Xəbərlər

Əllamə Seyyid Mürtəza Əsgəri vəfat etdi

«İnna lillah və inna ileyhi raciun» – «Həqiqətən, biz hamımız Allahdanıq və qayıdış Ona doğrudur»allame-aqa-41.jpg
İslam dünyasının böyük mütəfəkkirlərindən biri, kəlam, tarix və hədis elmlərinin dərin bilicisi olan Həzrət Əllamə Ayətullah Seyyid Mürtəza Əsgəri (r.ə.) cənabları, 17 sentyabr 2007-ci il tarixində 93 yaşında dünyasını dəyişmişdir. amirra şəhərində dünyaya göz açmış Əllamə Əsgəri (r.ə.), İraqda islam maarifçiliyi kimi mübarək bir missiyanı həyata keçirmək işində, misilsiz mənəviyyat və elm bulağı olan Şəhid Sədr (r.ə.) və onun nəcib və aqilə bacısı Bintul-hudanın (r.ə.) şərəfli həməqidə və silahdaşı olmuşdur. O, eyni zamanda «Üsulid-din» institutunu təsis edərək, islam maarifinin müxtəlif sahələri üzrə 300 nəfərə yaxın yüksək akademik səviyyədə mütəxəssis yetişdirmişdir.

Cənab Əllamə Seyyid Əsgəri (r.ə.) özündən sonra elm teşnələri üçün çox zəngin və dəyərli bir elmi miras yadigar qoymuşdur. Həzrət Əllamə Ayətullah Seyyid Mürtəza Əsgəri (r.ə.) cənablarını 7-ci İmam Museyi-Kazımın (ə) qızı Həzrət Məsumənin (s.ə.) müqəddəs hərəmində dəfn ediləcəkdir. İçərişəhər «Cümə» məscidinin imam-camaatı Hacı İlqar İbrahimoğlu dini icma adından Həzrət Əllamə Ayətullah Seyyid Mürtəza Əsgəri (r.ə.) cənabları cənablarının vəfatı münasibətilə bütün iman əhlinə dərin hüznlə başsağlı verir.

ALLAH RƏHMƏT ELƏSİN!

Müzakirələr

“Əllamə Seyyid Mürtəza Əsgəri vəfat etdi” yazısı üçün şərh yaz

Şərh yazın

Ən son şərhlər