Rəsulullah » Nübüvvət

Ayətullah Xamenei istedadlılar ilə görüşüb
Ayətullah Xamenei  istedadlılar ilə görüşüb

Nübüvvət
İnsanların                                        ilahi rəhbərlərə (peyğəmbərlərə)                                        olan ehtiyacı

İnsan elminin məhdudluğu

Bəziləri soruşa bilər:                                        peyğəmbərlərin insanları                                        düz yola dəvət etmələri                                        lazımdırmı? Məgər                                        insan öz həqiqətlərini                                        anlaya bilmirmi? Məgər elmin inkişaf                                        etməsi sirlərin açılmasına                                        və həqiqətlərin kəşf                                        olunmasına kömək etmirmi?                                        Bundan əlavə, onu da xatırladaq                                        ki, peyğəmbərlərin insanlara                                        öyrətdiklərini bəzən                                        öz ağlımızla dərk                                        edir, bəzən isə etmirik.                                        Birinci halda (ağlımız peyğəmbərlərin                                        dediklərini anladığı                                        halda) peyğəmbərlərin                                        gəlməsinə ehtiyac yoxdur.                                        (Çünki onların dediklərini                                        öz ağlımızla dərk                                        edirik.) İkinci halda isə biz                                        ağlımızın dərk                                        etmədiyi şeyləri qəbul                                        edə bilmərik. Başqa bir tərəfdən,                                        peyğəmbərlərin dediklərini                                        qəbul etmək üçün                                        insan özünü tam şəkildə                                        onların ixtiyarına buraxmalıdır.                                        Məgər bu düzgündürmü?                                        İnsan peyğəmbərlərin                                        sözünü kor-koranə qəbul                                        edə bilərmi? Məgər peyğəmbərlər                                        bizim özümüz kimi insanlar                                        deyillər? Özümüzü                                        özümüz kimisinin ixtiyarına                                        verməyin nə mənası var?

Cavablar:

Bir neçə məsələni                                        nəzərə almaqla bütün                                        verilən sualların cavabı                                        və peyğəmbərlərin                                        insanların həyatındakı                                        mövqeyi məlum olur.

1) Bilməliyik ki, bizim elmimiz məhduddur.                                        Bəşər elmində bu qədər                                        inkişafın olmasına baxmayaraq,                                        yenə də bildiklərimizin bilmədiklərimizə                                        olan nisbəti bir damla suyun dəryaya                                        olan nisbəti kimidir. Bəzi böyük                                        alimlərin dili ilə desək,                                        bizim bütün bildiklərimiz                                        dünya adlı kitabın əlifbasıdır.                                        Başqa sözlə, bizim ağlımızın                                        anlayış çərçivəsi                                        elə bir məntəqədir ki,                                        elm və bilik şüası onu                                        işıqlandırır, bizim                                        isə onun xaricindən xəbərimiz                                        yoxdur. Peyğəmbərlər                                        gəlib bu məntəqəni insanın                                        ehtiyacı olan qədər işıqlandırır.                                        Əslində bizim ağlımız                                        böyük bir projektor, peyğəmbərlər                                        və səmavi vəhy isə bütün                                        dünyanı işıqlandıran                                        günəşdir. Güclü                                        bir projektora malik olan şəxs                                        deyə bilərmi ki, mənim günəş                                        işığına ehtiyacım                                        yoxdur?

Daha açıq desək, həyata                                        aid məsələləri üç                                        hissəyə bölmək olar,                                        ağlasığan, ağlasığmayan                                        və məchul məsələlər.

Peyğəmbərlər heç                                        vaxt ağlasığmaz, yəni                                        ağıl və düşüncənin                                        əksinə olan söz deməmişlər.                                        Əgər deyiblərsə, peyğəmbər                                        olmamışlar. Əksinə,                                        onlar məchulları anlamaqda bizə                                        kömək etmişlər. Bu da                                        bizim üçün çox mühümdür.                                        Buna əsasən, insanın ağlı                                        olan yerdə və elmin bu qədər                                        inkişaf etdiyi bir vaxtda «insanların                                        peyğəmbərə ehtiyacı                                        yoxdur» deyən şəxslər                                        nə bəşər elminin çərçivəsini                                        tanıyırlar, nə də peyğəmbərlərin                                        risalətinin mənasını                                        anlayırlar. Bu, birinci sinifdə                                        əlifbanı öyrənmiş                                        uşağın «mən hər                                        şeyi bilirəm, dərs oxumağa                                        və müəllimə ehtiyacım                                        yoxdur» deməsinə bənzəyir.                                        Bu söz əsassız deyilmi?

Bunu da deyək ki, peyğəmbərlər                                        təkcə müəllim olmamışlar.                                        Onların rəhbərlik məsələləri                                        barədə gələn dərslərdə                                        ətraflı söhbət edəcəyik.

2) Heç kim iddia etmir ki, insan özünü                                        özü kimi olan başqa birisinin                                        ixtiyarına verməlidir. Məsələ                                        burasındadır ki, peyğəmbərlərin                                        səmavi vəhy, yəni, Allahın                                        sonsuz olan elmi ilə rabitələri                                        vardır. (Bunu gələn dərslərdə                                        isbat edəcəyik.) Bu rabitəni                                        biz qəti və möhkəm dəlillərlə                                        tanımalıyıq. Bu surətdə                                        onların dediklərini, təlim-tərbiyələrini                                        can-başla qəbul etməliyik.

Əgər xəstə bir şəxs                                        ona ürəyi yanan və öz                                        ixtisasında mahir olan bir həkimin                                        yazdığı reseptə əməl                                        edərsə, səhv işmi görmüş                                        olar? Peyğəmbərlər də                                        böyük ruh həkimləridir.

Müəllimin dedikləri ağlımıza                                        uyğun gələrsə, onu qəbul                                        etməyin nə qəbahəti                                        var? Peyğəmbərlər də,                                        bəşərin böyük məllimləridir.

Yaxşısı budur ki, biz peyğəmbərlərin                                        gəlməsinin lazım və                                        zəruri olduğunu sübut edən                                        dəlilləri daha dəqiq araşdıraq.