Bəqi, İslam peyğəmbərinin (s) vasitəsi ilə qəbiristanlığa çevrilmiş bir yerin adıdır. Burda İslam peyğəmbərinin (s) tövsiyəsi ilə dəfn edilən ilk şəxs Osman ibn Məzun olmuşdur. O, həm Allah rəsulunun sevimli səhabəsi və həm də İmam Əlinin (ə) yaxın dostlarından biri olmuşdur. İmam Əli (ə) ona olan məhəbbəti ilə əlaqədar bir oğlunun adını Osman qoymuşdur.
İslam peyğəmbəri (s) bəzi Ühud şəhidlərini və oğlu İbrahimi bu qəbiristanlığqda dəfn etməklə bu məkanı daha da şərəfləndirmişdir.
Hazırda Bəqi qəbiristanlığında İslam peyğəmbərinin Əhli-beytindən olan dörd imam – İmam Muctəba, İmam Səccad, İmam Baqir və İmam Sadiq (ə) dəfn edilmişdir. Habelə, islam peyğəmbərinin bəzi xanımları, O Həzərətin (s) əmisi Əbbas, həzrət Əlinin (ə) anası Fatimə bint Əsəd və başqa böyük şəxsiyyətlər burada dəfn edilmişdir.
Bəqi bütün İslam məzhəblərin ehtiram bəslədiyi məkanlardan biridir və Peyğəmbər məscidinin aralığında yerləşir. Lakin özlərini mənfur vəhhabi firqəsinə mənsub bilən şəxslər şəvval ayının 8-də bu muqəddəs məkna vəhşicəsinə hucum edərək İslam peyğəmbərinin övladları olan imamların qəbirlərini darmadağın etmişlər.
Müzakirələr
“Bəqi qəbiristanlığı” yazısı üçün şərh yaz
Şərh yazın