Quran

Quranın digər səmavi kitablarla fərqi

images22.jpgQarşılaşdığımız mühüm məsələlərdən biri Quran və digər səmavi kitabların fərqi məsələsidir. Nə üçün Quranın təhrif olunmadığını iddia edirik? Bir halda ki, digər səmavi kitabların təhrif olunması sübuta yetmış müddəalardandır. Belə ki, bir çoxları bunu Quranın da təhrif olunduğuna sübut kimi göstərirlər. Çünki bir tərəfdən Qurandan öncəki səmavi kitabların təhrif olunması təkzibedilməzdir, digər tərəfdən isə şiə və əhli-sünnənin qəbul etdiyi “mütəvatir” hədisdə deyilir: “Keçmiş ümmətlərin başına gələnlər bu ümmətin də başına gəlməlidir”.[25]
Deməli, Quranın da təhrif olunması qaçılmazdır.
Bu kimi rəvayətlərin tədqiqi və cavabı təhrif nəzəriyyəsini qəbul edənlərin iradlarına cavab verərkən verilməlidir.[26] Burada aydınlıq gətirmək istədiyimiz məsələ Quranla digər səmavi kitabların fərqidir. Bir çoxları deyirlər: Keçmiş kitablarda baş vermiş təhrif “Mənəvi təhrif” və ya şəxsi fikirlərlə olunan təfsir şəklində olmuşdur. Quran keçmiş ümmətlərin kitablarında bu növ təhrifin baş verdiyini təsdiqləyir, lakin azaldılıb çoxaldılması haqqında bir söz demir.[27] Bundan başqa, rəvayətlərdə, alimlərin əsərlərində məlum kitabların azaldılıb-çoxaldılmasını təsdiq edəcək hər hansı bir dəlil yoxdur. Quran Tövrat, İncil və nazil olunmuş digər kitabların dövrün alimləri tərəfindən qorunub saxlanılmadığını vurğulayaraq buyurur:
مِّن رَّبِّهِمْ لأكَلُواْ مِن فَوْقِهِمْ وَمِن تَحْتِ أَرْجُلِهِم َوَلَوْ أَنَّهُمْ أَقَامُواْ التَّوْرَاةَ وَالإِنجِيلَ وَمَا أُنزِلَ إِلَيهِم
“Əgər onlar Tövrata, İncilə və Rəbləri tərəfindən onlara nazil edilənə (ilahi kitabların sonuncusu olan Qur’ana) düzgün əməl etsəydilər, həm (başları) üstündə, həm də ayaqları altında olanlardan (göylərin və yerin nemətlərindən) qidalanardılar”. [28]
Əsas məsələ, bu dəyərli kitabın əbədi və həmişəyaşar bir möcüzə olaraq təqdim olunmasıdır. Elə buna görə də daim təhrif olunmadan, heç bir qatqısız qalması zəruridir. Digər kitablar isə Qurandan fərqli olaraq, əbədi bir möcüzə kimi təqdim olunmamışlar.

Müzakirələr

“Quranın digər səmavi kitablarla fərqi” yazısı üçün 2 şərh var

  1. salam mana nese eliyibler isim alimir ve atiaminda alimir hamese yaxsi eydi indi alimir mene deyiler baglyiblar acin da suza allah komek elsin suzu cox istirem inancam hamese sagol?

    Göndərən arif atamin adi:agazaxid | Eylül 22, 2009, 21:34
  2. salam mene komek eliye biler suz?

    Göndərən arif | Eylül 27, 2009, 15:23

Şərh yazın

Ən son şərhlər