Cahiliyyət dövründə Tahirə adlanan Xədicə Məkkənin tanınmış və dindar qadınlarından idi. Əbu Cəhl, əbu Süfyan, Üqbə ibni əbu Məit, Səlt ibni əbu Yəhab kimi admalar ona elçiliyə gəlmiş, amma Xədicə onlarda evlənmə üçün zəruri keyfiyyətləri görmədiyi üçün razılıq verməmişdi. («Bihar» 16-cı cild).
Vəhəb ibni Mənaf qızı Amənə ana tərəfdən «Qusəy»də Peyğəmbər (s) nəslinə bağlanır. Amənə şərafətli bir nəsil, etiqadlı bir ailədəndir. Hamı arasında öz böyüklüyü ilə tanınır. Amənə pak, müvəhhid bir qadın olub və haqqında rəvayət vardır. O, atəş haram edilən şəxslərdəndir.
Rəbbimizin əta etdiyi Kövsər – Həzrəti Fatimeyi-Zəhra (s.ə.)…
Hər bir müsəlmanın qəlbini xüsusi riqqətə gətirən bir mübarək isim…
Özündə hər mənada insani zirvə kamalları toplamış müqəddəs Anamız…
Öz mübarək gəlişi ilə bir nuraniyyət seli gətirmiş, öz yaşayışı ilə – övlad kimdir, xanım kimdir, yoldaş kimdir, ana kimdir anlayışları ilə yanaşı insan necə olmalı, acla necə rəftar etməli, yetimlə [...]