Norveçin statistika agentliyi Osloda doğulan uşaqlara verilən ən məşhur kişi və qadın adlarının siyahısını dərc edib. Artıq neçə ildir ki, kişi adlaı siyahısına Muhəmməd adı rəhbərlik edir, - İslam dlya vsex xəbər verir.
Keçən il Osloda bu adla 120 körpə adlandırılmışdı. 2007-ci ildə Norveçin paytaxtında da bu ad ən populyar idi. Paytaxtdan kənarda isə 56 oğlan uşağı Muhəmməd adlandırılıb. Oslonun statistika idarəsi bu adın belə populyarlığının səbəbini araşdırmağa başlayıblar.
“Mən bir çoxları ilə maraqlandım və onlar bunu müxtəlif cür izah etdilər. Bəziləri deyirlər ki, Muhəmməd adı dinə aid olan bir addır. Bəziləri üçün isə bu sadəcə sevimli addır”, - deyə agentliyin əməkdaşı Yurqen Ouren bildirib.
deyerler.org
Müzakirələr
“NORVEÇDƏ ƏN POPULYAR AD MUHƏMMƏDDİR” yazısı üçün şərh yaz
Şərh yazın