Əxlaqı

İSLAM PEYĞӘMBӘRİNİN (S)ƏXLAQI

İnsanların hidayәt kitabı Qur`ani-kәrimdә oxuyuruq:Gül

“Şübhәsiz (siz müsәlmanlar üçün) Allah elçisi (Hәzrәt Məhәmmәd) әn gözәl vә layiqli bir nümünәdir, (әlbәttә) Allaha vә Qiyamәt gününә inanan vә Allahı daha çox yad edәnlәr üçün.”[1]

Qeyd olunmuş ayәyә әsasәn, müsәlmanlar üçün әn yaxşı nümunә vә ülgü Hәzrәt Məhәmmәd (s) vә onun rәftarlarıdır ki, bu rәftarlar isə insan hәyatının hәr bir sahәsinә şamil ola bilər.

Hәzrәt Məhәmmәd (s) vәfatı vaxtı belә buyurmuşdur:

لاَ نَبِىَّ بَعْدِى وَ لاَ سُنَّةَ بَعْدَ سُنَّتِى…

“Mәndәn sonra bir Peyğəmbər gәlmәyәcәk vә mәnim davranışımdan sonra ayrı bir davranış olmayacaqdır… ”

Hәzrәt Məhәmmәd (s) digər bir hәdisdә buyurur:

أَدَّبَنِى رَبِّى فَأَحْسَنَ تَأْديِبِى

“Rәbbim mәni daha gözәl әdәblә әdәblәndirmişdir. ”

Digər bir hәdisdә isə buyurulur:

خَيْرُ السُّنَنِ سُنَّةُ مُحَمَّدٍ صَلَّى اللهُ عَلَيْهِ وَ آلِهِ وَ سَلَّمَ.

“Davranışların daha üstünü, hәzrәt Məhәmmәdin (s) davranışıdır. ”

Gördüyünüz kimi qeyd olunmuş ayә vә hәdislәr bizi hәzrәt Məhәmmәdin (s) davranış vә rәftarlarına әmәl etmәyә dә`vәt edir.

Lakin müsәlmanların çoxunun o hәzrәtin (s) davranışları vә rәftarlarından kifayәt qәdәr xәbәri yoxdur. Elә buna görә hәzrәt Məhәmmәdin (s) rәftarlarından bir neçәsinә işarә etmәyi qәrara aldıq.

Hәzrәt Məhәmmәdin (s) davranışı barәdә çoxlu kitablar yazılmışdır. Lakin yaşadıfınız әsrdә yazılmış әn dәyәrli kitab, böyük İslam filosofu Әllamә Tәbatәbainin (rә) yazdıfı «Sünәnun-Nәbi» – (Peyğәmbәrin davranışları) kitabıdır.

Әllamә Tәbatәbai (rә) bu kitabda hәzrәt Məhәmmәdin (s) müxtәlif hәyat sahәlәrindә olan davranış vә rәftarını rəvayət əsasında nəql etmişdir.

Hәmçinin o, «Әl-Mizan» adlı təfsirinin 6-cı cild, Maidә surәsinin 116-120-ci ayәlәrinin tәfsirindәn sonra gәlәn hәdis vә rәvayәt bölmәsindә dә hәzrәt Məhәmmәdin (s) bir sıra rәftarlarını qeyd etmişdir.

Burada hər iki kitabdan istifadә edәrәk, hәzrәt Məhәmmәdin (s) ‏‏‏bir neçә rәftarı vә davranışını diqqətinizə çatdırırıq:

1- Hәzrәt Әli (ә) buyurur: Hәzrәt Məhәmmәdin (s) mə`sum (günahsız) olmağına baxmayaraq, Allah qorxusundan ağlayırdı və onun göz yaşları namaz qıldığı yeri yaş edirdi.

2- Hәzrәt Məhәmmәd (s) hamıdan gec әsәblәşәrәk hamıdan da tez razı olurdu. Hәmçinin o hәzrәt (s) xalqa qarşı daha mehriban, daha xeyirxah vә daha xeyir verәn idi.

3- Hәzrәt Məhәmmәd (s) danışarkәn tәbәssüm edәrdi.

4- Hәzrәt Məhәmmәd (s) mö`minlәrlә (onları sevindirmәk üçün) zarafat edәrdi. (Lakin o hәzrәtin zarafatları öz həddində və doğru idi).

5- Hәzrәt Məhәmmәd (s) heç vaxt göz vә qaşla işarә etməzdi.

6- Hәzrәt Məhәmmәd (s) bir şeydәn narahat vә qəmgin olduqda ibadәtә üz gәtirər və namaz qılardı.

7- Hәzrәt Məhәmmәd (s) öz ailәsi vә övladlarına hörmәt edәr vә onlarla mehribanlıqla rәftar edәrdi.

8- Hәzrәt Məhәmmәd (s) hәmişә sadә vә tәmiz paltarlar geyinәrdi. (O hәzrәt namaz qılarkәn qara rәngli әmmamәsini başına qoyardı.)

9- Hәzrәt Məhәmmәd (s) әmmamә, ayaqqabı vә әbadan başqa qara vә qırmızı rәngli paltar geyinmәzdi.

10- Hәzrәt Məhәmmәd (s) evindә bir cüt göyәrçin vә rәngi ağ olan bir xoruz saxlayırdı.

11- Hәzrәt Məhәmmәd (s) arxa üstә yatır, yataq yerinә girәndә, Allahın adını çәkir vә yataq yerindən qalxdıqda, Allaha şükr edәrdi. Hәmçinin O, hәzrәt (s) yatmamışdan öncә, «Ayәtәl-kursi”ni oxuyardı.

12- Hәzrәt Məhәmmәd (s) hәmişә tәvazökar olub, heç vaxt tәkәbbürlük etməzdi.

13- Hәzrәt Məhәmmәd (s) nar yedikdә, heç vaxt onun parasını başqalarına verməzdi. (Başqalarına bütöv narı təklif edərdi).

14- Hәzrәt Məhәmmәd (s) su içmәzdәn öncә «Bismillah» deyir vә suyu üç nәfәsә içirdi. Su içdikdәn sonra isә «Әlhәmdulillah» deyərdi.

15- Hәzrәt Məhәmmәd (s) yediyi yemәyi lazımınca çeynәdikdәn sonra udardı.

16- Hәzrәt Məhәmmәdin (s) yediyi әsas yemәk, xurma, süd vә hәlim idi.

17- Hәzrәt Məhәmmәd (s) balı çox sevirdi.

18- Hәzrәt Məhәmmәd (s) heç vaxt yemәyi isti-isti yemәz, onu soyutduqdan sonra yeyәrdi.

19- Hәzrәt Məhәmmәd (s) yaflı yemәk yedikdәn sonra vir az su içərdi.

20- Hәzrәt Məhәmmәd (s) qurbanlıq bayramında iki qoç kәsərdi.‏ (Onların birini özü tәrәfindәn, digərini isә ümmәtinin yoxsulları tәrәfindәn qurban kәsirdi).

21- Hәzrәt Məhәmmәd (s) acmamış yemәk yemәz, doymamışdan öncә süfrәdәn qalxardı.

22- Hәzrәt Məhәmmәd (s) xәstәlәrә dәyib, onların halını soruşardı.

23- Hәzrәt Məhәmmәd (s) cәnazәni (ölünü) müşayiәt etdikdә, az danışar, qәm vә kәdәr içindә olardı.

24- Hәzrәt Məhәmmәd (s) hüzür düşmüş evә üç gün yemәk bişirib, aparmafı göstәriş verərdi.

25- Hәzrәt Məhәmmәd (s) özündәn qan aldırır, başı afardıqda isә qaşlarını yaf ilә sürtürdü.

26- Hәzrәt Məhәmmәdin (s) qızması olduqda, şәkәri soyuq su ilә qatışdırıb içirdi.

27- Hәzrәt Məhәmmәd (s) hәr gün üç dәfә dişlәrini yuyardı: 1- Yatmazdan qabaq; 2- Namaz vә dua üçün yuxudan ayıldıqdan sonra; 3- Sübh namazı üçün mәscidә getmәzdәn öncә.

28- Hәzrәt Məhәmmәd (s) bә`zi vaxtlar zöhr vә əsr, həmçinin məğrib vә işa namazlarını bir-birinin ardınca qılır, bә`zi vaxtlar isә onları müəyyən fasilə ilə qılırdı.

29- Hәzrәt Məhәmmәd (s) namaza durduqda, rәngi qaçır vә o hәzrәtdәn (s) yanıqlı sәslәr eşidilirdi.

30- Hәzrәt Məhәmmәd (s) namaz vaxtı әsnәdikdә sağ әlini ağzının önünә tutardı.

31- Hәzrәt Məhәmmәd (s) tәzә meyvә gördükdә, onu әlinә alaraq, öpüb gözlәri vә dodaqlarına qoyur vә dua edərdi.

32- Hәzrәt Məhәmmәd (s) qәbristanlıq yanından keçdikdә, onun әhlinә dua edərdi.

33- Hәzrәt Məhәmmәd (s) hәr namazdan sonra mәxsus dualar oxuyurdu.

34- Hәzrәt Məhәmmәd (s) heç vaxt әmanәtә xәyanәt etməzdi. (Hәtta iynә vә sapı belә öz sahibinә çatdırırdı).

35- Hәzrәt Məhәmmәd (s) həmişə Allahı yad edәrdi.

36- Hәzrәt Məhәmmәd (s) başqalarına verdiyi vә`di özü üçün borc sayırdı.

37- Hәzrәt Məhәmmәd (s) o qәdәr әtir vururdu ki, müsəlmanlar uzaqdan o hәzrәti (s) әtir iyindәn tanıyardılar.

38- Hәzrәt Məhәmmәd (s) evindәn gedәn qonağı evin qapısına qәdәr ötürərdi.

39- Hәzrәt Məhәmmәd (s) Allah yolunda verdiyi şeyi heç vaxt geri almazdı.

40- Hәzrәt Məhәmmәd (s) sübh açılarkәn әlini uşaqların başına çәkәrdi.

——————————————————————————–

[1] Әhzab surәsi, ayә 21

Müzakirələr

“İSLAM PEYĞӘMBӘRİNİN (S)ƏXLAQI” yazısı üçün şərh yaz

Şərh yazın

Ən son şərhlər