Məktu
bun qiyməti 41 milyon dollardır
Yəmənli kolleksioner Məhəmməd peyğəmbərin Bizans kralı Herakla göndərdiyi məktubun orijinal nüsxəsini 41 milyon dollara satışa çıxarıb.
Qəşəm məktubun 1400 il əvvəl yazıldığını, orijinal olduğunu və üzərində Peyğəmbərin möhürünün olduğunu deyib. Yəmənli kolleksioner bunun Almaniya laboratoriyalarında keçirilən testlər vasitəsilə təsdiq edildiyini bildirib.
Qəşəm məktubun ona atalarından miras qaldığını və ona göz bəbəyi kimi baxdığını deyib.
Məktubun satışa çıxarılması məsələsinə aydınlıq gətirən Həsən əl-Qəşəm əsəri mühafizə edəcək, ona layiq olduğu dəyəri verəcək və gələcək nəsillərə çatdıra biləcək bir qurum axtardığını qeyd edib.
Kolleksioner məktubu daha çox insanın görə biləcəyi bir yerdə nümayiş ediləcək bir islam təşkilatına satmaq istədiyini deyib. Cəhdlərin nəticəsiz qalacağı təqdirdə məktubu Londonda qiymətli əsərlərin satıldığı bir muzeydə satışa çıxarmaq məcburiyyətində qalacağını bildirib.
Məktub üçün 41 milyon dollardan aşağı bir qiymətlə razılaşmayacağını deyən Qəşəm hazırda Qətər və İordaniyadan olan kolleksionerlərdən aldığı təklifləri nəzərdən keçirdiyini deyib.
Emin/”Bizim söz”
Müzakirələr
“Məhəmməd peyğəmbərin Herakla göndərdiyi məktub satışa çıxarılıb” yazısı üçün şərh yaz
Şərh yazın