Allah-taala insanı yaratdığı və yer üzünə hakim etdiyi gündən, onları hidayət etmək üçün, ilahi rəhbərlər göndərmişdir. Onlar, insanlara xoşbəxtlik və kamillik bəxş etmək üçün, əzab-əziyyətlərə sinə gərmiş, gecə gündüz yorulmadan çalışmışlar. Tarixə nəzər saldıqda, bu şəxsiyyətlərin insanlar tərəfindən müxtəlif təzyiqlərə məruz qalmaları açıq-aydın müşahidə olunur; kimi onları dəli, kimisi də sehrbaz adlandırırdı. İlahi rəhbərlər öz vətənlərini tərk edərək başqa yerlərdə məskunlaşmaq məcburiyyətində qalmalarına baxmayaraq, yenə də ilahi qanunları yaymaq üçün əllərindən gələni əsirgəmədilər. Onların həyatını mütaliə edərkən, insanın qarşısına müəmmalı suallar çıxa bilər: Görəsən, vətənini tərk etmək məcburiyyətində qalan, ölümlə hədələnən və başqa müxtəlif çətinliklərlə üzləşən zaman, onlara dözüm və istiqamət verən hansı qüvvə idi? Təbii ki, ilahi rəhbərlərə dözüm və istiqamət verən ilahi bir qüvvə olmuşdur.
İnsanlar bu hidayət çıraqları haqqında düşünərkən, zehinlərində onları rahat buraxmayan və araşdırma aparmağa məcbur edən bəzi suallara rast gəlirlər. Əlbəttə, bu suallar təkcə bu gün deyil, ən qədim zamanlardan belə, mövcud olmuşdur. Peyğəmbərlər də bizim kimi insandırlar. Onda nə üçün biz öz cinsimizdən olan insanlara tabe olmalıyıq? Əgər onların gətirdiyi qanunlar ağıl vasitəsilə dərk olunursa, biz nə üçün öz ağlımıza deyil, onlara təqlid etməliyik? Zaman ötüb keçdikcə və yeni nəsillər dünyaya qədəm qoyduqca, həm bu suallar, həm də bu suallara verilən cavablar artır. Müasir zamanda bu haqda qarşıya çıxan suallardan biri də belədir: “Elm və texnologiyanın günü-gündən tərəqqi etməsi, kəşflərin günbəgün çoxalması və bəşər elminin bütün maddi ehti-yaclarımızı ödəyə biləcək qədər inkişaf etməsi bizim eh-tiyaclarımızı ödəmirmi? Qarşınızda olan məqalədə, bu sual-ların cavabları və bəşəriyyətin ilahi rəhbərlərə ehtiyaclı olub-olmaması qısa şəkildə araşdırılır.
İslam alimləri Allah-taala tərəfindən peyğəmbərlərin göndərilməsinin zəruri olmasını müxtəlif dəlillərlə isbat etmişlər.1. İnsan ilahi qanunlar vasitəsilə kamilləşir:Bu dəlilin əsasını aşağıdakı amillər təşkil edir;a) İnsan ictimai bir varlıqdır;İnsanın səhralarda, meşələrdə və dağlarda fərdi şəkildə yaşaması aradan gedərək, ictimai şəkildə yaşayışa baş-laması onun ictimai varlıq olmasını bildirir. İnsanlar ictimai yaşayışla fərdi həyatlarında üzləşdikləri problemlərin çoxuna qələbə çalırlar.
b) İnsanın istəkləri heç bir ölçüdə məhdudlaşmır:Hər bir insanda öz şəxsiyyətini və təfəkkürünü sevmək xüsusiyyəti mövcuddur. Onun bu istəklərə nail olmaq üçün üzləşdiyi hər problemi öz xeyrinə həll etmək istəyir, hər şeyin onun üçün yarandığını düşünür, ağır və çətin olan ictimai qanunlara dözməsi bu qanunların ona səadət nəsib edəcəyinə görə deyil, əksinə digərlərinin onun qarşısında təslim olmadığını görərək çarəsizlikdən ictimai qanunlara riayət etmək məc-buriyyətində qalması üzündəndir. v) Qanun olmayan icmada yaşamaq qeyri-mümkündür:İnsanın istəklərini təmin etmək və onları nizam-intizama salmaq üçün cəmiyyət arasında qoyulan qanunlar iki xüsusiyyətə malik olmalıdır: 1. Hər bir şəxsin cəmiyyətdə öz vəzifə və məsuliyyəti aydın olmalıdır. Çünki yaşadığı cəmiyyətin müqabilində öz vəzifəsini bilməyən şəxs pak və adil olmasına baxmayaraq, öhdəsinə düşən vəzifələri düzgün şəkildə yerinə yetirə bilməyəcəkdir. Belə olan təqdirdə, digər insanların hüquqlarını ayaq altına atacaq, nəticədə bir sıra mübahisələr, cinayətlər və sair əxlaqi və ictimai pozğunluqlar ortaya çıxacaqdır; 2. Cəzalar təyin etməklə insanın xudbinlik təbiətini nizamlamaq və başqa insanların hüquqlarına təcavüz etmək fikrini onun zehnindən xaric etmək lazımdır.q) Qanunvericilərin şərtləri:Qanunverici şəxs insanları xüsusi proqram tərtib etməklə kamala doğru yönəltməlidir. Məhz, buna görə də o, aşağıdakı xüsusiyyətlərə malik olmalıdır:1. Qanunvericiliyin əsas məqsədi insanların cismi və ruhi ehtiyaclarını təmin etməkdir. Elə buna görə də o, insanın ruhi və cismi sirlərindən tam şəkildə agah olmalıdır. Bu məsələni aydınlaşdırmaq üçün həkimin xəstəyə yazdığı nüsxəni misal göstərmək olar. Nüsxənin xəstəyə yalnız bir təqdirdə – həkimin o xəstənin, habelə çəkdiyi ağrı-acıların haqqında tam şəkildə məlumatlı olduğu zaman – faydası ola bilər, əks təqdirdə, nüsxənin xəstəyə nəinki faydası olmaz, həm də zərər vermə ehtimalı yüksələr. 2. Tərtib olunan qanunlarda qanunverici şəxsin heç bir mənfəəti olmamalıdır. Çünki o, şəxsi mənfəətləri ortaya çıxdıqda, çoxlarının hüquq-larının riayət olunmaması ehtimalı artır.3. Qanunverici şəxs cəmiyyətin təkcə zahiri əməllərini islah etməklə kifayətlənməməli, onların əqidə və düşüncələrinin islahı üçün də çalışmalıdır.Saydığımız bu xüsusiyyətlər qanun-verənin əsas şərtləridir. Bu xüsusiyyətlərlə tanış olduqdan sonra, onların kimdə daha yaxşı can-landığını təhlil etmək istəyirik. Qanunverənin birinci xüsusiyyətini təhlil edərkən, onun Allah-taalaya məxsus olduğunu görürük. Çünki O, öz yaratdığı mövcudatları hamıdan yaxşı tanıyır, insanı yaradan Xaliq onun sirlərinə, gizli və aşkar ehtiyac-larına, təbiətinə başqalarından daha da agahdır. İkinci xüsusiyyətdə bütün insanların azacıq olsa da belə, xudbin olduqları üçün, qanunvericilikdə öz mənfəətlərini nəzərə aldıqlarını görürük. Heç kimə möhtac olmadığına görə, qanunvericilikdə mənfəət axtarmayan varlıq yalnız Allah-taaladır.Üçüncü xüsusiyyətə gəldikdə isə, insanların əqidə və düşüncələrini islah etməyin ilahi qanunlar olmadan mümkün olmadığını, insanlar tərəfindən qoyulan qanunlar yalnız onların əməllərinə nəzarət etdiyini, onların insanın əqidə və təfəkkürü haqqında sakit qaldıqlarını görürük. Bu qanunlar insanı əqidə və düşüncə baxımdan tam azad buraxır. Dini islahatlarda isə, bu şərtin tam şəkildə riayət olunduğunu müşahidə edirik.
Allah-taala tərəfindən göndərilən peyğəmbərlərin insanın əqidə və düşüncəsində etdikləri dəyişikliklərin, Allaha və qiyamət gününə yarat-dıqları imanın insanların daxillərinə nəzarət etmənin əsasını qoyur. Dediklərimizdən belə nəticə almaq olar ki, cəmiyyətin kamilləşməsi üçün olan qanunvericilikdə, Allah-taala tərəfindən peyğəmbərlərin göndəril-məsi zəruridir. Çünki insanı başqa canlılardan fərqləndirən cəhətlərdən biri onun başqalarının hüquqlarına toxunmamasıdır. İnsan hüquqlarının qorunması, eləcə də insanların kamilləşməsi üçün yuxarıdakı üç xüsusiyyətdən ibarət olan qanunlara ehtiyac vardır. Bu üç xüsusiyyət peyğəmbərlər vasitəsilə insanlara çatdırılan ilahi qanunlardan başqa heç bir qanunda mövcud deyildir. Məhz buna görə də, Allah-taala insanların kamilləşməsi üçün Öz göstərişlərini peyğəmbərlər vasitəsilə onlara çatdır-malıdır.
2. İnsanların təlim
və tərbiyədə peyğəmbərə ehtiyacları vardır:Heç bir qərəzsiz şəxs inana bilməz ki, Allah-taala bu dünyanı hədəfsiz yaratmışdır. Çünki O, hikmət sahibidir və hikmət sahibi heç vaxt mənasız və yersiz işlər görməz. Dünyanın yaradılışındakı nizam-intizam, bütün mövcudat arasında müşahidə olunan uyğunluq onun müəyyən bir hədəf üzərində yaranmasını göstərir. Şübhəsiz, yaradılışdan məqsəd, hər bir varlığın kamal və təkamülə çatmasıdır. Belə isə, görəsən, kamilliyin yolu nədir?
Bitkilər daxili təbiətlərinə görə, hər növ təlimdən ehtiyacsızdır, eləcə də heyvanlarda qida toplamağın, düşmən-dən qorunmağın və nəsil artırmağın yollarından tam şəkildə agahdır. Amma insanın ehtiyacları saysız-hesabsız olduğundan, onun daxili təbiətləri o ehtiyacların cüzi bir hissəsini belə, təmin etməyə, öz əqli ilə bir sıra nöqsanları həll etsə də, onları tam şəkildə aradan qaldırmağa qadir deyildir. Çünki öz təfəkküründə səhvsiz olmayan insan bir çox mövzularda yanlış nəticələrə uğrayır. Hər gün müxtəlif məsələlərdə bir nəzəriyyə başqa bir nəzəriyyənin yerini tutur və yeni fikirlər elmi yığıncaqlarda müzakirə edilir. Məhz buna görə də, bəşər elmi səadət və kamillik bəxş edən məsələlərdə etibarsız sayılır. Peyğəmbərlərin bilik mənbəyi olan vəhy elmi isə səhvsiz və nöqsansızdır. Çünki vəhy heç bir səhvi olmayan sirli bir idrakdır, yalnız bu idrak üzərində qurulan təlimlər bəşəri səadətə və kamilliyə çatdırdığı üçün etibarlı sayılır. Bağışlanmayan səhvlərƏgər bəşər elminin nöqsanları onların səadətilə bağlı olmayan məsələlərdə olsaydı, peyğəmbərlərin gəlişinin zəruri olduğunu şübhə altına salmaq olardı. Misal üçün, əgər bəşərin səhvləri təkcə göy cisimləri, yaxud ulduzların arasında olan məsafələr və digər məsələlərlə əlaqədar olsaydı, peyğəmbərlərin gəlişinin zəruri olduğunu inkar etmək olardı. Gördüyünüz kimi, insanın səadətə nail olmasında bu məsələlərin heç bir rolu yoxdur. Beləliklə, insan öz bilik və təfəkkürü sayəsində yaradılış məqsədinə yetişə bilər. Təəssüflər olsun ki, insan öz səadəti ilə birbaşa bağlı olan, onun maddi yaşayışında rolu olan, habelə bütün səadətlərin əsasını təşkil edən məsələlərdə Allahı tanımaqda səhvə yol verir, nəticədə təkcə mənəvi həyatını deyil, maddi həyatını da uçuruma aparır. Hal-hazırda Hindistanın bəzi məntəqələrində cəmiyyətin aclıq və qıtlıq ucbatından tələf olmalarına baxma-yaraq, hələ də onların müqəddəs saydığı heyvanlar özbaşınalıqla əkin sahələrini məhv edirlər. Mənasız düşüncə nəticəsində heç kim onların ətindən istifadə etməyə cürət etmir. Yüz milyonlarla insan inəklərə tapınıb sitayiş edirlər. Hindistan dövləti insanların tələf olmasının qarşısını almaq məqsədilə inək ətindən az miqdarda istifadə etmək qərarını çıxartdığı gün, cəmiyyətin saysız etirazı ilə üzləşərək, bu qərarı ləğv etmək məcburiyyətində qaldı.Yaponiyanın çoxlu elmi nailiyyətlər əldə etməsinə baxmayaraq, yaponlar hələ də hər bir hadisənin özünə-məxsus tanrısı olduğunu iddia edir, öz əlləri ilə düzəltdikləri bütlərə baş əyir və yetkinlik yaşına çatmış qızlar ailə qurmaq üçün bütlərdən yardım diləyirlər.
Allah-taala tərəfindən minlərlə peyğəmbərin göndərilməsinə baxma-yaraq, yaşadığımız müasir dövrdə insanların ilahi maariflərə yiyələnməsi yenə də acınacaqlı vəziyyətdədir. Görəsən, peyğəmbərlər bütpərəstliklə mübarizə aparmasaydılar, bəşərin Allah haqqında düşüncə və təfəkkürü necə olacaqdı? İnsan tarixə nəzər saldıqda, peyğəmbərlərin təlimlərini görmədən Allahın varlığını isbat edən bəzi dahi şəxsiyyətlərlə üzləşir. Sokrat, Platon, Aristotel və başqalarını buna misal çəkmək olar. İnsan bu dahilərin – pey-ğəmbərlərin təlimlərini nəzərə almadan – Allahın varlığını (əql və fəl-səfi yollarla) isbat etdiklərini görərkən, özü-özünə belə bir sual verir; əgər insanlar öz ağıl və təfəkkürləri ilə Allaha inanırlarsa, Onu isbat etməyə qadirdirlərsə, onda peyğəmbərlər nə üçün göndərilmişdirlər? Bu suala ilahiyyatçılar və müsəlman sxolostları müxtəlif cavablar vermişlər ki, biz onlardan bir neçəsini diqqətinizə çatdırmaqla kifayət-lənirik:Dahi insanlar həyatda çox azdır, hətta tarixə nəzər saldıqda, belə insanların demək olar ki, hər əsrdə yalnız bir nəfərinin meydana gəldiyini görürük. Peyğəmbərlərin gətirdiyi səadət bütün insanlara aiddir və kainatın sirlərini bütün insanlara anlatmaq məqsədi ilə göndərilmişlər.Dahi insanların ağıl və təfəkkürləri nə qədər yüksək olsa da, onlar yalnız Allah-taalanın varlığını isbat etməyə qadirdirlər. Peyğəmbərlər isə, yalnız Allahın varlığını isbat etmək üçün göndərilməmiş, həm də Ulu Yaradanın hansı sifətlərə malik olmasını, Onun zatına uyğun olub-olmayan xüsusiyyətlərini də araşdırmışlar. Allah-taalanın sifətləri və xüsusiyyətləri haqqında məlumat vermək yalnız peyğəmbərlərin işidir. Eramızdan qabaq yaşayan yunan filosoflarının təfəkkür və nəzəriyyələri ilə tanış olanlara bəllidir ki, Sokratın, Platonun və Aristotelin isbat etdiyi varlıq “Allah” deyil, “vacibül-vucud”dur (zəruri varlıqdır)Dini mənbələrə əsasən, yer üzünə qədəm qoyan ilk insan peyğəmbər olmuşdur. Bu əsasən, demək olar ki, peyğəmbərlərin təkallahlığa və tövhidə dəvətləri dünyanın bütün guşələrində elan edilmişdir. Alimlərin fikrincə yunanıstanda “vacibül-vücud” haqqında danışan və onun isbatı üçün çalışan filosofların düşüncələri peyğəmbərlərin təlimlərinin təsiri altında formalaşmışdır. 3. Bəşər elminin iqtisadi və əxlaqi zəminlərdə naqisliyi:Bəşər elminin çatışmazlığı yalnız Allah və Onun sifətlərini tanımaq kimi məsələlərdə deyil, üstəlik maddi və dünyəvi səadətini təşkil edən bir çox ictimai və əxlaqi məsələləri də əhatə edir. Bu zəminlərdə bir-birinə tam zidd olan müəyyən təfəkkürlər vardır ki, insan hansı nəzəriyyənin düzgün olduğunu aydınlaşdırmaqda çətinlik çəkir. Məhz səbəbdən də, insan bəşər elmindən yüksək olan vəhy elminə ehtiyac duyur. Bu məsələnin aydın-laşması üçün aşağıda qeyd olunanlara diqqət yetirmək lazımdır:1. Sözsüz ki, insanın maddi yaşayışının əsasını cəmiyyətdə düz-gün iqtisadın bərpa olunması təşkil edir. Bu iqtisad digər insanların hüquq-larına təcavüz etməmək şərti ilə cəmiyyəti səadətə doğru aparmaq əsasında qurulmalıdır. Amma bu qədər inkişaf və elmi nailiyyətlərə baxmayaraq, hələ də insan bu məsələni həll etməkdən acizdir. Müasir insan cəmiyyəti bir-birinə zidd olan kommunizm və kapitalizm quruluşları əsasında şərq və qərb bloklarına bölünürdü. Hər iki qrupun mütəfəkkirləri özlərini ən böyük iqtisad rəhbəri bilir və öz nəzəriyyələrini minlərlə kitab və məqalə vasitəsi ilə dünyaya çatdırırlar. Amma bütün bunlara baxmayaraq, düzgün iqtisadın necə qurulacağı bəşər üçün hələ də həll olunmamışdır. Belə olan halda, insanın ağıl və biliyi yaradılış məqsədinə çatdıra bilərmi? Yoxsa, o, bu çatışmazlıqları ilahi göstərişlərlə həll etməlidir?
2. İnsan yaşayışının əsasını təşkil edən əxlaqi dəyərlərə malik olmayan xalq hər növ kamaldan uzaqdır. Təəssüflər olsun ki, bu əsrin insanları dünyaya hələ də düzgün bir əxlaqi məktəb tanıtdırmamış və hər bir məktəb əxlaq barəsində öz nəzəriyyələrinə uyğun fikirlər irəli sürmüşdür. Misal üçün, bəziləri əxlaqı belə tərif etmişlər: “İnsanı hədəfə çatdıran hər bir vasitəyə əxlaq deyilir.” Bu tərifə əsasən, “Proletariat” inqilabına kömək edən hər bir cinayət, qətl və pisliklər “əxlaqi dəyər” hesab olunur. Kapitalist quruluşunu kommunizmə yönəldən hər bir şey milyonlarla insanın ölümünə səbəb olsa da, bu “əxlaqi dəyər” adlanır. Bu nəzəriyyələr insanı mənəviyyata və düzgün əxlaqi dəyərlərə çatdıra bilməz. Əgər bu gün dünyanın bəzi yerlərində əxlaqi dəyərlər yaşayırsa, Allah-taala tərəfindən göndərilən peyğəmbərlərin məruz qaldıqları əzab-əziyyətlərin nəticəsidir.3. İnsanın xoşbəxtliyi, yaxud bədbəxtliyi ilə birbaşa əlaqədar olan amilləri tanımaq bəşərin kamala yetişməsində böyük rol oynayır. Çoxlu insanlar peyğəmbərlərin təlimləri nəticəsində bu amillərin bir qismi ilə tanışdırlar. Peyğəmbərlərin təlimləri içərisində yer tutan vacib və haram məsələlər insana bu yolda kömək edir. Əgər Allah tərəfindən peyğəm-bərlər göndərilməsəydi, insanlara ictimai fəsadları tanımaqda nə qədər vaxt lazım olacağı məlum deyildir.
Deyilənlərdən nəticə almaq olar ki, peyğəmbərlər göndərilmədən insanın kamala yetişməsi qeyri-mümkün bir iş sayılır. Buna görə də, peyğəmbərlərin göndərilməsinin səbəblərindən biri də, bəşərin maarif-ləndirilməsi və naqis əqlinin mükəmməlləşdirilməsidir. Allah-taala müqəddəs Qurani-Kərimin “Bəqərə” surəsinin 213-cü ayəsində buyurur: “Allah onlara müjdə verən və əzabla qorxudan peyğəmbərlər göndərdi, insanlar arasındakı ixtilafları ayırd etmək üçün o peyğəmbərlərlə birlikdə haqq olan kitab nazil etdi.” Sözsüz ki, ixtilaflı məsələlər ağıl və təfəkkürün çatışmaz-lığından irəli gəlir. Peyğəmbərlər vəhy elmi ilə hər şeydən agah olur və insanların ixtilaflı məsələlərini düzgün şəkildə aradan qaldırırlar.
Qədir MƏMMƏDOV
“İmam Xomeyni” adına İslam Universitetinin“İslam Tarixi” fakültəsinin tələbəsi
Müzakirələr
“İnsanların İlahi rəhbərə ehtiyacı” yazısı üçün şərh yaz
Şərh yazın