Rəsulullah » Həyatı

Məhəmməd peyğəmbər (s) siyasi rəhbər kimi
“Tarixmi qəhrəmanlar yaradır, yoxsa qəhrəmanlar tarix yaradırlar?” Bu sual uzun müddət qərb alimlərinin diqqət mərkəzində olmuşdur. Görəsən qəhrəmanlar tarixi zərurətdənmi meydana çıxırlar? Yoxsa onlar dövrün axarına əks hərəkət etməyi bacarıb, onda böyük dəyişikliklər yaratmağa qadir olurlar?

Sualın cavabından asılı olmayaraq, burada qəhrəmanların əsas subyekt olmalarını inkar etmək olmaz.

Elə isə, insanlar necə qəhrəman olurlar? Qəhrəmanları birləşdirən müştərək xüsusiyyətlər hansılardır? Bu silsilə məqaləmizdə həmin qəhrəmanlara, yə`ni ideal siyasi rəhbərlərə lazım olan xüsusiyyətlərdən danışacaq və tarixin misilsiz qəhrəmanı, bəşəriyyətin dahi rəhbəri həzrət Məhəmməd (s) peyğəmbərin həyatından nümunələr göstərməyə çalışacağıq.

Məhəmməd peyğəmbərin (s) çoxşaxəli həyatı təkcə müsəlmanlar üçün deyil, hətta ən böyük xristian və yəhudi alimləri üçün də çox maraqlı tədqiqat mövzularından olmuşdur. Bernard Şou, Tomas Karlayl, Avqust Müller, Lev Tolstoy, Smit, Vat və bir çoxları bu barədə geniş araşdırmalar aparmışlar.

”100 böyük şəxsiyyət” kitabının müəllifi, amerika-lı alim doktor Maykl Hart yazır:

“Məhəmməd dünyanın ən böyük dinlərindən birini tə`sis etmiş və dünyanın ən dahi siyasi liderlərindən olmuşdur. Vəfatından təqribən 13 əsr keçməsinə baxmayaraq, onun nüfuz dairəsi olduqca geniş və güclüdür.” (“100 böyük şəxsiyyət”, s. 19)

İslam peyğəmbərini 100 böyük və nüfuzlu şəxsiyyət içərisində birinci olaraq qeyd edən müəllif əlavə edərək yazır:

“Məhəmməd Məsihdən çox fərqlənir. O, dini rəhbər olmasıyla yanaşı, həm də dünyəvi rəhbər olmuşdur. Əgər məsələyə islami fəthlər nöqteyi-nəzərindən yanaşsaq, bir daha görərik ki, Məhəmməd əsrlər boyu ən böyük siyasi lider olaraq qalmışdır.” (Həmin, s. 24.)

Allah taala Əhzab surəsinin 24-cü ayəsində Məhəmməd peyğəmbəri (s) müsəlmanlara nümunə rəhbər kimi təqdim edir. Odur ki, o həzrətin həyatının ictimai, siyasi, iqtisadi, əxlaqi və s. kimi bütün sahələri diqqətlə araşdırılmalı və onlardan örnək götürülməlidir. Özünün “Qəhrəmanlar” kitabını əsasən Məhəmməd Peyğəmbərə (s) həsr etmiş ingilis alim T. Karlayl yazır:

”Eşq olsun Məhəmmədə! O, ən sadə, dəyərsiz yemək və geyimlərlə kifayətlənib, dünyanı islah və Allahın birliyini təbliğ etməyə çalışdı. O, gecə-gündüz ağır zəhmətlərə qatlanaraq ədaləti və əxlaqi fəzilətləri yaydı. O, əzabəziyyətlərə dözərkən səviyyəsiz adamlar kimi şöhrətpərəstlik və ya hansısa dünyəvi məqama çatmaq məqsədi güdmür və heç zaman ağa olmağa çalışmırdı.” (“Qəhrəmanlar”, s. 66.)

Giriş üçün bura qədər deyilənlərlə kifayətlənir və əsas mətləbə keçməzdən qabaq bə`zi məqamlara toxunmaq istəyirik:

1) Siyasi lider üçün sadalanacaq xüsusiyyətlər heç bir konkret mənbəyə əsaslanmır və müəllifin şəxsi görüşləri əsasında tənzimlənmişdir.

2) Bu xüsusiyyətlər ideal ictimai-siyasi rəhbər üçün təklif olunan stimullardır. Təbii ki, bir nəfərin bütün bunlara malik olması elə də asan deyil. Məsələn, Hitler, Stalin və s. kimi şəxslər müəyyən dövrlərdə siyasi lider olmuşlar. Halbuki, onlarda bizim qeyd edəcəyimiz bə`zi məqamların tam əksi müşahidə olunur. Deməli, liderin nisbi müvəffəqiyyət qazanmasında bu xüsusiyyətlərin rolu faiz e`tibarilə müxtəlifdir.

Bəşəriyyətin fəxri olan Məhəmməd peyğəmbər (s) isə bütün bu keyfiyyətlərə sahib olaraq tarix boyu bütün millətlər üçün ideal rəhbərə çevrilmişdir. Təsadüfi deyil ki, Smit özünün “Məhəmməd və islam” kitabında yazır:

“Cəsarətlə iddia edirəm ki, bir gün xristianlığın ən öncül filosofları və sadiq ardıcılları Qur`anın Allah sözü və Məhəmmədin Allah peyğəmbəri olduğunu e`tiraf edib, buna şəhadət verəcəklər.”

3) Həzrət Məhəmməd (s) Allahın elçisi olduğu üçün fövqəlbəşəri elm və mə`sumluq məqamına yiyələnmişdir. Peyğəmbərin həyatını tədqiq edərkən, bu iki amilin tə`sirini nəzərə almaqla, həm də unutmamalıyıq ki, o, təbii insan həyatı sürmüş və hamı kimi iradə və ixtiyar sahibi olmuşdur.

Məhəmməd peyğəmbər (s) və sosial idarəetmə

a) İlkin bilgilərə aid olan prinsiplər:

1) Məqsədi yetərincə tanımaq.

Hər hansı bir siyasi lider və icti-mai hərəkat başçısı hər şeydən öncə öz məqsəd və məramlarını lazımi səviyyədə bilməlidir. Məqsədinin nə olduğunu, tabeliyində olan kütlə və xalqı hansı ideallara doğru apardığını bilməyən rəhbər heç zaman uğur qazana bilməz.

Məhəmməd peyğəmbər (s) hələ də`vətini başlamazdan öncə, ona ilk vəhy nazil olduğu zaman öz vəzifəsini, edəcəyi də`vətin nədən ibarət olduğunu və bu hərəkatın insanları hansı amala yetirəcəyini çox gözəl başa düşürdü. Qur`ani kərimdə bu barədə buyurulur:

“(Ey Peyğəmbər!) De ki, bu, mənim yolumdur. Mən tam agahlıq içində Allaha doğru də`vət edirəm.” (Yusif/ 108.)

Lakin, Səhih-Buxari, Səhih-Müslüm və bir neçə başqa kitabda yazılmış saxta rəvayətə görə, guya Peyğəmbərə vəhy nazil olarkən, o qorxmuş, nə baş verdiyini anlamamış və yalnız məsihi alim Vərəqət ibn Nofəlin sözlərindən sonra ona peyğəmbərlik verildiyini bilmişdir. Mövzudan yayınmamaq və ixtisara riayət etmək məqsədilə bu barədə geniş danışmaq istəmirik. “İslam tarixi” (131-136) və “Siyasi islam tarixi” (1/227-231) ki-tablarında bu əfsanəyə ətraflı cavab verilmişdir.

2. Məqsədin düzgünlüyünə inam.

İctimai və siyasi rəhbər öz məqsədinin düzgünlüyünə inanmalı və mövcud şəraitdə özünün və ardıcıllarının həmin məqsədlə fəaliyyət göstərmələrini zəruri saymalıdır.

Məhəmməd peyğəmbər (s), uğrunda mübarizə apardığı məqsədin ədalətli və ülvi bir məqsəd olduğuna əmin idi. O, Allahın son elçisi olaraq bəşəriyyəti mütləq həmin məqsədə çatdırmalı idi. O, bilirdi ki, gətirdiyi qanunlar və İslam doktrinası dünya və axirət səadətinin qarantıdır. Bu doktrina bəşərin bütün ehtiyaclarını tə`min etməyə və hər növ ədalətsizlikdən uzaq olan ideal cəmiyyət qurmağa qadirdir. Odur ki, İslam peyğəmbəri heç bir şübhə və tərəddüdə düşmədən öz məqsədi uğrunda mübarizə apardı. Bu barədə Qur`ani kərimdə buyrulur:

“Peyğəmbər, Rəbbi tərəfindən ona göndərilənlərə iman gətirmişdir.” (Bəqərə/ 285.)

(Ardı var)

Vüsal Hüseynzadə

İslam Peyğəmbərinin əxlaqı
İnsanların hidayәt kitabı Qur`ani-kәrimdә oxuyuruq:

وَ لَقَدْ كَانَ لَكُمْ فِي رَسُولِ اللَّهِ أُسْوَةٌ حَسَنَةٌ لِّمَن كَانَ يَرْجُو اللَّهَ وَالْيَوْمَ الْآخِرَ وَذَكَرَ اللَّهَ كَثِيرًا

“Şübhәsiz (siz müsәlmanlar üçün) Allah elçisi (Hәzrәt Məhәmmәd) әn gözәl vә layiqli bir nümünәdir, (әlbәttә) Allaha vә Qiyamәt gününә inanan vә Allahı daha çox yad edәnlәr üçün.”

Qeyd olunmuş ayәyә әsasәn, müsәlmanlar üçün әn yaxşı nümunә vә ülgü Hәzrәt Məhәmmәd (s) vә onun rәftarlarıdır ki, bu rәftarlar isə insan hәyatının hәr bir sahәsinә şamil ola bilər.

Hәzrәt Məhәmmәd (s) vәfatı vaxtı belә buyurmuşdur:

لاَ نَبِىَّ بَعْدِى وَ لاَ سُنَّةَ بَعْدَ سُنَّتِى…

“Mәndәn sonra bir Peyğəmbər gәlmәyәcәk vә mәnim davranışımdan sonra ayrı bir davranış olmayacaqdır… ”

Hәzrәt Məhәmmәd (s) digər bir hәdisdә buyurur:

أَدَّبَنِى رَبِّى فَأَحْسَنَ تَأْديِبِى

“Rәbbim mәni daha gözәl әdәblә әdәblәndirmişdir. ”

Digər bir hәdisdә isə buyurulur:

خَيْرُ السُّنَنِ سُنَّةُ مُحَمَّدٍ صَلَّى اللهُ عَلَيْهِ وَ آلِهِ وَ سَلَّمَ.

“Davranışların daha üstünü, hәzrәt Məhәmmәdin (s) davranışıdır. ”

Gördüyünüz kimi qeyd olunmuş ayә vә hәdislәr bizi hәzrәt Məhәmmәdin (s) davranış vә rәftarlarına әmәl etmәyә dә`vәt edir.

Lakin müsәlmanların çoxunun o hәzrәtin (s) davranışları vә rәftarlarından kifayәt qәdәr xәbәri yoxdur. Elә buna görә hәzrәt Məhәmmәdin (s) rәftarlarından bir neçәsinә işarә etmәyi qәrara aldıq.

Hәzrәt Məhәmmәdin (s) davranışı barәdә çoxlu kitablar yazılmışdır. Lakin yaşadıfınız әsrdә yazılmış әn dәyәrli kitab, böyük İslam filosofu Әllamә Tәbatәbainin (rә) yazdıfı «Sünәnun-Nәbi» -  (Peyğәmbәrin davranışları) kitabıdır.

Әllamә Tәbatәbai (rә) bu kitabda hәzrәt Məhәmmәdin (s) müxtәlif hәyat sahәlәrindә olan davranış vә rәftarını rəvayət əsasında nəql etmişdir.

Hәmçinin o, «Әl-Mizan» adlı təfsirinin 6-cı cild, Maidә surәsinin 116-120-ci ayәlәrinin tәfsirindәn sonra gәlәn hәdis vә rәvayәt bölmәsindә dә hәzrәt Məhәmmәdin (s) bir sıra rәftarlarını qeyd etmişdir.

Burada hər iki kitabdan istifadә edәrәk, hәzrәt Məhәmmәdin (s) ‏‏‏bir neçә rәftarı vә davranışını diqqətinizə çatdırırıq:

1- Hәzrәt Әli (ә) buyurur: Hәzrәt Məhәmmәdin (s) mə`sum (günahsız) olmağına baxmayaraq, Allah qorxusundan ağlayırdı və onun göz yaşları namaz qıldığı yeri yaş edirdi.

2- Hәzrәt Məhәmmәd (s) hamıdan gec әsәblәşәrәk hamıdan da tez razı olurdu. Hәmçinin o hәzrәt (s) xalqa qarşı daha mehriban, daha xeyirxah vә daha xeyir verәn idi.

3- Hәzrәt Məhәmmәd (s) danışarkәn tәbәssüm edәrdi.

4- Hәzrәt Məhәmmәd (s) mö`minlәrlә (onları sevindirmәk üçün) zarafat edәrdi. (Lakin o hәzrәtin zarafatları öz həddində və doğru idi).

5- Hәzrәt Məhәmmәd (s) heç vaxt göz vә qaşla işarә etməzdi.

6- Hәzrәt Məhәmmәd (s) bir şeydәn narahat vә qəmgin olduqda ibadәtә üz gәtirər və namaz qılardı.

7- Hәzrәt Məhәmmәd (s) öz ailәsi vә övladlarına hörmәt edәr vә onlarla mehribanlıqla rәftar edәrdi.

8- Hәzrәt Məhәmmәd (s) hәmişә sadә vә tәmiz paltarlar geyinәrdi. (O hәzrәt namaz qılarkәn qara rәngli әmmamәsini başına qoyardı.)

9- Hәzrәt Məhәmmәd (s) әmmamә, ayaqqabı vә әbadan başqa qara vә qırmızı rәngli paltar geyinmәzdi.

10- Hәzrәt Məhәmmәd (s) evindә bir cüt göyәrçin vә rәngi ağ olan bir xoruz saxlayırdı.

11- Hәzrәt Məhәmmәd (s) arxa üstә yatır, yataq yerinә girәndә, Allahın adını çәkir vә yataq yerindən qalxdıqda, Allaha şükr edәrdi. Hәmçinin O, hәzrәt (s) yatmamışdan öncә, «Ayәtәl-kursi”ni oxuyardı.

12- Hәzrәt Məhәmmәd (s) hәmişә tәvazökar olub, heç vaxt tәkәbbürlük etməzdi.

13- Hәzrәt Məhәmmәd (s) nar yedikdә, heç vaxt onun parasını başqalarına verməzdi. (Başqalarına bütöv narı təklif edərdi).

14- Hәzrәt Məhәmmәd (s) su içmәzdәn öncә «Bismillah» deyir vә suyu üç nәfәsә içirdi. Su içdikdәn sonra isә «Әlhәmdulillah» deyərdi.

15- Hәzrәt Məhәmmәd (s) yediyi yemәyi lazımınca çeynәdikdәn sonra udardı.

16- Hәzrәt Məhәmmәdin (s) yediyi әsas yemәk, xurma, süd vә hәlim idi.

17- Hәzrәt Məhәmmәd (s) balı çox sevirdi.

18- Hәzrәt Məhәmmәd (s) heç vaxt yemәyi isti-isti yemәz, onu soyutduqdan sonra yeyәrdi.

19- Hәzrәt Məhәmmәd (s) yaflı yemәk yedikdәn sonra vir az su içərdi.

20- Hәzrәt Məhәmmәd (s) qurbanlıq bayramında iki qoç kәsərdi.‏ (Onların birini özü tәrәfindәn, digərini isә ümmәtinin yoxsulları tәrәfindәn qurban kәsirdi).

21- Hәzrәt Məhәmmәd (s) acmamış yemәk yemәz, doymamışdan öncә süfrәdәn qalxardı.

22- Hәzrәt Məhәmmәd (s) xәstәlәrә dәyib, onların halını soruşardı.

23- Hәzrәt Məhәmmәd (s) cәnazәni (ölünü) müşayiәt etdikdә, az danışar, qәm vә kәdәr içindә olardı.

24- Hәzrәt Məhәmmәd (s) hüzür düşmüş evә üç gün yemәk bişirib, aparmafı göstәriş verərdi.

25- Hәzrәt Məhәmmәd (s) özündәn qan aldırır, başı afardıqda isә qaşlarını yaf ilә sürtürdü.

26- Hәzrәt Məhәmmәdin (s) qızması olduqda, şәkәri soyuq su ilә qatışdırıb içirdi.

27- Hәzrәt Məhәmmәd (s) hәr gün üç dәfә dişlәrini yuyardı: 1- Yatmazdan qabaq; 2- Namaz vә dua üçün yuxudan ayıldıqdan sonra; 3- Sübh namazı üçün mәscidә getmәzdәn öncә.

28- Hәzrәt Məhәmmәd (s) bә`zi vaxtlar zöhr vә əsr, həmçinin məğrib vә işa namazlarını bir-birinin ardınca qılır, bә`zi vaxtlar isә onları müəyyən fasilə ilə qılırdı.

29- Hәzrәt Məhәmmәd (s) namaza durduqda, rәngi qaçır vә o hәzrәtdәn (s) yanıqlı sәslәr eşidilirdi.

30- Hәzrәt Məhәmmәd (s) namaz vaxtı әsnәdikdә sağ әlini ağzının önünә tutardı.

31- Hәzrәt Məhәmmәd (s) tәzә meyvә gördükdә, onu әlinә alaraq, öpüb gözlәri vә dodaqlarına qoyur vә dua edərdi.

32- Hәzrәt Məhәmmәd (s) qәbristanlıq yanından keçdikdә, onun әhlinә dua edərdi.

33- Hәzrәt Məhәmmәd (s) hәr namazdan sonra mәxsus dualar oxuyurdu.

34- Hәzrәt Məhәmmәd (s) heç vaxt әmanәtә xәyanәt etməzdi. (Hәtta iynә vә sapı belә öz sahibinә çatdırırdı).

35- Hәzrәt Məhәmmәd (s) həmişə Allahı yad edәrdi.

36- Hәzrәt Məhәmmәd (s) başqalarına verdiyi vә`di özü üçün borc sayırdı.

37- Hәzrәt Məhәmmәd (s) o qәdәr әtir vururdu ki, müsəlmanlar uzaqdan o hәzrәti (s) әtir iyindәn tanıyardılar.

38- Hәzrәt Məhәmmәd (s) evindәn gedәn qonağı evin qapısına qәdәr ötürərdi.

39- Hәzrәt Məhәmmәd (s) Allah yolunda verdiyi şeyi heç vaxt geri almazdı.

40- Hәzrәt Məhәmmәd (s) sübh açılarkәn әlini uşaqların başına çәkәrdi.

İslamın Zühuru
İSLAM PEYĞƏMBƏRİNİN UŞAQLIĞI VƏ CAVANLIĞI

Peyğəmbər (s)-ın doğum ili dəqiq mə’lum deyildir. İbni Hişamın və başqalarının yazdığına görə o, Amul-fildə (fil ilində) yə’ni Əbrəhə fillərlə Kə’bəni viran etməyə gələn ildə anadan olmuşdur. O hadisəni öz gözləri ilə görənlərə əgər bu tarix aydın olsa da belə, başqaları üçün mə’lum deyildir, çünki hələ də o hadisənin hansı ildə baş verməsi müəyyən edilməmişdir. Tarixçilər Peyğəmbərin vəfatını 632-ci miladi ilinə aid edirlər. Peyğəmbər dünyadan köçəndə 63 yaşı varmış, deməli onun anadan olma tarixi 569-570-ci illərə təsadüf edir.

Tarixçilər onun həyatı barəsində müxtəlif hekayələr nəql etmişlər. Ancaq mö’təbər sənədlərə istinad etməklə tarixi həqiqəti dastan və hekayələrdən ayırmaq olar. O illərin hadisələrini aydınlaşdıra biləcək yeganə sənəd Qur’ani-kərim və Peyğəmbərin sünnəsidir. Lakin Qur’ani-kərimdə o hadisələrə çox qısaca işarə edilmişdir. Bu kiçik işarələrə və tarixçilərin verdiyi mə’lumata istinad edərək demək olar ki, Məhəmməd (s) uşaqlıqdan yetim qalmışdır.

Atası Abdullahh bəni Zöhrə tayfasının başçısı Vəhəbin qızı Aminə ilə ailə həyatı qurduqdan bir neçə ay sonra, ticarət səfərlərinin birində, Şamdan geri dönərkən Yəsrib şəhərində vəfat etmişdir. Bə’zi tarixçilər isə onun Həzrətin (s) dünyaya gəlişindən bir neçə ay sonra vəfat etdiyini yazmışlar. Həzrəti Peyğəmbər (s) hələ körpə ikən (südəmər vaxtı) bəni Sə’d qəbiləsindən olan Həlimə adlı qadının yanında olan zaman anası dünyadan köçmüş və babası Əbdül Müttəlib onun himayəsini öz üzərinə götürmüşdür. Səkkiz yaşında isə Əbdül Müttəlib dünyadan köçür və ondan sonra əmisi Əbu Talibin qəyyumluğu altına düşür. Tarixçilərin yazdığına görə həzrəti Peyğəmbər (s) hələ uşaq ikən əmisinin Şama etdiyi ticarət səfərlərinin birində onunla getmişdi. Yolda Busra adlanan yerdə Bəhira adlı xristian keşişi ilə rastlaşmış və keşiş onda peyğəmbərliyin əlamətlərini görmüşdü. Keşiş onu əmisinə bərk-bərk tapşırmış, xüsusilə bu uşağı onunla düşmən olan yəhudilərdən qorumağı tövsiyə etmişdi. Deyilənə görə karvanla gələnlər Bəhiranın ətrafından dağıldıqdan sonra o, Həzrəti saxlamış və onu Lat və Uzzaya (büt adlarıdır) and verərək bir neçə sualına cavab verməyi istəmişdi. Həzrət (s) cavabında demişdi ki, məni Lat və Uzzaya and vermə, çünki dünyada ən xoşuma gəlməyən şey bu iki bütdür. Sonradan Bəhira onu Allaha and vermişdi.

FİCAR MÜHARİBƏSİ

Həzrət Məhəmməd (s)-ın cavanlığında baş vermiş hadisələrdən biri də Ficar müharibəsi olmuşdur. Ficar haram aylardan birində baş verdiyi üçün belə adlanmışdır. (Onu da qeyd etmək lazımdır ki, islamdan əvvəl ziqə’də, zihiccə, məhərrəm və rəcəb aylarında müharibə etmək haram olub, islamın zühurundan sonra da bu qanun öz qüvvəsində qalmışdır).

Hiyrədən Məkkəyə bir karvan gəlir, onlar özləri ilə müşk gətiribmişlər. Bəni Kinanə tayfasından olan bir kişi karvanın Həvazin qəbiləsindən olan qoruqçusunu yatmış görüb onu öldürmüş və bütün yükləri götürüb aparmışdı. Bu vaxt Qüreyş və Həvazin qəbiləsi Ukkaz bazarında toplanmışdı. Bu xəbər Qüreyş qəbiləsinə yetişdikdən sonra onlar şəhərə qayıtdılar. Həvazin qəbiləsi də onların ardınca düşdü, lakin Qüreyşlilər Kə’bə evinə sığındılar. Bunun ardınca bu iki qəbilə arasında müharibə başlandı və bu müharibə bir neçə dəfə təkrar olundu. Həzrət Məhəmməd (s) bu müharibələrin birində iştirak etmişdi. Bə’zi tarixçilərin nəzərinə görə bu müharibə Kinanə və Qeys qəbilələri arasında baş vermişdir.

HİLFUL-FUZUL

(ƏLAHİDDƏ AND VƏ YA ƏHD-PEYMAN)

Peyğəmbərliyə yetişmədən əvvəl Məhəmməd (s)-ın həyatında baş vermiş mühüm hadisələrdən biri də onun hilful-fuzul da iştirak etməsi olmuşdur. Hilful-fuzul hekayəsi belədir: Məkkədə yaşayan qəbilələr arasında bir-birinə təcavüz etməmək barəsində müqavilə bağlanmışdı. Ancaq əgər şəhərə qərib bir adam gəlsəydi, heç bir qəbilə və ya müqavilə yox idi ki, onu müdafiə etsin. Yazılanlara görə bəni Əsəd qəbiləsindən bir nəfər Məkkəyə ticarət etməyə gəlir. Bəni Səhm qəbilsindən olan bir nəfər onun mallarını alaraq pulunu ödəmir. Həmin tacir Qüreyş qəbiləsinin yanına gedib köməklik istəyir. Qüreyşlilər ona cavab verirlər ki, bəs sən bizimlə əhd-peyman (müqavilə) bağlamadığından biz səni müdafiə edə bilmərik. Tacirin hər yerdən ümidi kəsildikdən sonra Əbu Qubeys dağına çıxaraq ona zülm edildiyi haqda şe’r oxumağa başlayır. Və Qüreyşdən yardım diləyir. Qüreyş qəbiləsi bu hadisədən peşiman olaraq Abdullahh ibni Cəda’nın evinə toplaşaraq əhd-peyman bağlayırlar ki, bundan sonra hər hansı bir qəribə zülm olunmasının qarşısını alsınlar. Bu müqavilə əvvəldə bağlanmış əhd-peymanlar və and içmələrdən əlahiddə olduğu üçün ona hilful-fuzul adı verilmişdir. Bu adın ona verilməsi barədə başqa rəvayətlər də nəql olunmuşdur.

Məhəmməd (s) peyğəmbərliyə yetişdikdən sonra deyirdi: “Cahiliyyət dövründə Abdullahh ibni Cəda’nın evində bir müqavilə məclisində iştirak etdim. Əgər onun əvəzində mənə qızılı tüklü dəvələr versəydilər o qədər sevinməzdim. Əgər bizi yenidən belə bir məclisə də’vət etsələr. biz orada iştirak etməyə hazırıq.”

Həyatı
PEYĞӘMBӘRİN ŞӘXSIYYӘTİ

Adı: Məhəmməd.

Ləqəbi: Әmin.

Künyəsi: Әbül-qasim.

Atasının adı: Abdullah.

Anasının adı: Aminə.

Doğulduğu yer: Məkkə.

Doğulduğu tarix: Fil hadisəsindən iki ay sonra.

Vəfat tarixi: Hicrətin on birinci ili.

Vəfat yeri: Mədinə.

Məzarı: Mədinə.

QÜREYŞ QӘBILӘSI

Qüreyş qəbiləsi Hicazda olan ərəb qəbilələri arasında ən mö᾽təbər qəbilələrdən biri sayılırdı. Həzrət Peyğəmbərin (s) dördüncü cəddi Qüsəy ibni Kilab Allah evinin xidmətçisi və məs᾽ulu idi. Qüreyş müxtəlif qruplardan ibarət idi ki, həmin qrupların ən şərəflisi Bəni Haşim idi.

Haşim ağıllı, şöhrətli və Məkkə əhalisi arasında böyük nüfuz sahibi olan bir şəxsiyyət kimi tanınmışdı. O, xalqın bütün məsələlərinə böyük həvəslə maraq göstərirdi, hətta Məkkə əhalisinin güzəranını tə᾽min etmək məqsədilə yay və qış səfərlərini də təşkil etmişdi. Göstərdiyi böyük və əvəzsiz xidmətlərinə görə əhali ona Seyyid yə᾽ni ağa, başçı ləqəbini vermişdilər. Elə buna görədir ki, onun və Peyğəmbərin (s) nəslindən olanlar da Seyyid adlanır.

Haşimdən sonra oğlu Müttəlib, daha sonra isə nəvəsi Әbdülmüttəlib xalq arasında olduqca böyük hörmətə malik idi. O zaman Әbrəhənin Məkkəyə basqın edərək ağır məğlubiyyətə uğraması Әbdülmüttəlibin xalq içərisində olan e᾽tibarını daha da artırmışdı.

Abdullah isə Әbdülmüttəlibin ən çox sevdiyi oğlu idi. Abdullah iyirmi dörd yaşında ikən Aminə adlı pak və nəcabətli bir qız ilə evlənmiş və bu mübarək izdivacın nəticəsində isə Fil hadisəsindən iki ay sonra dünyaya gəlmiş Məhəmməd adlı nurlu bir oğlan uşağı olmuşdu. Atası hələ oğlu dünyaya gəlməmişdən əvvəl vəfat etmiş və Rəbbimizin rəhmətinə qovuşmuşdu. Az müddət sonra anasını da əldən verən sevimli Peyğəmbərimizin tərbiyəsi ilə məşğul olmağı babası Әbdülmüttəlib öz öhdəsinə almışdı. Həzrət Peyğəmbər (s) Allahın himayəsi sayəsində qarşılaşdığı çətinliklərə qələbə çalmağa müvəffəq olub, çox qısa bir müddət ərzində də camaatın sevdiyi, hörmət bəslədiyi bir cavana çevrilmişdi. Belə ki, bütün Məkkə əhalisi ona təkcə hörmət və məhəbbət bəsləmir, mal-dövlətlərini də onun yanında əmanət qoyurdular. Necə ki, sonralar o həzrətə bu üstün əxlaqi səviyyəsinə görə Qüreyşin əmini (yə᾽ni Qüreyşin ən e᾽tibarlı şəxsi) ləqəbini vermişdilər.

O həzrət sağlam və sarsılmaz bir imanla məzlum və müstəz᾽əflərin tərəfini saxlayaraq, onları qoruyur, onlarla birlikdə oturub-durur, yemək yeyir, dərdlərinə qulaq asır və problemlərinin çıxış yolunu axtarıb tapırdı. Cavanlardan bir qrup «Hilfül-füzul» müqaviləsinə qol çəkdikləri vaxt həzrət Peyğəmbər (s) onları müdafiə etmişdi. Çünki cavanların məqsədi məzlumları qorumaq və zalımlarla mübarizə aparmaq idi. Daha sonra həzrət Məhəmməd (s) əmisi Әbu Talibin istəyilə Xədicənin karvanına qoşulmuşdu. Düzlüyü və e᾽tibarı olduğuna görə karvanın başçısı seçilən Məhəmmədə onun cəmiyyətdəki üstün şəxsiyyətinə heyran qalan Xədicə evlənmək təklifini irəli sürmüşdü.

Həzrət Peyğəmbər (s) bu izdivacı münasib hesab etdiyindən Xədicə ilə evlənməyi qəbul edir ki, bu mübarək izdivacın meyvəsi bütün mə᾽sumların və islam ümməti rəhbərlərinin anası sayılan həzrət Fatimədir (s.ə.).