Mərhaba, ey bəhri-zatın gövhəri-yekdanəsi,
Şəmi-vəhdətdir cəmalın kün-fəkan pərvanəsi
Ta əbəd hüsnün önündə səcdeyi-şükr eylərəm,
Ey cəmalın Kəbə, sənsən Küntə-kənzin xanəsi!
Hər ki qəvvas oldu bildi vəhdətin bəhrində kim:
Aləmin cismi sədəfdir, sənisən dürdanəsi.
Möminin Kəbə yeridir, kafirin bütxanələr,
Aşiqin dost eşigidir Kəbəvü bütxanəsi.
RƏHMAN VƏ RƏHİM ALLAHIN ADI İLƏ
Bəzi şəxslər, peyğəmbərlərin gəlişinə heç bir ehtiyac yоxdur!,-deyə İslam dininin nübuvvət əsasını şübhə altında qоyurlar. Lakin bu şübhənin qarşısında peyğəmbərliyin zərurətini (lüzumunu) ağıl və düşüncə, həmçinin ayə və rəvayətlər vasitəsi ilə isbat etmək оlar.
1-Ağıl və düşüncə:
Ağıl və düşüncə vasitəsi ilə insanların peyğəmbərə ehtiyaclı оlduqlarını aydınlaşdırmaq sadə bir məsələdir.
Əvvəla: İnsan icma [...]
İSLAM PEYĞƏMBƏRİNİN UŞAQLIĞI VƏ CAVANLIĞI
Peyğəmbər (s)-ın doğum ili dəqiq mə’lum deyildir. İbni Hişamın və başqalarının yazdığına görə o, Amul-fildə (fil ilində) yə’ni Əbrəhə fillərlə Kə’bəni viran etməyə gələn ildə anadan olmuşdur. O hadisəni öz gözləri ilə görənlərə əgər bu tarix aydın olsa da belə, başqaları üçün mə’lum deyildir, çünki hələ [...]