Əxlaqı

RƏSULULLAH (S) VƏ XALQLA YAXINLIQ

images4.jpgCəmiyyətin rəhbərləri, xüsusi ilə də siyasi rəhbərlər xalqdan uzaq gəzirlər. Bir növ özlərini xalqdan yuxarı bilirlər. Bu uzaqlığın iki nöqsanı vardır. Bir tərəfdən bu uzaqlıq tərbiyədə mühüm rol oynayan səmimiyyəti aradan qaldırır. Digər tərəfdən qalqın rəhbərlərə öz dərdini deməyə ehtiyacı var. Əgər səmimiyyət olmasa rəhbərlər xalqın dərdini necə bilə bilər? Bu halda böyük bir nöqsan ortaya çıxır.
Üçüncü tərəfdən rəhbərliklə xalqın arasındakı səmimiyyət xalqı onlara bağlayır. Bu bağlılıq olduqda rəhbərlər və xalq birləşir. Həm xalq öz çətinliklərini asanlıqla deyir, həm də müdiriyyət tam agahlıqla öz işini yerinə yetirir. Bu vaxt xalq hökuməti müdafiə edir və müvəffəqiyyət üçün yol açılır. Xalqla rəhbərlik arasında fasilə artıqdca nöqsanlar da çoxalır.
Böyük ilahi peyğəmbərlərin, xüsuilə də həzrətin böyük müvəffəqiyyətlərindən bir xalqa səmimi əlaqədir. Peyğəmbərlər öz sadəliklərinə görə xəmi rəhbər olmuşlar. Ona görə də öz risalətlərinin icrasında daha çox müvəffəqiyyət qazanmışlar. Heç bir rəhbər bu qədər müvəffəq olmamışdır. Allah bu müvəffəqiyyəti tərif edir: «Salam olsun peyğəmbərlərə» («Saffat» 181).
Peyğəmbərlər arasında həzrətin yolu daha da aydındır. O, xalq arasından çıxmış xalqla birgə dayanan dini ictimai, siyasi bir rəhbərdir. Onunla ümmət arasında o qədər dərin bağlılıq vardır ki, onun ardıcılları bir parça eşq və əlaqədirlər. O, ən üstün insan olsa da, özünü xalqdan artıq bilmirdi. O, möminlərlə o qədər səmimi idi ki, onların sözünü qəbul edirdi. Allah-taala da onun bu xasiyyətini tərif edir ki, xalqı bu sayaq dinləmək və xalqa bu sayaq etimad göstərməyin mühakiməsi yoxdur. «Peyğəmbər sizi yaxşı dinləyir» («Tövbə» 61). Fərzanələr fərzanəsi olan peyğəmbərin başqalarının məsləhətinə və təcrübəsinə heç bir ehtiyacı olmasa da onların rəyini qiymətləndirirlər, onlarla məşvərət aparardı. «Xalqın işlərində onlarla məşvərət et, amma qərar çıxaranda qəlbini Mənə tapşır» («Ali-imran» 159). Ardıcılları arasında ən dərin əlaqə yaradan ən səmimi rəhbər Rəsulullah (s) olmuşdur.
RƏHBƏRLİK EVİ
Xalqla o qədər yaxın idi ki, onu özlərindən bilirdilər. Sirlərini onunla bölüşürdülər. Onu qonaq çağırırdılar. Cəmiyyətin ən aşağı adamı onu qonaq çağıranda bu dəvəti açıq ürəklə qəbul edərdi. Onun evi rəhbərlik mərkəzi və xalqın gəlib-getdiyi ev idi. Bu evdə uzun uzadı xalq yığıncaqları olardı. Onun süfrəsi başına toplaşar söhbətləşərdilər. Hətta bu işdə o qədər ifrata vardılar ki, həzrətin rahatlığını pozdular. Amma o kimsədən üz döndərmirdi. Bəziləri o qədər həddi aşdılar ki, Allahdan ayə nazil oldu: «Ey möminlər, Peyğəmbərin dəvəti və icazəsi olmadan onun otağına daxil olmayın, dəvət ediləndə vaxtından əvvəl gedib, yemək gözləməyin. Elə ki yemək yediniz peyğəmbərin evində bir-birinizlə söhbətə başlamayınız. Sizin orada çox qalmağınız ona əziyyət verir. O, isə üzə vurmağa utanır» (“Əhzab» 53). Həzrət o qədər xoş rəftarlı idi ki, xalq onun evində toplanardı. Hansı rəhbər onun kimi xəlqidir?! Hansı rəhbərin evi xalq üçün yığıncaq yeri olub?! Bu sayaq xüsusiyyətlərə yalnız ilahi səfirlərdə rast gəlmək olardı.

Müzakirələr

“RƏSULULLAH (S) VƏ XALQLA YAXINLIQ” yazısı üçün 1 şərh var

  1. salam eziz qardasim meqaleni oxudum ve cox beyendim ve beyendiyim ucunde meqaleni burdan kopyaladim basqa insanlarda faydalansin deye bashqa bir saytada gonderdim ve snden haqqini halal etmeyini isteyirem Allah razi olsun

    Göndərən abulla | Aralık 20, 2009, 21:43

Şərh yazın

Ən son şərhlər