Təqvim

İmam Əliyyən Nəqinin mövludu

 İmam Əliyyən Nəqi (ə)

Onuncu İmam Əliyyən Nəqinin (ə) təvəllüdü münasibəti ilə İmam Zaman (ə) ağanı, bütün müsəlmanları və xüsusi ilə siz əziz dostları təbrik edirik. 

Hadi ləqəbi ilə məşhur olan imam Әliyyən-Nəqi əleyhissalam 212-ci hicri-qəməri ilinin Zilhəccə ayının 15-də Mədinə yaxınlığındakı Surya adlı bir məntəqədə dünyaya gəldi. Atası imam Cavad (ə), anası isə təqvalı və fəzilətli bir kəniz olan Səmanə xanım idi. Həzrət (ə) 220-ci hicri ilində atasının şəhadətindən sonra səkkiz yaşında ikən imamlıq məqamına çatdı. Uşaq olmasına baxmayaraq bütün şiələrin diqqətini özünə cəlb etmişdi. Belə ki, Abbasi xəlifələri ondan çox çəkinir və onu müxtəlif yerlərə sürgünə göndərirdilər. Necə ki, Mütəvəkkil imamı Mədinədən Samirraya gətirdi və imam ömrünün axırına qədər orada qaldı.

Müzakirələr

“İmam Əliyyən Nəqinin mövludu” yazısı üçün şərh yaz

Şərh yazın

Ən son şərhlər