yollarının üzünə bağlandığı halda, daha güclü şə-kildə özünü büruzə verir. Belə bir vəziyyətdə, yalnız Allaha sığın-maqdan başqa bir yol görməyən insan Allahı xatırladıqda, qəlbin-də aramlıq hiss edir, bütün iztirab, həyəcan və nigarançılıqları ardan gedir. “Rəd” surəsinin 28-ci ayə-sində buyurulur:
“O kəslər ki, Allahı zikr etməklə qəlbləri aram olduğu halda iman gətirmişlər. Bilin ki, qəlblər yalnız Allahı zikr etmək-lə aram tapar!”
Materialistlər insanda olan Al-lah eşqinin heç vaxt sönməyə-cəyini nəzərə almadan, bu mənəvi duyğunu aradan aparmağa çalış-dılar, nəticədə özləri aradan get-dilər. İslam dini isə, onların əksinə olaraq, insanın təkamül və səadə-tini onun Allaha yaxınlaşmasında gördüyü üçün, bu hissi güclən-dirməyə və onu düzgün şəkildə istiqamətləndirməyə çalışır. Qura-nın bir çox ayələrındə Allahın insana hər bir kəsdən daha doğma və daha yaxın olduğu bildirilir. Belə ki, buyurulur:
“Siz harada olsanız, O sizin-lədir.” (“Hədid”/4.)
“(Ya Rəsulum!) Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən onlara yaxınam. Dua edib Məni çağıranın duasını qə-bul edərəm. Gərək onlar da Mə-nim çağırışımı qəbul edib Mənə iman gətirsinlər. Bununla da, ola bilsin ki, doğru yola yetişsinlər.” (“Bəqərə”/18.)
“Biz insana şah damarından da yaxınıq! “ (“Qaf”/17.)
Ümumiyyətlə, Quranın mənti-qinə əsasən, insanın Allahı unut-ması öz həqiqətini unutması, özü-özünə yad və özgə olması demək-dir. “Həşr” surəsinin 19-cu ayəsin-də buyurulur:
“Onlar Allahı unutduları üçün Allah da onları özlərinə unutdurdu.”
Əlbəttə, başqa dinlər də bu ehtiyacın təmin olunmasında mü-əyyən qədər rol oyanmışlar. Lakin İslam dini digər sahələrdə olduğu kimi, bu məsələdə də öz pro ramının dəqiqliyi ilə fərqlənir. Misal olaraq, gündəlik namazları vacib edərək, insan ilə Allah arasında olan əlaqənin sıx şəkildə qorunmasına çalışır. Həmçinin, insanlara birbaşa olaraq, Allahdan öz günahlarının bağışlanmasını istəməyə icazə vermişdir. Halbuki məsihi dininə əsasən, adi insanlar belə bir hüquqa malik deyildir və bunu yalnız keşişlərin vasitəsilə həyata keçirə bilərlər.
2. Əxlaq hissi: Hər bir insan öz daxilində yaxşı işlər görməyə ehtiyac hiss edir. Məsələn, kömə-yə ehtiyacı olan bir şəxsə əl tutduğu zaman, özündə sevinc və rahatlıq hissi duyur. Birinə zülm etdikdə isə, vicdanı onu müha-kimə etməyə başlayır və bununla da tutduğu işdən əzab çəkib, peşmançılıq hissi keçirir. Bu hiss insanın həyatının erkən çağların-dan özünü göstərməyə başlayır. Lakin insandakı yaxşı işlər görməyə olan bu istəyin sürətlə təmin olunması onun dini təfək-kürə malik olmasından, başqa sözlə desək, məada inamdan asılıdır. İslam dini məada etiqadı insanlara aşılamaqla əxlaq hissini gücləndirir. Yeniyetməlik və gənc-lik çağında bu hissin təsiri altında başqalarına yaxşılıq edən şəxs dini tərbiyə ilə böyümədikdə, tədricən onda belə bir fikir formalaşır ki, maddi mənfəət üzündən xəyanət etmək və yalan danışmaq olar, belə bir yerdə qəlbin sözünü deyil, nəfsin sözünü dinləmək lazımdır. Odur ki, belə insanlar şəhvət və pul düşkünü olduqlarından, heç bir zülm və xəyanətdən çəkinmir, vicdanın sözünü dinləməyi ağıl-sızlıq hesab edirlər. Halbuki dini təfəkkür əsasında qəlblə ağıl ara-sında olan bu ziddiyyət aradan götürülür. Çünki məada etiqad sayəsində insan başa düşür ki, onu etdiyi hər bir yaxşılığın əvəzində mükafat və hər bir pis-liyin əvəzində isə cəza gözləyir. Kapitalist əqidəli insanlar isə, yalnız ehtiraslarının və maddi istəklərinin qayğısına qalmaqla öz mənəvi ehtiyaclarını unutmağa çalışırlar. Bu eynilə insanın tərki-bində yağ olan qidalar yeməklə bədəninin proteynə olan ehtiya-cını təmin etməsinə bənzəyir. Hal-buki yağ proteynə olan ehtiyacı aradan qaldırmadığı kimi, onun normadan artıq istifadəsi də bədən üçün zərərlidir. Müasir dünyada yaranan mənəvi böhran-ların, tez-tez baş verən intihar hallarının və cinayətlərin səbəbi insanların şəhvət və ehtiras düş-künü olmaları, öz mənəvi ehtiyac-larını lazımi şəkildə təmin etmə-mələridir.
3. Maraq hissi: İnsanlarda olan digər ruhi istək elm və bilik istəyidir. İnsan, ətrafında olan hər bir şeylə maraqlanır və onu tanı-mağa can atır. Hətta bir sıra su-alların onun üçün maddi mənfəəti olmadığı halda, yenə də onların cavablarını öyrənməyə cəhd gös-tərir. “İntibah” dövründən sonra dinə qarşı yönələn iradlar qarşı-sında davam gətirə bilməyən katolik kilsəsi dinlə elmin bir-birilə heç bir əlaqəsi olmadığını elan etdi. Hətta Tövrat kitabına əsaslanaraq, dində elm öyrənmə-yin qadağan olduğunu söylədilər. Buna görə də, uzun müddət Avropada belə bir fikir formalaşdı ki, insan həyatda özü üçün yol seçdiyi zaman, ya iman gətirib din yolunu seçməli, ya da elm və bilik yolunu tutmalıdır. İslam dini isə, həmişə insanlarda olan bu hissi cilalayıb, aşkar etməyə çalışmış, onları bilik əldə etməyə təşviq etmiş və elmlə məşğul olmağı ibadət saymışdır. Əziz Peyğəm-bərimiz (ə) buyurur: “Bir saat elmlə məşğul olmaq altmış ilin ibadətindən üstündür.”“Hikmət möminin itkisidir, onu harada tapsa götürər.” “Hətta Çində olsa belə, elm ardınca gedin.”
Peyğəmbərin (ə) bu hikmətli sözlərindən ilham alan müsəl-manlar tez bir zamanda bütün elmlərə yiyələnməyə başladılar. Təsadüfi deyildir ki, Mədinə məscidində elm tədris edən imam Sadiqin (ə) dərslərində yüzlərlə tələbə iştirak edirdi. Müsəlman-ların özləri bir çox yeni elmlər yaratmaqla yanaşı, yunanlardan da bir sıra elmlər əxz edib təkmilləşdirdilər və onu müasir dünya mədəniyyətinə bəxş etdi-lər. Bunu da qeyd etmək lazımdır ki, dünyanın ən qədim “əl-Əzhər” universiteti müsəlmanlar tərəfin-dən təsis olunmuşdur.
4. Gözəllik hissi: İnsan, könül oxşayan hər bir şeyi sevir; gözəl mənzərə, gözəl səs, gözəl şer, gözəl söz… İnsanda gözəlliklərə qarşı olan bu istəyə “zövq hissi” də deyilir. Ədəbiyyat və incəsənət insandakı bu hissin məhsuludur. İslam dini insanda olan bu istəyə heç vaxt mane olmamışdır. Hətta demək olar ki, müasir dünya mədəniyyəti bir çox ədəbiyyat və incəsənət əsərlərinə görə, İslam mədəniyyətinə borcludur. Sözün gözəlliyinə ən bariz misal həzrət Əlinin (ə) ”Nəhcül-bəlağə” adlı kitabda toplanmış kəlamlarıdır. Quranın, bütün insanların qəlbini fəth edən və başqa heç bir dini kitabda misli görülməyən avazla oxunuşu gözəlliyin başqa bir nümunəsidir. Müsəlman xalqları-nın muğam sənəti də məhz Quranın musiqisi əsasında yaran-mışdır. 13-14-cü əsrlərədək bütün müsəlman xalqları vahid muğam məktəbinə malik idilər. Monqol ların və Teymurun hücumu nəti-cəsində bu məktəb süqut etdi və yalnız 17-ci əsrdən sonra müsəl-man xalqları, o cümlədən Azər-baycan xalqı əvvəlki məktəbin materiallarından istifadə etməklə hər biri özünəməxsus muğam binasını ucaltdılar. Müasir dünya-nın ən gözəl abidələrinin bir çoxu müsəlman memarları tərəfindən tikilmişdir. “İslam irfan ədəbiy-yatı”nın türk, ərəb və fars dillə-rində yaratdığı misilsiz şerləri ədəbiyyat əsərlərinin ən gözəl nü-munələridir. İslam dininin ədəbiy-yat və incəsənət sahəsində dünya mədəniyyətinə töhfə etdiyi əsər-ləri saymaq üçün geniş vaxt la-zımdır və bu barədə çoxlu kitablar yazılmışdır. Lakin burada diqqət yetirilməsi lazım olan məsələ budur ki, bütün gözəlliklərin mənbəyi Allahdır, başqa sözlə desək, bütün gözəlliklər Ulu Yaradanın gözəlliyinin cilvəsidir və bu, yalnız Allahı insana xatır-latmaq üçündür. Odur ki, Allahı deyil, eyş-işrəti xatırladan musiqi-lərin, bayağı rəqslərin və ehtiras-ları oyadan pozğun rəsmlərin İslam dinində qadağan olunması da təbii haldır. Buradan, İslam dininin incəsənətlə düşmən oldu-ğu haqqındakı təsəvvürlərin yan-lış olduğu aydın olur. Bütün bun-lar, üzərinə incəsənət etiketi ya-pışdırılıb, insanlara mədəniyyət adı ilə təqdim olunmasına baxma-yaraq, gözəllik hissinin deyil, əksinə ehtiras hissinin məhsulu-dur. Yuxarıda qeyd etdiyimiz kimi, İslam dini insanlarda olan istəkləri aradan aparmır, yalnız onları düzgün istiqamətə yönəldir və bu istəkləri təmin etməyin məqsədyönlü şəkildə olmasını tövsiyə edir. Odur ki, ehtiras hissini ifrat dərəcədə təmin etmək insanda olan digər hislərə, xüsusi-lə mənəvi duyğulara zərər vurdu-ğu üçün, İslam dini bu hissin əhatə dairəsini məhdudlaşdırmış-dır.
Bütün bu deyilənlərə əsasla-naraq, belə bir bu nəticəyə gəlmək olar ki, İslam dini həm əql və məntiqlə, həm də fitrətlə uyğun olan, eləcə də insanların bütün istəklərini nəzərə alan bir dindir. İslam dininin məhz bu xüsu-siyyəti onun əbədi olaraq yaşa-yacağını, yaxın bir zamanda bü-tün dünyaya hakim olacağını gös-tərir. Beləliklə də, Allahın Quran-da verdiyi vədin haqq olduğu tam şəkildə aydın olur:
“O (Allah), İslamı bütün din-lər üzərində zəfər qazandırmaq üçün, Öz Peyğəmbərini hidayət və haqq dinlə göndərdi!“ (“Səff”/9.)
Nurəddin Əliyev “Mədrəsə” jurnalı
Müzakirələr
“İslam dininin əbədiliyi və qloballığı” yazısı üçün şərh yaz
Şərh yazın