Allah-taalanın Öz Kitabında “Həqiqətən, sən böyük və bəyənilmiş əxlaq sahibisən!” – deyə ən gözəl bəyan və ən də-yərli xüsusiyyətlə təriflədiyi İslam Peyğəmbərinin (s) misilsiz şəxsiyyətini söz və ifadələrlə tanıtdırmaq bəşəriyyətin öh-dəsindən xaricdir. Çünki hə-yat meydanında işlədilən sözlər sadə və müəyyən həddə dolğun mənaları çatdır-maq üçün təyin edilmişdir. Dolğun və möhtəvalı mənalar qısa sözlərdə sığışmadığı üçün, bəşər düşüncəsindən üstün olan bir şəxsi elə vəsf etmək lazımdır ki, onun bütün fəzilətləri və insani keyfiyyətləri əks etdirilsin.Həzrət Əli (ə) Peyğəmbərə (s) eşq və məhəbbət bəsləyən birinci şəxsdir ki, həm Peyğəmbərin (s) həyatında, həm də vəfatından sonra o həzrətin buyurduqlarına xalis şəkildə əməl etmiş, eşq və sədaqətini öz imaməti (sükutu və xilafəti) döv-ründə göstərmişdir.
Şübhəsiz, həzrət Əlinin (ə) məhəbbəti nübüvvətə olan ima-nından və Allahın seçilmiş və kamil bəndəsinə göstərdiyi eş-qindən doğurdu. İbn Əbil-Hədid “Nəhcül-bəlağə”nin şərhində yazır: “Us-tadım Əbu-Cəfər Nəqiblə söhbət edərkən, həzrət Əlinin (ə) Peyğəmbəri (s) tərifləyib, onun alicənablığı və şəxsiyyətinin böyüklüyü haqda buyurduqlarından söhbət açıb dedim: “Mən Peyğəmbərin (s) səhabələrinin arasında Əli (ə) kimi o həzrəti əzəmət və hörmətlə yad edib, ona dua edən bir səhabə tapmadım. Doğrudan da, həzrət Əli (ə) “Nəhcül-bəlağə”də Peyğəmbəri (s) çox əzəmət və hörmətlə yad etmişdir.”
Ustadım dedi: “Həzrət Əlidən başqa heç bir səhabənin Peyğəmbər (s) haqda qələmə alınmış bir sözü yoxdur.” Sonra əlavə edərək dedi: “Həzrət Əlinin Peyğəmbərə (s) imanı çox güclü idi. O, dində sabitqədəm qalmış, yəqinə çatmış və dinin həqiqətini olduğu kimi dərk etmiş yeganə şəxsdir. Bunlardan əlavə, Peyğəmbərlə (s) həzrət Əli (ə) iki cisimdə olan bir ruha bənzəyirlər. Həzrət Əli (ə) Peyğəmbərin (s) zəhmətinin və Hi-cazda yaratdığı əzəmətli inqilabının yaxından şahidi olduğu üçün, o həzrətin insansevərlikdən heç bir əsər-əlamət qal-madığı bir vaxtda bəşəriyyəti, habelə zülmkarların və mal-dövlət sahiblərinin hakim kəsildiyi mühiti necə dəyişdirdiyini hamıdan yaxşı bilirdi.“HƏBİB MƏHBUBUN KƏLAMINDA”İslam Peyğəmbərindən sonra bəşəriyyətin ən kamil insanı və Peyğəmbər (s) şəxsiyyətinin vur-ğunu olan imam Əli (ə) o həz-rətdən “dostum, qardaşım və həbibim” – deyə yad edərək hədis nəql edərdi, özünü ruhən Pey-ğəmbərə (s) yaxın bildiyi üçün, o həzrətin qoyduğu qayda-qanun-lara qarşı rəva görülən hörmət-sizliyə dözməzdi, özünü Peyğəm-bərin (s) həyatının hasili bilib buyurardı: “Məni uşaqlıqdan Peyğəmbər (s) böyüdüb. Mən həmişə anasının ardınca düşən uşaq kimi, Peyğəmbərlə (s) birgə olur, hər gün o həzrətdən yeni-yeni məsələlər öyrənirdim. Besətin əvvəllərində Peyğəm-bərin (s) hər ildə bir müddət “Həra” mağarasında ibadət et-diyi zaman, məndən başqa heç kəs onu görmürdü. O zaman Məkkə şəhərində İslam dini yalnız o həzrətin evində idi. Biz üç nəfərdən (Peyğəmbər (s), Xə-dicə (s.ə) və həzrət Əli (ə)) başqa müsəlman yox idi.”Həzrət Əli (ə), uşaqlıq döv-ründən Peyğəmbərin (s) yanında tərbiyə aldığına və bütün səhnə-lərdə o həzrəti addımbaaddım izlədiyinə görə, bu gün Peyğəm-bərin (s) şəxsiyyətini, mənəvi və ruhi məqamını tanımaq üçün ən dəyərli mənbə hesab olunur. Həz-rət Əli (ə), Peyğəmbəri (s) gözəl şəkildə tanıdığı üçün, hamıdan çox onun vurğunu olub, onun yo-lundan çıxmamağa həmişə təkid edirdi. İslam ümmətinin nicat yolunu yalnız o həzrətin gös-tərişlərinə tabe olub, buyur-duqlarına əməl etmələrində gö-rürdü.
Əzəldən nəcabətin, böyük şəx-siyyətlərin həyatında nə kimi rol oynaması psixoloqların və təh-qiqatçıların nəzərini cəlb etmişdir. Həzrət Əli (ə) də əvvəlki pey-ğəmbərləri vəsf edərkən, bu mə-sələni nəzərə alıb buyurmuş-dur: “Allah-taala peyğəmbərləri bir əmanət kimi, ən gözəl məqamda əmanət saxlamış, məkanların ən yaxşısında yerləşdirmiş, kəra-mətli və pak ata-anadan dünyaya gətirmişdi.” Həzrət Əli (ə) Pey-ğəmbəri (s) “şəcəreyi-təyyibə”dən (pak ağac-dan) bilmiş və bu barədə buyurmuşdur: “Allah-taala tərəfindən nübüvvətin kə-raməti Mühəmmədə (s) çatdıqda, onun varlığının bünövrəsini ən gözəl mədəndən çıxarıb, vücu-dunun çiliyini izzətli bir mə-kanda əkdi. Onu, digər pey-ğəmbərləri yaratdığı ağacdan vücuda gətirdi. O həzrətin əsil-nəcabəti ən gözəl əsil-nəca-bətdir.” Həzrət Əlinin (ə) nəzərində Peyğəmbər (s) büt-sındıran İbrahimin (ə) nəslin-dəndir: “İbrahim (ə)-ın baltası onun çiynində, Musanın (ə) əsası onun əlində, İsanın (ə) qəlbi sinəsində, Nuhun (ə) iradəsi və Əyyubun (ə) səbri ürəyində, Yu-sifin (ə) gözəlliyi üzündə və Loğmanın (ə) hikməti dilindədir. O həzrət bu dəyərli və səciyyəvi xüsusiyyətlə gəldi ki, cahiliyyətin kin-küdurət qılıncını məhv edib, hikmət kitabını və xoşbəxtlik löv-həsini onlara versin, düşmənçiliyi dostluğa çevirərək qəlbləri bir-birinə yaxınlaşdırsın. Peyğəm-bərin (s) əsil-nəsəbi, əsil-nəsillərin ən yaxşısı, ən xeyirlisidir. Onlara itaət edənlər səadətə nail olar, üz döndərənlər isə həlak olarlar. Allah Öz Peyğəmbərini (s) parlaq nur, aşkar dəlil, işıqlı yol və hidayət kitabı ilə göndərdi. Ondan irəli keçənlər dindən çıxar, ondan geridə qalanlar həlak olar, onunla birgə gedənlər isə səadətə çatarlar.PEYĞƏMBƏRİN (S) BESƏTİ VƏ ONUN FƏLSƏFƏSİ Peyğəmbərin (s) besətinin səbəb və fəlsəfəsi haqqında təh-qiqatçılar tərəfindən müxtəlif nəzəriyyələr irəli sürülmüşdür. Bəziləri dünyəvi məsələləri, bə-ziləri isə, təkcə axirət xoşbəxtliyini o həzrətin besətinin fəlsəfəsi bil-mişlər. Allah-taala, Qurani-Kəri-min “Zariyat” surəsinin 56-cı ayəsində buyurduğu kimi, bə-şəriyyətin xilqətinin hədəfini ye-ganə Allaha ibadət etməkdə görür. Bəşəriyyətin bu hədəfə çat-ması üçün dünya və axirət xoş-bəxtliyinin yolunu onlara gös-tərəcək bələdçi və rəhbərə ehtiyacı vardır. Həzrət Əli (ə) besətin fəl-səfəsini səadət və xoşbəxtlik yolunu göstərməkdə, qəflətdən oyanmaqda, insani keyfiyyətləri kəsb etməkdə, cəmiyyətdə bə-rabərliyi və haqq-ədaləti bərpa etməkdə, insanlara örnək olmaq-da, yaxşını-pisi tanıtdırmaqda bi-lir. İnsanlar təkamül və kamilliyə çatmaq üçün, vəhy mənbəyindən qidalanmış kamil peyğəmbərlərə üz gətirməlidirlər. Həzrət Əli (ə) peyğəmbərlərin besətinin fəlsəfə-sini bəyan etməklə bildirmək istəyir ki, peyğəmbərlər olmadan, insanlar öz xeyir və zərərlərini tanımayıb, xilqətin hədəfi olan ibadətdən uzaq düşərlər. Peyğəm-bərlər şəriət gətirməklə kamillik və səadət yolunu onlara gös-tərdilər. İnsanlar Allaha və Onun-la bağladıqları əhd-peymanı unut-duqda, mehriban Yaradan onları qəflət yuxusundan ayıldıb, həmin əhd-peymanı onlara xatırlamaq və qiyamət günü kiminsə bundan xəbərsiz olmasını dəlil gətir-məməsi üçün hər bir zamana uyğun olaraq ardıcıl şəkildə öz peyğəmbərlərini göndərdi. İnsan-ların və cinlərin dünyanı olduğu kimi tanıyıb, onun ziyanlarından çəkinmələri, eləcə də doğru yola yönəlmələri üçün peyğəmbərlər göndərdi. Həzrət Əli (ə) ba-xımından peyğəmbərlər Allah bəndələrinin yalançı bütlərin sitayişindən yaxa qurtarıb, yeganə Allaha ibadət etməyinə səbəb olaraq göndərilmiş, qəfləti, bə-şəriyyətin böyük dərdi, onu in-sanların geridə qalıb, süquta uğramasına səbəb olan əsas amil hesab etmiş, peyğəmbərləri aşkar və gizli qəflət xəstəliyinin təbibi və qapanmış qulaqlara, kor qəlblərə şəfa bəxş edən bir şəxs kimi tanıtdırmışdır. Həzrət Əli (ə) ictimada bərabərliyi qoruyub, haqq-ədaləti bərpa etməyi pey-ğəmbərlər besətinin mühüm hə-dəflərindən bilərək buyurmuş-dur: “Cəmiyyəti ədalətdən başqa heç bir şey islah edə bilməz. Ədalətin bərqərar edilməsi qa-nunun həyatıdır. Ədalətin icra edilməməsi xalqı qılınc götür-məyə vadar edər.” Müqəddəs Qurani-Kərimdə də insanların ədalət sayəsində yaşaması besətin ictimai hədəfi kimi qeyd olun-muşdur. Bütün bunlar peyğəm-bərlərin insanları dinə dəvət et-mələri üçündür. Dinə inam və dindarlıq ədalətsizliklə, zülm et-məklə, və zülmə tabe olmaqla heç cür uyğun gəlmir. Elə buna görə də, peyğəmbərlər hər şeydən ön-cə, iqtisadi və ictimai ədaləti bərqərar etməyə çalışırdılar.Biz də, dinin insanların həyatı-na daxil olması və diri qalması üçün ədaləti dirçəltməliyik. Əda-lətin bərqərar və icra edilməsi uçuruma aparan və fitnə-fəsad törədən iki amillə (ifrat dərəcədə mal-dövlət sahibi olmaq və həd-dən artıq yoxsulluqla) mübarizə aparmadan mümkün deyildir. Peyğəmbər (s) həddən artıq yox-sulluğu dindən çıxıb küfrə sövq etməyin amili hesab edir və cə-miyyətdə yoxsul kütlələrin əmələ gəlməsində mövcud hakimiyyəti təqsirkar bilir. Həzrət Əli (ə) ədalətə tabe olmağı zülmə tabe olmaqdan çox-çox asan və şirin hesab edərək buyurmuşdur: “Ədaləti qəbul etmək bir kəsə ağır gəlsə də, zülmə tabe olmaq onun üçün çox çətin olar .”
Həzrət Əli (ə) zər-zivər, ləl-cavahirat içində yaşamaqla müba-rizə aparıb, sadə yaşayışı tövsiyə etməyi besətin digər hədəf-lərindən bilmişdir. O həzrət Musa (ə), Davud və İsa peyğəmbərlərin həyatından nümunələr gətirərək sadə yaşamağı onların məramı hesab edərək buyurmuşdur: “Mu-sa (ə) onu doyduracaq miqdar çörəkdən əlavə bir şey istəmədi… Həzrət Davud (ə) öz əlinin zəh-məti ilə zənbil toxuyaraq gün-dəlik çörəyinə qane oldu. İsa (ə) cod yundan libas geyinib quru çörək yeyərdi.”
Bu xütbədə İmam (ə) zahidliyi və sadə yaşayışı ruhun kamil-liyinə, acgözlüyü və dünya düş-künlüyü isə cəmiyyətin geridə qalmasına və süqutuna səbəb bil-mişdir. İbn Xəldun “Tarix” kita-bının müqəddiməsində çoxlu mi-sallar gətirərək, acgözlüyü və dünya düşkünlüyünü böyük mə-dəniyyətə malik olan dövlətlərin süquta uğramasının amili kimi açıqlamışdır.
HƏZRƏT ƏLİ (Ə) BAXIMINDAN CAHİLLİK DÖVRÜNÜN İSLAM İCTİMAİYYƏTİNƏ ÇEVRİLMƏSİNDƏ PEYĞƏMBƏRİN (S) ROLU
İslam Peyğəmbərinin (s) 23 illik peyğəmbərliyi müddətində yaratdığı inqilabın əzəmət və böyüklüyünü dərk etmək üçün Ərəbistan yarımadasının cahiliy-yət dövrü lazımınca tanınmalıdır, əks halda, Peyğəmbərin (s) yarat-dığı böyük inqilabi dəyişiklikləri dərk etmək olmaz. Həzrət Əlinin (ə) cahiliyyət dövrü haqqında dedikləri Qurani-Kərimdən sonra ikinci mötəbər mənbədir. İmam (ə) besətdən əvvəlki zaman ba-rəsində danışarkən, dünyanın və cahil ərəblərin vəziyyəti ilə əlaqədar buyurmuşdur: “Besət-dən əvvəl insanlığın səadət nişanələri gizlənmiş, xoşbəxtlik yolunu göstərənlərin uzun müd-dət qeybə çəkilməsi insanları heyran və sərgərdan etmişdir. Millətlər qəflət yuxusuna dal-mışdılar, işlər qarışıq idi, hər yerdə müharibə atəşi alovlanırdı. Dünyanı nadanlıq və günah qa-raltmışdır. Hiyləgərlik baş alıb gedirdi. Bəşəriyyətin həyat ağacı-nın yarpaqları saralırdı. Sular dərinliklərə çəkilmiş, hidayət çırağı sönmüş və bədbəxtliklər bəşərə üz gətirmişdir.”Həzrət Əlinin (ə) baxımından əqidə azğınlığı, iqtisadi və ictimai böhranlar cahiliyyət dövrünün əsaslı problemi idi. Cahil ərəblərin dini, dinlərin ən pisi olmaqla imanlarının zəifliyini göstərirdi. O həzrət cahil ərəblərin dininin vəziyyəti barədə buyurmuşdur: “İnsanlar müxtəlif dinlərə və tayfalara bölündüyü bir vaxtda, bir qrup Allahı məxluqata bənzədir, digər qrup isə Allahı inkar edib bütlərə sitayiş edirdilər. Belə bir vaxtda, Allah-taala həzrət Mühəmməd (s) vasitəsilə onları doğru yola yönəltdi..”
Cahiliyyət dövründə Ərəbis-tan yarımadası fərdi və ictimai baxımdan acınacaqlı vəziyyətdə idi. Xurafata inam baş alıb gedir, elmə qiymət verilmir, heç kəs mövcud vəziyyətdən yaxa qurtara bilmirdi. Azadlıq çarmıxa çəkil-mişdi. İnsanların canı, malı və fikri təhlükə altında idi. Soy-ğunçuluq baş alıb gedirdi. Cahil ərəblərin tarixində 1700-dən çox müharibə qeydə alınmış, bəzən bir müharibə yüz il davam etmişdir. Həzrət Əli (ə) bu mü-haribələri cahiliyyət cəmiyyətinin korlanma səbəbi bilmişdir. İqti-sadi baxımdan insanlar iki qrupa (varlı və qul) bölünürdülər. İq-tisadi böhran xalqın vəziyyətini daha da çətinləşdirmişdi. Həzrət Əli (ə) “Nəhcül-bəlağə”nin 26-cı xütbəsində belə buyurmuşdur: “Allah-taala Öz Peyğəmbərini göndərdiyi zaman, siz ərəblər dinlərin ən pisinə qulluq edir, mağara və qayaların arasında zəhərli, təhlükəli və kar ilanlarla yaşayır, çirkli sular içir, çirkin yeməklər yeyir və nahaq yerə bir-birinizin qanını tökürdü-nüz… Çətin bəlaya düşmüşdü-nüz, nadanlıq baş alıb gedirdi, qızlarınızı diri-diri basdırır və bütlərə ibadət edirdiniz.”Bu əsrdə ərəb xalqları çıxılmaz vəziyyətdə qalmışdılar və ha-mılıqla onları bu vəziyyətdən qur-taracaq bir şəxs axtarırdılar. Lakin ictimai vəziyyət acınacaqlı, dü-şüncələr qapalı olduğundan və xurafat baş alıb getdiyindən onları nicat verəcək bir şəxsi tanıya bilmirdilər. Peyğəmbər (s) onları başa salıb, bu vəziyyətdən qur-tarmaq üçün çox çətinlik çəkdi. Həzrət Əli (ə) gələcək nəsillərə Peyğəmbərin (s) yaratdığı inqilabı başa salmaq üçün, cahiliyyət döv-rünü besət zamanı ilə müqayisə etməyi zəruri saymış və bununla da o həzrətin böyük inqilabının keyfiyyətini və əldə etdiyi nailiy-yətlərini bəyan etmişdir.
Peyğəmbərin (s) ümdə nailiy-yəti insanın uca məqamı ilə uy-ğunlaşmayan bütpərəstliyi ara-dan götürmək, tövhid prinsipini yayıb, böyük Yaradanı tanıt-dırmaqdan ibarət idi. O, insanlara başucalığı ilə yaşayıb, şərəflə öl-məyi öyrətdi. İmam Əli (ə) Peyğəmbərin (s) digər nailiy-yətləri ilə əlaqədar ictimai təh-lükəsizliyin bərqərar edilməsinə, iqtisadiyyatın inkişafına, mədəni-maarifin böhrandan çıxmasına işarə etmişdir – həm fərdi, həm də ictimai təhlükəsizlik Allahın ne-mətlərindəndir. Allah-taala Qur-ani-Kərimin “Qüreyş” surəsində mələklərə təhlükəsizlik və bol nemətlər əta etməsini xatırladır və “İnfaq” surəsində təhlükəsizliyi cəmiyyətin mehriban yaşama-sına, vəhdət və birlik təşkil et-məsinə səbəb bilir. Həzrət Əli (ə) cahiliyyət dövrünü xatırlamaqla, tayfa və qəbilə icmasının vahid İslam ümmətinə çevrilməsində besətin mühüm rol oynadığını bəyan etmişdir. Bu barədə “Nəh-cül-bəlağə”nin “Qasiə” xütbəsin-də buyurmuşdur: “İndi Pey-ğəmbərin besət dövründə Al-lahın onlara bəxş etdiyi ne-mətlərə diqqət edin: Onları öz dininin itaətinə yönəltdi, öz dəvəti ilə onların arasında vəhdət yaratdı. İlahi nemətlər onlara üz gətirdi, rahatlıq və bolluq çay-larını onlara tərəf rəvan etdi, haqq olan dinin bütün bə-rəkətləri onları bürüdü, nemətlər içində qərq olub həyatlarının xoş günlərini yaşadılar. İslamın qüd-rəti sayəsində vəhdət və birlik-ləri bərqərar olundu və əbədi olan qüdrətin nuru altında sabit hökumət qurdular.”
İMAM ƏLİ (Ə) KƏLAMINDA PEYĞƏMBƏRİN (S) DAVRANIŞI
İmam Əli (ə) Qurani-Kərimə istinad etməklə Peyğəmbərin (s) örnək və nümunə olmasına, eləcə də vəfatından sonra o həzrətin sünnəsini dirçəltməyə və ona tabe olmağa xüsusi təkid etmişdir. O həzrətin həyatının müxtəlif yönlərini çox gözəl şəkildə açıqlayaraq buyurmuşdur: “Öz pak-pakizə Peyğəmbərinizə (s) tabe olun; çünki onun sünnəsi örnək axtaranlara bir nümunə, izzət və hörmət istəyənlərə isə bir iftixardır.”
Bundan əlavə, həzrət Əli (ə) Peyğəmbərin (s) davranışı ilə əlaqədar digər nümunələr də bəyan etmişdir. O cümlədən:
1. Peyğəmbərin (s) təqvası və zöhdü:
Peyğəmbərin (s) ən bariz və aşkar xüsusiyyətlərindən biri də dünya malından üz döndərməsidir. Qurani-Kərimdə buyurulur: “Allah Rəsulunun həyatında sənə dünyanın çirkinliklərini və eyiblərini göstərən müəyyən nişanələr vardır.” Çünki Peyğəmbər (s) öz istəyi ilə dünyadan üz çevirmiş və onun haqda düşünməyi öz qəlbindən çıxarmışdır. Başqa bir hədisdə isə, belə buyurmuşdur: “Peyğəmbər (s) dünyanı kiçik saymış, onu başqalarının gözündə dəyərsiz etmişdi. Dünyaya qiymətsiz bir şey kimi baxırdı…”
2. Peyğəmbərin (s) əxlaqı:
Qurani-Kərim Peyğəmbərin (s) xüsusiyyətləri arasında o həzrətin gözəl əxlaqını xüsusilə vurğulayaraq buyurur: “Həqiqətən, sən böyük və bəyənilmiş əxlaq sahibisən!” Peyğəmbər (s)-in özü də insanların dəyərli əxlaqlarını və keyfiyyətlərini kamilləşdirməyi öz besətinin hədəfi hesab edərək buyurardı: “Həqiqətən, mən dəyərli əxlaqları kamil şəkildə çatdırmaq üçün göndərilmişəm.”İndi isə burada o həzrətin əxlaq və davranışından bir neçəsini qeyd etməklə kifayətlənirik:
1. Xoş rəftar və mehribanlıq:
Quran baxımından o həzrətin ən gözəl xüsusiyyəti və əxlaqı camaatla mehriban davranması idi. Əgər İslam Peyğəmbəri (s) bu xüsusiyyətə malik olmasaydı, Ərəbistan yarımadasının rəhimsiz və daşürəkli xalqını düz yola hidayət edə bilməzdi. “Ali-İmran” surəsinin 159-cu ayəsi də bunu təsdiq edir.
İmam Əli (ə) Peyğəmbərin (s) əxlaqı barədə buyurur: “Peyğəmbər (s) insanların düz danışanı, səxavətlisi, şücaətlisi, vəfalısı və mülayimidir.”
Peyğəmbər (s) camaatla gülərüzlə danışır, heç kimdən nəsə bir şey ummur, onların xəta və səhvlərini üzlərinə vurmur və özünə qarşı rəva görülən hörmətsizlik və ədəbsizliyə səbir edirdi. Həqiqətən də, o həzrət səbir dağı və helm dəryası idi.
2. Əfv, güzəşt və xeyirxahlıq:
Başqalarının xətasına göz yummaq, öz haqqından keçmək o həzrətin bariz xüsusiyyətlərindəndir. Allah-taalanın “Biz səni aləmlərə rəhmət göndər-dik!” – deyə buyurması doğrudan da o həzrətdə canlanmışdı. Peyğəmbər (s) özünə qarşı rəva görülən hörmətsizliyə göz yumar, heç kimdən kin saxlamaz və şəxsi işlərində kimsədən intiqam almazdı, güzəşti intiqamdan üstün tutardı və insanlarla münasibətdə xeyirxah idi. Hətta bəzən qəm-qüssənin şiddətindən az qalırdı ki, həlak olsun. Qurani-Kərimin “Kəhf” surəsinin 6-cı ayəsində buyurulur: “Deyəsən onların bu sözə iman gətirməməsinə və nalayiq əməllərinə görə, özünü həlak etmək istəyirsənmi?”Həzrət Əli (ə) cahiliyyət dövrünü açıqlayaraq buyurur: “Peyğəmbər (s) onların xeyirxahlığı üçün əlindən gələni əsirgəmədi. Düz yolu onlara göstərdi, moizə və öyüd-nəsihət verməklə, hikmətli sözlərlə onları Allaha tərəf dəvət etdi.”
3. Şücaət:
Peyğəmbər (s) yaşadığı dövrün ən şücaətli şəxsi idi. Digər hərbi və siyasi rəhbərlərlə fərqli olaraq, bütün müharibələrdə ön cəbhədə iştirak edirdi. O həzrətin bu hərəkəti əsgərlərə əhval-ruhiyyə bağışlayırdı. İmam Əli (ə) bu məsələ ilə əlaqədar buyurmuşdur: “İki dəstə üz-üzə gəlib müharibə odu qızışdıqda, Peyğəmbər (s) bizi bəladan qoruyub-saxlamaq üçün özünü bizə qalxan qərar verirdi, (o həzrət) müharibədə (öndə getdiyi üçün) bəla hamıdan çox o həzrətə yaxın idi.” Nəhayət, həzrət Əli (ə) “Nəhcül-bəlağə”nin 9-cu məktubunda buyurmuşdur: “Peyğəmbər (s), düşmənlərin hücum etdiyi və müharibə odunun alovlandığı vaxtda, səhabələrini nizə və qılıncdan qoruyub-saxlamaq üçün öz yaxınlarını irəli göndərərdi.”
Mənbələr:
“Qurani-Kərim”
“Nəhcül-bəlağə” (Məhəmməd Dəştinin tərcüməsi)
“Allah Rəsulunun şəxsiyyəti Həzrət Əlinin (ə) siyrə və kəlamında” (Rəsul Cəfəriyan)
“Furuği əbədiyyət” (Cəfər Sübhani)
“Əmali” (Şeyx Səduq)
“Məkarimul-əxlaq” (Əbu Nəsr ibn Fəzl)
“Tarixi Təbəri” (Məhəmməd ibn Cərir)
“Təbəqatul-kubra” (İbn Səd)
Cəlal ŞƏFİYEV
“İmam Xomeyni” adına İslam Universitetinin “İslam Tarixi” fakültəsinin tələbəsi
İmamət nədir? Bu mövzu nə vaxtdan başladı? əhli sünnə ilə əhli məhzəbin nə fərqi var?imamətin xüsusiyyətləri,vəzifələri,Quranda imamət,imamətə dair ayə və hədislə
r.
imamət “rəhbərlik” deməkdir.Dini terminlərdə imamət “peyğəmbərin canişini olub dini və dünyəvi işlərdə xalqa rəhbərlik etmək,onları pis işlərdən çəkindirməkdir.Ümumiyyətlə imamət mövzusu peyğəmbər əfəndimiz dünyadan köç etdikdən sonra yaranmağa başladı.bu zaman əhli sünnə və əhli məhzəb arasında ixtilaf düşdü.əhli sünnə dediki imam icm tərəfindən seçilməlidir,əhli məhzəb(şiə) dediki imam Allah tərəfindən seçilməlidir.İmamətin 5 xüsusiyyətlər var:1-İmam Allah tərəfindən seçilməli,2-O ilahi biliyə malik olmalı,3-Məsum olmalı,yəni günahsız olmalı,4-Ədalətli olmalı,5-Təmənnasız iş görməli,yəni heçnə ummamalıdır.İmamətin 6 vəzifəsi vardır:1-Qurani-Kərimin ayələrini aydınlaşdırıb xalqa hökm verməli,2-dini kəlamları camaata bəyan etməli,3-Ümməti qarşısında azğınlığın qarşısını almalı,4-Öz sözləriylə xalqa örnək olmalı,5-asayişi ,sülhü qoruyub saxlamalı,6-islamın sərhədlərini,malını,qanun-qaydalarını qoruyub saxlamalıdır.Quranda da imamətə önəm verilir.Əl-Bəqərə 124 deyilirki:”Biz İbrahimi sınadıqdan sonra imamlıq verdik.”2-İmamət iki yerə bölünür:hidayət və azğın.Tövbə 12 və İsra 73.Tövbə 12 deyilirki:”Kafir başçılar andlarını pozub dininizə böhtan atsalar onlarla vuruşun çünki onlar anda sadiq qalmazlar”.İsra 73 deyilirki:”Onlar səni sənə vəhy etdiklərimizdən çəkindirmək və Qurandan başqa kitabı bizə aid etməni istədilər.o zaman səmi özlərinə dost tutacaqdılar.”3-Hər ümmət qiyamətdə sorğu-suala imamıyla gələcək.İsra 71 deyilirki:”Biz hər ümməti öz imamıyla çağıracağıq.”4-Furqan 74deyilirki:”Onlar dedilər:Ey Allah bizə gözümüzün aydınlığı olan zövcələr və övladlar ver və bizi müttəqilərə imam qərar ver.”İmamlara aid bir çox ayə və hədislər var.Maidə 55 deyilirki:”Şübhəsiz sizin rəhbərləriniz Allaha və peyğəmbərə iman gətirib ruku halında zəkat verənlərdir.”Əhli-beytə nazil olmuş “Təthir”ayəsi Yəni Əhzab 33 deyilirki:”Ey Əhli-Beyt sizdən günahları və nüqsanları silib təmizləmək və sizi paklamaq istəyirəm.” Hədislərə gəlincə:Səqeyn və səfinə hədisi.Səqeyn hədisində deyilirki:Mən sizə iki əmanət qoyub gedirəm Allahın kitabını və Əhli Beytimi.onlar qiyamətə qədər Kövsər hovuzunun yanında mənə qədər ayrılmazlar.Səfinə hədisində deyilirki:Əhli beyt Nuhun gəmisinə bənzəyir.kim bu gəmiyə minsə nicat tapar,kim yan qaçsa suya qərq olar.İmamlarımız 12-dir.
1-İmam Əli (ə)
2-İmam Həsən (ə)
3-İmam Hüseyn (ə)
4-İmam Zeynal-Abidin (ə)
5-İmam Məhəmməd-Baqir (ə)
6-İmam Cəfəri-sadiq (ə)
7-imam Museyi-Kazim (ə)
8-İmam Rza (ə)
9-İmam Əliyyən-Təqi (ə)
10-İmam Əliyyən-Nəqi (ə)
11-İmam Həsən Əskəri (ə)
12İmam Sahib-Zaman (ə.f)
Hal-hazırda 12 imam qeybdədir.Allahın izniylə gəlib zülmün kökünü kəsəcək.İmamlardan İmam Əli və İmam Husyen qılıncla qalanları 12 imamı çıxmaqla zəhərlə öldürülüb.imam Əli və İmam Həsən aşkar rəhbər,İmam Sahib-Zaman (ə.f) isə gizli rəhbərdir.unutmayın bunu.ALLAH SİZDƏN RAZI OLUB GÜNAHLARIMIZI BAĞIŞLASIN.AMİN!