Ədəbiyyat

Xalidə Əfəndiyeva- Rəsulullah

images2.jpgAləmlərə rəhmət gələcəkdir, dedi İsa,
Nur saçmağa Əhməd gələcəkdir, dedi İsa.

Dəvətmi var Hira dağına, ya Rəsulullah,
Vəhyin mələyiylə sənə nur göndərib Allah.

Onsəkkizimin aləmə sərvər səni seçmiş,
Müslim deyilən ümmətə pərvər səni seçmiş.

Miracın ilə sən dini, imanı gətirdin,
Rəbbin bizə lütf etdiyi Qur`anı gətirdin.

Ol yarə dedim min səlavat, min salam olsun,
Zülmət yerinə qəlblərə rəhmət nuru dolsun.

Qəlbində müsəlman yazılan var səni gözlər,
İmanına sadiq nəbiyə yar səni gözlər.

Sən yoxsan əgər baxçada bülbül gülə gəlməz,
Bilal Həbəşi susdu da sənsiz dilə gəlməz,

Görməkdə gecikdim səni gəl gör ki, əfəndi,
Sənsiz də səni sevməyi öyrəndi Əfəndi.

Müzakirələr

“Xalidə Əfəndiyeva- Rəsulullah” yazısı üçün 2 şərh var

  1. Hörmətli, Niyam, Aləmlərə rəhmət olan peyğəmbərimizə həsr etdiyim
    gəzəlimi bu gözəl saytda yerləşdirdiyiniz üçün sizə təşəkkür edirəm.Təsadüfən şeirimin bu saytda olduöunu gördüm və çox sevindim.
    Sağ olun.

    Göndərən Xalidə Əfəndiyeva | Nisan 9, 2010, 20:38
  2. Xalidə xanım, biz də həmişə sevinməyinizi arzu edirik.
    Niyam

    Göndərən Niyam | Nisan 10, 2010, 10:35

Şərh yazın

Ən son şərhlər