Əhli-beyt

IMAMIN ӘXLAQI XÜSUSIYYӘTLӘRI

İamam Əliyyən NəqiHəzrət Hadi (ə) zöhd və təqva baxımından misilsiz idi. Misal üçün Mütəvəkkilin mə᾽murları onun evinə basqın etdikdə onu sadə bir otaqda ibadət halında görmüşdülər. O, Qur᾽anı çox sevər, xalqın işini sahmana saldıqdan sonra həmişə Qur᾽an oxuyardı. Camaatla xoş və gülərüzlə rəftar edər, ahəstə addımlarla yeriyərdi. Yoxsulların vəziyyəti ilə maraqlanar və bə᾽zən otuz min dinara qədər pulu dar gündə olan yoxsullara bağışlayardı. Belə ki, bir gün Mütəvəkkil tərəfindən həzrətə göndərilən 30 min dinarın hamısını yoxsul bir ərəbə bağışladı.

Mütəvəkkilin anası imam Hadinin zöhd və imanına heyran olmuşdu. Bir gün ayağı yaralanmış Mütəvəkkili həkimlər sağalda bilmədikdə Mütəvəkkilin anası Fəth ibni Xaqanı o həzrətin evinə göndərdi ki, imamdan dərman alıb gətirsin. Həzrətin göndərdiyi dərman Mütəvəkkili sağaltdı. Bütün həkimlər bu işə mat qalmışdılar. Anasının təşəkkür üçün göndərdiyi min dinarın hamısını həzrət yoxsullar arasında payladı.

IMAMIN YOXSULLARA ETDIYI KÖMӘKLӘR

Bir gün rəssam Yunus qorxa-qorxa imamın hüzuruna gəlib belə dedi: Ey Peyğəmbərin övladı! Mən öldürülmək ərəfəsindəyəm. Məndən sonra siz ailəmə yetişin. Həzrət (ə) əhvalatı soruşduqda o, belə izah etdi: Abbasilərin adamlarından biri mənə bir qaş-daş verib ki, üstünə rəsm çəkim. Lakin qaş-daşın üstündə işləyərkən yarı bölündü. Sabah qaş-daşı geri almaq üçün gələcəklər, əgər əhvalatı bilsələr məni öldürəcəklər. Imam (ə) başını aşağı salıb, belə buyurdu: «Sənin haqqında dua etdim. Arxayın ola bilərsən ki, onlar daha sənə heç bir ziyan yetirməyəcək. Әksinə bu iş sənin xeyrinə qurtaracaq.»

Sabahısı gün Yunus mə᾽murlardan biri ilə ayaqları titrəyə-titrəyə həmin kişinin evinə getdi. Çox keçmədən evin yiyəsi gəlib ona dedi: Ey Yunus! Qaş-daşın üstünə bir rəsm çəkəcəkdin. Lakin qaş-daşın üstündə mənim iki qızım arasında ixtilaf vardır. Әgər mümkündürsə onu iki böl və hər birini üstündə ayrı-ayrı naxış sal. Bu iş üçün sənə ayrıca bir mükafat da verəcəyəm. Yunus: «icazə verin bu barədə bir az fikirləşim» - deyə oradan çıxdı və sevincək imamın hüzuruna gələrək ona etdiyi bu yaxşılıq üçün təşəkkür etdi.

IMAM HADI (Ә) VӘ QEYBI YARDIMLAR

Bir gün yaltaq adamlardan biri Mütəvəkkilə belə dedi: Siz nə üçün mə᾽murlarınıza imam Hadi əleyhissalama hörmət etmələrini və o, içəri girəndə pərdələri qaldırmaları və qapıları açmalarını əmr edirsiniz? Bu işlər sizin şərəfinizi alçaldır. Qoy imam da başqa adamlar kimi gəlib getsin ki, xalqın gözündə nüfuzdan düşsün. Mütəvəkkil onun istəyini qəbul edib mə᾽murlarına əmr etdi ki, imam gələndə pərdələri qaldırmayıb qapıları açmasınlar.

Bir gün mə᾽murlardan birisi qaça-qaça Mütəvəkkilin yanına gəlib dedi: Imam gəlir, lakin hər qapıya çatanda qapılar öz-özünə açılır və pərdələr qalxırlar. Bu vəziyyət artıq hamının diqqətini cəlb edib, əgər belə davam etsə, imamın dəyəri və üstünlüyü hamıya bəlli olacaq, nəticədə isə sənin hökumətin təhlükəyə düşəcəkdir. Mütəvəkkil dərhal mə᾽murlarına əmr etdi ki, imamla əvvəllər olduğu kimi davranaraq o həzrətə daha artıq hörmət etsinlər.

IMAMIN ELMI MӘQAMI

Həzrət Hadi əleyhisslamın elmi nübüvvət məktəbindən qaynaqlandığı üçün elm nuru mübarək ürəyinə saçılaraq onu yaradılış sirrindən xəbərdar edirdi. Onun elmi haqqında bir neçə örnəyi burada qeyd edirik:

1. Bir gün Rum padşahı Abbasi xəlifələrindən birinə belə bir məktub yazdı: Incildə oxuduğumuza görə səmavi bir surə vardır ki, hər kəs onu oxuyub əməl etsə, Allah onu cəhənnəmə atmayacaqdır. Bizə həmin surənin hansı surə olduğunu yazın. Çünki biz onu Incildə tapa bilmədik.

Abbasi xəlifəsi bütün alimləri toplayaraq bu barədə onlardan soruşdu, lakin heç biri cavab verə bilmədi. Xəlifə imam Hadi əleyhissalamı da də᾽vət edərək həmin məsələni ondanda da soruşdu. Imam (ə) belə buyurdu: «O, hər bir müsəlmanın gecə-gündüz neçə dəfə namaz oxuduğu «Həmd» surəsidir». Həzrət (ə) daha sonra bir sıra əlavə izahat da verərək bütün alimləri heyrətdə qoydu. Imamın verdiyi cavabı Rum padşahına göndərdilər. O da məktubu oxuyaraq sevindi və müsəlmanlığı qəbul etdi.

2. Mə᾽mun və ondan sonrakı xəlifələrin zamanında məşhur alimlərdən sayılan Yəhya ibni Әksəm məktub vasitəsilə həzrət imam Hadi əleyhissalamdan bir neçə məsələ soruşdu. Imam (ə) da onların hamısının cavabını verdi. Yəhyanın məsələləri və imamın cavablarını aşağıdakılardan ibarət idi:

a) Süleyman Səba məlikəsi Bilqeysin taxtını istədikdə onun vəziri olan Asif Bərxiya belə dedi: Mən onun taxtını bir göz qırpımında bura gətirərəm.

Nə üçün Süleymanın özü bu işi görmədi? Məgər onun özü bu işi bacarmırdımı?

Cavab: Asif nə edirdisə Süleyman tərəfindən görürdü. Bildiklərinin hamısını da ondan öyrənmişdi. Süleyman bu işin sirrini bilirdi, amma öz canişinini xalqa tanıtdırmaq və onun məqamını xalqa bildirmək üçün bu işi onun öhdəsinə qoymuşdu.

b) Qur᾽anın dediyinə görə Yə᾽qub övladları ilə birlikdə oğlu Yusifi görmək üçün Kən᾽an diyarına gəldikdə onların hamısı Yusifin qarşısında səcdə etdilər. Nə üçün Yə᾽qub kimi bir peyğəmbər Yusifin qarşısında səcdə etmişdir?

Cavab: Bu səcdə Yusif üçün deyildi. O, oğlunun sağ olduğuna görə Allaha şükr səcdəsi etmişdi. Eynilə mələklərin həzrət Adəm (ə) qarşısında etdikləri səcdə kimi; mələklər də Adəmə deyil, yaratdığına görə Allaha səcdə etmişdilər.

v) Әgər Qur᾽anın dediyi kimi «yeyəcəklər və içəcəklər» ləzzət üçündürsə, onda nəyə görə Adəmin üzüm yeməsi qadağan olundu və cənnətdən qovuldu?

Cavab: Çünki Allah-taala Adəmi sınamaq üçün ona əmr etdi. Lakin o, əmrə tabe olmadı və cənnətdən qovuldu.

q) Nə üçün Әli (ə) Cəməl müharibəsində əmər etdi ki, yalnız döyüşçüləri tə᾽qib edin, qaçanları, silahsızları və yaralıları öldürməyin; lakin Siffeyn müharibəsində isə əmr etdi ki, onlardan hər birini, istər silahlı, istər silahsız, istər yaralı, istər sağ, gördüyünüz zaman öldürün. Bu iki əmrin fərqli olmasının səbəbi nə imiş?

Cavab: Çünki Cəməl müharibəsində Islamla islam, aldanmış müsəlmanlarla müsəlmanlar bir-birilə döyüşrüdülər. Lakin Süffeyn müharibəsi isə küfr ilə islamın, zahirdə müsəlman olan kafirlərlə həqiqi müsəlmanların müharibəsi idi.

Başqa bir gün isə Yəhya ibni Әksəm Abbasi xəlifəsinin məclisində olan alimlərin hamısına belə bir sual verdi:

«Həzrət Adəm həccə gedib Allahın evini ziyarət edəndə kim onun başını qırxdı?»

Heç kim bu sualın cavabını verə bilmədi. Imam Hadi əleyhissalamdan soruşduqda o həzrət belə buyurdu: «Allahın mələyi Cəbrail».

Yəhya imamın verdiyi cavablarından ləzzət aparıb hamının qabağında imam Hadi əleyhissalamın yüksək elmi məqam sahibi olduğunu e᾽tiraf etdi.

IMAMIN QEYBI XӘBӘRLӘRI

Imam Hadi əleyhissalam Allah-taala və qeyb aləmi ilə əlaqədar olduğuna görə o həzrətdən bə᾽zi mö᾽cüzələr görünmüşdür ki, Allahın qüdrətindən olan örnəklərdən sayılır.

Imamın əshabından biri Iraqdan Mədinəyə gəlib o həzrətin hüzuruna yetişmək şərəfinə nail oldu. Həzrət (ə) ondan Abbasi xəlifəsi Әlvasiqin halını soruşdu. O, belə cavab verdi: Mən Iraqdan çıxdığım zaman xəlifə sağ idi, Mütəvəkkil zindanda idi və Ibni Zəyyat xalq arasında məşhur olmşudu.

Imam (ə) isə belə buyurdu: «Allahın istədiyi olacaq. Dostum, bunu bil ki, Vasiq ölüb, Mütəvəkkil onun yerinə keçib, Ibni Zəyyat isə Mütəvəkkilin əmri ilə öldürülübdür.»

Imamın səhabəsi soruşdu: Nə vaxt?

Imam (ə) buyurdu: «Sən Bağdaddan çıxdığın vaxtdan altı gün sonra.»

IMAMIN HAKIMLIYI

Mütəvəkkil zamanında bir qadın həzrət Fatimənin qızı Zeynəb olduğunu iddia edirdi. Mütəvəkkil ona «Zeynəb çoxdan ölübdür, halbuki sən isə cavan bir qızsan» - dedi.

Həmi qadın belə dedi: Doğrudur, amma Peyğəmbər əlini mənim başıma sürtdü və dua etdi ki, həmişə cavan qalım. Buna görə də mən qırx ildən bir dəfə yenidən cavanlaşıram. Mütəvəkkil bütün böyük alimləri toplayıb onlardan bu «qadının iddiası barədə nə deyirsiniz» - deyə soruşdu.

Onlar hamısı «yalan deyir» - dedilər. Mütəvəkkil «yalan dediyini bilirəm. Lakin onu məhkum etmək üçün dəliliniz nədir?» - dedi. Onlar isə belə dedilər: Biz bilmirik, bu məsələni imam Hadi əleyhissalam həll etməlidir.

Mütəvəkkil dərhal imamı çağırtdırıb əhvalatı olduğu kimi ona danışdı. Həzrət belə buyurdu: «Әgər doğru deyirsə, onu qəfəsdə saxladığınız şirlərin yanına aparın. Çünki yırtıcı heyvanlar Fatimənin övladlarına toxunmazlar və onların ətini yeməzlər.» Mütəvəkkil həmin qadına «nə deyirsən» - dedi. Qadın dedi: Bu adam məni öldürtmək istəyir. Әgər düz deyirsə, özü bu işi görsün. Mütəvəkkil dedi: Doğru deyir, özün əvvəlcə bu işi gör. Imam (ə) buyurdu: «Eybi yoxdur» və qəfəsdəki şirlərin yanına gedib onların arasında əyləşdi. Hamı heyrətlə gördü ki, şirlər imamın qarşısında ehtiramla oturublar və bə᾽zən özlərini ona sürtürlər, həzrət də mehribanlıqla şirlərin baş-qulağını oxşayır. Həzrət daha sonra şirlərə əmr etdi ki, qırağa çəkilib yol açsınlar. Şirlər də bir bucağa çəkildilər və Həzrət (ə) qəfəsdən çıxıb Mütəvəkkilin yanına gəlib belə buyurdu: «Ey qadın! Indi növbə sənindir». Həmin qadın ağlayıb yalvarmağa başladı və dedi: Mən filankəsin qızıyam, bir kələk qurmaq istədim, lakin kələyim baş tutmadı.

Müzakirələr

“IMAMIN ӘXLAQI XÜSUSIYYӘTLӘRI” yazısı üçün şərh yaz

Şərh yazın