11-Əbdül Mütəllibin müvəhhid olması haqqında çoxlu şahidlər vardır. Bu şahidlər onun istənilən şirkdən pak olduğunu təsdiqləyir. Onun haqqında daha çox danışılması onun şirkə düşmədə daha çox töhmətləndirilməsi ilə əlaqədardır. Əli (ə) buyurur: «Atam və babam Əbdül Mütəllib, Haşim, Əbdül Mənaf heç vaxt bütə sitayiş etməmişlər. Onlar üzü Kəbəyə namaz qılmış, İbrahim dinində olmuşlar». («Bihar» 15-ci [...]
Peyğəmbər (s) nəslinin etiqadı diqqət ediləsi mövzulardandır. Qələm əhli bu mövzuya toxunmuş, müxtəlif, bəzən isə qərəzli fikirlər söyləmişlər. Bəziləri şiələr kimi inanır ki, Peyğəmbərin (s) ata-babası müvəhhid-təkallahçı olmuş və büdpərəstliyə, şirkə aldanmamışlar. Lakin əksər sünnə əhli Peyğəmbərin (s) bütün babalarının müvəhhid olduğunu qəbul etmirlər. («ərəbi İtqan» 1-ci cild).
Şiələr inanır ki, Peyğəmbər (s) əsli daim pak, [...]
Onları ən üstün adamlara əmanət kimi vermişdir; ən xeyirli bətnlərdə qərar tutdurmuşdur. Onları ən uca bellərdən ən təmiz bətnlərə axıtmışdır. Onlardan köçənlər köçdükcə, Allah dinini qurmaq və qorumaq üçün yerlərinə başqalarını gətirmişdir. Beləcə, nöqsan sifətlərdən münəzzəh olan Allahın lütfü, Allahın rəhməti ona və soyuna olsun, peyğəmbərlik Mühəmmədə çatmışdır. Onu, yetişmək baxımından ən üstün yerdən yetişdirmiş, [...]