Rəsulullah » Məqalələr

İbadət və Allahın hüzurunun dərki
«Ey Əbuzər! Allaha, elə idabət et ki, sanki Onu görürsən. Çünki sən Onu görməsən də, O, səni görür».

Hədisin bu hissəsi mütəvatir[4] olmasa da, ən azı müstəfizdir[5]. Müxtəlif vasitələrlə Peyğəmbərdən (s) və əksərən də, müxtəlif təbirlərlə Əbuzərin özündən nəql olunmuşdur. Buna bənzər başqa bir hədisdə belə buyurulur: «Xeyir, Allaha sanki Onu görürmüş kimi ibadət etməkdədir».

Bəlkə də, Allaha bəndəçilik yolunda uzun illər qədəm götürmüş və səadətə qovuşmaq üçün Peyğəmbərin (s) göstərişlərindən bəhrələnmək istəyən Əbuzərə ən yaxşı nəsihət, ona ibadətdən faydalanmağın yolunu göstərmək olardı. O, qarşısında elə bir yolun açılmasını gözləyirdi ki, ibadətin şirinliyini ona dadızdırsın və bu da, ancaq bütün qəlblə, vücudla ibadətə sarıldıqda mümkündür. Buna, qəlbin ibadətə hazır olması, başqa sözlə desək, «hüzuri-qəlb» deyilir.

İnsanın ibadət zamanı hüzuri-qəlb tapması üçün davamlı olaraq çalışıb, səy göstərməsi və Allah hüzurunda olmasını dərk etməsi lazımdır. İnsan daim özünü Allah hüzurunda bilməli və Onunla əlaqədə görməlidir. Çünki bir kəs Allahla ünsiyyət tapsa, heç vaxt Onunla danışmaqdan, sözünü eşitməkdən yorulmaz. Çünki aşiq öz məşuqu ilə nə qədər çox ünsiyyətdə olarsa, ona daha çox bağlanar.

Bizim ibadət zamanı tez yorulmağımız və namazı tələsik qılıb öz işimizin dalınca getməyimiz namazı düzgün dərk etməməyimizdən irəli gəlir. Əgər namaz bir az uzun çəkərsə, nəinki namazdan ləzzət almır, əksinə özümüzü dar bir qəfəsdə hiss edirik. Bütün bunlar kimin hüzurunda dayanmağımızı və kiminlə söhbət etdiyimizi dərk etməməyimizdən irəli gəlir. Mümkündür, adi elmi yolla bəndəlik və Allah dərgahında dayanmağın nə dərəcədə əhəmiyyətli olduğunu bilib, Allahın əzəmətinə diqqətimizi yönəldək. Lakin bu cür zehni məfhumlar bizim qəlbimizə təsir etmir və Allahla həqiqi rabitə qurmağımıza səbəb olmur.

Allahla həqiqi və düzgün rabitə yaratmağa səbəb olan amil, ibadət zamanı hüzuri-qəlb tapmaqdır. Bizim yerinə yetirdiyimiz ibadətlər ancaq şəri təklifin boynumuzdan götürülməsi üçün olub, lazımı bəhrə vermir. Çünki ibadətlərimizin ruhu yoxdur və qəlbimiz ibadət zamanı qaib olur (hüzuri-qəlb tapmır). Dünya işləri ilə məşğuliyyət, bizləri Allahla ünsiyyət yaratmaqdan və qəlbi hazır görməkdən saxlayır. Bu, bizim üzləşdiyimiz əsas problemlərdəndir. Həmişə belə bir sual meydana çıxır: Namazda hüzuri-qəlb tapmaq üçün nə etmək lazımdır? Bunun üçün zəhmət və ruhi məşğələlər tələb olunur.

İlk öncə insan xəlvət bir guşəyə çəkilib, Allahın hər zaman ona nəzər salması və onu görməsi barədə düşünməlidir. Bəzi əxlaq ustadları, bu işdə təxəyyül qüvvəsindən istifadə etməyi tövsiyə edirlər. Məsələn, təsəvvür edin ki, əgər bir otaqda və ya xəlvət, sakit bir yerdə oturmusunuz və bir nəfər də gizli bir yerdən sizin rəftarınıza diqqət edir, amma siz onu görmürsünüz. Sizi daim müşahidə edən şəxsin nəzarəti altında etdiyiniz rəftarla, adi halda olan rəftarınız bir olacaqdırmı? Xüsusən də, sizə nəzarət edən şəxsin adi bir insandan fərqli olaraq həddən artıq əhəmiyyət verdiyiniz, həyat müqəddəratınıza dəxalət edən, yanında əziz olmağa çalışdığınız və onun da sizi sevməsini arzu etdiyiniz biri olduğu halda, ona qarşı laqeyid ola bilərsinizmi? Ona etinasızlıq edib, başqa işlə məşğul ola bilərsinizmi?

Əgər insan davamlı olaraq Allah hüzurunda olduğunu, Allahın daim ona nəzər saldığını və onun Allahı görmədiyi təqdirdə belə, hər zaman Allahın onu gördüyünü özünə aşılaya bilsə, getdikcə ibadətində ruh əmələ gələcək və hüzuri-qəlb tapacaqdır. Belə olan halda ibadət ancaq təklifin götürülməsi üçün olmayıb, insanın mənəvi və ali tərəqqisinə, Allaha yaxınlaşmasına səbəb olacaqdır. Həzrət Əlinin (ə) bu kəlamı yuxarıdakı mətləbi bir daha sübut edir:

«Heç kəsin olmadığı xəlvət yerlərdə günah etməkdən çəkinin. Çünki sizin əməllərinizi müşahidə edən kəs, eyni zamanda əməllərinizin hökmünü verəcək hakimdir. (Çünki bu gün sizin əməllərinizin şahidi olan kəs, sabah (qiyamət günü) həmin əməllərin hökmünü verəcək hakimdir)»[6].

Deməli, indiyə qədər namazlarında hüzuri-qəlb tapa bilməyən şəxs, gün ərzində müəyyən bir vaxtı belə işlərə ayırmalı, xəlvət bir məkanda oturub Allahın onu hər zaman müşahidə etməsi barədə düşünməlidir. Əlbəttə, bizim hər zaman Allah məhzərində olmağımıza və Allahın bizi görməsinə şəkkimiz yoxdur. Necə ki, Qurani-kərimdə bir neçə yerdə bu məsələyə toxunulmuşdur. O cümlədən buyurulur:

«O (Allah), insanların xəyanətkar baxışları və ürəklərindən keçənlərə agahdır»[7].

Tələbələrdən biri danışırdı ki, ölüm ayağında can verən ustadımın başı üstünə getdim. Son nəfəsində ondan son dəfə olaraq mənə nəsihət etməsini xahiş etdim. Ustad çox çətinliklə dodaqlarını tərpədib buyurdu: «Məgər o bilmir ki, Allah onu görür?!»[8].

Həzrət Əli (ə) buyurur:

«Ey camaat! O Allahdan qorxun ki, siz danışanda eşidir, gizlətdiyinizi də bilir»[9].

Bu hədisin əvvəlində Həzrət (s) ibadəti, «insan səadətinin açarı» adlandırmış, daha sonra isə Allaha ibadətin mərhələləri barədə izahlar vermişdir. Əlavə olaraq, birinci mərhələdə ibadətin keyfiyyətinə tə`kid olunur və bildirilir ki, ibadətin də öz ruhu vardır və onun ruhu, ibadətdə hüzuri-qəlbin olmasıdır. Ümumiyyətlə, hədisdə ibadətin yerinə yetirilmə qaydasına deyil, yalnız keyfiyyət və mənəvi məsələlərinə işarə edilmişdir.

ALLAHA İBADƏT VƏ BƏNDƏLİK, MÖMİNLƏRİN YÜKSƏLİŞ VƏ TƏRƏQQİ VASİTƏSİDİR

Qeyd edək ki, insanlığın həqiqəti, özünü Allaha ibadət və bəndəlikdə büruzə verir. İnsan, ibadəti olmadan digər canlılardan heç bir üstünlüyə malik deyil. Belə olan halda, ancaq təkvini dərəcələrdən faydalanacaq və heç bir şeyin haqqını lazımınca ödəməyəcəkdir. Allaha ibadətdən üz döndərən şəxs, həqiqətdə, insanlığın kamal yollarını öz üzünə bağlamış olur. Çünki insanlığın zirvəsinə qalxmaq, yalnız bu yolla müyəssər olur.

Böyük insanların həyat tərzinə nəzər salsaq görərik ki, Allaha bəndəlik onların yaşayış qanunlarının ayrılmaz hissəsidir. «Kəlimullah», «xəlilullah» və «həbibullah» dərəcəsinə yüksələnlərin hamısı, məhz bu yolu başa vurmaq və bu yolun çətin, əzab-əziyyətli imtahanlarına sinə gərməklə yüksək məqamlara yüksəlmişlər. Hətta elə bir insan tapmaq olmaz ki, Allaha bəndəçilik etmədən, ixtiyari kamal dərəcələrindən birinə yüksəlmiş olsun. Yuxarıda deyilənlərdən başqa, «riza məqamı» və «yəqin» kimi dərəcələrə yüksəlişin sirrini Allaha bəndəçilikdə axtarmaq lazımdır. Allah-təala Quranda buyurur:

«Pərvərdigarına ibadət et ki, yəqin dərəcəsinə çatasan»[10].

Və riza məqamı haqqında buyurur:

«Günəşin çıxmasından və batmasından əvvəl, qaranlıq gecənin müəyyən saatında və günorta yarısında Allahı zikr et ki, riza məqamına çatasan»[11].

Xalqı Allaha doğru yönəltmək, onları ibadətə səsləmək və haqdan qeyrisinə pərəstiş etməkdən çəkindirmək bütün peyğəmbərlərin vəzifəsi olmuşdur:

«Hər ümmətə bir peyğəmbər göndərdik ki, onlara tək olan Allaha ibadət etməyi və qeyri-haqqa pərəstişdən çəkinməyi çatdırsınlar»[12].

Quranın təkidlə vurğuladığı məsələlərdən biri də, bütün varlıqların istər-istəməz Allaha ibadət, bəndəçiliklə məşğul olmasıdır:

«Yerdə və göydə olan hər şey Allahı təsbih etməklə məşğuldurlar»[13]. Lakin bu cür bəndəçilik təkvini olub, insanın kamala çatmasında rol oynamır. İnsanın kamala çatması, onun öz ixtiyarı ilə Allaha bəndəçilik etməsindədir. Əgər belə olmasaydı, təkvini bəndəçilik yolu ilə, hətta dağlar, daşlar belə son kamal nöqtəsinə yüksələrdilər.

Allaha ibadətin əhəmiyyət və dəyərini bildirmək üçün Allah-təala Quranda insan və cinləri yaratmaqda son hədəfinin ibadət olduğunu bəyan etmişdir:

«Mən cinləri və insanları ancaq Mənə ibadət etsinlər deyə yaratdım»[14].

Bunlardan əlavə, pərəstiş hissi insanın fitri xüsusiyyətlərindəndir. Yəni ibadətə ehtiyac hissi insanın fitri istəyidir və biz millətlərin, dinlərin tarixinə nəzər yetirsək görəcəyik ki, tarix boyu elə bir millət, cəmiyyət tapmaq olmaz ki, onların arasında müəyyən bir ibadət və pərəstiş növü olmasın.

ALLAHA BƏNDƏÇİLİYİN MƏRHƏLƏLƏRİ

a) ALLAHI TANIMAQ

Hədisin davamında, Həzrət (s) ibadətin mərhələlərini bəyan edərək buyurur:

«Ey Əbuzər, bil ki, Allaha ibadətin birinci mərhələsi Onu tanımaqdır. O, hər şeydən əvvəldir. Ondan əvvəl heç bir şey yoxdur, yeganə və təkdir, bənzərsizdir, əbədidir, sonu yoxdur. Yeri və göyləri, onlarda və onların arasında olan hər şeyi O yaradıb. Allah mehriban olub, hər şeyi biləndir və hər bir işə qadirdir»[15].

Hədisin bu hissəsində ibadət və Allahı tanımağın ilkin mərhələsi haqqında söhbət edilir. Allaha mərifətin müxtəlif mərhələləri vardır, lakin Allaha bəndəçilikdə zəruri hesab olunan ilkin şey, Allahı icmali olaraq tanımaqdır. İnsan bilməlidir ki, Allah vardır və O, dünyanın və insanın yaradıcısıdır. Əgər insan bu tanışlığı əldə edə bilməsə, Allaha ibadət mərhələsinə yüksələ bilməz. Başqa sözlə desək, Allaha tərəf gedən yolda Allahı tanımaq ibadətdən öndə durur. Əlbəttə, son təkamül nöqtəsinə yetişmək istəyən insan, özünün bu seyrində mərifətin ən yüksək dərəcələrinə nail olur. Allahı tanımağın bu həddi Allah övliyalarına məxsus olub, böyük imtahanlar tələb edir. Bizim həmin həqiqətə yol tapmaq imkanımız yoxdur. İcmali olaraq bilirik ki, son mərifət nöqtəsi olduqca dəyərli və ali bir məqamdır və Allah övliyaları, mərifətə aparan yolun sonunda həmin dayanacağa çatırlar. Bu, Allaha ibadətin son mərhələsidir.

İbadətin ilkin mərhələsinə qədəm qoyumuş insan üçün Allahın varlığı sabit olduqdan sonra Onun sifətləri və yaratdıqları barədə təfəkkür edilməlidir ki, həmin tanışlıq onun ürəyində möhkəm yer tutub, ancaq zehni tanışlıq həddində qalmasın. Daha doğrusu, həmin zehni tanışlıq canlı və fəal tanışlığa çevrilib, insanın rəftarına təsir göstərməlidir. Təfəkkürlə yanaşı olan tanışlığın bu mərhələsi «orta mərifət» adlandırılır. Orta mərifət öz növbəsində müxtəlif dərəcələrə və geniş üfüqlərə malikdir. İnsan ilahi ayələr üzərində təhlil aparıb təfəkkür etməklə və həmçinin, əməli ibadət yolu ilə bu mərtəbələrə yüksələ bilər.

Deyilənlərdən belə aydın oldu ki, Allahın sifətləri və yaratdıqları üzərində dərindən düşünmək və həmçinin, Onu daha dəqiq tanımağa səy göstərmək, insanın ixtiyari ibadət və işlərindən sayılır. Bu gedişlə insanın əldə etdiyi tanışlıq, ibadətin müqəddimə və başlanğıcı hesab olunur. (İnsanın ilahi ayələr üzərində təfəkkür edib düşünməsi Allahı tanımağın «yaxın müqəddimə»si, bu barədə kitabları mütaliə edib dərs almaq isə «uzaq müqəddimə» adlanır).

b) PEYĞƏMBƏRƏ (S) İMAN GƏTİRİB, ONUN NÜBÜVVƏTİNİ ETİRAF ETMƏK

«(İkinci mərhələdə) mənə iman gətirib, Allahın məni Öz izni ilə bütün insanlara behişt müjdəsi vəd edib, cəhənnəm əzabı ilə qorxudub, onları haqqa dəvət edən bir peyğəmbər olaraq göndərdiyini və insanlar üçün hidayət çırağı qərar verdiyini etiraf etməlisən».

Qurani-kərimdə və rəvayətlərdə Peyğəmbər (s) haqqında zikr edilən sifətlərin hər birinin təfsirə və izaha ehtiyacı vardır. Əgər Peyğəmbərin (s) həqiqətən Allahın elçisi olduğu barədə imanımız güclü və kamil olarsa, içimizdə baş qaldıran bir çox şübhələr aradan gedər. İmanı süst olan müsəlmanların əksəriyyətinin Peyğəmbər (s) barəsində şəkk-şübhəyə düşmələrinin əsas səbəbi, ona olan iman və mərifətin zəifliyindən və yetərli olmamasından irəli gəlir. Bu şübhələr getdikcə dərinləşir və onların düz yoldan azması və küfrə sürüklənməsi üçün zəmin yaradır. Çünki onların Peyğəmbərin (s) sözünün doğruluğunu qəbul edəcək qədər imanları yoxdur. Bunlardan bəzilərinin əqidələrinə görə, Peyğəmbərin (s) gətirdiyi şəriət bizim zamanın tələblərinə cavab vermir. Bu hökm və qanunlar o zamanlar Ərəbistan yarmadasında yaşayan vəhşi ərəblər üçün gəlmişdir və müasir dövrdə həmin qanunlara ehtiyac duyulmur!.

Bu sözlər Allah Rəsuluna (s) yanlış etiqadın nəticəsidir. Əgər Peyğəmbərin (s) buyurduğu «ərsələni ila kaffətin-nas» (məni bütün insanlar üçün göndərdi) kəlamını yəqinliklə qəbul etsəydilər, heç vaxt onun peyğəmbərliyini məxsus bir zaman və millət üçün məhdudlaşdırmazdılar. Həqiqətdə demək olar ki, dində yaranan əksər şübhələr, Allahın Rəsuluna (s) və onun gətirdiyi şəriətə imanın zəifliyindən irəli gəlir.

v) PEYĞƏMBƏRİN (S) ƏHLİ-BEYTİNƏ MƏHƏBBƏT

«(Üçüncü mərhələdə) sənə, Əhli-beytimə məhəbbətli olmağı nəsihət edirəm. Allah-təala onları hər cür nöqsan və pisliklərdən uzaq edib, pak qərar vermişdir».

Əhli-beytin əzəmətini dərk etmək və onların uca məqamlarına çatmaq, həqiqətdə, çətin bir məsələdir. Təsadüfi deyil ki, onlara olan məhəbbətin əhəmiyyətini göstərmək üçün mərhum imam Xomeyni (r.ə.) öz siyasi və ictimai vəsiyyətnaməsini bu hədislə başlayır: «Özümdən sonra sizə iki böyük əmanət qoyub gedirəm: biri Allahın kitabı (Quran), digəri Əhli-beytim…».

Bəlkə də, inqilab rəhbərinin bu sözləri dünya millətlərinə qəribə görünə bilər. Lakin rəhbər Əhli-beytə tabe olmağı ilə fəxr edirdi.

Biz Əhli-beytə olan bu bağlılıq və məhəbbətin sirrini bilmirik. Bəlkə də, belə təsəvvür edirik ki, onlar Peyğəmbər (s) övliyaları olduğu üçün onları sevməliyik! Əgər belə olsaydı, onların dərəcə və məqamları Quranla yanaşı tutulmazdı. Əhli-beytə məhəbbətin bu dərəcədə təkid olunması, onların Peyğəmbərlə (s) qohum olmaları səbəbindən deyil. Belə olsaydı, Peyğəmbərin (s) bir neçə həyat yoldaşı var idi ki, onlar barəsində də Əhli-beyt üçün buyurulan tə`kidlər olunardı. Lakin məlumdur ki, onlar haqqında heç bir xüsusi göstəriş verilməmişdir. Əhli-beyt barəsində olan təkidlər, Allahın onları hər cür eyib və çirkinliklərdən pak qərar verməsi səbəbindəndir.

ƏHLİ-BEYTİN NUHUN (Ə) GƏMİSİ VƏ BƏNİ-İSRAİLİN HİTTƏ QAPISINA BƏNZƏDİLMƏSİ

«Ey Əbuzər, əziz olan Allah mənim Əhli-beytimi ümmətim üçün Nuhun (ə) gəmisinə bənzətmişdir. Bu gəmiyə minən nicat tapar. Hər kəs ondan üz döndərsə, batıb qərq olar. Həmçinin, Əhli-beyt Bəni-İsrail arasında olan Hittə qapısı kimidir. Bu qapıdan daxil olan Allahın əzabından amanda qalar».

Peyğəmbərin (s), Əhli-beytə məhəbbət bəsləməyə təkid etməsi və onları «nicat gəmisi» və «Hittə qapısı»na bənzətməsi, aralarındakı qohumluq əlaqələrinə görə deyil. Kimsə elə düşünməsin ki, Peyğəmbər (s) öz övladlarını sevdiyi və onların halına yandığı üçün davamlı olaraq camaatdan onlara hörmət göstərmələrini tə`kid edirdi.

Peyğəmbərin (s) Əhli-beyt barəsində xalqa etdiyi tövsiyələr qohumluq əlaqələrindən, doğmalıqdan irəli gələn məhəbbətdən daha üstün olub, Əhli-beytin xalqı uçurumdan, fəlakət dəryasında batmaqdan qurtara biləcək yeganə nicat yolu olduğu üçün idi. Peyğəmbər (s) bilirdi və inanırdı ki, Əhli-beyt ümmət üçün nicat gəmisidir. Çünki Nuhun (ə) ümməti onun nicat gəmisinə minməklə ilahi əzabdan yaxa qurtardılar. Boyun qaçıranlar, o cümlədən də Nuhun (ə) öz oğlu batıb, həlak oldular.

İslamın ilk illərində müsəlmanlar arasında ayrılıq və ixtilaf yox idi. Məhz belə bir zamanda Peyğəmbər (s) Əbuzərə, Əhli-beytinin Nuhun (ə) gəmisi kimi olduğunu nəsihət edir. Onlarla əlaqəni üzüb yollarını azan hər kəs, Nuhun (ə) qövmü kimi həlak olacaqdır. Həqiqətdə, bu nəsihət Peyğəmbərin (s) müsəlmanlara etdiyi xəbərdarlıq idi. Sanki Peyğəmbər (s) öz ölümündən sonra bir dəstə adamın təəssübkeşlik üzündən müsəlmanlar arasında nifaq salacağını görür, indidən onun həllinə çalışırdı. Belə bir şəraitdə ümmətin yeganə nicat yolunu Əli (ə) başda olmaqla, Əhli-beytə sarılmaqda görürdü. Fəqət bu yolun yolçuları zəlalət girdabına yuvarlanıb məhv olmaqdan nicat tapa bilərdilər. Əhli-beytin yolundan çıxanlar isə həqiqət yolunu itirib, dünyanın qarışıq cığırlarında sərgərdan dolaşanlardır.

Daha sonra Peyğəmbər (s) Əhli-beyti Bəni-İsrailin Hittə qapısına bənzədir. Bu iki bənzətmə əksər rəvayətlərdə həm sünni, həm də şiə alimləri tərəfindən Peyğəmbərin (s) dilindən rəvayət edilmişdir. Hətta, rəvayətlər mötəbərliyi etibarı ilə təvatör[16] həddinə çatmışlar.

Bəni-İsrail bir vaxtlar törətdiyi saysız-hesabsız günah və zülmlər üzündən Allahın qəzəbinə düçar olmuş, Allah tərəfindən qırx il «Tih» səhrasında avara-sərgərdan dolaşmağa məhkum edilmişdilər. Qırx ildən sonra axıtdıqları göz yaşları və tövbələrini Allah-təala qəbul etmiş, yenidən onlara lütf və mehribanlıq göstərərək, tövbə qapısını onların üzünə açmışdı. Bu barədə Quran buyurur:

«…Və onlara dedik ki, dizi üstə, səcdə halında kəndin qapısından daxil olun və «İlahi, bizim günahlarımızdan keç» deyin ki, biz də sizin günahınızı bağışlayaq və yaxşı əməl sahiblərinin savabını bir az da artıraq»[17].

Hittə qapısından keçənlər, nəinki izzət və şərəfə nail olurdular, hətta bütün günahları da bağışlanırdı. Peyğəmbər (s) bu iki təşbihi yad etməklə müsəlmanlara anlatmaq istəyirdi ki, Bəni-İsrailin möminləri Hittə qapısından daxil olub hər iki dünya səadətinə çatdıqları kimi, onlar da Əhli-beytin elm və mə`rifət qapısından daxil olmaqla, dünya və axirət xoşbəxtliyinə nail ola bilərlər.

«Hittə» kəlməsi lüğətdə tökülmək, çırpılmaq, bir şeyi yox etmək və bir növ təmizlənmək mənasındadır. Bəni-İsrail bu kəlməni deməklə Allahdan bağışlanmaq diləyib, etdikləri günahların silinməsini istəyirdi. Allah-təala bu qapını onlar üçün tövbə vasitəsi seçmişdir. Lakin Allahı danan bir sıra imansızlar, Onun sözünü məsxərəyə qoyub, bəzi rəvayətlərdə deyildiyinə görə, «Hittə» kəlməsinin yerinə «Həntə» (buğda mənasındadır) sözünü işlədirlər. Allah onları törətdikləri pozğun işlər və tövbə qapısından üz döndərdiklərinə görə, əzaba düçar etdi:

«Zülmkarlar Allahın sözünü dəyişdirdilər (onlara deyilən sözü başqa sözlə əvəz etdilər). Biz də pis əməlləri və fərmandan boyun qaçırdıqları üçün onlara göydən şiddətli əzab nazil etdik»[18].

Peyğəmbər (s) öz Əhli-beytini insanlara Hittə qapısı kimi dünya və axirət səadətini bəxş edə biləcək bir vasitə kimi tanıtdırır. Lakin camaat onun sözünə etina etməyib, Əhli-beyt yerinə başqalarını seçdilər. Onlar Əli (ə) ilə başqaları arasında olan fərqi görmürdülər. Onların düşüncəsində Əli (ə) Peyğəmbərin (s) kürəkəni olduğu kimi, Osman da Peyğəmbərin (s) kürəkəni və Peyğəmbər (s) özü də birinci xəlifənin ‒ Əbu Bəkrin kürəkəni idi!

Nəsihətin bura qədərki hissəsində, əsasən, ibadətin mühüm mərhələləri barəsində olan məsələlərə toxunulur. Qeyd edək ki, ibadətin insanın qəlbi və batini ilə əlaqədar olan mərhələsi ən mühüm və əsas mərhələ hesab olunur. Yəni hər kəs Allaha və Onun Peyğəmbərinə iman gətirmədən, bu barədə zəruri məlumata malik olmadan və Əhli-beytə məhəbbət bəsləmədən ibadətdən lazımınca bəhrələnə bilməz. İbadət yalnız zahiri əməllərin məcmusu kimi başa düşülməməlidir. Həqiqətdə, ibadətin kökü, insanın qəlbinin dərinliklərindən su içir və bütün bəndəçilik yolları öz cığırlarını ürəkdən açır.

“Gəncliyin yeddi səması” kitabından

Həzrət Həmzənin İslamı qəbul etməsi
Günlərin bir günündə Əbu Cəhl Səfа dаğının yаxınlığındа Peyğəmbər (s)-lа üzləşərək onа nаlаyiq sözlər deyir, lаkin Peyğəmbər (s) onа çаvаb qаytаrmır. Аbdullаh ibni Cudаnın kənizi bu hаdisənin şаhidi olur. Çox keçmədən Həmzə ovdаn Məkkəyə qаyıdır. Həmzə аdəti üzrə ovdаn qаyıdаndа Kəbə evini təvаf edər, sonrа isə qüreyşlilərin yığıncаqlаrınа gedib onlаrlа söhbət edərdi. Qüreyşlilər Həmzəni səxаvətli olduğunа görə çox sevərdilər. Bu dəfə də аdəti üzrə tаnışlаrı ilə söhbət etməklə məşğul olаn zаmаn bir kəniz onun yаnınа gedərək dedi: “Kаş burаdа olаydın, görəydin ki, Əbu Cəhl qаrdаşın oğlunа nələr dedi.” Həmzə Əbu Cəhlin аrdıncа gedib onu məsciddə cаmааtın аrаsındа gördü. Kаmаnını onun bаşınа elə vurdu ki, bаşı аğır yаrаlаndı. Sonrаdаn dedi: “Sən Həzrət Məhəmmədi (s) söyürsən, bilmirsən ki, mən onun dinini qəbul etmişəm. O deyən şeyi mən də təsdiq edirəm.” Bəni Məxzum Əbu Cəhli müdаfiə etmək üçün аyаğа qаlxmаq istədikdə o, dedi: “Həmzəyə əl vurmаyın! Çünki mən onun qаrdаşı oğlunа yаrаmаz sözlər demişəm.” Bu hаdisədən sonrа Həmzə də müsəlmаnlаrın sırаsınа dаxil oldu. Qüreyşlilər bundаn belə Həzrət Məhəmmədi (s) zərərdən qoruyа biləcək Həmzə kimi müdаfiəçisi olduğunu gördükdən sonrа onа çox mаne olmаdılаr.

ƏBDÜL MÜTƏLLİB
11-Əbdül Mütəllibin müvəhhid olması haqqında çoxlu şahidlər vardır. Bu şahidlər onun istənilən şirkdən pak olduğunu təsdiqləyir. Onun haqqında daha çox danışılması onun şirkə düşmədə daha çox töhmətləndirilməsi ilə əlaqədardır. Əli (ə) buyurur: «Atam və babam Əbdül Mütəllib, Haşim, Əbdül Mənaf heç vaxt bütə sitayiş etməmişlər. Onlar üzü Kəbəyə namaz qılmış, İbrahim dinində olmuşlar». («Bihar» 15-ci cild). Əbdül Mütəllib ərəbin müvəhhidlərindən sayılır. Bu, İbrahim öz övladları haqqında dualarının qəbul olmasıdır.

12-Peyğəmbər (s) əliyə (ə) buyurur ki, Əbdül Mütəllib «əzlamla» (cahiliyyət dövrünün qumarı) mal bölmür, bütlərə ibadət etmir, bütlərin adına kəsilmiş heyvanların ətindən yemirdi və o, İbrahim dinində idi. («Bihar» 15-ci cild).

13-Əbdül Mütəllibin axirət inacı barədə deyilir ki, o dedi: «Bu dünyadan sonra yaxşıların mükafatlanıb, pislərin cəzalanacağı bir dünya var».

14-İmam Rzadan (ə) nəql olunub ki, Əbdül Mütəllib Kəbə qapısının halğasından yapışıb, Allahdan dilədi ki, ona on oğul əta etsin.

15-Bu barədə belə nəql olunub ki, o, Allah evinin pərdəsini tutub, Allahı hərəm, rükn, məqama and verdi – bu andlar İbrahim dininə aiddir.

ƏBDÜL MÜTƏLLİB MÜVƏHHİDLİYİN MÜDAFİƏSİNDƏ

16-əbrəhə fil süvari qoşunuyla Kəbəni dağıtmağa üçün Məkkəyə gələndə Əbdül Mütəllib Qüreyş qəbiləsinin başçısı və həcc işlərinə məsul idi. Küfr qoşunu müqavimət göstərən kişiləri öldürməklə, qadın və uşaqları əsir götürməklə hədələyirdi. Bu hədələrdən qorxan əhali Məkkəni boşaldıb, ətraf dağlara çəkildilər. Əbdül Mütəllib bir yandan Kəbənin boşaldığını, digər tərəfdən düşmən qoşununun qüvvəsini görüb, hamı kimi özü barədə düşünmək əvəzinə Kəbədə qalıb, öz ətrafındakıları əbrəhə ilə qarşılaşmağa dəvət etdi. Ona Məkkəni tərk etmək təklif olanda dedi: «Mən Allah evini buraxıb, başqa bir yerə sığınmaqdan xəcalət çəkirəm» («Tarixe Yəqubi» 1-ci cild). «Mən and olsun Allaha ki, ilahi hərəmdən çıxmayacağam». Bu mövqe onun etiqadını, şücaətinin böyüklüyünü göstərir. Həmin həssas anlarda Allah yolunun bu mücahidi Kəbə pərdələrindən yapışıb dua edir: «Ey tənhaların dostu, Səninlə olana heç bir qorxu yoxdur» Əbdül Mütəllib bu sözləri deyərkən öz yaxınları ilə tənha qalmışdı. («Bihar» 15-ci cild). Əbdül Mütəllibin «Allahla olan kəs üçün heç bir qorxu yoxdur» sözləri onun övliyalığın, yalnız Allaha arxalandığını göstərir. Necə ki, Quran buyurur: «Bilin ki, Allah dostları üçün heç bir qorxu yoxdur və onlar qəm-qüssə bilməzlər» («Yunus» 62). Çünki onlar bütün fəzilətlərin mənşəsi olan Allaha bağlıdırlar. «Səni tapan nə itirib!» (İmam Hüseynin ərəfə duası). Bu cümlənin ardınca əlavə edir ki, «ev sahibinin evin müdafiəsində üstünlüyü vardır».

Bu o demək deyildir ki, Allah evinin müdafiəsində bizim məsuliyyətimiz yoxdur və bu məsuliyyət ev sahibinə aiddir. Bu söz Bəni-israilindir ki, Musaya deyərdilər: «Sən və Rəbbin gedib onlarla vuruşun, biz isə burada oturacağıq» («Maidə» 24). Əslində isə belədir ki, biz var gücümüzlə tövhid mərkəzi, iman simvolu olan Kəbəni müdafiə edəcəyik. Əlbəttə, ev sahibinin yardımı dada çatar. Bu cümlə ilə döyüş meydanında ev sahibindən yardım istəyir. Əbdül Mütəllibin əbrəhə ilə görüşdə dediyi «mən dəvə sahibiyəm, bu evin də sahibi var və onu müdafiə edəcək» sözləri də eyni məqsəd daşıyır. Bu sözlər o mənada deyil ki, mənim üçün Kəbənin fərqi yoxdur. Əgər bu tövhid müdafiəçisi laqeyid olsaydı, nə üçün hərəmdə qalıb, Allahdan yardım istəməliydi?! Bu söz döyüş və müdafiə meydanında həmin yardım istəyidir. Bəzi təqlid qələmləri fəallıq göstərib, dediklərinə iftixar edir, öz yazılarını qüsurlu halda nəş etdiriblər ki, Əbdül Mütəllib Kəbəyə laqeyid olub! Hətta bu qəziyyələri yanlış təhlil etməklə Əbdül Mütəllib kimi simaları ləkələyirlər. Guya, əbrəhə Əbdül Mütəllibi qınayır da ki, mən sizin din mərkəzinizi viran qoymağa gəlmişəm, siz isə bir neçə dəvənin hayındasıznız! Bəli, əvvəldə qeyd etdiyimiz kimi, təqlid qələmi də təhrif qələmi kimi təhlükəlidir. Belə nurani şəxsiyyətlərə çirkab yaxılır. Məhz belə məqamda təhqiq qələminin rolu aydın olur. Bu qələm düzgün təhlil aparmaqla həqiqətləri üzə çıxarır.

əbrəhə qarşısında Əbdül Mütəllibin sözləri və duaları onun mövqeyinin aşkar göstərir. O, əbrəhənin böyük qoşunu qarşısından qaçmır, öz az səhabələri ilə möhkəm dayanır. «Neçə dəfə olub ki, az bir dəstə Allahın yardımı ilə çox bir dəstəyə qalib gəlib» («Bəqərə» 249). Hansı ki, əbrəhənin qoşunu Kəbəyə çatmamış Mina dağının arxasında Muhəssir vadisində qeybi və teyr əbabil qüvvələri ilə qarşılaşıb, biabırçılıqla məğlub oldu. Amma əbrəhə fürsət tapıb Kəbəyə hücum etsəydi də, Əbdül Mütəllib və ətrafındakılar canla-başla din və Kəbəni müdafiə edəcəkdilər. Qələm nə qədər qərəzli və ya nadan olmalıdır ki, belə bir mücahid şəxsi müşrik və ya laqeyd göstərisin! Tarix həqiqət və yalandan yoğrulmuş bir məcnundur. Hər yazılana etimad etmək olmaz. Yazılmışların bir çoxu etibarsız olduğundan təhqiqatlar aparılmalıdır ki, həqiqət üzə çıxsın.

17-Həzrət Peyğəmbərin (s) əcdadının müvəhhidlik etiqadı o qədər məlum bir şey idi ki, şairlər bu münasibətlə şerlər yazardılar. Nümunə üçün əbüs-səlt ibni əbi Rəbi Səqəfinin qəsidəsindən bir beyt misal çəkmək olar.

Qiyamət günündə dinlər içindən

Bir İbrahim dini keçər seçimdən.

Məlum olur ki, İslamdan öncə Qüreyşin rəsmi dini İbrahim dini olmuş və yalnız bu din Allah tərəfindən məqbəl sayılmışdır.

18-Bu mövzuda şahid gətirilən son nöqtə həzrət Peyğəmbərdən (s) Əbdül Mütəllibi peyğəmbərlər cərgəsində göstərir: «Sübhan Allah cəddim Əbdül Mütəllibi peyğəmbərlərlə (və (ərəbi) ) məhşur edər». Bütün bunlar bir sübutdur ki, Peyğəmbərin (s) ata-babaları, eləcə də onların etiqadca müvəhhid, əxlaqca səxaətli, qonaqpərvər, haqq müdafiəçisi olmuşlar. Onlar nəsilbənəsil Qüreyşin ictimai şənini öhdəyə almışlar. Heç bir şirk, dində laqeydliyi onlara aid etmək rəva deyil. Əlbəttə, sübutlar bir bununla sona yetmir. Bütün bunları araşdırmaq vaxt və hövsələ tələb edir. Ümid edirik ki, qeyd edilən sübutlar uyğun şübhələri aradan qaldırmaq üçün kifayətdir və həzrətin (s) pak və təqvalı babalarını ayrı-ayrılıqda araşdırmağa ehtiyac yoxdur. Bu hissənin sonunda Peyğəmbərin (s) peyğəmbərlikdən əvvəl İbrahim dinində olmasının zikrindən sonra onun ata-anasının həyatına nəzər salacağıq.

Peyğəmbərin (s) babalarının etiqadı
Peyğəmbər (s) nəslinin etiqadı diqqət ediləsi mövzulardandır. Qələm əhli bu mövzuya toxunmuş, müxtəlif, bəzən isə qərəzli fikirlər söyləmişlər. Bəziləri şiələr kimi inanır ki, Peyğəmbərin (s) ata-babası müvəhhid-təkallahçı olmuş və büdpərəstliyə, şirkə aldanmamışlar. Lakin əksər sünnə əhli Peyğəmbərin (s) bütün babalarının müvəhhid olduğunu qəbul etmirlər. («ərəbi İtqan» 1-ci cild).

Şiələr inanır ki, Peyğəmbər (s) əsli daim pak, günahlardan uzaq, Allahçı ailələr olmuşdur. Küfrlü və şirkli bir nəsildən belə bir əzəmətli şəxs törəyə bilməzdi. Şiələrin digər inamları kimi bu inamının da əsası maarif kövsəri, hər cür nöqsandan uzaq Quran və əhli-beytdir.

Səduq (r) buyurur: «Şiələrin etiqadına görə Adəmdən Əbdüllaha qədər Peyğəmbərin (s) babaları hamısı müsəlman olmuşlar».

əminül-islam buyurur: «Peyğəmbər babalarının Adəmə qədər müvəhhid olmasını şiələr doğru bilir».

Məclisi (r) buyurur: «Şiə bu inamla şərikdir ki, Peyğəmbərin (s) Adəmədək babaları müvəhhid olub» («Bihar» 15-ci cild). Dini əsərlər və tarixi mənbələr bu baxışı təsdiq edir. Bu dəlildən sonra digər baxışların şərhinə ehtiyac qalmır. Bu dəlillərə bütün şübhələr və ittihamlar puç olur. İttihamların çoxu ədnandan sonraya aiddir. Ondan əvvəlki dövrdə İbrahim dindən sapmalar qeyd edilir. Çünki imam Sadiqdən (ə) etibarlı bir rəvayətdə nəql olunur ki, İsmail övladları ədnanın dövrünədək ilahi dində olmuşlar. Ədnanın dövründən sonra peyğəmbərlər arasındakı fasilə böyük olduğundan sapıntılar meydana çıxdı. Ədnana qədər Allah evinin müdiriyyəti İsmail övladlarına məxsus idi. Onlar həcc mərasimi keçirirdilər. («Bihar» 15-ci cild). Hər halda Peyğəmbərin (s) əcdadlarının müvəhhidliyinə (ədnandan Əbdüllaha qədər) dəlil göstərə bilsək, şiənin əsil etiqadı yaxşıca aydınlaşar. Buna Quran, rəvayət, tarixdən bir neçə sübut gətirmək olar:

1-əvvəlcə bunu qeyd etmək olar ki, İbrahim-xəlil (ə) Kəbəni bərpa etdikdən sonra Allaha öz istəklərini bildirdi. İstədi ki, övladları büdpərəstlikdən uzaq olsun, ailəsindən namazı yaşadanlar olsun, onlardan xalqa rəhbərlər seçilsin. Allah-taala İbrahimin (ə) dualarını qəbul etdi. Onun nəslindən peyğəmbərlər, ilahi rəhbərlər, dünya risalətli elçi seçildi və digər duaları da qəbul oldu. Əgər bu dualar heç olmaya bəzi İbrahim övladları haqqında qəbul oldusa, bu şiə həzrət Məhəmmədin (s) babalarından daha ləyaqətli kim ola bilərdi?!

Bu duaların qəbulu həzrət Peyğəmbərin (s) babalarını xatadan kənar olduğunu təkid etmirmi? Məkkə əhalisi üçün bütpərəstlik kənardan gətirilmiş bir məram idi və heç bir mötəbər sənəddə onun Peyğəmbər (s) əcdadına aidiyyatı sübut edilməyib. Məkkə əhalisinin təbii həyatı İbrahim dinində idi. Bu şəraitdə istənilən bir şəxsi bu dindən kənar etmək üçün dəlil lazımdır. Qeyd etdiyimiz kimi, büdpərəstlik rəsmi şəkildə Peyğəmbərin (s) ona altıncı babası İlyasın nəvəsi əmrunun zamanında qeyd edilir. İlyasın üç oğlu vardı: Mədrəkə, Tabixə, Qəmə. Əmru Qəmənin oğludur. Peyğəmbər (s) Mədrəkənin nəslindəndir. Bu nəsil adsız deyildir ki, onun dini kiminçünsə qeyri-mümkün olsun. Məhşur adamların bütün xüsusiyyətləri hamıya aşkar olur. Belə bir məhşur şəxs bütpərəst olsaydı, hökmən mötəbər tarixi sənədlərdə qeyd edilərdi. Hansı ki, yersiz ittihamlar vardır. Qeyd edilənlər «Şüara» surəsinin 2-ci ayəsinin məzmunu ilə uyğundur – Allahın Rəsulu (s) bir səcdə edənin sülbündən digər bir səcdə edənin sülbünə ötürüldü.

2-Çoxlu rəvayətlər həzrət Peyğəmbərin (s) əcdadının paklığını təsdiq edir. (Rəvayətlər çox olduğundan onların mənbəsini araşdırmağa ehtiyac qalmır). Məaz ibni Cəbəl Peyğəmbərdən (s) nəql edir: «Sübhan Allah dünyanı yaratmadan yeddi min əvvəl məni, əlini, Fatiməni, Həsən və Hüseyni yaratmışdır. O zaman bizi Adəmin və digər ata-analarımızın sülbündən qərar vermiş və bizə heç bir şirk və küfr tozu dəyməmişdir». («Bihar» 15-ci cild).

3-əbuzər Ğəffari Peyğəmbərdən (s) belə nəql edir: «İbrahim oda atılanda biz onun sülbündəydik və daim paklıq sülbü ilə ötürülüb Əbdül Mütəllibə yetişmişik. Sonra iki yerə ayrılıb, Əbdüllah və Əbu Talib sülbündə qərarlanmışıq». Qəti şəkildə müşrik sülbünü pak adlandırmaq olmaz.

4-Digər bir rəvayət də həmin üçüncü rəvayətdir ki, «Adəm xəlq olanda Allah-taala bizi (Peyğəmbər (s)) onun sülbündə qərar verdi. Beləcə, pak bir sülbdən digərinə, pak bir bətndən o birinə ötürüldük və Əbdül Mütəllibə yetişdik».

5-İmam Sadiqdən (ə) digər bir rəvayətə görə həzrət Peyğəmbər və əli (ə) Əbdül Mütəllibə yetişənədək daim pak sülblərdə olmuşdur.

6-Həzrət Peyğəmbərdən (s) nəql olunmuşdur ki, Allah-taala bizi dünyaya gələnədək daim pak sülb və bətnlərdən ötürülmüşdür və heç bir cahiliyyət çirkinliyi bizi bulaşdırmamışdır. Hansı cahiliyyət çirkinliyi şirkdən daha pisdir?!

7-Həmin məzmunda digər bir rəvayətə görə imam Sadiq (ə) nəql edir ki, Allah-taala Peyğəmbərə salam göndərdi və buyurdu: Sənin gəldiyin sülbə, səni doğan bətnə, səni tərbiyə edən qucağa atəşi haram etmişəm. Aydındır ki, müşrik, insana atəş haram deyil.

8-Allah-taala həzrət Peyğəmbərə (s) bildirdi ki, sənin gəldiyin sülbə, səni doğan bətnə, səni doyuran sinəyə, səni tərbiyə edən ağuşa atəşi haram etmişəm.

9-Bəzi rəvayətlər Allah Rəsulunun (s) bəzi acdadına şahidlik edir. Peyğəmbər (s) buyurmuşdur: «Rəbiə və Məzr haqqında pis söz deməyin, çünki onların hər ikisi müsəlman və İbrahim dinində idilər».

10-İlyas barədə buyurulur: «İlyas mömin idi, onun haqqında pis söz deməyin». İlyas İbrahim dininə qarşı bidətlərə müxalifətçilik etmişdir. O Bəni-ismailin İbrahimə qarşı bidətlərinə etiraz edən ilk şəxsdir.

Bu xütbələrində peyğəmbərləri (ə) belə anlatmaqdadır:
Onları ən üstün adamlara əmanət kimi vermişdir; ən xeyirli bətnlərdə qərar tutdurmuşdur. Onları ən uca bellərdən ən təmiz bətnlərə axıtmışdır. Onlardan köçənlər köçdükcə, Allah dinini qurmaq və qorumaq üçün yerlərinə başqalarını gətirmişdir. Beləcə, nöqsan sifətlərdən münəzzəh olan Allahın lütfü, Allahın rəhməti ona və soyuna olsun, peyğəmbərlik Mühəmmədə çatmışdır. Onu, yetişmək baxımından ən üstün yerdən yetişdirmiş, əkilib boy atmaq baxımından ən uca yerdən üzə çıxarmışdır.Elə bir ağacdan yetişdirmişdir ki, peyğəməbərlərini o ağacdan meydana gətirmişdir; əmin adamlarını o kökdən seçmişdir. Onun əsli-əsllərin ən xeyirlisidir, onun nəsli-nəsillərin ən xeyirlisidir. Ağacı, ağacların ən yaxşısıdır; hərəmdə bitmiş, kərəm tarlasında boy atmışdır.

O ağacın uzun-uzun budaqları, şivləri vardır; meyvəsinə hər adamın əli çatmaz. O, Tanrıdan çəkinənin imımıdır; doğru yolu tapanın can gözüdür. Elə bir işıqdır ki, par-par yanar; elə bir ulduzdur ki, işığı göz qamaşdırar; elə bir işıq verir ki, parıltısı nur saçar. Yolu dosdoğrudur, orta bir yoldur; tə`limi gerçəkdir; sözü haqla batili müəyyən edər; hökmü ədalətin özüdür. Onu, peyğəmbərlərin göndərilməsinin arası kəsildiyi, xalqın yaxşı işlərdən uzaqlaşdığı, ümmətlərin cahilliyə düşdüyü bir çağda göndərmişdir (1).Allah sizə acısın, açıq-aydın dəlillərə uyun; yol aydınlıqdır, doğrudur, sizi salamatlıq yurduna çağırmaqdadır. Fürsət və möhlət əlinizdə ikən yönəlin o doğru yola. Əməl dəftərləri açıq, qələmlər yazmaqdadır. Vücudlar sağ-salamat, dillər tutulmamış. Tövbə qəbul edilmədə, əməllər məqbul olmadadır.

(1) Həzrəti Rəsuli-Əkrəm (s) buyurmuşdur: «Doğrudan da, Allah məxluqatını yaratdı və məni onların ən xeyirlisi bölüyündən etdi. Sonra qəbilələrdən xeyirlisini seçdi; məni ən xeyirli qəbiləyə mənsub etdi; sonra evləri seçdi; məni ən xeyirli evə verdi; mən ən xeyirlinizəm, həm də ən xeyir evdənəm» və «Allah İsmail övladından Kənanəni, Kənanədən Qüreyşi, Qüreyşdən Haşim oğullarını seçdi; məni də Haşimoğulları arasından seçdi» (Camiüs-Səğir, 1, s. 56, 58) və babalarını saydıqdan sonra özünə və babalarına cəhaliyyət çirki bulaşmadığını, Adəmdən e`tibarən babalarıının nigahla doğulduğunu, nəsil və ata baxımından ən xeyirli olduqlarını bildirmişdir (eyni mənbə, s. 89).

PEYĞƏMBƏRİ (S) İNKAR ETMƏK
Qeyd olunan ünvanı görən hər bir müsəlman şəxsin zehnində canlanan birinci təsəvvür Peyğəmbəri (s) inkar edən şəxsin dindən xaric olması, nəticədə onun cəzalandırılmasıdır. Təbii ki, müsəlman şəxsin çıxardığı bu hökm onun imanından qaynaqlanır.

Peyğəmbəri (s) ağıl vasitəsilə qəbul edib, sonradan onu inkar edən şəxs barəsində əqlin çıxartdığı qərar onun cəzalanmasıdır.

Bildiyiniz kimi, İslam dini əqidə və fikrə azadlıq verən bir dinidir. Belə olan təqdirdə, oxucuların zehninə belə bir sual gələ bilər; əgər İslam dini əqidə azadlığını qəbul edirsə, ondan nə üçün müsəlmanın əqli Peyğəmbəri inkar edən şəxsin cəzalanması ilə əlaqədar hökm çıxarır?

Biz bu məqalədə bu iki məsələnin arasında heç bir ziddiyyət olmadığını isbat edəcəyik. Bu məsələyə aydınlıq gətirmək üçün, Peyğəmbəri (s) inkar edən şəxsin hökmünə, bu hökmün kimlər barəsində icra olunmasına, hökmün isbatının yollarına və mötəbər dəlillərinə nəzər salaraq, heç bir ziddiyyətin mövcud olmadığını isbat edəcəyik.

Məhz buna görə də, bəhsimizi qısa bir müqəddimədən sonra aşağıdakı beş bölümdə davam edəcəyik:

1-Peyğəmbəri inkar etməyin növləri;

2-İnkar etməyin sübut yolları;

3-İnkar edənin hökmü və tövbəsi;

4-Quranın bu haqda fikri;

5-Bir şübhəyə cavab.

MÜQƏDDİMƏ

Burada diqqətinizi iki zəruri məsələyə cəlb etmək istəyirik:

1. Peyğəmbəri (s) inkar etmək məsələsi kiçik bir məsələ deyildir; çünki bu haqda çıxarılan hər bir hökm elmi yığıncaqlarda, siyasi kürsülərdə, müxtəlif mərasimlərdə və mətbuatlarda öz əksini tapır. Buna əsasən, bu haqda qərar qəbul etmək və hökm çıxarmaq İslam alimlərinin və fəqihlərin öhdəsinə düşən vəzifədir. Təbii ki, bir fəqih hansısa bir məsələ ilə üzləşdikdə, yuxarıda qeyd etdiyimiz bütün incəlikləri nəzərə aldıqdan sonra, dini mənbələr əsasında hökm verməlidir.

İslam elmlərini dərindən bilməyən və dini sahələrdə ictihad dərəcəsinə çatmayan müsəlmanlar bu məsələlərdə öz təqlid etdikləri müctəhidlərin nəzərini əsas tutmalıdırlar. Çünki müctəhidlər hökmün bütün incəliklərini araşdırdıqdan sonra, müəyyən qərar qəbul edir və hökm çıxarırlar! Şiə əqidəsinə əsasən, müctəhidlərə müraciət etməyi məsumlar (ə) əmr etmişlər.

2. Peyğəmbər (s) haqqında olan müəyyən bir şübhəli məsələnin tədqiqatçılar tərəfindən araşdırılıb, müzakirə edilməsi onların dindən çıxması demək deyildir. Başqa sözlə desək, bir alimin zehninə gələn şübhəli məsələni, cavab tapa bilmədiyi üçün, başqaları ilə (qərəzsiz şəkildə) müzakirə etməsi o alimin kafir olmasına dəlalət etmir. Necə ki, belə suallar həzrət Peyğəmbər (s) və məsum imamlarla da müzakirə edilmişdir. Dini göstərişlərə əsasən, hər hansı bir məsələdə agahlığı olmayan şəxslər bu məsələni alimlərdən soruşmalıdırlar. Alimlərin də vəzifəsi suallara məntiq və dini qanunlar əsasında cavab verməkdir. Bir sözlə, demək olar ki, dini sahələrdə tam şəkildə agahlığı olmayan şəxslərin belə məsələlərdə nəzər verməsi düzgün deyildir. Çünki İslam düşmənlərinin bu məsələ ilə əlaqədar deyilən hər bir sözdən sui-istifadə edərək öz xeyirlərinə və İslamın zərərinə istifadə etməkləri ehtimalı verilir.

1. PEYĞƏMBƏRİ İNKAR ETMƏYİN NÖVLƏRİ

İslam Peyğəmbərini (s) inkar edən şəxs iki cür təsəvvür oluna bilər.

a) Ümumiyyətlə, o həzrəti İs-lam dinini qəbul etməyənlərin – kafirlər, bütpərəstlər və müşriklə-rin inkar etməsi;

b) Müsəlman şəxsin inkar et-məsi.

Peyğəmbəri (s) inkar edən ka-fir, müşrik və bütpərəstlərin hök-mü gün kimi aydın bir məsələdir. İslam dinin bu şəxslərin müqabi-lində tutduğu mövqe bütün mü-səlmanlar üçün aydın bir məsələ olduğu üçün, biz burada ikinci qismi araşdıracağıq:

Müsəlman şəxsin Peyğəmbəri (s) inkar etməsi:

İslam şəriətində müsəlman şəxsin dindən xaric olmasını bil-dirən bir neçə səbəblər bəyan olunmuşdur. Məsələn, insanın Allahı, yaxud məadı (axirəti), yaxud da dinin zəruri məsələ-lərindən birini inkar etməsi onun dindən xaric olmasına səbəb ola bilər. Başqa sözlə desək, İslam dinini qəbul etdikdən sonra dindən üz döndərərək başqa bir dini seçən şəxs “mürtəd” adlanır və bu məsələ “fiqh” elmində “irtidad” adı ilə bəhs olunur. “İr-tidad” lüğətdə “qayıdış” və “dön-mək” mənasını daşıyır. “Maidə” surəsinin 21-ci ayəsi də bu mənanın canlı şahididir: “Geri qayıtmayın, yoxsa zərər çəkmiş halda geri dönərsiniz.” Qeyd etdiyimiz kimi, şəriətdə İslam di-nindən küfrə sarı qayıdışa “irti-dad” deyilir.

Fəqihlərimiz digər bir məsə-ləni də mürtədlik və İslam dinin-dən üz döndərməyə səbəb olan amillərdən hesab etmişlər; belə ki, hansısa bir şəxs İslam dinini qəbul etməklə yanaşı, dininin zəruri mə-sələlərindən birini inkar edərsə, onun bu inkarı risalət (peyğəm-bərlik) məsələsini təkzib etməklə nəticələnir. Aydındır ki, onun mü-səlman olandan sonra, Peyğəm-bəri (s) inkar etməsi dindən üz döndərməsi, yəni mürtəd olması deməkdir. Yenə də xatırlatmaq istəyirik ki, qeyd etdiyimiz mət-ləbin özünəməxsus şərtləri vardır ki, onlara sonradan işarə oluna-caqdır.

Deməli, yaşadığımız müasir dövrdə, xüsusilə müsəlman ölkə-lərində olan mülhidlər, materia-listlər, tövhiddən dönmüş mark-sistlər, üç üqnuma və irqçiliyə üz gətirmiş kapitalist müşriklər, sionistlər mürtəd olmuş şəxslərin ən bariz nümunələrindəndirlər. İslam şəriətində mürtəd olmuş şəxs iki qismə bölünür:

1. Fitri mürtəd;

2. Milli mürtəd.

Bunların hər birinin özünə-məxsus hökmləri vardır. “Təhri-rul-vəsilə” kitabında həm fitri, həm də milli mürtəd belə məna olunmuşdur: “Mürtəd – İslam di-nini inkar edib, küfr yolunu seç-miş şəxs iki qisimdən ibarətdir:

1. Fitri mürtəd; nütfəsi bağ-lanan zaman ata və anasından biri, yaxud hər ikisi müsəlman olsun və həddi-buluğa (yetkinlik həddinə) çatandan sonra, İslam dini əvəzinə kafirlik yolunu seç-miş olsun.

2. Milli mürtəd; kafir ata-anadan doğulan, yetkinlik həd-dinə çatıb müsəlmanlığı qəbul etdikdən sonra yenidən kafir olan şəxsə deyilir. (“Təhrirul-vəsilə”, c. 1, səh. 366)

Bir sözlə, müsəlman ata-ana-dan doğulan, sonra kafir olan şəx-sə “fitri mürtəd”; kafirdən doğu-lub İslamı qəbul etdikdən sonra yenidən mürtəd olan şəxsə isə “milli mürtəd” deyilir. Qeyd et-mək lazımdır ki, əhli-sünnə fiq-hində hökm baxımından “fitri mürtəd” ilə “milli mürtəd” arasın-da heç bir fərq qoyulmur; əgər onlar tövbə etməsələr qətlinin vacibliyinə hökm verilir. (“Əl-Fiqh ələl-məzahibil-ərbəə”, c. 5, səh. 428)

2. MÜRTƏDLİYİN SÜBUT OLUNMA YOLLARI

“İrtidad”ın mənası və növ-ləri aydın olandan sonra, belə bir sual yaranır; bir şəxsin mürtəd olması hansı yolla sübuta yetirilir? Cavabı budur ki, İslam dini asan-lıq üzərində qurulduğuna görə, dinimiz bu mövzuda da özünə çox asan və töhmət–iftiradan uzaq bir yol seçmişdir. O da budur ki, qazi hər şeydən əvvəl onun öz eti-rafına əhəmiyyət verir. Müttəhim öz barəsində hər nə deyərsə, o da qazının hökmünün əsası olur. Əgər mürtəd olmasına özü etiraf edərsə, sözü qəbul olunub, hökmü icra olunar; yox əgər ona qarşı olunan ittihamı (mürtəd olmasını) inkar edərək, müsəlmançılığı iz-har edərsə, yenə də sözü qəbul edilər. “Təhrirul-vəsilə” kitabında bu məsələ ilə əlaqədar belə yazıl-mışdır: “İrtidad iki yolla sübut olunur: Birincisi budur ki, şəxsin özü iki dəfə mürtəd olmasına etiraf etmiş olsun. İkincisi budur ki, iki nəfər adil kişi onun mürtəd olmasına dair şəhadət versinlər. Qadınların bu barədə şahidlik etməsinə gəldikdə isə, onların şahidliyi heç bir yerdə mürtədliyi sübut etməz; istər təklikdə, istərsə cəm halında, istərsə də başqa bir kişi ilə birlikdə şahidlik etmiş olsun.” (“Təhrirul-vəsilə”, c. 2, səh. 496)

“İrtidad”ın şərtləri:

Mürtədlik hökmünün veril-məsinin dörd şərti vardır ki, aşağı-dakılardan ibarətdir: 1-Həddi-buluğa çatmaq; 2-ağıllı olmaq; 3-ixtiyar üzündən mürtəd olmaq; 4-qəsd etmək. Deməli, uşaq dəli və (bu işə) məcbur olunan şəxsin barəsində” irtidad” hökmü cərə-yan etmir. Necə ki, səhvən, yaxud qəflət üzündən, heç bir qəsdi olmadan, zarafatla, yaxud huşdan getmiş və qəzəbli halda küfrə səbəb olan bir söz deyərsə və yaxud bir əməl yerinə yetirərsə, mürtədlik hökmü verilməz. (“Təhrirul-vəsilə”, c. 2, səh. 495)

3. MÜRTƏDİN HÖKMÜ VƏ TÖVBƏSİ

İslamın həm fitri, həm də milli mürtəd üçün təyin etdiyi cəza bir-birindən fərqlidir. Fitri mürtəd” olan şəxs kişidirsə, onun üçün aşağıdakı hökmlər icra olunar:

Həyat yoldaşı talaqsız ondan ayrılmalı (yoldaşı ona haram olur) və ərinin mürtəd olduğu zaman-dan “vəfat iddəsi” (yəni, dörd ay on gün) saxlamalıdır. Bundan son-ra başqasına ərə gedə bilər. 2-Mürtədin mal-dövləti onun şəri varisləri arasında bölünməlidir. Bu bölgüdə varislər onun ölməsini gözləmirlər, əksinə həyatda olsa belə, onun borclarını ödəmək şər-tilə əmlakı bölünər. (Mürtəd isə edam olunmalıdır.) Tövbə etsə belə, əmlak və həyat yoldaşına sahib ola bilməz. Amma tövbəsi batində qəbul olunar – yəni, axirət əzabı ondan götürülər.

Bunlar, kişi olan “fitri mür-təd”din cəzasıdır. Mülahizə etdi-yiniz kimi, İslam dini onu meyyit bir şəxs kimi qələmə alır.

Əgər “fitri mürtəd” qadındır-sa, cəzası belədir: Öz əmlakına sahib olar, yalnız öləndən sonra, onun əmlakı irs aparılar. (Mürtəd qadın edam olunmaz.) O, ərindən ayrılmalıdır. Tövbə edərsə, qəbul olunar və əvvəlki əri ilə yenidən həyat qura bilər. (“Təhrirul-vəsi-lə”, c. 2, səh. 397) Mürtəd qadına heç vaxt edam hökmü kəsilmir, ancaq həbs olunur.

“Milli mürtəd” olan şəxsin isə cəzası belədir: Onun mürtədliyinə görə, əmlakı irs aparılmaz – istər qadın, istərsə də kişi olsun; amma bir-birindən ayrılmalıdırlar. Əgər iddənin müddəti qurtarmamışdan öncə, tövbə edərsə, yenidən həyat qura bilərlər. (Yenə orada.) “Milli mürtəd” tövbə edərsə, tövbəsi qə-bul olunar və artıq edam olun-maz.

4. “İRTİDAD” AYƏLƏRİNƏ BİR BAXIŞ

Qurani-Kərimdə, eləcə də hə-dis kitablarında mürtədlik barə-sində çoxlu ayə və hədislər qeyd olunmuşdur. Onlarla tanışlıq bu məsələnin düzgün şəkildə dərk olunmasına böyük təsir göstərir. Bu baxımdan bəzi ayələrə qısa şəkildə nəzər salaq:

“Ey iman gətirənlər! Sizdən hər kim mürtəd olaraq öz dinin-dən çıxarsa, (Allaha heç bir zərər yetirməz,) Allah tezliklə elə bir cəmiyyət gətirər ki, onları sevər və onlar da Allahı sevərlər. Onlar möminlərin qarşısında sadə (tə-vazökar) və kafirlərin bərabərində qüvvətlidirlər. Onlar Allah yolun-da cihad edərlər və din yolunda qınanacaqlarından qorxuları yox-dur. Bu Allahın fəzilətidir ki, hər kəsə istəsə verər. Allahın (geniş) rəhməti sonsuzdur və (hər bir şeyi) biləndir.” (“Maidə”/54.)

“Əgər onlar bacarsalar, sizi dininizdən döndərincəyə qədər sizinlə vuruşmaqda davam edə-cəklər. Sizdən hər kəs öz dinindən dönüb kafir halında ölərsə, belə şəxslərin dünya və axirətdə bütün əməlləri puç olar. Onlar cəhənnəm əhlidirlər və orada həmişə əzab içində olacaqlar!” (“Bəqə-ə”/217.)

“Hidayət yolu onlara aydın olduqdan sonra mürtəd olaraq dindən dönənlərə Şeytan küfrü yaxşı cilvələndirib, uzun-uzadı arzularla onları tovlayaraq yoldan çıxarmışdı. Bu dönmə onların Allahın nazil etdiyini bəyən-məyənlərə “Biz bəzi işlərdə (Mü-həmmədin (s) əmrlərinə müxali-fətçilik etməkdə sizə bacardığımız qədər itaət edəcəyik!” – demələ-rinə görədir. (Heç olmazsa, qorxsunlar ki,) Allah onların giz-lətdiyi hər şeydən agahdır. Bəs mələklər onların üzlərinə, arxala-rına (şallaqla) vura-vura can alan-da halları necə olacaqdır?! Bu da onların Allahın qəzəbinə səbəb olan şeyə uymaları və Allahın xo-şuna gəlməyən şeyləri bəyənmə-lərinə görədir. Elə buna görə də, Allah onların əməllərini puç və batil etdi!” (“Mühəmməd”/25-28.)

“Ey iman gətirənlər! Kitab əhlindən olan bir qrup insanlar-dan itaət etsəniz, onlar sizi imanı-nızdan sonra küfrə qaytararlar!”

Gördüyünüz kimi, bu ayələr “irtidad” məsələsini müxtəlif ba-xışlardan bəyan etmişdir. Onlara diqqət yetirdikdə, bir çox mə-sələləri aydınlaşır.

5. BİR ŞÜBHƏYƏ CAVAB

Şübhə budur: Əgər İslam dini insana əqidə və məram azadlığı verirsə və əqidə seçimində məc-buriyyət yoxdursa, onda dinimiz mürtəd olan şəxslər barəsində nə üçün belə ağır cəzalar təyin etmiş-dir?

Cavab: Allah-taala Qurani-Kərimdə buyurur: “La ikrahə fid-din” – “Dində məcburiyyət yox-dur.” (“Bəqərə”/256.) Amma “irti-dad” məsələsi əqidə seçimi ilə fərqlənir. İslam fiqhində araşdır-ma halında və hələlik şəkk-şübhə içində olan şəxslə inadkar mürtəd şəxsin arasında fərq qoyulur. Şəkk-şübhə içində olan şəxs kor-koranə və irsi şəkildə hər hansı bir əqidə və ya dini qəbul etməyən, ata-anasının, yaşadığı cəmiyyətin ilahi din barəsində ona öyrətdik-lərinin həqiqət olması barədə şüb-həyə düşən və buna görə də araş-dırmaya, mütaliəyə doğru yönə-lən şəxsə deyilir. Bu məsələ əvvəl-də qeyd etdiyimiz kimi, dini ba-xımdan çox bəyənilir, hətta müsəl-manların beytül-malından onun mütaliə etməsinə şərait və lazımi imkan da yaradılmalıdır. Amma “irtidad” məsələsi əqidəvi xəyanət məsələsidir ki, bu da inadkarlıq-dan, yaxud münafiqlikdən qay-naqlanır.

Anadangəlmə əlsiz doğulan şəxslə, sonradan hansısa bir ağır hadisə və ya xəstəlik nəticəsində əli kəsilən şəxsin fərqi vardır. Müsəlman bir şəxsin mürtəd ol-ması əlacı olmayan xəstəlik kimi-dir ki, o cəmiyyətdə əmələ gəlmiş və onun həyatını təhdid edir. Buna görə də, bu xəstənin bu üzvü kəsilməli və digər üzvlər öz sağlam həyatını davam etməlidir.

Ümumiyyətlə, “İslamda gü-nahkarlar üçün təyin olunan cəza tədbirləri cəmiyyətin məsləhətlə-rini nəzərə almaqla təyin olun-muşdur. Bu hökmlərin varlığı cəmiyyəti təhdid edən zərərlərdən qoruyub, gözəl ruhi-ictimai nəti-ələrin hasil olmasına şərait yara-dır.

İslam Peyğəmbəri (s) Şərqşünasların nəzərində
“Şərqşünaslıq” sözü ingilis dilindəki “orientalizm” sözündən götürülmüş, şərq xalqlarınin dili və mədəniyyəti haqqında bəhs edən elmə deyilir.Hələ avropalıların “Aralıq” dənizini dünyanın orta nöqtəsi hesab etdikləri bir vaxtda, şərq dünyası bu dənizin şərqində yaşayan bütün xalqlara şamil edilirdi. Sonralar bu məfhum coğrafi sərhədləri keçib, Ərəbistan yarımadasının qərb hissəsinə və şimali Afrikaya da aid edildi, nəticədə isə ümumi şəkildə şərq-şünaslıq sözü ərəbşünaslıq və islamşünaslığa şamil oldu, hər-çənd ki, bu tədqiqatçılar şərqin özündən olsa belə, “şərqşünas” adlandılar.

Avropalıların şərq haqqında nə vaxtdan təhqiq etmələri haqda yekdil rəy mövcud deyildir. Bəziləri bunun Heridotun vax-tından, digərləri isə İskəndərin şərqə hucumundan sonra baş-ladığını dedikləri halda, bunu Peyğəmbərin (s) həyatda olduğu vaxtda baş vermiş “Mutə” və “Təbuk” döyüşləri dövrünə – 11-ci əsrə, eləcə də “Xaç” yürüş-lərindən sonrakı dövrlərə aid edənlər də vardır.Şərqşünaslıq fundamentalizm mənasında şərqə bir növ təh-qiramiz şəkildə baxır və qərb dün-yasını şərqdən üstün təsəvvür edirdi.İslam dini zühur etdikdən sonra şərq və qərb dünyasının əlaqələrində yeni bir fəsil açıldı. Bu din siyasət və mədəniyyət sahəsində özünü doğrultduqdan sonra, islamşünaslıq bu sahənin daha çox hissəsini uzun illər özünə cəlb etdi və o zamandan bu günə qədər qərblilər İslam haqqında qərəzli iddialarla çıxış etməyə başladılar. Şübhəsiz, qərb-lilər İslam dinini həzrət Mü-həmmədin (s) adı ilə tanıdıqları üçün, o həzrətin həyat tərzi onların daim diqqət mərkəzində olmuşdur. Təəssüflər olsun ki, onlar yersiz və qərəzli iddialarla İslamın əksinə çıxaraq, peyğəm-bərlərə hörmətsizliklə yanaşdılar.Heç bir din başqa pey-ğəmbərlərə İslam qədər diqqət etməmiş və ehtiramla yanaş-mamışdır. İslam və onun Peyğəmbəri (s) digər peyğəm-bərlərə məhəbbət bəsləmək və hörmət göstərmək möv-qeyindən çıxış etmişdir. İslam baxımından bütün peyğəmbərlər eyni məqsəd, yəni tövhid prinsipini təbliğ etmək üçün göndərilmişlər.  Quran ayələri qərb və şərq mədəniyyətindən söhbət açma-dan, dini etiqadlara və əməllərə etibar bağışlamaqla çıxış etdi. Məsələn, Allah-taala Qurani Kərimdə kitab əhli barəsində buyurur: “(Onların hamısı) eyni deyil, kitab əhlindən sabitqədəm bir camaat var ki, onlar gecə vaxtı səcdə edərək Allahın ayələrini oxuyurlar”. (“Ali-İmran”/113).“Onların gördükləri xeyr işlərdən heç biri inkar edilməz (əcrsiz qalmaz). Allah təqvalıları tanıyır”. (“Ali-İmran”/115.)Başqa bir ayədə müsəlmanlara xitab edərək buyurur: “Allah din barəsində sizinlə döyüşməyən və sizi yurdunuzdan çıxarmayan kimsələrə yaxşılıq və onlarla ədalətlə rəftar etməkdən sizi çəkindirmir. Şübhəsiz ki, Allah ədalətlə rəftar edənləri dost tutar”. (“Mümtəhinə”/8.)Həmçinin, “Ənkəbut” surə-sinin 46-cı ayəsində buyurur: “Kitab əhlinin zülm edən-lərindən savayı, onlarla ən gözəl şəkildə mücadilə edin…”Quran özündən əvvəlki dinlərə ehtiramla yanaşmaqla, onların ardıcıllarını bu dinlərin İslamla müştərək olan prin-siplərinə doğru dəvət edərək buyurur: “(Ya Mühəmməd) de: “Ey kitab əhli! Sizinlə bizim aramızda ortaq olan bir sözə tərəf gəlin (ki); Allahdan başqasına ibadət etməyək, ona şərik qoşmayaq; Allahın yerinə, bir-birimizi Rəbb kimi qəbul etməyək… ”Başqa bir ayədə Tövrat və İncili nur və hidayət kitabı kimi yad edir. (“Maidə”/44-46.) Qur-ani-Kərimdə bu kimi ayələrə çox rast gəlmək olar.Digər tərəfdən də, Peyğəmbər (s) İslam hökumətinin rəhbəri olduğundan, o həzrətin həyat tərzi kitab əhlinin düşmənçiliyinə səbəb olmurdu. Besətin 6-cı ilində müşriklərin müsəlmanlara qarşı təzyiqlərinin artdığı bir vaxtda, Peyğəmbər (s) onlara xaçpərəst bir şəxsin hökmranlıq etdiyi Həbəşə diyarına getməyi təklif edərək buyurdu: “Həbəşəyə gedin; çünki oranın bir hakimi var ki, onun yanında kimsəyə zülm olunmaz. Ora doğruluq diya-rıdır.” ( “Tarixi-Təbəri”, c.1, səh 546.)Həmçinin, o həzrətin Roma imperatoruna məktub yazması da onları düşmənçiliyə deyil, dinin müştərək prinsiplərinə dəvət etmək idi. Bunlardan başqa, İs-lamın bütün mənbələri, eləcə də münacatları peyğəmbərlərə salam verməklə başlayır. “Səmavat” və “Məşlul” dualarını buna misal göstərmək olar. Bu dualarda Allahın Musa (ə), İbrahim (ə), İshaq (ə), Yəqub (ə) və İsa (ə) haqqındakı inayətlərindən söhbət açılır. Yəhudilər isə həzrət İsanı (ə) qəbul etmir, onu yalançı və peyğəmbərlik idiası edən bir şəxs kimi hesab edirlər. Xaçpərəstlər də yəhudiləri həzrət İsanın (ə) qatili bilirlər. Yuxarıda qeyd etdiyimiz kimi, İslamda belə hallara əsla rast gəlmirik. Bunlara baxmayaraq, şərq-şünaslar, ilk növbədə keşişlər İslam haqqında düşmənçilik və ədavətlə çıxış etdilər, xüsusilə Peyğəmbər (s) barəsində elə uydurmalar yazdılar ki, insaflı insan onları dilə gətirməyə həya edir. Kitab əhlinin İslama qarşı düşmənçiliklə çıxış etməsi Bizans imperatorluğuna təsadüf edir. Belə ki, bu haqda ilk əsər Ərəbistan yarımadasında yaşayan Yuhənna Dəməşqi Qiddisə (675-749) isnad verilmişdir. O, əməvilər hakimiyyəti dövründə yaşa-masına baxmayaraq özünün “Haeresibas” əsərində qərəzli şəkildə İslam haqqında müxtəlif şübhələr, habelə İslamın bidət və bütpərəstliklə bağlı olması kimi böhtanlar yazmışdır. Ondan sonra ərəblər arasında “Əbu-Qürrə” kimi tanınan Theadorus Pey-ğəmbərə (s) töhmətlər nalayiq və yaramaz sözlər yazmağa başladı. O Hərranın (“Hərran” Məkkənin qərbində yerləşən və sakinləri məsihi olan şəhərlərdən biridir.) böyük keşişlərindən biri idi və özünü Yuhənna Dəməşqinin şagirdlərindən bilirdi. Theadorus özünün müxtəlif əsərlərində Peyğəmbərə (s) qarşı həddən artıq hörmətsizliklər etmişdir. Pey-ğəmbərin (s) haqq olmasını danmış, onun böyük möcüzələrin inkar edərək İslamın bir neçə qadınla evlənmək, zina etmək və s. qanunlarına irad etmişdir. Bu qəbildən çıxış edənlər, adətən qərbdə yaşayan xaç-pərəstlər idilər. Onların Pey-ğəmbərə (s) və İslama qarşı hör-mətsizlik etmələri müsəlmanarın fəthindən sonraya təsadüf edirdi. Müsəlmanların məsihi olan Aralıq dənizinin sahillərində irəliləməsi, eləcə də İspaniyanı fəth etməsi, İslamın məsihi dinin canişini ol-duğunu iddia etməsini və İslam tərəfindən həzrət İsanın çarmıxa çəkilməsinin rədd edilməsi şüb-həsiz ki, kilsə keşişlərini narahat etməyə bilməzdi. Müsəlmanlar İspaniyanı fəth etdikdən sonra, İslamın müxtəlif sahələrini qərbə tanıtdıra bildilər. Tarixi şahidlərə əsasən, Avropanın cənubunda yaşayan katoliklər İslamdan aza-cıq olsa da belə, məlumatları var idi. Amma demək olar ki,bu, təkcə siyasi və hərbi sahəyə aid idi. Müsəlmanlar İspaniyanı fəth etdikdən sonra, dinin həqiqi simasını məhrum təbəqənin mə-nəvi və maddi huquqlarına diqqət etməklə yanaşı, tanıtdırmağa başladılar. Siyasi iqtidar və İslam dinin yusək mədəniyyət və sivlizasiyası nəticəsində katolik qutlardan bir dəstəsi İslamı qəbul etdilər. Ərəblərin ispan qızları ilə evlənməsi də bu cəryanı daha da gücləndirdi. Bundan əlavə, ümu-mi kitabxanaların xaçpərəst və yəhudilərin üzünə açıq olması xaçpərəstlərin müsəlmanlarla sülh şəraitində yaşadıqlarını göstərir. Alvarus 845-ci ildə yazır: “Təəssüflər olsun ki, bütün xaç-pərəst cavanları rəğbətlə ərəb kitablarını mütaliə edərək xaç-pərəstlərin kitablarına əhəmiy-yətsiz və dəyərsiz kimi baxır-dılar.” (“Mühəmməd (c) Avro-pada”) Bu gedişatdan təhlükə hiss edən keşişlər çıxış yolu düşün-məyə başladılar Onlar müxtəlif yollara əl atmaqla, İslamın xaç-pərəstlər arasında yayılmağın qarşısını almalı idilər. Buna görə də nalayiq və yaramaz bir işə əl atdılar. Belə ki, Peyğəmbərin (s) ünvanına söyüş və nalayiq sözlər deyən şəxsin İslamda ölüm hökmünün icra olunduğunu bilə bilə bazarlarda, ümumi yerlərdə o həzrəti söyməyə başladılar. Za-manın qazısı Qurtubinin fətvası ilə əvvəldə onları tutub, zindana saldılar, lakin çirkin əməllərindən əl çəkmədikləri üçün, qazının hökmü ilə öldürüldülər. Digər tərəfdən isə, Əməvi ha-kimlərinin yanlış siyasəti keşiş-lərin daha da İslama qarşı sərt mövqe tutmasına səbəb oldu. Bu zamandan Peyğəmbərə (s) və İslama yaraşmayan nalayiq töhmətlər və hörmətsizliklər adi bir hala çevrildi. Orta əsrlərdə avropalılar əziz Peyğəmbərimizi (s) pisliklərlə yad edir, onu müsəlmanların pərəstiş etdiyi bir şəxs kimi qələmə verirdilər. Bu dövrdə yazılan əsər və elmi işlərdə müsəlmanlar bütpərəst kimi göstərildi və avropalıların müştərək düşməni kimi tanıt-dırıldı. Bir sözlə, qərblilər orta əsrlərdə İslama qarşı məntiqsiz mövqedən çıxış etdilər. İsalmı məntiqsiz, müsəlmanları vəhşi, təfriqə salan, qan tökən, Pey-ğəmbəri isə qarətçi və yalançı bir şəxs kimi qələmə verirdilər. Keşişlər Qüdsü azad etmək və müsəlmanlardan intiqam almaq məqsədilə xaç yürüşləri müqəd-dəs müharibə adı ilə başladılar. Xaçpərəstlər 200 ilə qədər davam edən bu döyüşlərdə müsəl-manların əqidələri ilə yaxından tanış, onların heç də bütpərəst olmadıqlarının şahidi oldular. Bu zaman artıq keşişlər xaçpərəstləri daha aldada bilməzdilər. Buna görə də yeni üslublara əl atdılar. İkinci xaç yürüşünün dini rəhbəri, keşiş Bernad Kileru xaçpərəstlərə müsəlmanları elmi yolla tanıt-dırmağa cəhd göstərir və Quranın zəif nöqtələrini axtarıb, onu hamıya, xüsusilə müsəlmanlara elan etməklə onları İslamdan uzaqlaşdırmağı təklif edirdi. Məhz bu səbəbdən də, Quranı latın dilinə tərcümə etdirmək qərarına gəldi və bu işi ingiltərəli K. Robertə həvalə etdi. Bununla da Quran ilk dəfə 1143-cü ildə latın dilinə tərcümə edildi.Təssüflər olsun ki, Avropada baş verən bu proses özünü doğrulda bilmədi; xaçpərəstlər müsəlmanlarla birbaşa əlaqə yaratdıqları üçün onları dastan və yaxud nağılla aldadmaq mümkün deyildi. Buna görə də keşişlər Peyğəmbərin (s) həyatını təhrif edərək xalqa çatdırmağa baş-ladılar. O cümlədən, xüsusilə Pey-ğəmbərin (s) Xədicə ilə var-dövlətini ələ keçirmək məqsədilə evlənməsini, o həzrətin guya keşişlərdən təlim almasını və özündən bir din uydurmasını qələmə almağa başladılar. Sercan Mandolin “Mühəmməd həmişə rahib Buheyranın hücrəsinə gedir, ondan və digər rahiblərdən təlim alırdı. Sonra həmin rahiblər onun tərəfdarları tərəfindən öldürü-lürdülər!” – uydurmasını, eləcə də Con Lidin 1430-1438-ci illər arasında yazdığı “Şahzadələrin süqutu” adlı mənzuməsində əziz Peyğmbərimizin (s) Xədicənin sərvətindən istifadə etmək üçün onunla evlənməsini “Yalançı Peyğəmbər” ünvanı ilə qeyd etdiyini buna misal göstərmək olar.İslamın böyük qəhrəmanı Səlahəddin Əyyubinin rəhbərliyi ilə xaçpərəstlər Qüdsdən çıxarıl-dıqdan sonra, keşişlər daha da nalayiq şəkildə Peyğəmbərə (s) hörmətsizliklər etdilər ki, biz burada onları deməkdən vaz keçirik. Çünki onları təkrar etmək bir növ əziz Peyğəmbərimizə (s) hörmətsizlik deməkdir. Xaçpə-rəstlər Qüdsdən çıxarıldıqdan sonra, İslamın inkişafını cadu və sehrlə əlaqələndirdilər. Bunula yanaşı, 12-ci əsrdə bəzi təd-qiqatçılar İslama qarşı müsbət fikirlər söyləyirdilər. Gilbert Denoqenti, Hiderbert Delemans və Guiloume Tripoli buna misal göstərmək olar. Qərbin müsəl-manlarla düşmənçilik etməsi ümumi bir xəstəliyə çevrilmişdi.  Hələ xaç yürüşlərinin xati-rələri avropalıların zehnindən silinməmişdi ki, )1453-cü ildə) osmanlı türkləri indiki İstanbul adlanan Qostəntəniyyəni fəth etdilər. Elə bu zamandan osman-lılar avropalıların nəzə-rində bir kabusa çevrildilər. 1492-ci ildə müsəlmanlar tamamilə İspaniyanı əldən verdilər və bununla da müsəlmanların Avropadakı hü-zuru sona yetdiyindən, Avropada ərəb müsəlmanlarından bəhs olunmurdu. Buna görə də İslamın bütün anlamı avropalılar üçün “türklərdə” xülasələşirdi. Artıq bu dövrün ədəbiyatında həzrət Mühəmməd (s) ərəb deyil, türk soyğunçusu kimi göstərilirdi.  18-ci əsr “fikir azadlığı” və “humanizm” və “ağıl əsri” adı ilə tanınsa da, nə renesans, nə hu-manizm, nə elm və texnalogiyanın inkişafı, nə də avropalı müsafir-lərin yaxın şərqdən verdiyi mə-lumatlar Peyğəmbərə (s) edilən hör-mətsizliyin qarşısını ala bilmədi. Qərb ölkələrində İslamın əziz Peyğəmbərinə (s) yaraşma-yan böhtan və iftiralar hələ də davam edir və elə bir vəziyyətə gəlib çıxmışdı ki, avropalı səya-hətçilərin səfərnamələri müsəl-manların əqidələri və adət ən-ənələri haqqında məlumatlarla dolmuşdu. Abdevertu “Quranın müəllifi” adlı elmi işində orta əsrlərin cəfəngiyatını, o cümlədən, İslamın qılıncla yayılması, Peyğəmbərin (s) məntiqsiz olması, İncildən istifadə etməklə yeni bir din yaratması kimi böhtanları və o həzrətin bir neçə qadınla ev-lənməsini tənqid atəşinə tutaraq orta əsrlərin pis xatirələrini təkrarladı. Ondan sonra, Jan Antuan Quer 1747-ci ildə çap etdiyi kitabında Peyğəmbər (s) haqqında yaramaz sözlər yazdı. (Biz yenə də Peyğəmbərə (s) hörmətsizlik olmasın deyə, onları qeyd etməkdən keçirik. Bu barədə Minu Səmiminin “Məhəmməd Avropada” adlı kitabını müraciət edə bilərsiniz.) Bu dövrün (18-ci əsrin) ən məşhur qərb yazıçılarından biri fransız Volter dində hər növ təəssübün müxalifi idi. 1738 ci ildə yazdığı “Mahomet ou le Fana-tizme” adlı tamaşası 3 ildən sonra səhnəyə çıxdı. Bu tamaşa onun məşhur əsərlərindən sayılırdı. O, öz iddiasının əksinə olaraq bu tamaşada Peyğəmbərə (s) hər növ böhtan və iftira deməkdən çəkin-məmişdi.Bu tamaşada Ömər, Əbu-Süfyan, Zeyd ibn Harisə və başqalarının rolu ifa olunur və Peyğəmbər (s) guya öz məram və məqsədinə nail olmaq üçün hər bir işə əl atan, qarətçiliklə məşğul olan, hətta öz yaxınlarını belə, öldürməyə hazır olan bir şəxs kimi tanıtdırılır. Bu tamaşa os-manlı səfirinin rəsmi etirazından sonra səhnəyə çıxmağa qadağan olundu.Əlbəttə, Volterin məqsədi Pey-ğəmbərə (s) hörmətsizlik deyil, əksinə Fransa kilsələrinin o həz-rətə qarşı olan rəftarını nümayiş etdirmək istəyirdi, lakin iş elə gətirdi ki, Volter hör-mətsizliyə yol verərək, həzrət Mühəmmədin (s) şəxsiyyətini 18-ci əsrdə yaşa-yan avropalıların zehnində qəddar bir şəxs kimi canlandırdı. Bununla yanaşı, 18-ci əsrdə bir dəstə avropalıların İslamla belə rəftarın əksinə çıxalraq bir neçə tərifə layiq işlər gördülər. Məsələn, B. Kant özünün “Möv-hümatın zəngi” adlı kitabın-da İslamı xaçpərəstliyin əksinə olaraq fitri, əsl, sadə və məntiqli bir din kimi qələmə verdi və bildirdi ki, “Mühəmmədin dinindən mən-tiqli, ağıllı və asan bir din yoxdur.” Hətta müsəlmanların uşağı xütnə etməsini müdafiə edərək, onun tibb baxımından faydalı olduğunu bəyan etdi. Həmin əsrdə Peyğəmbəri (s) müdafiə edən ilk şəxslərdən biri A. Simon “Saresenlərin tarixi” adlı bir kitab yazmış və Corc Sil 1734-cü ildə Quranın tərcüməsin çap etdirmişdi. Simyon müsəlmanları fateh kimi yad edərək, onların rəftar-larını tərifləmiş, 1717-ci ildə imam Əlinin (ə) qısa kəlamlarını tərcümə və çap etmiş, o həzrətin böyük alim və mütəfəkkir olmasını təkid etmiş və nəhayət yazmışdır: “…Ərəblər öz fəthləri ilə elm və biliyi avropada yaydılar.” Corc Sil də Quranı tərcümə edəndən sonra, həzrət Mühəm-məd (s) və İslam əqidələri haq-qında müqəddimə yazdı. Onun bu yazısı çoxlu etirazlara səbəb oldu. Belə ki, çoxları onun müsəl-man olmasını söylədilər. O, özünü müdafiə edərək belə bir bəyanat verdi: “Mən, Mühəmməd və onun Quranından söhbət etdikdə, on-lara qarşı hörmətsizlik etməyə haqqım yoxdur, əksinə həm Mü-həmməd, həm də onun Quranına qarşı nəzakət, ədəb ərkanla çıxış etməyi özümə borc bilirəm”.Bunlardan əlavə B. Anri də müsəlmanlarla ədalət və insafla davranmağın tərəfdarı idi. O ya-zır: “Hansı böhtan və iftira Mü-həmməd ümmətinə nisbət veril-məmiş və rəva görülməmişdir?! Bütün bu hörmətsizliklər, haqsız-lıqlar müqəddəs müharibədən (xaç yürüşlərindən) qayıdanların yanlış məlumatlarından irəli gəl-mişdir.”Ondan sonra, R. Adriyan de-yirdi ki, müsəlmanlar heç də bizim düşündüyümüz kimi deyil-dirlər.  Bu vaxtdan qərb dünyasında İslama qarşı azacıq olsa da belə, ədalətli mövqe tutanların sayı artmağa başladı. Artıq orta əsrlər də İslam və Peyğəmbər (s) haq-qındakı əfsanəvi dastanlar öz mahiyyətini itirməyə üz qoydu. 19-cu əsrin görkəmli şəxsiy-yətlərindən sayılan Madalonq Karleylin bu istiqamətdəki işləri əvəzsizdir. O, özünün “Tarixdə qəhrəmanlıq” kitabında həzrət Mühəmmədi (s) tarixin böyük bir qəhrəmanı kimi tərifləmiş və bu məsələ ilə əlaqədar belə çıxış etmişdir: “Bu şəxsiyyətin dilə cari etdiyi cümlə (La ilahə illəllah – Allahdan başqa sitayişə layiq heç bir məbud yoxdur) 1200 il ərzində 180 milyon insanın həyat yolunu təyin etmişdir. Hal-hazırda da Allahın yaratdıqlarının çoxu Mü-həmmədin sözünə inanırlar.”Beləliklə, Avropanın tarixində ilk dəfə olaraq açıq-aşkar və cürətlə həzrət Məhəmməd (s) bö-yük şəxsiyyətlər və qəhrəmanlar sırasında qərar tutdu. Karleyl av-ropalıların nəzərini rədd edərək bildirdi ki, Mühəmmədi (s) şair və yaxud peyğəmbər adlandırmaq olar. Çünki onun dilə cari etdikləri sözlərin adi inasanın sözləri ilə fərqli olduğu açıq-aşkar hiss edilir və bu, həqiqət (qeyb) aləmindən fasiləsiz olaraq ona ilham olu-nurdu. O, həmişə bu həqiqətlə yaşayırdı.” Bununla belə, o, avropadakı ictimai və siyasi atmosferdən ehtiyat edərək deyirdi ki, mən onu ən yaxşı peyğəmbər kimi qəbul etmirəm. Şübhəsiz, o, əsl peyğəmbər deyil, lakin onu düz-gün peyğəmbər kimi qəbul edirəm.” Karlayl avropalıların Pey-ğəmbər (s) haqqında uydur-duqları böhtanlar və iftiralar haqqında deyir: “Bunlar bir qrup qiymətsiz və dəyərsiz insanlardır ki, Mühəmmədə layiq olmayan işləri nisbət vermişlər. Ömrünün əvvəlindən sonuna qədər onun davranışında ziddiyyət müşahidə edilməmiş, həmişə zülm, haq-sızlıq, ədalətsizlik, əzlaqsızlıq, fitnə-fəsad və vəzifə düşkünlüyü ilə mübarizə aparmış, qanunsuz-luq və vəhşiliyi aradan aparamq məqsədilə ictimai və əxlaqi qa-nunlar çıxarmışdır.” Bu sözlər Karlaylın həzrət Mühəmməd (s) haqqında söy-lədiklərinin az bir hissəsi idi. Bu yazıçı cürətlə, heç bir şeydən çəkinmədən Peyğəmbəri (s) mü-dafiə etdi. Hətta bəziləri etiraz edərk, onu məsihi dininə xəyanət etməkdə ittihamlandırdılar. Belə hadisələr Avropada Peyğəmbər (s) haqqında daha düzgün düşün-məyə zəmin yaratdı, nəti-cədə T. Andre 1918-ci ildə özünün “Mü-həmmədin şəxsiyyəti” adlı kita-bında İslam Peyğəmbəri (s) deyilən iftiralardan və uydur-malardan uzaq bilərək belə qeyd etmişdir: “Doğrudan da, Mühəm-məd ictimai bir islahatçı idi və Ərəbistana hakim kəsilən cahiliy-yəti və nadanlığı aradan qaldıra-raq, camaatın üzünə yeni təfəkkür üfüqü açdı.” (“Mühəmməd (c) Avropada”, 9-cu fəsil) 20-ci əsrdə osmanlılar süqut edərək, avropalılar öz keçmiş ar-zularına çatdılar. 1917-ci ildə Beytül-Müqəddəsin, ondan sonra – 1920-ci ildə isə, Dəməşqin fransızlar tərəfindən işğal edil-məsi avropalıları müsəlmanları təhqir etməyə bir az da rəğbət-ləndirdi. Onlar müsəlmanları aciz, geridə qalmış, sadə və məntiqsiz bir xalq kimi qələmə verərək, İslam dinini müsəlmanların geridə qalmasının əsas səbəbi kimi tanıtdırdılar. Avropalıların müharibələrdə zəfər qazanması, müsəlmanların siyasi və maddi mənbələrinə yiyələnməsi və os-manlıların süqutu onları daha da qururlandırırdı. 20-ci əsrdə qərblilərin İslam və Peyğəmbərə (s) qarşı məntiqsiz və yanlış mövqe tutması hələ də davam edirdi. Onlar Salman Rüşdini söz və bəyan azadlığını müdafiə etmək bəhanəsi ilə dəstəklədilər və bununla da İs-lamla mübarizə aparmaqlarını və məntiqsiz yolla İslama və əziz Peyğəmbərimizə (s) böhtan və iftira vurmaqda hələ də israrlı olduqlarını aşkar etdilər. Bunlarla yanaşı, 20-ci əsrdə Peyğəmbəri (s) tanımaq üçün ciddi səylər başladı. Bu məqsədlə xanım Are Mani Şimil bir kitab yazaraq həzrət Mühəmməd (s) və onun İslam ədəbiyyatındakı rolu barəsində müsbət fikirlər irəli sürmüşdür. Buna baxmayaraq, son illərdə də Avropada Peyğəm-bərə (s) qarşı hörmətsizliklərin şahidi olduq. “Mədəniyyətlərin dialoqu” ad-lanan bu əsrdə bütün insanların tez bir zamanda bir-birlərilə əlaqə saxlaya bildikləri, elm və texnolo-giyanın tərqqi etdiyi bir vaxtda, xalqlar bir-birinin müqəddəslərinə hörmətlə yanaşmalı, dialoq və məntiq çərçivəsində ortada olan ziddiyyətləri aradan qaldırmalı, xüsusilə xaçpərəst və müsəlman-ların arasında mövcud olan, Qur`-ani-Kərimin dəvət etdiyi müştərək prinsipləri dirçəltməlidirlər.

Cəmil Həsənov “İmam Xomeyni” adına İslam Universitetinin“İslam Tarixi” fakültəsinin tələbəsi

İnsanların İlahi rəhbərə ehtiyacı
Allah-taala insanı yaratdığı və yer üzünə hakim etdiyi gündən, onları hidayət etmək üçün, ilahi rəhbərlər göndərmişdir. Onlar, insanlara xoşbəxtlik və kamillik bəxş etmək üçün, əzab-əziyyətlərə sinə gərmiş, gecə gündüz yorulmadan çalışmışlar. Tarixə nəzər saldıqda, bu şəxsiyyətlərin insanlar tərəfindən müxtəlif təzyiqlərə məruz qalmaları açıq-aydın müşahidə olunur; kimi onları dəli, kimisi də sehrbaz adlandırırdı. İlahi rəhbərlər öz vətənlərini tərk edərək başqa yerlərdə məskunlaşmaq məcburiyyətində qalmalarına baxmayaraq, yenə də ilahi qanunları yaymaq üçün əllərindən gələni əsirgəmədilər. Onların həyatını mütaliə edərkən, insanın qarşısına müəmmalı suallar çıxa bilər: Görəsən, vətənini tərk etmək məcburiyyətində qalan, ölümlə hədələnən və başqa müxtəlif çətinliklərlə üzləşən zaman, onlara dözüm və istiqamət verən hansı qüvvə idi? Təbii ki, ilahi rəhbərlərə dözüm və istiqamət verən ilahi bir qüvvə olmuşdur.

İnsanlar bu hidayət çıraqları haqqında düşünərkən, zehinlərində onları rahat buraxmayan və araşdırma aparmağa məcbur edən bəzi suallara rast gəlirlər. Əlbəttə, bu suallar təkcə bu gün deyil, ən qədim zamanlardan belə, mövcud olmuşdur. Peyğəmbərlər də bizim kimi insandırlar. Onda nə üçün biz öz cinsimizdən olan insanlara tabe olmalıyıq? Əgər onların gətirdiyi qanunlar ağıl vasitəsilə dərk olunursa, biz nə üçün öz ağlımıza deyil, onlara təqlid etməliyik? Zaman ötüb keçdikcə və yeni nəsillər dünyaya qədəm qoyduqca, həm bu suallar, həm də bu suallara verilən cavablar artır. Müasir zamanda bu haqda qarşıya çıxan suallardan biri də belədir: “Elm və texnologiyanın günü-gündən tərəqqi etməsi, kəşflərin günbəgün çoxalması və bəşər elminin bütün maddi ehti-yaclarımızı ödəyə biləcək qədər inkişaf etməsi bizim eh-tiyaclarımızı ödəmirmi? Qarşınızda olan məqalədə, bu sual-ların cavabları və bəşəriyyətin ilahi rəhbərlərə ehtiyaclı olub-olmaması qısa şəkildə araşdırılır.

İslam alimləri Allah-taala tərəfindən peyğəmbərlərin göndərilməsinin zəruri olmasını müxtəlif dəlillərlə isbat etmişlər.1. İnsan ilahi qanunlar vasitəsilə kamilləşir:Bu dəlilin əsasını aşağıdakı amillər təşkil edir;a) İnsan ictimai bir varlıqdır;İnsanın səhralarda, meşələrdə və dağlarda fərdi şəkildə yaşaması aradan gedərək, ictimai şəkildə yaşayışa baş-laması onun ictimai varlıq olmasını bildirir. İnsanlar ictimai yaşayışla fərdi həyatlarında üzləşdikləri problemlərin çoxuna qələbə çalırlar.

b) İnsanın istəkləri heç bir ölçüdə məhdudlaşmır:Hər bir insanda öz şəxsiyyətini və təfəkkürünü sevmək xüsusiyyəti mövcuddur. Onun bu istəklərə nail olmaq üçün üzləşdiyi hər problemi öz xeyrinə həll etmək istəyir, hər şeyin onun üçün yarandığını düşünür, ağır və çətin olan ictimai qanunlara dözməsi bu qanunların ona səadət nəsib edəcəyinə görə deyil, əksinə digərlərinin onun qarşısında təslim olmadığını görərək çarəsizlikdən ictimai qanunlara riayət etmək məc-buriyyətində qalması üzündəndir. v) Qanun olmayan icmada yaşamaq qeyri-mümkündür:İnsanın istəklərini təmin etmək və onları nizam-intizama salmaq üçün cəmiyyət arasında qoyulan qanunlar iki xüsusiyyətə malik olmalıdır: 1. Hər bir şəxsin cəmiyyətdə öz vəzifə və məsuliyyəti aydın olmalıdır. Çünki yaşadığı cəmiyyətin müqabilində öz vəzifəsini bilməyən şəxs pak və adil olmasına baxmayaraq, öhdəsinə düşən vəzifələri düzgün şəkildə yerinə yetirə bilməyəcəkdir. Belə olan təqdirdə, digər insanların hüquqlarını ayaq altına atacaq, nəticədə bir sıra mübahisələr, cinayətlər və sair əxlaqi və ictimai pozğunluqlar ortaya çıxacaqdır; 2. Cəzalar təyin etməklə insanın xudbinlik təbiətini nizamlamaq və başqa insanların hüquqlarına təcavüz etmək fikrini onun zehnindən xaric etmək lazımdır.q) Qanunvericilərin şərtləri:Qanunverici şəxs insanları xüsusi proqram tərtib etməklə kamala doğru yönəltməlidir. Məhz, buna görə də o, aşağıdakı xüsusiyyətlərə malik olmalıdır:1. Qanunvericiliyin əsas məqsədi insanların cismi və ruhi ehtiyaclarını təmin etməkdir. Elə buna görə də o, insanın ruhi və cismi sirlərindən tam şəkildə agah olmalıdır. Bu məsələni aydınlaşdırmaq üçün həkimin xəstəyə yazdığı nüsxəni misal göstərmək olar. Nüsxənin xəstəyə yalnız bir təqdirdə - həkimin o xəstənin, habelə çəkdiyi ağrı-acıların haqqında tam şəkildə məlumatlı olduğu zaman - faydası ola bilər, əks təqdirdə, nüsxənin xəstəyə nəinki faydası olmaz, həm də zərər vermə ehtimalı yüksələr. 2. Tərtib olunan qanunlarda qanunverici şəxsin heç bir mənfəəti olmamalıdır. Çünki o, şəxsi mənfəətləri ortaya çıxdıqda, çoxlarının hüquq-larının riayət olunmaması ehtimalı artır.3. Qanunverici şəxs cəmiyyətin təkcə zahiri əməllərini islah etməklə kifayətlənməməli, onların əqidə və düşüncələrinin islahı üçün də çalışmalıdır.Saydığımız bu xüsusiyyətlər qanun-verənin əsas şərtləridir. Bu xüsusiyyətlərlə tanış olduqdan sonra, onların kimdə daha yaxşı can-landığını təhlil etmək istəyirik. Qanunverənin birinci xüsusiyyətini təhlil edərkən, onun Allah-taalaya məxsus olduğunu görürük. Çünki O, öz yaratdığı mövcudatları hamıdan yaxşı tanıyır, insanı yaradan Xaliq onun sirlərinə, gizli və aşkar ehtiyac-larına, təbiətinə başqalarından daha da agahdır. İkinci xüsusiyyətdə bütün insanların azacıq olsa da belə, xudbin olduqları üçün, qanunvericilikdə öz mənfəətlərini nəzərə aldıqlarını görürük. Heç kimə möhtac olmadığına görə, qanunvericilikdə mənfəət axtarmayan varlıq yalnız Allah-taaladır.Üçüncü xüsusiyyətə gəldikdə isə, insanların əqidə və düşüncələrini islah etməyin ilahi qanunlar olmadan mümkün olmadığını, insanlar tərəfindən qoyulan qanunlar yalnız onların əməllərinə nəzarət etdiyini, onların insanın əqidə və təfəkkürü haqqında sakit qaldıqlarını görürük. Bu qanunlar insanı əqidə və düşüncə baxımdan tam azad buraxır. Dini islahatlarda isə, bu şərtin tam şəkildə riayət olunduğunu müşahidə edirik.

Allah-taala tərəfindən göndərilən peyğəmbərlərin insanın əqidə və düşüncəsində etdikləri dəyişikliklərin, Allaha və qiyamət gününə yarat-dıqları imanın insanların daxillərinə nəzarət etmənin əsasını qoyur. Dediklərimizdən belə nəticə almaq olar ki, cəmiyyətin kamilləşməsi üçün olan qanunvericilikdə, Allah-taala tərəfindən peyğəmbərlərin göndəril-məsi zəruridir. Çünki insanı başqa canlılardan fərqləndirən cəhətlərdən biri onun başqalarının hüquqlarına toxunmamasıdır. İnsan hüquqlarının qorunması, eləcə də insanların kamilləşməsi üçün yuxarıdakı üç xüsusiyyətdən ibarət olan qanunlara ehtiyac vardır. Bu üç xüsusiyyət peyğəmbərlər vasitəsilə insanlara çatdırılan ilahi qanunlardan başqa heç bir qanunda mövcud deyildir. Məhz buna görə də, Allah-taala insanların kamilləşməsi üçün Öz göstərişlərini peyğəmbərlər vasitəsilə onlara çatdır-malıdır.

2. İnsanların təlim

və tərbiyədə peyğəmbərə ehtiyacları vardır:Heç bir qərəzsiz şəxs inana bilməz ki, Allah-taala bu dünyanı hədəfsiz yaratmışdır. Çünki O, hikmət sahibidir və hikmət sahibi heç vaxt mənasız və yersiz işlər görməz. Dünyanın yaradılışındakı nizam-intizam, bütün mövcudat arasında müşahidə olunan uyğunluq onun müəyyən bir hədəf üzərində yaranmasını göstərir. Şübhəsiz, yaradılışdan məqsəd, hər bir varlığın kamal və təkamülə çatmasıdır. Belə isə, görəsən, kamilliyin yolu nədir?

Bitkilər daxili təbiətlərinə görə, hər növ təlimdən ehtiyacsızdır, eləcə də heyvanlarda qida toplamağın, düşmən-dən qorunmağın və nəsil artırmağın yollarından tam şəkildə agahdır. Amma insanın ehtiyacları saysız-hesabsız olduğundan, onun daxili təbiətləri o ehtiyacların cüzi bir hissəsini belə, təmin etməyə, öz əqli ilə bir sıra nöqsanları həll etsə də, onları tam şəkildə aradan qaldırmağa qadir deyildir. Çünki öz təfəkküründə səhvsiz olmayan insan bir çox mövzularda yanlış nəticələrə uğrayır. Hər gün müxtəlif məsələlərdə bir nəzəriyyə başqa bir nəzəriyyənin yerini tutur və yeni fikirlər elmi yığıncaqlarda müzakirə edilir. Məhz buna görə də, bəşər elmi səadət və kamillik bəxş edən məsələlərdə etibarsız sayılır. Peyğəmbərlərin bilik mənbəyi olan vəhy elmi isə səhvsiz və nöqsansızdır. Çünki vəhy heç bir səhvi olmayan sirli bir idrakdır, yalnız bu idrak üzərində qurulan təlimlər bəşəri səadətə və kamilliyə çatdırdığı üçün etibarlı sayılır. Bağışlanmayan səhvlərƏgər bəşər elminin nöqsanları onların səadətilə bağlı olmayan məsələlərdə olsaydı, peyğəmbərlərin gəlişinin zəruri olduğunu şübhə altına salmaq olardı. Misal üçün, əgər bəşərin səhvləri təkcə göy cisimləri, yaxud ulduzların arasında olan məsafələr və digər məsələlərlə əlaqədar olsaydı, peyğəmbərlərin gəlişinin zəruri olduğunu inkar etmək olardı. Gördüyünüz kimi, insanın səadətə nail olmasında bu məsələlərin heç bir rolu yoxdur. Beləliklə, insan öz bilik və təfəkkürü sayəsində yaradılış məqsədinə yetişə bilər. Təəssüflər olsun ki, insan öz səadəti ilə birbaşa bağlı olan, onun maddi yaşayışında rolu olan, habelə bütün səadətlərin əsasını təşkil edən məsələlərdə Allahı tanımaqda səhvə yol verir, nəticədə təkcə mənəvi həyatını deyil, maddi həyatını da uçuruma aparır. Hal-hazırda Hindistanın bəzi məntəqələrində cəmiyyətin aclıq və qıtlıq ucbatından tələf olmalarına baxma-yaraq, hələ də onların müqəddəs saydığı heyvanlar özbaşınalıqla əkin sahələrini məhv edirlər. Mənasız düşüncə nəticəsində heç kim onların ətindən istifadə etməyə cürət etmir. Yüz milyonlarla insan inəklərə tapınıb sitayiş edirlər. Hindistan dövləti insanların tələf olmasının qarşısını almaq məqsədilə inək ətindən az miqdarda istifadə etmək qərarını çıxartdığı gün, cəmiyyətin saysız etirazı ilə üzləşərək, bu qərarı ləğv etmək məcburiyyətində qaldı.Yaponiyanın çoxlu elmi nailiyyətlər əldə etməsinə baxmayaraq, yaponlar hələ də hər bir hadisənin özünə-məxsus tanrısı olduğunu iddia edir, öz əlləri ilə düzəltdikləri bütlərə baş əyir və yetkinlik yaşına çatmış qızlar ailə qurmaq üçün bütlərdən yardım diləyirlər.

Allah-taala tərəfindən minlərlə peyğəmbərin göndərilməsinə baxma-yaraq, yaşadığımız müasir dövrdə insanların ilahi maariflərə yiyələnməsi yenə də acınacaqlı vəziyyətdədir. Görəsən, peyğəmbərlər bütpərəstliklə mübarizə aparmasaydılar, bəşərin Allah haqqında düşüncə və təfəkkürü necə olacaqdı? İnsan tarixə nəzər saldıqda, peyğəmbərlərin təlimlərini görmədən Allahın varlığını isbat edən bəzi dahi şəxsiyyətlərlə üzləşir. Sokrat, Platon, Aristotel və başqalarını buna misal çəkmək olar. İnsan bu dahilərin – pey-ğəmbərlərin təlimlərini nəzərə almadan - Allahın varlığını (əql və fəl-səfi yollarla) isbat etdiklərini görərkən, özü-özünə belə bir sual verir; əgər insanlar öz ağıl və təfəkkürləri ilə Allaha inanırlarsa, Onu isbat etməyə qadirdirlərsə, onda peyğəmbərlər nə üçün göndərilmişdirlər? Bu suala ilahiyyatçılar və müsəlman sxolostları müxtəlif cavablar vermişlər ki, biz onlardan bir neçəsini diqqətinizə çatdırmaqla kifayət-lənirik:Dahi insanlar həyatda çox azdır, hətta tarixə nəzər saldıqda, belə insanların demək olar ki, hər əsrdə yalnız bir nəfərinin meydana gəldiyini görürük. Peyğəmbərlərin gətirdiyi səadət bütün insanlara aiddir və kainatın sirlərini bütün insanlara anlatmaq məqsədi ilə göndərilmişlər.Dahi insanların ağıl və təfəkkürləri nə qədər yüksək olsa da, onlar yalnız Allah-taalanın varlığını isbat etməyə qadirdirlər. Peyğəmbərlər isə, yalnız Allahın varlığını isbat etmək üçün göndərilməmiş, həm də Ulu Yaradanın hansı sifətlərə malik olmasını, Onun zatına uyğun olub-olmayan xüsusiyyətlərini də araşdırmışlar. Allah-taalanın sifətləri və xüsusiyyətləri haqqında məlumat vermək yalnız peyğəmbərlərin işidir. Eramızdan qabaq yaşayan yunan filosoflarının təfəkkür və nəzəriyyələri ilə tanış olanlara bəllidir ki, Sokratın, Platonun və Aristotelin isbat etdiyi varlıq “Allah” deyil, “vacibül-vucud”dur (zəruri varlıqdır)Dini mənbələrə əsasən, yer üzünə qədəm qoyan ilk insan peyğəmbər olmuşdur. Bu əsasən, demək olar ki, peyğəmbərlərin təkallahlığa və tövhidə dəvətləri dünyanın bütün guşələrində elan edilmişdir. Alimlərin fikrincə yunanıstanda “vacibül-vücud” haqqında danışan və onun isbatı üçün çalışan filosofların düşüncələri peyğəmbərlərin təlimlərinin təsiri altında formalaşmışdır. 3. Bəşər elminin iqtisadi və əxlaqi zəminlərdə naqisliyi:Bəşər elminin çatışmazlığı yalnız Allah və Onun sifətlərini tanımaq kimi məsələlərdə deyil, üstəlik maddi və dünyəvi səadətini təşkil edən bir çox ictimai və əxlaqi məsələləri də əhatə edir. Bu zəminlərdə bir-birinə tam zidd olan müəyyən təfəkkürlər vardır ki, insan hansı nəzəriyyənin düzgün olduğunu aydınlaşdırmaqda çətinlik çəkir. Məhz səbəbdən də, insan bəşər elmindən yüksək olan vəhy elminə ehtiyac duyur. Bu məsələnin aydın-laşması üçün aşağıda qeyd olunanlara diqqət yetirmək lazımdır:1. Sözsüz ki, insanın maddi yaşayışının əsasını cəmiyyətdə düz-gün iqtisadın bərpa olunması təşkil edir. Bu iqtisad digər insanların hüquq-larına təcavüz etməmək şərti ilə cəmiyyəti səadətə doğru aparmaq əsasında qurulmalıdır. Amma bu qədər inkişaf və elmi nailiyyətlərə baxmayaraq, hələ də insan bu məsələni həll etməkdən acizdir. Müasir insan cəmiyyəti bir-birinə zidd olan kommunizm və kapitalizm quruluşları əsasında şərq və qərb bloklarına bölünürdü. Hər iki qrupun mütəfəkkirləri özlərini ən böyük iqtisad rəhbəri bilir və öz nəzəriyyələrini minlərlə kitab və məqalə vasitəsi ilə dünyaya çatdırırlar. Amma bütün bunlara baxmayaraq, düzgün iqtisadın necə qurulacağı bəşər üçün hələ də həll olunmamışdır. Belə olan halda, insanın ağıl və biliyi yaradılış məqsədinə çatdıra bilərmi? Yoxsa, o, bu çatışmazlıqları ilahi göstərişlərlə həll etməlidir?

2. İnsan yaşayışının əsasını təşkil edən əxlaqi dəyərlərə malik olmayan xalq hər növ kamaldan uzaqdır. Təəssüflər olsun ki, bu əsrin insanları dünyaya hələ də düzgün bir əxlaqi məktəb tanıtdırmamış və hər bir məktəb əxlaq barəsində öz nəzəriyyələrinə uyğun fikirlər irəli sürmüşdür. Misal üçün, bəziləri əxlaqı belə tərif etmişlər: “İnsanı hədəfə çatdıran hər bir vasitəyə əxlaq deyilir.” Bu tərifə əsasən, “Proletariat” inqilabına kömək edən hər bir cinayət, qətl və pisliklər “əxlaqi dəyər” hesab olunur. Kapitalist quruluşunu kommunizmə yönəldən hər bir şey milyonlarla insanın ölümünə səbəb olsa da, bu “əxlaqi dəyər” adlanır. Bu nəzəriyyələr insanı mənəviyyata və düzgün əxlaqi dəyərlərə çatdıra bilməz. Əgər bu gün dünyanın bəzi yerlərində əxlaqi dəyərlər yaşayırsa, Allah-taala tərəfindən göndərilən peyğəmbərlərin məruz qaldıqları əzab-əziyyətlərin nəticəsidir.3. İnsanın xoşbəxtliyi, yaxud bədbəxtliyi ilə birbaşa əlaqədar olan amilləri tanımaq bəşərin kamala yetişməsində böyük rol oynayır. Çoxlu insanlar peyğəmbərlərin təlimləri nəticəsində bu amillərin bir qismi ilə tanışdırlar. Peyğəmbərlərin təlimləri içərisində yer tutan vacib və haram məsələlər insana bu yolda kömək edir. Əgər Allah tərəfindən peyğəm-bərlər göndərilməsəydi, insanlara ictimai fəsadları tanımaqda nə qədər vaxt lazım olacağı məlum deyildir.

Deyilənlərdən nəticə almaq olar ki, peyğəmbərlər göndərilmədən insanın kamala yetişməsi qeyri-mümkün bir iş sayılır. Buna görə də, peyğəmbərlərin göndərilməsinin səbəblərindən biri də, bəşərin maarif-ləndirilməsi və naqis əqlinin mükəmməlləşdirilməsidir. Allah-taala müqəddəs Qurani-Kərimin “Bəqərə” surəsinin 213-cü ayəsində buyurur: “Allah onlara müjdə verən və əzabla qorxudan peyğəmbərlər göndərdi, insanlar arasındakı ixtilafları ayırd etmək üçün o peyğəmbərlərlə birlikdə haqq olan kitab nazil etdi.” Sözsüz ki, ixtilaflı məsələlər ağıl və təfəkkürün çatışmaz-lığından irəli gəlir. Peyğəmbərlər vəhy elmi ilə hər şeydən agah olur və insanların ixtilaflı məsələlərini düzgün şəkildə aradan qaldırırlar.

Qədir MƏMMƏDOV

“İmam Xomeyni” adına İslam Universitetinin“İslam Tarixi” fakültəsinin tələbəsi

Peyğəmbər(s) Həzrət Əlinin kəlamında
Allah-taalanın Öz Kitabında “Həqiqətən, sən böyük və bəyənilmiş əxlaq sahibisən!” – deyə ən gözəl bəyan və ən də-yərli xüsusiyyətlə təriflədiyi İslam Peyğəmbərinin (s) misilsiz şəxsiyyətini söz və ifadələrlə tanıtdırmaq bəşəriyyətin öh-dəsindən xaricdir. Çünki hə-yat meydanında işlədilən sözlər sadə və müəyyən həddə dolğun mənaları çatdır-maq üçün təyin edilmişdir. Dolğun və möhtəvalı mənalar qısa sözlərdə sığışmadığı üçün, bəşər düşüncəsindən üstün olan bir şəxsi elə vəsf etmək lazımdır ki, onun bütün fəzilətləri və insani keyfiyyətləri əks etdirilsin.Həzrət Əli (ə) Peyğəmbərə (s) eşq və məhəbbət bəsləyən birinci şəxsdir ki, həm Peyğəmbərin (s) həyatında, həm də vəfatından sonra o həzrətin buyurduqlarına xalis şəkildə əməl etmiş, eşq və sədaqətini öz imaməti (sükutu və xilafəti) döv-ründə göstərmişdir.

Şübhəsiz, həzrət Əlinin (ə) məhəbbəti nübüvvətə olan ima-nından və Allahın seçilmiş və kamil bəndəsinə göstərdiyi eş-qindən doğurdu. İbn Əbil-Hədid “Nəhcül-bəlağə”nin şərhində yazır: “Us-tadım Əbu-Cəfər Nəqiblə söhbət edərkən, həzrət Əlinin (ə) Peyğəmbəri (s) tərifləyib, onun alicənablığı və şəxsiyyətinin böyüklüyü haqda buyurduqlarından söhbət açıb dedim: “Mən Peyğəmbərin (s) səhabələrinin arasında Əli (ə) kimi o həzrəti əzəmət və hörmətlə yad edib, ona dua edən bir səhabə tapmadım. Doğrudan da, həzrət Əli (ə) “Nəhcül-bəlağə”də Peyğəmbəri (s) çox əzəmət və hörmətlə yad etmişdir.”

Ustadım dedi: “Həzrət Əlidən başqa heç bir səhabənin Peyğəmbər (s) haqda qələmə alınmış bir sözü yoxdur.” Sonra əlavə edərək dedi: “Həzrət Əlinin Peyğəmbərə (s) imanı çox güclü idi. O, dində sabitqədəm qalmış, yəqinə çatmış və dinin həqiqətini olduğu kimi dərk etmiş yeganə şəxsdir. Bunlardan əlavə, Peyğəmbərlə (s) həzrət Əli (ə) iki cisimdə olan bir ruha bənzəyirlər. Həzrət Əli (ə) Peyğəmbərin (s) zəhmətinin və Hi-cazda yaratdığı əzəmətli inqilabının yaxından şahidi olduğu üçün, o həzrətin insansevərlikdən heç bir əsər-əlamət qal-madığı bir vaxtda bəşəriyyəti, habelə zülmkarların və mal-dövlət sahiblərinin hakim kəsildiyi mühiti necə dəyişdirdiyini hamıdan yaxşı bilirdi.“HƏBİB MƏHBUBUN KƏLAMINDA”İslam Peyğəmbərindən sonra bəşəriyyətin ən kamil insanı və Peyğəmbər (s) şəxsiyyətinin vur-ğunu olan imam Əli (ə) o həz-rətdən “dostum, qardaşım və həbibim” - deyə yad edərək hədis nəql edərdi, özünü ruhən Pey-ğəmbərə (s) yaxın bildiyi üçün, o həzrətin qoyduğu qayda-qanun-lara qarşı rəva görülən hörmət-sizliyə dözməzdi, özünü Peyğəm-bərin (s) həyatının hasili bilib buyurardı: “Məni uşaqlıqdan Peyğəmbər (s) böyüdüb. Mən həmişə anasının ardınca düşən uşaq kimi, Peyğəmbərlə (s) birgə olur, hər gün o həzrətdən yeni-yeni məsələlər öyrənirdim. Besətin əvvəllərində Peyğəm-bərin (s) hər ildə bir müddət “Həra” mağarasında ibadət et-diyi zaman, məndən başqa heç kəs onu görmürdü. O zaman Məkkə şəhərində İslam dini yalnız o həzrətin evində idi. Biz üç nəfərdən (Peyğəmbər (s), Xə-dicə (s.ə) və həzrət Əli (ə)) başqa müsəlman yox idi.”Həzrət Əli (ə), uşaqlıq döv-ründən Peyğəmbərin (s) yanında tərbiyə aldığına və bütün səhnə-lərdə o həzrəti addımbaaddım izlədiyinə görə, bu gün Peyğəm-bərin (s) şəxsiyyətini, mənəvi və ruhi məqamını tanımaq üçün ən dəyərli mənbə hesab olunur. Həz-rət Əli (ə), Peyğəmbəri (s) gözəl şəkildə tanıdığı üçün, hamıdan çox onun vurğunu olub, onun yo-lundan çıxmamağa həmişə təkid edirdi. İslam ümmətinin nicat yolunu yalnız o həzrətin gös-tərişlərinə tabe olub, buyur-duqlarına əməl etmələrində gö-rürdü.

Əzəldən nəcabətin, böyük şəx-siyyətlərin həyatında nə kimi rol oynaması psixoloqların və təh-qiqatçıların nəzərini cəlb etmişdir. Həzrət Əli (ə) də əvvəlki pey-ğəmbərləri vəsf edərkən, bu mə-sələni nəzərə alıb buyurmuş-dur: “Allah-taala peyğəmbərləri bir əmanət kimi, ən gözəl məqamda əmanət saxlamış, məkanların ən yaxşısında yerləşdirmiş, kəra-mətli və pak ata-anadan dünyaya gətirmişdi.” Həzrət Əli (ə) Pey-ğəmbəri (s) “şəcəreyi-təyyibə”dən (pak ağac-dan) bilmiş və bu barədə buyurmuşdur: “Allah-taala tərəfindən nübüvvətin kə-raməti Mühəmmədə (s) çatdıqda, onun varlığının bünövrəsini ən gözəl mədəndən çıxarıb, vücu-dunun çiliyini izzətli bir mə-kanda əkdi. Onu, digər pey-ğəmbərləri yaratdığı ağacdan vücuda gətirdi. O həzrətin əsil-nəcabəti ən gözəl əsil-nəca-bətdir.” Həzrət Əlinin (ə) nəzərində Peyğəmbər (s) büt-sındıran İbrahimin (ə) nəslin-dəndir: “İbrahim (ə)-ın baltası onun çiynində, Musanın (ə) əsası onun əlində, İsanın (ə) qəlbi sinəsində, Nuhun (ə) iradəsi və Əyyubun (ə) səbri ürəyində, Yu-sifin (ə) gözəlliyi üzündə və Loğmanın (ə) hikməti dilindədir. O həzrət bu dəyərli və səciyyəvi xüsusiyyətlə gəldi ki, cahiliyyətin kin-küdurət qılıncını məhv edib, hikmət kitabını və xoşbəxtlik löv-həsini onlara versin, düşmənçiliyi dostluğa çevirərək qəlbləri bir-birinə yaxınlaşdırsın. Peyğəm-bərin (s) əsil-nəsəbi, əsil-nəsillərin ən yaxşısı, ən xeyirlisidir. Onlara itaət edənlər səadətə nail olar, üz döndərənlər isə həlak olarlar. Allah Öz Peyğəmbərini (s) parlaq nur, aşkar dəlil, işıqlı yol və hidayət kitabı ilə göndərdi. Ondan irəli keçənlər dindən çıxar, ondan geridə qalanlar həlak olar, onunla birgə gedənlər isə səadətə çatarlar.PEYĞƏMBƏRİN (S) BESƏTİ VƏ ONUN FƏLSƏFƏSİ Peyğəmbərin (s) besətinin səbəb və fəlsəfəsi haqqında təh-qiqatçılar tərəfindən müxtəlif nəzəriyyələr irəli sürülmüşdür. Bəziləri dünyəvi məsələləri, bə-ziləri isə, təkcə axirət xoşbəxtliyini o həzrətin besətinin fəlsəfəsi bil-mişlər. Allah-taala, Qurani-Kəri-min “Zariyat” surəsinin 56-cı ayəsində buyurduğu kimi, bə-şəriyyətin xilqətinin hədəfini ye-ganə Allaha ibadət etməkdə görür. Bəşəriyyətin bu hədəfə çat-ması üçün dünya və axirət xoş-bəxtliyinin yolunu onlara gös-tərəcək bələdçi və rəhbərə ehtiyacı vardır. Həzrət Əli (ə) besətin fəl-səfəsini səadət və xoşbəxtlik yolunu göstərməkdə, qəflətdən oyanmaqda, insani keyfiyyətləri kəsb etməkdə, cəmiyyətdə bə-rabərliyi və haqq-ədaləti bərpa etməkdə, insanlara örnək olmaq-da, yaxşını-pisi tanıtdırmaqda bi-lir. İnsanlar təkamül və kamilliyə çatmaq üçün, vəhy mənbəyindən qidalanmış kamil peyğəmbərlərə üz gətirməlidirlər. Həzrət Əli (ə) peyğəmbərlərin besətinin fəlsəfə-sini bəyan etməklə bildirmək istəyir ki, peyğəmbərlər olmadan, insanlar öz xeyir və zərərlərini tanımayıb, xilqətin hədəfi olan ibadətdən uzaq düşərlər. Peyğəm-bərlər şəriət gətirməklə kamillik və səadət yolunu onlara gös-tərdilər. İnsanlar Allaha və Onun-la bağladıqları əhd-peymanı unut-duqda, mehriban Yaradan onları qəflət yuxusundan ayıldıb, həmin əhd-peymanı onlara xatırlamaq və qiyamət günü kiminsə bundan xəbərsiz olmasını dəlil gətir-məməsi üçün hər bir zamana uyğun olaraq ardıcıl şəkildə öz peyğəmbərlərini göndərdi. İnsan-ların və cinlərin dünyanı olduğu kimi tanıyıb, onun ziyanlarından çəkinmələri, eləcə də doğru yola yönəlmələri üçün peyğəmbərlər göndərdi. Həzrət Əli (ə) ba-xımından peyğəmbərlər Allah bəndələrinin yalançı bütlərin sitayişindən yaxa qurtarıb, yeganə Allaha ibadət etməyinə səbəb olaraq göndərilmiş, qəfləti, bə-şəriyyətin böyük dərdi, onu in-sanların geridə qalıb, süquta uğramasına səbəb olan əsas amil hesab etmiş, peyğəmbərləri aşkar və gizli qəflət xəstəliyinin təbibi və qapanmış qulaqlara, kor qəlblərə şəfa bəxş edən bir şəxs kimi tanıtdırmışdır. Həzrət Əli (ə) ictimada bərabərliyi qoruyub, haqq-ədaləti bərpa etməyi pey-ğəmbərlər besətinin mühüm hə-dəflərindən bilərək buyurmuş-dur: “Cəmiyyəti ədalətdən başqa heç bir şey islah edə bilməz. Ədalətin bərqərar edilməsi qa-nunun həyatıdır. Ədalətin icra edilməməsi xalqı qılınc götür-məyə vadar edər.” Müqəddəs Qurani-Kərimdə də insanların ədalət sayəsində yaşaması besətin ictimai hədəfi kimi qeyd olun-muşdur. Bütün bunlar peyğəm-bərlərin insanları dinə dəvət et-mələri üçündür. Dinə inam və dindarlıq ədalətsizliklə, zülm et-məklə, və zülmə tabe olmaqla heç cür uyğun gəlmir. Elə buna görə də, peyğəmbərlər hər şeydən ön-cə, iqtisadi və ictimai ədaləti bərqərar etməyə çalışırdılar.Biz də, dinin insanların həyatı-na daxil olması və diri qalması üçün ədaləti dirçəltməliyik. Əda-lətin bərqərar və icra edilməsi uçuruma aparan və fitnə-fəsad törədən iki amillə (ifrat dərəcədə mal-dövlət sahibi olmaq və həd-dən artıq yoxsulluqla) mübarizə aparmadan mümkün deyildir. Peyğəmbər (s) həddən artıq yox-sulluğu dindən çıxıb küfrə sövq etməyin amili hesab edir və cə-miyyətdə yoxsul kütlələrin əmələ gəlməsində mövcud hakimiyyəti təqsirkar bilir. Həzrət Əli (ə) ədalətə tabe olmağı zülmə tabe olmaqdan çox-çox asan və şirin hesab edərək buyurmuşdur: “Ədaləti qəbul etmək bir kəsə ağır gəlsə də, zülmə tabe olmaq onun üçün çox çətin olar .”

Həzrət Əli (ə) zər-zivər, ləl-cavahirat içində yaşamaqla müba-rizə aparıb, sadə yaşayışı tövsiyə etməyi besətin digər hədəf-lərindən bilmişdir. O həzrət Musa (ə), Davud və İsa peyğəmbərlərin həyatından nümunələr gətirərək sadə yaşamağı onların məramı hesab edərək buyurmuşdur: “Mu-sa (ə) onu doyduracaq miqdar çörəkdən əlavə bir şey istəmədi… Həzrət Davud (ə) öz əlinin zəh-məti ilə zənbil toxuyaraq gün-dəlik çörəyinə qane oldu. İsa (ə) cod yundan libas geyinib quru çörək yeyərdi.”

Bu xütbədə İmam (ə) zahidliyi və sadə yaşayışı ruhun kamil-liyinə, acgözlüyü və dünya düş-künlüyü isə cəmiyyətin geridə qalmasına və süqutuna səbəb bil-mişdir. İbn Xəldun “Tarix” kita-bının müqəddiməsində çoxlu mi-sallar gətirərək, acgözlüyü və dünya düşkünlüyünü böyük mə-dəniyyətə malik olan dövlətlərin süquta uğramasının amili kimi açıqlamışdır.

HƏZRƏT ƏLİ (Ə) BAXIMINDAN CAHİLLİK DÖVRÜNÜN İSLAM İCTİMAİYYƏTİNƏ ÇEVRİLMƏSİNDƏ PEYĞƏMBƏRİN (S) ROLU

İslam Peyğəmbərinin (s) 23 illik peyğəmbərliyi müddətində yaratdığı inqilabın əzəmət və böyüklüyünü dərk etmək üçün Ərəbistan yarımadasının cahiliy-yət dövrü lazımınca tanınmalıdır, əks halda, Peyğəmbərin (s) yarat-dığı böyük inqilabi dəyişiklikləri dərk etmək olmaz. Həzrət Əlinin (ə) cahiliyyət dövrü haqqında dedikləri Qurani-Kərimdən sonra ikinci mötəbər mənbədir. İmam (ə) besətdən əvvəlki zaman ba-rəsində danışarkən, dünyanın və cahil ərəblərin vəziyyəti ilə əlaqədar buyurmuşdur: “Besət-dən əvvəl insanlığın səadət nişanələri gizlənmiş, xoşbəxtlik yolunu göstərənlərin uzun müd-dət qeybə çəkilməsi insanları heyran və sərgərdan etmişdir. Millətlər qəflət yuxusuna dal-mışdılar, işlər qarışıq idi, hər yerdə müharibə atəşi alovlanırdı. Dünyanı nadanlıq və günah qa-raltmışdır. Hiyləgərlik baş alıb gedirdi. Bəşəriyyətin həyat ağacı-nın yarpaqları saralırdı. Sular dərinliklərə çəkilmiş, hidayət çırağı sönmüş və bədbəxtliklər bəşərə üz gətirmişdir.”Həzrət Əlinin (ə) baxımından əqidə azğınlığı, iqtisadi və ictimai böhranlar cahiliyyət dövrünün əsaslı problemi idi. Cahil ərəblərin dini, dinlərin ən pisi olmaqla imanlarının zəifliyini göstərirdi. O həzrət cahil ərəblərin dininin vəziyyəti barədə buyurmuşdur: “İnsanlar müxtəlif dinlərə və tayfalara bölündüyü bir vaxtda, bir qrup Allahı məxluqata bənzədir, digər qrup isə Allahı inkar edib bütlərə sitayiş edirdilər. Belə bir vaxtda, Allah-taala həzrət Mühəmməd (s) vasitəsilə onları doğru yola yönəltdi..”

Cahiliyyət dövründə Ərəbis-tan yarımadası fərdi və ictimai baxımdan acınacaqlı vəziyyətdə idi. Xurafata inam baş alıb gedir, elmə qiymət verilmir, heç kəs mövcud vəziyyətdən yaxa qurtara bilmirdi. Azadlıq çarmıxa çəkil-mişdi. İnsanların canı, malı və fikri təhlükə altında idi. Soy-ğunçuluq baş alıb gedirdi. Cahil ərəblərin tarixində 1700-dən çox müharibə qeydə alınmış, bəzən bir müharibə yüz il davam etmişdir. Həzrət Əli (ə) bu mü-haribələri cahiliyyət cəmiyyətinin korlanma səbəbi bilmişdir. İqti-sadi baxımdan insanlar iki qrupa (varlı və qul) bölünürdülər. İq-tisadi böhran xalqın vəziyyətini daha da çətinləşdirmişdi. Həzrət Əli (ə) “Nəhcül-bəlağə”nin 26-cı xütbəsində belə buyurmuşdur: “Allah-taala Öz Peyğəmbərini göndərdiyi zaman, siz ərəblər dinlərin ən pisinə qulluq edir, mağara və qayaların arasında zəhərli, təhlükəli və kar ilanlarla yaşayır, çirkli sular içir, çirkin yeməklər yeyir və nahaq yerə bir-birinizin qanını tökürdü-nüz… Çətin bəlaya düşmüşdü-nüz, nadanlıq baş alıb gedirdi, qızlarınızı diri-diri basdırır və bütlərə ibadət edirdiniz.”Bu əsrdə ərəb xalqları çıxılmaz vəziyyətdə qalmışdılar və ha-mılıqla onları bu vəziyyətdən qur-taracaq bir şəxs axtarırdılar. Lakin ictimai vəziyyət acınacaqlı, dü-şüncələr qapalı olduğundan və xurafat baş alıb getdiyindən onları nicat verəcək bir şəxsi tanıya bilmirdilər. Peyğəmbər (s) onları başa salıb, bu vəziyyətdən qur-tarmaq üçün çox çətinlik çəkdi. Həzrət Əli (ə) gələcək nəsillərə Peyğəmbərin (s) yaratdığı inqilabı başa salmaq üçün, cahiliyyət döv-rünü besət zamanı ilə müqayisə etməyi zəruri saymış və bununla da o həzrətin böyük inqilabının keyfiyyətini və əldə etdiyi nailiy-yətlərini bəyan etmişdir.

Peyğəmbərin (s) ümdə nailiy-yəti insanın uca məqamı ilə uy-ğunlaşmayan bütpərəstliyi ara-dan götürmək, tövhid prinsipini yayıb, böyük Yaradanı tanıt-dırmaqdan ibarət idi. O, insanlara başucalığı ilə yaşayıb, şərəflə öl-məyi öyrətdi. İmam Əli (ə) Peyğəmbərin (s) digər nailiy-yətləri ilə əlaqədar ictimai təh-lükəsizliyin bərqərar edilməsinə, iqtisadiyyatın inkişafına, mədəni-maarifin böhrandan çıxmasına işarə etmişdir – həm fərdi, həm də ictimai təhlükəsizlik Allahın ne-mətlərindəndir. Allah-taala Qur-ani-Kərimin “Qüreyş” surəsində mələklərə təhlükəsizlik və bol nemətlər əta etməsini xatırladır və “İnfaq” surəsində təhlükəsizliyi cəmiyyətin mehriban yaşama-sına, vəhdət və birlik təşkil et-məsinə səbəb bilir. Həzrət Əli (ə) cahiliyyət dövrünü xatırlamaqla, tayfa və qəbilə icmasının vahid İslam ümmətinə çevrilməsində besətin mühüm rol oynadığını bəyan etmişdir. Bu barədə “Nəh-cül-bəlağə”nin “Qasiə” xütbəsin-də buyurmuşdur: “İndi Pey-ğəmbərin besət dövründə Al-lahın onlara bəxş etdiyi ne-mətlərə diqqət edin: Onları öz dininin itaətinə yönəltdi, öz dəvəti ilə onların arasında vəhdət yaratdı. İlahi nemətlər onlara üz gətirdi, rahatlıq və bolluq çay-larını onlara tərəf rəvan etdi, haqq olan dinin bütün bə-rəkətləri onları bürüdü, nemətlər içində qərq olub həyatlarının xoş günlərini yaşadılar. İslamın qüd-rəti sayəsində vəhdət və birlik-ləri bərqərar olundu və əbədi olan qüdrətin nuru altında sabit hökumət qurdular.”

İMAM ƏLİ (Ə) KƏLAMINDA PEYĞƏMBƏRİN (S) DAVRANIŞI

İmam Əli (ə) Qurani-Kərimə istinad etməklə Peyğəmbərin (s) örnək və nümunə olmasına, eləcə də vəfatından sonra o həzrətin sünnəsini dirçəltməyə və ona tabe olmağa xüsusi təkid etmişdir. O həzrətin həyatının müxtəlif yönlərini çox gözəl şəkildə açıqlayaraq buyurmuşdur: “Öz pak-pakizə Peyğəmbərinizə (s) tabe olun; çünki onun sünnəsi örnək axtaranlara bir nümunə, izzət və hörmət istəyənlərə isə bir iftixardır.”

Bundan əlavə, həzrət Əli (ə) Peyğəmbərin (s) davranışı ilə əlaqədar digər nümunələr də bəyan etmişdir. O cümlədən:

1. Peyğəmbərin (s) təqvası və zöhdü:

Peyğəmbərin (s) ən bariz və aşkar xüsusiyyətlərindən biri də dünya malından üz döndərməsidir. Qurani-Kərimdə buyurulur: “Allah Rəsulunun həyatında sənə dünyanın çirkinliklərini və eyiblərini göstərən müəyyən nişanələr vardır.” Çünki Peyğəmbər (s) öz istəyi ilə dünyadan üz çevirmiş və onun haqda düşünməyi öz qəlbindən çıxarmışdır. Başqa bir hədisdə isə, belə buyurmuşdur: “Peyğəmbər (s) dünyanı kiçik saymış, onu başqalarının gözündə dəyərsiz etmişdi. Dünyaya qiymətsiz bir şey kimi baxırdı…”

2. Peyğəmbərin (s) əxlaqı:

Qurani-Kərim Peyğəmbərin (s) xüsusiyyətləri arasında o həzrətin gözəl əxlaqını xüsusilə vurğulayaraq buyurur: “Həqiqətən, sən böyük və bəyənilmiş əxlaq sahibisən!” Peyğəmbər (s)-in özü də insanların dəyərli əxlaqlarını və keyfiyyətlərini kamilləşdirməyi öz besətinin hədəfi hesab edərək buyurardı: “Həqiqətən, mən dəyərli əxlaqları kamil şəkildə çatdırmaq üçün göndərilmişəm.”İndi isə burada o həzrətin əxlaq və davranışından bir neçəsini qeyd etməklə kifayətlənirik:

1. Xoş rəftar və mehribanlıq:

Quran baxımından o həzrətin ən gözəl xüsusiyyəti və əxlaqı camaatla mehriban davranması idi. Əgər İslam Peyğəmbəri (s) bu xüsusiyyətə malik olmasaydı, Ərəbistan yarımadasının rəhimsiz və daşürəkli xalqını düz yola hidayət edə bilməzdi. “Ali-İmran” surəsinin 159-cu ayəsi də bunu təsdiq edir.

İmam Əli (ə) Peyğəmbərin (s) əxlaqı barədə buyurur: “Peyğəmbər (s) insanların düz danışanı, səxavətlisi, şücaətlisi, vəfalısı və mülayimidir.”

Peyğəmbər (s) camaatla gülərüzlə danışır, heç kimdən nəsə bir şey ummur, onların xəta və səhvlərini üzlərinə vurmur və özünə qarşı rəva görülən hörmətsizlik və ədəbsizliyə səbir edirdi. Həqiqətən də, o həzrət səbir dağı və helm dəryası idi.

2. Əfv, güzəşt və xeyirxahlıq:

Başqalarının xətasına göz yummaq, öz haqqından keçmək o həzrətin bariz xüsusiyyətlərindəndir. Allah-taalanın “Biz səni aləmlərə rəhmət göndər-dik!” – deyə buyurması doğrudan da o həzrətdə canlanmışdı. Peyğəmbər (s) özünə qarşı rəva görülən hörmətsizliyə göz yumar, heç kimdən kin saxlamaz və şəxsi işlərində kimsədən intiqam almazdı, güzəşti intiqamdan üstün tutardı və insanlarla münasibətdə xeyirxah idi. Hətta bəzən qəm-qüssənin şiddətindən az qalırdı ki, həlak olsun. Qurani-Kərimin “Kəhf” surəsinin 6-cı ayəsində buyurulur: “Deyəsən onların bu sözə iman gətirməməsinə və nalayiq əməllərinə görə, özünü həlak etmək istəyirsənmi?”Həzrət Əli (ə) cahiliyyət dövrünü açıqlayaraq buyurur: “Peyğəmbər (s) onların xeyirxahlığı üçün əlindən gələni əsirgəmədi. Düz yolu onlara göstərdi, moizə və öyüd-nəsihət verməklə, hikmətli sözlərlə onları Allaha tərəf dəvət etdi.”

3. Şücaət:

Peyğəmbər (s) yaşadığı dövrün ən şücaətli şəxsi idi. Digər hərbi və siyasi rəhbərlərlə fərqli olaraq, bütün müharibələrdə ön cəbhədə iştirak edirdi. O həzrətin bu hərəkəti əsgərlərə əhval-ruhiyyə bağışlayırdı. İmam Əli (ə) bu məsələ ilə əlaqədar buyurmuşdur: “İki dəstə üz-üzə gəlib müharibə odu qızışdıqda, Peyğəmbər (s) bizi bəladan qoruyub-saxlamaq üçün özünü bizə qalxan qərar verirdi, (o həzrət) müharibədə (öndə getdiyi üçün) bəla hamıdan çox o həzrətə yaxın idi.” Nəhayət, həzrət Əli (ə) “Nəhcül-bəlağə”nin 9-cu məktubunda buyurmuşdur: “Peyğəmbər (s), düşmənlərin hücum etdiyi və müharibə odunun alovlandığı vaxtda, səhabələrini nizə və qılıncdan qoruyub-saxlamaq üçün öz yaxınlarını irəli göndərərdi.”

Mənbələr:

“Qurani-Kərim”

“Nəhcül-bəlağə” (Məhəmməd Dəştinin tərcüməsi)

“Allah Rəsulunun şəxsiyyəti Həzrət Əlinin (ə) siyrə və kəlamında” (Rəsul Cəfəriyan)

“Furuği əbədiyyət” (Cəfər Sübhani)

“Əmali” (Şeyx Səduq)

“Məkarimul-əxlaq” (Əbu Nəsr ibn Fəzl)

“Tarixi Təbəri” (Məhəmməd ibn Cərir)

“Təbəqatul-kubra” (İbn Səd)

Cəlal ŞƏFİYEV

“İmam Xomeyni” adına İslam Universitetinin “İslam Tarixi” fakültəsinin tələbəsi

İslam dininin əbədiliyi və qloballığı
İslam dininin digər dinlərdən fərqli cəhətlərindən biri onun qlo-ballığı və əbədiliyidir. İslam dini-nin qloballığı müəyyən bir məntə-qəyə və xalqa məxsus olmayaraq, bütün dünyaya aid olmasıdır. Onun əbədiliyi dedikdə isə, qiya-mət gününədək yaşayacaq bir din olması nəzərdə tutulur. Bunu çox-lu Quran ayələri və hədislər də sübut etmişdir. İslamın əbədi bir din olmasını vurğulayan ayələrə “Əhzab” surəsinin 40-cı ayəsini misal göstərmək olar:

“Mühəmməd aranızdakı kişilər-dən heç birinin atası deyildir. Lakin o, Allahın Rəsulu və peyğəmbərlərin sonuncusu-dur. Allah hər şeyi biləndir!”

Məlum olduğu üzrə, həzrət Mühəmmədin (s) sonuncu pey-ğəmbər olması onun şəriətinin əbədiliyinə və ondan sonra heç bir şəriətin gəlməyəcəyinə aşkar bir dəlildir. İslamın qlobal və cahan-şümul bir din olmasına da bir çox ayələrdə işarə olunmuşdur. Buna Quranın: “Ey insanlar, ey Adəm övladları!” – buyuraraq, bütün insanlara müraciət etməsini misal göstərmək olar. Bir sözlə, İslam di-ni ilə azacıq tanışlığı olan hər bir kəs onun bütün insanları özünə doğru dəvət etdiyini bilir. Lakin burada araşdırılması zəruri olan məsələ budur ki, əgər İslam dini bütün insanları özünə doğru dəvət edirsə, görəsən, hədəfin re-allaşması nə dərəcədə mümkün-dür? Görəsən, hansı amillər bu hədəfin gerçəkləşməsinə kömək edir? Başqa sözlə desək, İslamda belə bir cazibədarlıq və qəlblərə nüfuz etmək qüdrəti vardırmı ki, bütün insanlar tərəfindən qəbul olunsun? Hər hansı bir ideologi-yanın cazibədarlığı və qəlblərə nüfuz etmək qabiliyyəti bir tərəf dən onun əql və məntiqlə uyğun olmasından, digər tərəfdən isə in-sanların bütün maddi və mənəvi istəklərini nəzərə almasından ası-lıdır. Buna görə də, burada əvvəl cə İslamın əqli və məntiqi bir din olmasına, sonra isə insanların is-təklərinə necə diqqət yetirməsi məsələsinə toxunacağıq.

İSLAM MƏNTİQƏ ƏSASLANIR

İslamın əqli və məntiqi bir din olmasını bilmək üçün Quranın Allah və peyğəmbərlər haqqın-dakı dərin mənalı söz və ayələrini Yəqub peyğəmbərin Allahla gü-ləşib, Onu məğlub etməsindən bəhs edən, peyğəmbərlərin gü-nahkar, hətta adi insanlardan da aşağı səviyyədə olduğunu söy-ləyən Tövrat və İncillə müqayisə etmək kifayətdir. Lakin Avropada intibah (renesans) dövründən sonra “humanizm”, “liberalizm” və s. cərəyanların yaranması ilə İslam dininin bir sıra cinayətlər üçün müəyyən etdiyi cəza qanun-larına qarşı çıxan etiraz dalğala-rını, bu qanunların əql və mən-tiqlə uyğun olub-olmadığı ilə əlaqədar irəli sürülən fərziyyələri nəzərə alaraq, burada bu məsə-ləyə toxunmağı daha zəruri bili-rik. Digər məsələlərlə bağlı isə, əziz oxucular lazımi kitablara mü-raciət edə bilərlər.

Öncə qeyd etmək lazımdır ki, İslam dini ilə “liberalizm” arasın dakı fikir ayrılığı bu iki məktəbin insanla əlaqədar olan baxışların-dakı fərqlilikdən qaynaqlanır. Li-beralistlər insanı yalnız maddi bir varlıq saydıqları üçün, onunla heyvanlar arasında kəskin bir fərq görmürlər. İslam nöqteyi-nəzə-rindən isə, insan sonsuz istedad-lara malik olan və Allahın göstə-rişlərinə əməl etməklə kamilləşib, Onun ən üstün məxluquna çev-rilən bir varlıqdır. Şübhəsiz ki, öz övladında bir sıra istedadların olduğunu görən hər bir valideyn onun tərbiyəsinə ciddi yanaşacaq, heç vaxt onun tənbəl və ərköyün böyüməsinə yol verməyəcək, hət-ta yeri gəldikdə, tənbeh etməklə olsa belə, onu çətinliklərə qatlaş-mağa vadar edəcəkdir. Aydındır ki, bu valideynlərin öz uşaqlarının tərbiyəsinə ciddi yanaşması onla-rın öz övladlarına qarşı olan sev-gisindən qaynaqlanır. Çünki bu istedadların korlanıb aradan get-məsi böyük bir sərmayənin itiril-məsi deməkdir. Odur ki, İslam dini hər şeydən əvvəl, insana öz istedadlarını tanıtdırır və ən dəqiq proqramla onu kamillik yolunda hərəkət etməyə rəğbətləndirir. Digər tərəfdən isə, bu proqramın tam müvəffəqiyyətlə həyata keç-məsi üçün sağlam cəmiyyət qur-mağa, eləcə də bu sağlam cəmiy-yətin qurulmasında insanların günahın çirkinliyini dərk edib, şüurlu surətdə ondan çəkinmə-sinə cəhd göstərir. Sokratdan “fəl-səfənin sənə xeyri nə olub?”–deyə soruşduqda, “başqalarının qanun qorxusundan etdiklərini mən könüllü surətdə etməyə başla-dım!”–deyərək cavab verdi. İsla-mın tərbiyə sisteminin əsasını təşkil edən “əxlaq” və “irfan” elmləri insanları maarifləndirmək, günahların çirkinliyini və acına-caqlı aqibətini onlara çatdırmaq vəzifəsini öz üzərinə götürür. Əl-bəttə, islami tərbiyə sisteminin icra olunduğu bir cəmiyyətdə cəza qanunlarınin tətbiq olunmasına o qədər də ehtiyac qalmır. Lakin bu-nunla belə, günahların cəmiyyət-dən tamamilə təmizlənməsi üçün, İslam dini “hüquq” elmində də bir sıra tədbirlər müəyyən etmişdir ki, günahın çirkinliyini dərk etməyənlər heç olmazsa, qanun-dan qorxub, günahı tərk etsinlər. Ümumiyyətlə, İslam dinində müəyyən edilmiş bu qanunlar insanlara olan sevgidən və öncə qeyd etdiyimiz kimi, bu dinin insanları kamilliyə və əbədi səa-dətə çatdırmaq istəyindən irəli gəlir.

Lakin “liberalizm” təfəkkürü-nə əsaslanan hüquq məktəblərin-də müəyyən edilmiş qanunlar li-beralizmin öz hədəfi ilə ziddiyyət təşkil edir. Liberalizmin hədəfi insanların rifah və asayişini mak-simum dərəcədə təmin emək ol-duğu halda, ölüm hökmünün ləğv olunması asayişin daha da pozul-masına səbəb olur. Çünki “qisas” hökmü bir dəfə icra olunarsa, başqaları da ibrət dərsi götürər və heç vaxt adam öldürmək fikrinə düşməzlər. Odur ki, “Bəqərə” su-rəsinin 179-cu ayəsində buyuru-lur:

“Ey ağıl sahibləri qisas sizin üçün həyat deməkdir. Bəlkə bu-nunla pis işlərdən çəkinəsiniz.”

Bunu da qeyd etmək lazımdır ki, humanizm, liberalizm və digər bu kimi cərəyanlar orta əsrlərdə Avropada katolik kilsəsinin törət-diyi bir çox cinayətlərin nəticəsin-də yaranmış və məsihi dini ilə İslam arasındakı fərqləri nəzərə almadan bütün dinlərə, o cümlə-dən, İslama qarşı mübarizəyə başlamış və onun cəmiyyətdəki rolunu aşağı səviyyəyə endirməyə çalışmışdır. Halbuki İslam dini katolik kilsəsinin qarşılaşdığı problemlərlə heç vaxt üzləşmə-mişdir. Buna görə də, Avropa üçün nəzərdə tutulan resseptlərin İslam dini üzərində icra olunması qəbuledilməz bir haldır.

İSLAM VƏ İNSANLARIN İSTƏKLƏRİ

Əbədi qalmaq istəyən hər hansı bir ideologiya insanların bütün maddi və mənəvi istəklərini təmin edən bir proqram hazırla-malı, bu istəklərin bir-birilə zid-diyyət təşkil etdiyi yerlərdə isə, öz proqramını ən yüksək nəticə əldə etdiyini nəzərə alaraq tənzimlə-məlidir. Məsələn, insanda həm maddi, həm də mənəvi istəklər vardır. Kamil ideologiya insanda olan bu iki növ istəklərə diqqət yetirməli və hər birinin həddi-hü-dudunu bir-birinə zərər vurmadı-ğı halda, dəqiq şəkildə müəyyən-ləşdirməlidir. Orta əsrlərdə Avro-pada keşişlərin insanları ifrat də-rəcədə mənəvi məsələlərə sövq etmələri intibah dövründən sonra insanların maddi istəklərə ifrat şəkildə üz tutaraq, dindən üz döndərmələri ilə nəticələndi. İs-lam dini isə, belə ifratçılıqdən uzaq olan və həmişə insanları orta xətt üzrə hərəkət etməyə dəvət edən bir dindir. “Bəqərə” surə-sinin 143-cü ayəsində buyurulur:

“(Ey müsəlmanlar!) Beləliklə, sizi orta yolun ümməti etdik ki, (qiyamətdə) insanların əməllə-rinə şahid olasınız, Peyğəmbər də sizə şahid olsun.”

İslam dini insanların maddi istəklərini nəzərdən qaçırmamış, həmişə insanları dünya nemət-lərindən normal şəkildə bəhrələn-məyə çağırmışdır. Qurani-Kərim “Bəqərə” surəsinin 201-ci ayəsin-də dua etməyin keyfiyyətini mö-minlərə öyrədərək buyurur:

“Ey Rəbbimiz! Bizə dünyada da, axirətdə də gözəl nemətlər ver, bizi cəhənnəm əzabından qoru!”

“Qəsəs” surəsinin 77-ci ayədə buyurulur:

“Allahın sənə verdiyindən özünə axirət qazan (malını Allah yolunda sərf et). Dünyadakı nəsi-bini də unutma.”

İmam Baqir (ə) buyurmuşdur: “Başqalarına möhtac olmamaq və öz ailəsinin ruzisini təmin etmək üçün çalışan kəs Allah yolunda cihad edən şəxs kimidir.”

İnsanın ruhi və mənəvi istək-lərinə gəldikdə isə, qeyd etmək  lazımdır ki, psixoloqların fikrincə, insanlarda dörd növ mənəvi istək vardır:

1. Din hissi: Din hissi dedikdə, hər bir insanın öz qəlbinin dərin-liklərində duyduğu Allah sevgisi nəzərdə tutulur. İnsanların qəlbin-də hansısa bir gizli qüvvə onu öz Yaradanı qarşısında kiçilməyə və bütün ehtiyaclarını Ondan istəmə-yə vadar edir. Arxeoloqların apar-dıqları tədqiqat nəticəsində tarixin bütün zamanlarında bu mənəvi istək və duyğunun insanlarla bir-gə olduğu məlum olmuşdur. Bu hiss insanın çətinliklərlə üzləşdiyi və bütün çıxış yollarının üzünə bağlandığı halda, daha güclü şə-kildə özünü büruzə verir. Belə bir vəziyyətdə, yalnız Allaha sığın-maqdan başqa bir yol görməyən insan Allahı xatırladıqda, qəlbin-də aramlıq hiss edir, bütün iztirab, həyəcan və nigarançılıqları ardan gedir. “Rəd” surəsinin 28-ci ayə-sində buyurulur:

“O kəslər ki, Allahı zikr etməklə qəlbləri aram olduğu halda iman gətirmişlər. Bilin ki, qəlblər yalnız Allahı zikr etmək-lə aram tapar!”

Materialistlər insanda olan Al-lah eşqinin heç vaxt sönməyə-cəyini nəzərə almadan, bu mənəvi duyğunu aradan aparmağa çalış-dılar, nəticədə özləri aradan get-dilər. İslam dini isə, onların əksinə olaraq, insanın təkamül və səadə-tini onun Allaha yaxınlaşmasında gördüyü üçün, bu hissi güclən-dirməyə və onu düzgün şəkildə istiqamətləndirməyə çalışır. Qura-nın bir çox ayələrındə Allahın insana hər bir kəsdən daha doğma və daha yaxın olduğu bildirilir. Belə ki, buyurulur:

“Siz harada olsanız, O sizin-lədir.” (“Hədid”/4.)

“(Ya Rəsulum!) Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən onlara yaxınam. Dua edib Məni çağıranın duasını qə-bul edərəm. Gərək onlar da Mə-nim çağırışımı qəbul edib Mənə iman gətirsinlər. Bununla da, ola bilsin ki, doğru yola yetişsinlər.” (“Bəqərə”/18.)

“Biz insana şah damarından da yaxınıq! “ (“Qaf”/17.)

Ümumiyyətlə, Quranın mənti-qinə əsasən, insanın Allahı unut-ması öz həqiqətini unutması, özü-özünə yad və özgə olması demək-dir. “Həşr” surəsinin 19-cu ayəsin-də buyurulur:

“Onlar Allahı unutduları üçün Allah da onları özlərinə unutdurdu.”

Əlbəttə, başqa dinlər də bu ehtiyacın təmin olunmasında mü-əyyən qədər rol oyanmışlar. Lakin İslam dini digər sahələrdə olduğu kimi, bu məsələdə də öz pro ramının dəqiqliyi ilə fərqlənir. Misal olaraq, gündəlik namazları vacib edərək, insan ilə Allah arasında olan əlaqənin sıx şəkildə qorunmasına çalışır. Həmçinin, insanlara birbaşa olaraq, Allahdan öz günahlarının bağışlanmasını istəməyə icazə vermişdir. Halbuki məsihi dininə əsasən, adi insanlar belə bir hüquqa malik deyildir və bunu yalnız keşişlərin vasitəsilə həyata keçirə bilərlər.

2. Əxlaq hissi: Hər bir insan öz daxilində yaxşı işlər görməyə ehtiyac hiss edir. Məsələn, kömə-yə ehtiyacı olan bir şəxsə əl tutduğu zaman, özündə sevinc və rahatlıq hissi duyur. Birinə zülm etdikdə isə, vicdanı onu müha-kimə etməyə başlayır və bununla da tutduğu işdən əzab çəkib, peşmançılıq hissi keçirir. Bu hiss insanın həyatının erkən çağların-dan özünü göstərməyə başlayır. Lakin insandakı yaxşı işlər görməyə olan bu istəyin sürətlə təmin olunması onun dini təfək-kürə malik olmasından, başqa sözlə desək, məada inamdan asılıdır. İslam dini məada etiqadı insanlara aşılamaqla əxlaq hissini gücləndirir. Yeniyetməlik və gənc-lik çağında bu hissin təsiri altında başqalarına yaxşılıq edən şəxs dini tərbiyə ilə böyümədikdə, tədricən onda belə bir fikir formalaşır ki, maddi mənfəət üzündən xəyanət etmək və yalan danışmaq olar, belə bir yerdə qəlbin sözünü deyil, nəfsin sözünü dinləmək lazımdır. Odur ki, belə insanlar şəhvət və pul düşkünü olduqlarından, heç bir zülm və xəyanətdən çəkinmir, vicdanın sözünü dinləməyi ağıl-sızlıq hesab edirlər. Halbuki dini təfəkkür əsasında qəlblə ağıl ara-sında olan bu ziddiyyət aradan götürülür. Çünki məada etiqad sayəsində insan başa düşür ki, onu etdiyi hər bir yaxşılığın əvəzində mükafat və hər bir pis-liyin əvəzində isə cəza gözləyir. Kapitalist əqidəli insanlar isə, yalnız ehtiraslarının və maddi istəklərinin qayğısına qalmaqla öz mənəvi ehtiyaclarını unutmağa çalışırlar. Bu eynilə insanın tərki-bində yağ olan qidalar yeməklə bədəninin proteynə olan ehtiya-cını təmin etməsinə bənzəyir. Hal-buki yağ proteynə olan ehtiyacı aradan qaldırmadığı kimi, onun normadan artıq istifadəsi də bədən üçün zərərlidir. Müasir dünyada yaranan mənəvi böhran-ların, tez-tez baş verən intihar hallarının və cinayətlərin səbəbi insanların şəhvət və ehtiras düş-künü olmaları, öz mənəvi ehtiyac-larını lazımi şəkildə təmin etmə-mələridir.

3. Maraq hissi: İnsanlarda olan digər ruhi istək elm və bilik istəyidir. İnsan, ətrafında olan hər bir şeylə maraqlanır və onu tanı-mağa can atır. Hətta bir sıra su-alların onun üçün maddi mənfəəti olmadığı halda, yenə də onların cavablarını öyrənməyə cəhd gös-tərir. “İntibah” dövründən sonra dinə qarşı yönələn iradlar qarşı-sında davam gətirə bilməyən katolik kilsəsi dinlə elmin bir-birilə heç bir əlaqəsi olmadığını elan etdi. Hətta Tövrat kitabına əsaslanaraq, dində elm öyrənmə-yin qadağan olduğunu söylədilər. Buna görə də, uzun müddət Avropada belə bir fikir formalaşdı ki, insan həyatda özü üçün yol seçdiyi zaman, ya iman gətirib din yolunu seçməli, ya da elm və bilik yolunu tutmalıdır. İslam dini isə, həmişə insanlarda olan bu hissi cilalayıb, aşkar etməyə çalışmış, onları bilik əldə etməyə təşviq etmiş və elmlə məşğul olmağı ibadət saymışdır. Əziz Peyğəm-bərimiz (ə) buyurur: “Bir saat elmlə məşğul olmaq altmış ilin ibadətindən üstündür.”“Hikmət möminin itkisidir, onu harada tapsa götürər.” “Hətta Çində olsa belə, elm ardınca gedin.”

Peyğəmbərin (ə) bu hikmətli sözlərindən ilham alan müsəl-manlar tez bir zamanda bütün elmlərə yiyələnməyə başladılar. Təsadüfi deyildir ki, Mədinə məscidində elm tədris edən imam Sadiqin (ə) dərslərində yüzlərlə tələbə iştirak edirdi. Müsəlman-ların özləri bir çox yeni elmlər yaratmaqla yanaşı, yunanlardan da bir sıra elmlər əxz edib təkmilləşdirdilər və onu müasir dünya mədəniyyətinə bəxş etdi-lər. Bunu da qeyd etmək lazımdır ki, dünyanın ən qədim “əl-Əzhər” universiteti müsəlmanlar tərəfin-dən təsis olunmuşdur.

4. Gözəllik hissi: İnsan, könül oxşayan hər bir şeyi sevir; gözəl mənzərə, gözəl səs, gözəl şer, gözəl söz… İnsanda gözəlliklərə qarşı olan bu istəyə “zövq hissi” də deyilir. Ədəbiyyat və incəsənət insandakı bu hissin məhsuludur. İslam dini insanda olan bu istəyə heç vaxt mane olmamışdır. Hətta demək olar ki, müasir dünya mədəniyyəti bir çox ədəbiyyat və incəsənət əsərlərinə görə, İslam mədəniyyətinə borcludur. Sözün gözəlliyinə ən bariz misal həzrət Əlinin (ə) ”Nəhcül-bəlağə” adlı kitabda toplanmış kəlamlarıdır. Quranın, bütün insanların qəlbini fəth edən və başqa heç bir dini kitabda misli görülməyən avazla oxunuşu gözəlliyin başqa bir nümunəsidir. Müsəlman xalqları-nın muğam sənəti də məhz Quranın musiqisi əsasında yaran-mışdır. 13-14-cü əsrlərədək bütün müsəlman xalqları vahid muğam məktəbinə malik idilər. Monqol ların və Teymurun hücumu nəti-cəsində bu məktəb süqut etdi və yalnız 17-ci əsrdən sonra müsəl-man xalqları, o cümlədən Azər-baycan xalqı əvvəlki məktəbin materiallarından istifadə etməklə hər biri özünəməxsus muğam binasını ucaltdılar. Müasir dünya-nın ən gözəl abidələrinin bir çoxu müsəlman memarları tərəfindən tikilmişdir. “İslam irfan ədəbiy-yatı”nın türk, ərəb və fars dillə-rində yaratdığı misilsiz şerləri ədəbiyyat əsərlərinin ən gözəl nü-munələridir. İslam dininin ədəbiy-yat və incəsənət sahəsində dünya mədəniyyətinə töhfə etdiyi əsər-ləri saymaq üçün geniş vaxt la-zımdır və bu barədə çoxlu kitablar yazılmışdır. Lakin burada diqqət yetirilməsi lazım olan məsələ budur ki, bütün gözəlliklərin mənbəyi Allahdır, başqa sözlə desək, bütün gözəlliklər Ulu Yaradanın gözəlliyinin cilvəsidir və bu, yalnız Allahı insana xatır-latmaq üçündür. Odur ki, Allahı deyil, eyş-işrəti xatırladan musiqi-lərin, bayağı rəqslərin və ehtiras-ları oyadan pozğun rəsmlərin İslam dinində qadağan olunması da təbii haldır. Buradan, İslam dininin incəsənətlə düşmən oldu-ğu haqqındakı təsəvvürlərin yan-lış olduğu aydın olur. Bütün bun-lar, üzərinə incəsənət etiketi ya-pışdırılıb, insanlara mədəniyyət adı ilə təqdim olunmasına baxma-yaraq, gözəllik hissinin deyil, əksinə ehtiras hissinin məhsulu-dur. Yuxarıda qeyd etdiyimiz kimi, İslam dini insanlarda olan istəkləri aradan aparmır, yalnız onları düzgün istiqamətə yönəldir və bu istəkləri təmin etməyin məqsədyönlü şəkildə olmasını tövsiyə edir. Odur ki, ehtiras hissini ifrat dərəcədə təmin etmək insanda olan digər hislərə, xüsusi-lə mənəvi duyğulara zərər vurdu-ğu üçün, İslam dini bu hissin əhatə dairəsini məhdudlaşdırmış-dır.

Bütün bu deyilənlərə əsasla-naraq, belə bir bu nəticəyə gəlmək olar ki, İslam dini həm əql və məntiqlə, həm də fitrətlə uyğun olan, eləcə də insanların bütün istəklərini nəzərə alan bir dindir. İslam dininin məhz bu xüsu-siyyəti onun əbədi olaraq yaşa-yacağını, yaxın bir zamanda bü-tün dünyaya hakim olacağını gös-tərir. Beləliklə də, Allahın Quran-da verdiyi vədin haqq olduğu tam şəkildə aydın olur:

“O (Allah), İslamı bütün din-lər üzərində zəfər qazandırmaq üçün, Öz Peyğəmbərini hidayət və haqq dinlə göndərdi!“ (“Səff”/9.)

Nurəddin Əliyev “Mədrəsə” jurnalı