Peyğəmbər (s) nəslinin etiqadı diqqət ediləsi mövzulardandır. Qələm əhli bu mövzuya toxunmuş, müxtəlif, bəzən isə qərəzli fikirlər söyləmişlər. Bəziləri şiələr kimi inanır ki, Peyğəmbərin (s) ata-babası müvəhhid-təkallahçı olmuş və büdpərəstliyə, şirkə aldanmamışlar. Lakin əksər sünnə əhli Peyğəmbərin (s) bütün babalarının müvəhhid olduğunu qəbul etmirlər. («ərəbi İtqan» 1-ci cild).
Şiələr inanır ki, Peyğəmbər (s) əsli daim pak, [...]
Həzrətin (s) üç oğlu və dörd qız övladı olmuşdur. Oğlanlar – Qasim (Peyğəmbər bu münasibətlə «əbül-qasim» adlanmışdır, Qasim iki yaşında ikən Məkkədə vəfat etmişdir), Əbdüllah (besətdən sonra anadan olub, ona görə də «Təyyib», «Tahir» ləqəbləri var. Məkkədə vəfat edib və onun ölümündən sonra As ibni Vail Peyğəmbəri sonsuz adlandırıb), İbrahim (Mədinədə Qibtiyyə Mariyədən olub, Hicrətin [...]
Nə qədər ki, Xədicə sağ idi həzrət Peyğəmbər (s) başqa qadınla evlənməmişdi. Xədicənin vəfatından sonra Peyğəmbər (s) on dəfədən çox evlənmişdir. İmam Sadiqdən (ə) nəql olunmuşdur ki, həzrət (s) on beş qadınla evlənmiş, onlardan ikisi ilə yaxınlığı olmamışdır. («Vəsail» 14-cü cild).