Ailə ictimaiyyətin təməl daşı hesab olunur. Əgər bu təməl daşı sağlam və düzgün ailə tərbiyəsi əsasında qoyularsa, pak bir mühitin ərsəyə gəlməsinə zəmin yaradacaqdır. Amma, əgər ailədə təlim-tərbiyə sönük və puç əxlaq əsasında icra olunarsa təbii ki, qeyri insani bir cəmiyyətin formalaşmasına səbəb olacaqdır. Ailədə əxlaq davranışlarını, üç əsas hissəyə bölmək olar:
1-Ər-arvad davranışı;
2-Övlad-valideyin davranışı;
3-Valideyin-övlad davranışı.