Rəsulullah » Xəbərlər

NORVEÇDƏ ƏN POPULYAR AD MUHƏMMƏDDİR
Norveçin statistika agentliyi Osloda doğulan uşaqlara verilən ən məşhur kişi və qadın adlarının siyahısını dərc edib. Artıq neçə ildir ki, kişi adlaı siyahısına Muhəmməd adı rəhbərlik edir, - İslam dlya vsex xəbər verir.

Keçən il Osloda bu adla 120 körpə adlandırılmışdı. 2007-ci ildə Norveçin paytaxtında da bu ad ən populyar idi. Paytaxtdan kənarda isə 56 oğlan uşağı Muhəmməd adlandırılıb. Oslonun statistika idarəsi bu adın belə populyarlığının səbəbini araşdırmağa başlayıblar.

“Mən bir çoxları ilə maraqlandım və onlar bunu müxtəlif cür izah etdilər. Bəziləri deyirlər ki, Muhəmməd adı dinə aid olan bir addır. Bəziləri üçün isə bu sadəcə sevimli addır”, - deyə agentliyin əməkdaşı Yurqen Ouren bildirib.

deyerler.org

New York Times İslamın yayılmasından niyə qorxur?
New York Times bügünkü baş məqaləsində yazır: “Çinlilərin İslam dininə maraq göstərməsi və bu ölkə vətəndaşlarının məscidlərə getməsi get-gedə sözü keçən ölkədə bir problemə çevrilməkdədir. Narahat edən məsələ budur ki, “Şin Yalk” mətəqəsinin təmamilə İslama meyl etməsi ehtimalı var və belə görünür ki, yaxın gələcəkdə onlar Həcc mərasimini yerinə yetirmək üçün Ərəbistana yola düşməyə hazırlaşacaqlar.

Məhəmməd peyğəmbərin Herakla göndərdiyi məktub satışa çıxarılıb
Məktubun qiyməti 41 milyon dollardır

Yəmənli kolleksioner Məhəmməd peyğəmbərin Bizans kralı Herakla göndərdiyi məktubun orijinal nüsxəsini 41 milyon dollara satışa çıxarıb.

Qəşəm məktubun 1400 il əvvəl yazıldığını, orijinal olduğunu və üzərində Peyğəmbərin möhürünün olduğunu deyib. Yəmənli kolleksioner bunun Almaniya laboratoriyalarında keçirilən testlər vasitəsilə təsdiq edildiyini bildirib.

Qəşəm məktubun ona atalarından miras qaldığını və ona göz bəbəyi kimi baxdığını deyib.

Məktubun satışa çıxarılması məsələsinə aydınlıq gətirən Həsən əl-Qəşəm əsəri mühafizə edəcək, ona layiq olduğu dəyəri verəcək və gələcək nəsillərə çatdıra biləcək bir qurum axtardığını qeyd edib.

Kolleksioner məktubu daha çox insanın görə biləcəyi bir yerdə nümayiş ediləcək bir islam təşkilatına satmaq istədiyini deyib. Cəhdlərin nəticəsiz qalacağı təqdirdə məktubu Londonda qiymətli əsərlərin satıldığı bir muzeydə satışa çıxarmaq məcburiyyətində qalacağını bildirib.

Məktub üçün 41 milyon dollardan aşağı bir qiymətlə razılaşmayacağını deyən Qəşəm hazırda Qətər və İordaniyadan olan kolleksionerlərdən aldığı təklifləri nəzərdən keçirdiyini deyib.

Emin/”Bizim söz”

MUHƏMMƏD ADI, MİLANDA YENİ DÜNYAYA GƏLMİŞ KÖRPƏLƏRƏ QOYULAN ƏN POPULYAR ADDIR
MİG news xəbər verir ki, İtaliyanın paytaxtı Milan şəhərinin bələdiyyəsi, milanlı valideynlərin yeni doğulmuş uşaqlara qoyduqları populyar adların siyahısını dərc etdirmişlər.
Birinci yerdə Muhəmməd, ikinci yerdə Əhməd və üçüncü yerdə Həmid durur. Ancaq peyğəmbərin şəcərəsinə uzun səyahətdən sonra siyahıda italyan adlarına oxşar adlar yer alır-Andrea, Allesandro, Davida, Marko kimi.

Bələdiyyə bu fenomen haqqında mətbuata məlumat verdi və İslam dininin təsirinin güclənməsi və şəhərdəki müsəlmanların sayının artması tendensiyasını izhar etdi. Bələdiyənin rəyincə, bu artım şəhərin ümumi xarakteristikasının dəyişməsinə gətirib çıxara bilər.

“Deyerler” AİN (www.deyerler.org)

Qətərdə İslam peyğəmbərindən bəhs edən TV kanalı açılır
“Şairul-Rəsul” adlı kanal artıq bu gündən fəaliyyətə başlayır

Qətər Hz. Məhəmmədi (s.ə.v.) təhqir edən nəşrlərə cavab vermək üçün peyklə yayımlanacaq və sadəcə Hz.Peyğəmbərdən bəhs edəcək yeni bir televiziya kanalı açacaq.

Beynəlxalq “Şeyx Abdullah el-Ənsari Akademiyası”nın rəhbərliyi altında açılan və “Şairul-Rəsul” adlanacaq kanalda hazırlıq işləri artıq başa çatıb. Kanalın 1 apreldə fəaliyyətə başlayacağını bildirən qurumun müdiri Əhməd əl-Qazı kanal sayəsində İslam mədəniyyətini inkişaf etdirmək, digər mədəniyyətlərin mənfi təsirlərindən qorumaq istədiklərini deyib.

Kanalda əsasən Hz Məhəmmədin (ə.s.), digər peyğəmbərlərin həyatından bəhs edəcək filmlər, həmçinin İslam tarixi və İslam Dünyası barədə sənədli filmlər yayılacaq. Kanalda günün müəyyən saatlarında əcnəbilər üçün ingilis dilində də efir vaxtı olacaq. /ANSPRESS/

VƏTƏNİMİZDƏ İLK DƏFƏ — MÖVLUD OLİMPİADASI
Bismilləhir-Rahmənir-Rahim!

Dəyərli həmvətənlərimizi qarşıdan gələn əziz İslam Peygəmbərinin, aləmlərin yaranış fəlsəfəsi olan – Həzrəti Muhəmmədin (s) mübarək mövludu münasibətilə təbrik etməkdən şərəf duyuruq.

Eyni zamanda, Siz əzizlərimizlə çox sevindirici bir xəbərlə də bölüşməkdən məmnunluq hissi keçirdiyimizi bildiririk. Bildirmək istəyirik ki, bu ildən başlayaraq Vətənimizdə yeni bir mübarək ənənənin əsasını qoymaq əzmindəyik.

Beləliklə, bu ildən etibarən İcərişəhər “Cümə” məsçidi dini icmasının, Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin – DEVAMM-ın və İmam Sadiq (ə) adına İslam Maarıfi Akademiyasının təşəbbüsü və “Dəyərlər” AİN-nin informasiya dəstəyilə elmi-intellektual yarışa – Mövlud Olimpiadasına start verildiyini nəzərinizə çatdırırıq.

Mövlud Olimpiadasında iştirakın şərtləri:

Mövlud Olimpiadasının yarış mövzuları müxtəlif bilgi sahələrini əhatə edəcəkdir.

Mövlud Olimpiadasında iştirak etmək üçün, mevludolimpiadasi@gmail.com ünvanına yazaraq, burada öz iştirak istəyinizi, qısa tərcümeyi-halınızı, əlaqə telefonlarınızı, e-mail ünvanınızı bildirmək lazımdır.

Mövlud Olimpiadasında qeydiyyat yalnız mevludolimpiadasi@gmail.com ünvanına yazmaqla baş tuta bilər.

Mövlud Olimpiadasında iştirak üçün qeydiyyat müddəti mart ayının 23-nə qədərdir.

Və sonda bir daha üzümüzə gələn mübarək mövlud münasibətilə Sizləri təbrik edərək Mövlud Olimpiadasındakı yarışlarda Sizə uğurlar arzulayırıq.

Təşkilat Komitəsi

“Deyerler” AİN (www.deyerler.org

Amerikada Vəhhabi akademiyası qətl törətməyi öyrədir
Orada tələblərə, vahabilərlə müxalif olan şəxsin kafir və ya azğın olmasını öyrədilərək deyilir ki, onlar ya bu işlərindən tövbə etməli və ya da qətlə yetirilməlidir.Bütün bunlarla bağlı, onlarla amerikalı hüquqşunas Vaşinqtonda “Səudil Xəlic Akademiyasının ” fəaliyyətinin dayandırılmasını tələb ediblər. Bu haqda məlumat, keçən həftənin dördüncü günü 12 amerikalı senator tərəfindən Kondaliza Raysa yazılan məktubda qeyd idilmişdir.Tanınmış pedaqoqlardan biri isə bu akademiya haqqında deyir: “Orada tələblərə, vahabilərlə müxalif olan şəxsin kafir və ya azğın olmasını öyrədilərək deyilir ki, onlar ya bu işlərindən tövbə etməli və ya da qətlə yetirilməlidir.

Asiya ölkələri üzrə mtəxəssis olan Racer Heri bu haqda deyir: “ Səudi məktəblərində tədris edilən və dünyanın müxtəlif ölkələrində yayılan mövzular yalnız onların inancını qəbul etməyən şəxslərə qarşı ə pis güman, nifrət bəsləməkdən ibarətdir.

İsveçlərin İslam peyğəmbərinə (s) qarşı yeni təhqirləri
İsveçrənin komik telvizya verlişlərinin vasitəsi ilə, artıq neçənci dəfədir ki, Avropada İslam peyğəmbərinə(s) qarşı təhqiramiz hərəkətlərə yol verilir.

Eldə edilən məlumata görə, Lara Vilkz komik telvizya verlişlərinin birində İslam peyğəmbərini təhqir edən bir şəkil nümayiş etdirmişdir. Müsəlmanlarla müxalifətçilik və İslam peyğəmərinə qarşı təhqiramiz hərəkətlərədə stajı olan Lara Vilkz çevik tərpənərək, İsveçrənin baş nazirinin karikaturasını da göstərərək, özünün qərəzsizliyini isbat etməyə çalışmış və  bu addımı yalnız tarixlə bir zarafat olduğunu qeyd edib.

Qeyd etmək lazımdır ki, Lara Vilkz cari ildə də, Peyğəmbərə(s) qarşı  təhqiramiz karikaturaları çap etməklə müsəlmanların kəskin etirazı ilə qarşılaşmışdı. 2005-ci ilə Danimarkada nəşr edilən karikaturalar da böyük müsəlman kütlələrinin etirazına səbəb olmuşdu.

Shia news

Bəqi qəbiristanlığı
Bəqi, İslam peyğəmbərinin (s) vasitəsi ilə qəbiristanlığa çevrilmiş bir  yerin adıdır. Burda İslam peyğəmbərinin (s) tövsiyəsi ilə  dəfn edilən ilk şəxs Osman ibn Məzun olmuşdur. O, həm Allah rəsulunun sevimli  səhabəsi və həm də İmam Əlinin (ə) yaxın dostlarından biri  olmuşdur. İmam Əli (ə) ona olan məhəbbəti ilə əlaqədar bir oğlunun adını Osman qoymuşdur.

İslam peyğəmbəri (s) bəzi Ühud şəhidlərini və oğlu İbrahimi bu qəbiristanlığqda dəfn etməklə bu məkanı daha da şərəfləndirmişdir.

Hazırda Bəqi qəbiristanlığında İslam peyğəmbərinin Əhli-beytindən olan dörd imam - İmam Muctəba, İmam Səccad, İmam Baqir və İmam Sadiq (ə) dəfn edilmişdir. Habelə, islam peyğəmbərinin bəzi xanımları, O Həzərətin (s) əmisi Əbbas, həzrət Əlinin (ə) anası Fatimə bint Əsəd və başqa böyük şəxsiyyətlər burada dəfn edilmişdir.

Bəqi bütün İslam məzhəblərin ehtiram bəslədiyi məkanlardan biridir və Peyğəmbər məscidinin aralığında yerləşir. Lakin özlərini mənfur vəhhabi firqəsinə mənsub bilən şəxslər şəvval ayının 8-də bu muqəddəs məkna vəhşicəsinə hucum edərək İslam peyğəmbərinin övladları olan imamların qəbirlərini darmadağın etmişlər.

Dünyada mübarək Ramazan ayı
Ramazan ayında İslamı qəbul edən amerikalı yazıçı qadın  və pedaqoq Cəmilə Kolokotronisin ilk orucu: altı uşaq anası, yazıçı və pedaqoq olan Cəmilə Kolokotronis əslən Sent Luis şəhərindəndir.

ABŞ-dan OLAN YAZIÇI QADININ RAMAZAN AYI İLƏ BAĞLI XATİRƏLƏRİ

Ramazan ayında İslamı qəbul edən amerikalı yazıçı qadın və pedaqoq Cəmilə Kolokotronisin ilk orucu: altı uşaq anası, yazıçı və pedaqoq olan Cəmilə Kolokotronis əslən Sent Luis şəhərindəndir. 23 yaşında İslamı qəbul edən Cəmilə bir müddət Lüteran kilsəsinin nəzdindəki Qızlar Seminariyasında təhsil almışdır. Hal-hazırda o, ailəsilə birgə Milvaki ştatında yaşayır. Cəmilənin həyat yoldaşı Milvakidə İslam tədsris edən məktəbin müdiridir.

Günün ilk yarısını təhsil sahəsində fəaliyyətlə keçirən Cəmilə günün ikinci yarısını amerikalı müsəlmanların həyatlarına dair kitab yazmaqla keçirir. Yazıçının “Əks-Səda” adlı son kitabı və digər kitabları Amerikanın müsəlman əhalisi tərəfindən böyük maraqla qarşılanır. İslama doğru gedən yol: Cəmilə xanım İslamı qəbul etdiyi gecəni belə xatırlayır: “1980-cı ilin yayında dissertasiya mövzusu olan şərq dinlərilə bağlı araşdırmalar apararkən İslamla bağlı məlumatlar əldə etdim. Daha sonra Quranı oxudum, cümə namazlarını seyr etdim. Ancaq İslamı qəbul etməyə hələ hazır deyildim. Həmin il Ramazan iyul ayına təsadüf etmişdi. Məhəlləmizdə üç tələbə qardaş Ramazan ayında məscid kimi istifadə etmək məqsədilə bir ev icarəyə götürmüşdülər. Onları ziyarət etdiyim zaman bu dinə qarşı marağımın xeyli artdığını hiss etmişdim.  31 iyul gecəsi hava çox isti və nəmli olduğundan yata bilmirdim. Əvvəlcə Konfutsi əqidəsinə dair bir kitab oxudum. Bu mənim hazırlamalı olduğum mövzulardan biri idi. Daha sonra namaz qılmağa cəhd etdim. Bu zaman sanki bir şimşək çaxmağına bənzər bir şey hiss etdim və namaz qıla biləcək vəziyyətdə olmadığımı – təmiz olmadığımı başa düşdüm. Əvvəllər mənə dəstəmazla bağlı məlumatlar verilərkən bunun mənasız və lazımsız bir iş olduğunu düşünürdüm. Axı bəsit bir namaz üçün bu qədər təmizlik nəyə lazım idi? İslamın ilk şölələri: Cəmilə həmin gecə daha sonra baş verənləri belə nəql edir: “Yatağımdan qalxaraq hamam otağına girdim. Bildiyim kimi dəstəmaz aldıqdan sonra yadımda qaldığı tərzdə ibadət etməyə başladım. Boynumu bükərək əllərimi birləşdirdim. İbadət əsnasında nə oxuduğumu dəqiq xatırlamasam da bu, yol göstərilməsinə ehtiyac duyulan dilək kimi bir şey idi. Namaz qıldıqdan sonra bizim kilsənin rahibinə İslamı qəbul etməyimin vacib olduğunu ona bildirən bir məktub yazdım”. İlk şəhadət şərbəti: “Məhəllədəki 3 qardaşın səhər tezdən sahura qalxdıqlarını bildiyim üçün səhər saat 4-də səssiz küçələri qət edərək kiçik məscidə çatdım. Qardaşlar namaz qılırdılar. Məndən nə səbəbə məscidə gəldiyimi soruşduqları zaman əlimdəki məktubu onlara göstərdim. Onlar məktubu oxuduqdan sonra “Allahu Əkbər” dedilər. Sonra mənə düzgün şəkildə dəstəmaz almağı öyrətdilər. Bundan sonra qardaşlardan biri – Adilin köməyi ilə şəhadət gətirdim. Düzünü desəm, o an böyük həyəcan keçirirdim. Görəsən, İslamdan geri dönə bilərdim? Cəmilə sözlərinə belə davam edir: “Nəhayət bir neçə saat sonra yuxuya gedə bildim. Günortadan sonra məktəbin həyətində gəzişir və nə etdiyimi düşünürdüm. Sonda daha bir il gözləmək qərarına gəldim.” Cəmilə Ramazan xatirəsilə bağlı sözlərini belə tamamlayır: “Keçirdiyim ilk Ramazanın sonuna 10 gün qalmış dörd oruc tutdum. Həmin vaxt isti və uzun avqust ayına təsadüf edirdi. Ancaq növbəti Ramazan bütün orucları tutduğum ilk Ramazan ayı idi. İki müsəlman xanımla birgə bir ev kirayələmişdik. Biz bir yerdə obaşdana qalxır, bir yerdə iftar edirdik. Ramazan gecələrinin xeyli hissəsini ibadət edərək keçirirdik. Həmin Ramazan həyatımın ən gözəl Ramazan ayı idi. Ramazanın son günləri məscidlərə gələnlərin sayı ikiqat artır. Ancaq mənim xüsusi Ramazan günlərim Ramazanın 19-cu gecəsindən, yəni müsəlman olduğum gecədən etibarən başlayır.

Dunyabulteni.az

RUMUNİYALI XANIMIN RAMAZAN AYI XATİRƏSİ

İslamı qəbul edən Rumıniyalı Lana xanım ilk keçirdiyi Ramazan ayını belə xatırlayır: “Ramazandan iki gün də keçdi. Ramazan ayını bir işlə məşğul olmadan rahatlıqla keçirəcəyimi düşünürdüm. Bütün günümü evdə keçirib axşam həyat yoldaşımla bir yerdə iftar etməyi planlaşdırırdım. Ancaq düşündüyüm kimi olmadı. Allah Təala məni çətin bir imtihanla qarşılaşdırdı. Mənə bir iş yeri nəsib etdi. Allaha şükürlər olsun ki, bu, mənim ilk işim idi. Səhər saat 8-dən günorta saat 3-ə qədər çalışmalı idım. Eyni zamanda oruc da tutmalıydım. Bu baş tutmayacaq bir iş deyildi. Ancaq mənim ilk işim və ilk orucum eyni zamana təsadüf etdmişdi. Oruc tuta biləcəkdimmi? İslamı yenicə qəbul edən insan üçün bu, maraqlı bir sualdır. Qəlbimin dərinliklərində bunu bacaracağımı bilirdim. Həm çalışıb, həm də Allah xatirinə oruc tuta bilərdim.Ramazanın ilk iki günündən fərqli olaraq proqramım dəyişməli idi. Birinci gün həyat yoldaşımla birlikdə səhər saat 4-ə qədər oyaq qalıb sübh namazını qıldım. Ramazan ayının ilk günü olduğunu xatırlamaq üçün bir az açıq havada gəzdık. Sonra evə dönüb televizora baxdıq. Günortaya qədər yüngül bir baş ağrısı oldu. İkinci gündə evin kirayə məsələsi üçün lazım olan sənədləri almaq üçün iş yerinə getdim. Evə qayıtdım və günortadan sonra ərimlə bir yerdə qısa bir gəzintiyə çıxdıq. Evə döndük, iftarımızı bir fincan su ilə açdıq. İftardan bir saat sonra bir yeməkxanada ancaq Ramazanda verilən ərəb yeməklərindən yedik. Yeri gəlmişkən, ərəb yeməklərini sevmədiyimi etiraf edirəm. İtalyan sayağı yeməkləri, makaron və pitsanı xoşlayıram. Buna baxmayaraq, Ramazanda çeşidli yeməklərin yeyilməsini tövsiyə edirəm.

Ramazanın ikinci günündə başım ağrımadı, səhhətimlə bağlı bir problem olmadı. Allaha həmd olsun! İşlərimi gözəl bir şəkildə həll etdim. Özümü kölgədə yatan bir tənbəl saymıram və iftar vaxtına qədər səbr edəcəyimə inanıram. Günəşin altına çıxıram və gəzişirəm.  Əsl böyük imtahan sabah olacaq. Səhər saat 7-də yuxudan oyanıb 8-də işdə olmalıyam. Sabah mənim birinci iş günüm və Ramazanın üçüncü günü olacaq. Yeni ülvi duyğular: Səhər saat 7-də qalxdım, geyinib işə hazırlaşdım. Nə qədər də gülməli idi. Bu günə qədər mən yatırdım, yoldaşım işə getmək üçün evdən çıxarkən mənimlə vidalaşırdı. İndi isə o yatır, mən isə vidalaşıb işə gedirəm. Sabah maraqlı bir hadisə olacaq. Çünki yoldaşım işdən icazə alıb mənim işdən qayıtmağımı gözləyəcək. Onun bəxtindən biz Ramazandayıq. Əks təqdirdə mən işdən gəlməzdən əvvəl yemək hazırlamasını istəyəcəkdim!  İlk iki gündə oruc tutarkən çətinlik çəkdiyimin səbəbini öyrəndim: bu, bir iş görmədən boş oturmaqdır. Nə qədər aktiv olsam, vaxt o qədər tez keçir və daha diqqətli oluram. İş yerində sənədlərlə məşğul olduğum üçün vaxtın necə keçdiyini hiss etmirəm. Evdə çalşmadan oturduğum bir günü xatırlayıram. İftar olana qədər dəqiqələri saydım. Evdə gəzişirdim. Televizoru seyr edirdim və vaxt çox yavaş gedirdi. İndi iş yerində oruc tutmaq artıq problem deyil. İşdən başqa bir şey düşünməyə vaxtım olmur. Allaha şükürlər olsun! Allahın köməyi ilə ilk Ramazanımı rahatlıqla keçirdim. Ramazan ayı özünə aid bir çox hadisədən dolayı daha da gərgin və maraqlı keçir. İşim hər gün eyni vaxtda, yəni, 2.30-da bitir. İşdən çıxıb evə gəlirəm və iftar vaxtına qədər boş durmamaq üçün özümə bir iş tapıram.  Keçən həftə qəribə bir şey olmuşdu. İşdən gəlib qonaq otağındakı kresloda oturdum. Yatmaq istəmirdim, yorğun da deyildim. Ancaq buna baxmayaraq, gözlərimi aça bilmirdim. Ərim mənə kreslonun adama yuxu gətirdiyini söyləyərdi və mən də buna gülərdim. Lakin bəlkə də həqiqətən, bu belədir. Sanki sehrlidir. Oturduqda sizi rahatlayır və televizorun önündə bir kötük kimi yatırdır. Yatıb iftarı qaçırmağı düşünmürdüm. Oyaq qalmaq üçün çox çalışdım. İftara yaxınlaşdıqda oyaq idim. Hər gecə ayrı-ayrı Ramazan çadırında keçirdiyim vaxtdamı, yoxsa o “sehrli” kreslodamı xəta etmişdim? Hər necə oldusa, bu həftə çox yorucu keçdi!. İş yerində olanda oruc tutduğumu hiss etmirəm. Bu ya obaşdanda bayırda keçirdiyim o gözəl zamandan, ya da mənim sehrli kreslomdan dolayıdır. Hər necə olursa-olsun, uca Allahı xatırlayıb Ona şükür etməliyəm. Ərəbcə dua və ya Quran oxumağı bilmirəm. Ancaq hansı dildə danışmağımdan asılı olmayaraq, Rəhimli olan Allahın məni eşitdiyinə əminəm. Müxtəlif vaxtlarda ehtiyac duyduğum şeylər üçün bildiyim kimi dua edirəm. Amma hər şeydən çox məni yaratdığına görə Allaha şükür etməliyəm. Əziz gündəliyim, bilirəm sənə az şey qeyd edirəm. Ramazandakı təcrübələrimlə səni nə vaxt dolduracağımı bilmirəm. Əslində, Ramazanın sonuncu həftəsi və Şəvval ayının başında tutduğum orucu da səninlə bölüşməli idim. Ramazan ayının sonuncu həftəsi yavaş keçdi. “Sehrli” kreslomdan uzaq durmağa çalışdığımı xatırlayıram. Yatmamaq üçün hər şeyə hazır idim. Yoldaşım mənə işdən qayıdandan sonra bir az yatıb dincəlməyi məsləhət gördü. Amma buna az əməl etdim. Düşünürəm ki, günortadan sonra yatmaq vaxt itirməkdən başqa bir şey deyil. Bundan başqa, günün müəyyən vaxtlarında bədənimin yorğun olmasına baxmayaraq, ancaq gecə yatmağa çalışırdım. Niyə gizlədim ki, Avropada böyüyərkən günortadan sonra yatmağa vərdiş etməmişdim. Allaha həmd olsun! Bir ay boyu oruc tutub Ramazan ayını keçirdim. Sən bütün Ramazan təcrübələrimlə bağlı nə düşünürsən? Milyardlarla insanın səninlə eyni anda oruc tutduğunu bilmək möhtəşəm bir duyğudur. Allaha həmd olsun! Qusmadım və ya başqa bir şikayətim olmadı. Bir xristian dostum müsəlmanlara hörmət etdiyindən dolayı oruc tutdu, amma nahardan sonra daha səbr edə bilməyib bir fincan qəhvə içdi. Öz gücümə çox heyrətləndim. Bəlkə də bu, Allaha olan inancımdan qaynaqlanıb. Onu yenicə tapmışdım və Ona hörmətsizlik etmək istəmirdim. Ramazan orucunun mükafatı Allaha aiddir. Digər ibadətlər Qiyamət günündə Mizanda çəkilir. Amma Ramazan orucunun əcrini Allah verəcəkdir. Son iki gündə də oruc tutmadıqca rahat olmayacam. Bir gündən çox oruc tutduğum ilk təcrübəm olmasına baxmayaraq, yaxşı idi. İnşaallah, içində olduğumuz Ramazan ayında Quran oxumaq üçün daha çox vaxt ayırıram.

Dunyabulteni.az

ABŞ YAZIÇISININ RAMAZAN AYI İLƏ BAĞLI XATİRƏLƏRİ

Amerikalı pedaqoq və yazıçı olan Aişə Robertson Ramazanla bağlı təəssüratlarını belə xatırlayır: “Bu Ramazan keçirdiyim 13-cü Ramazandır və mən onun gəlişini səbirsizliklə gözləyirəm. İslamı qəbul etdiyim zaman mənim 27 yaşım vardı və mən ömrümün 27 ilini xristian bayramlarını və ad günü mərasimlərini qeyd etməklə keçirdim. Həyatımın nizama düşməsində və inancımın formalaşmasında keçid dövrü geridə qalmışdır. İndi bir müsəlman qadın kimi qürur hissi ilə İslam bayramlarını qeyd edirəm.  İlk Ramazanı səbirsizliklə gözlədim: “İslamı qəbul etdikdən sonra qısa müddət ərzində namaz qılmağı və başörtüsünə alışmağı öyrəndim. Məni hidayət etdiyi üçün Allaha şükür edirəm. İlk Ramazanı dörd gözlə gözləyirdim. Çünki bu aydakı ibadətlərin müsəlman camaatla yerinə yetirəcəyim ilk ibadətlərin təməli olacağına inanırdım. Məlumdur ki, oruc fərdi bir ibadətdir. Ancaq iftar, obaşdan isə camaatla birgə edilən ibadətlərdir”. Nə olursa-olsun oruc tutmaq Allahın əmridir: “İslamı qəbul etməzdən əvvəl Pasxadan öncəki qırx günlük oruc ibadətini yerinə yetirmişdim. Bu, Ramazan orucundan fərqli idi. Çünki həmin orucda gün ərzində su içmək olardı. Əvvəllər oruc tutduğuma baxmayaraq, gün boyu ac-susuz qala biləcəyimdən əmin deyildim. Çünki müsəlman olmayanların üstünlük təşkil etdiyi Amerikada gündəlik həyat Ramazana görə nizamlanmır. Ancaq bir şeydən əmin idim: “Əgər Allah bunu əmr etmişsə, deməli oruc tutmaq mümkündür”.  Evlənmək İslama uyğun həyat tərzinə alışmağımı asanlaşdırdı: “İlk Ramazanda çox yalnız olduğumu xatırlayıram. İslamı qəbul etdiyim zaman subay idim. Obaşdana tək qalxır, tək yeyib-içirdim. Universitetdə “Müsəlman Tələbələr Birliyi” fəaliyyət göstərirdi. Ancaq orada yalnız kişilər olduğu üçün iftarlara da onları dəvət edilirdilər. O zaman müsəlman xanımlarla tanış deyildim və evim də məsciddən uzaqda yerləşirdi. Məscidə, camaat iftarlarına getmək üçün avtomobilim də yox idi. Ancaq Allahın həmişə yanımda olduğunu hiss edirdim”. Artıq camaat qorxusu yoxdur: “Ramazan ayında başıma gələn ən gözəl hadisələrdən biri evlənmək oldu. Əslində mən daha əvvəl nişanlanmışdım. Ancaq mövcud şərtlərə görə və ailəmdən dəstək almadığım üçün Ramazan ayında evlənməyin daha məqsədəuyğun olduğunu hesab etdim. Evləndikdən sonra yoldaşımla obaşdana qalxır, namaz qılır və iftar edirdik. Bu, mənə hədsiz mənəvi rahatlıq və fərəh hissi bəxş etdi. Bir dəfə məscidə getdim və camaatla ibadət etməkdən böyük zövq aldım. Özümü çox böyük bir cəmiyyətin kiçik parçası kimi hiss edirdim. Rəfiqələrimdən Əminə də sonradan İslamı qəbul edənlərdəndir. Ondan ilk Ramazanla bağlı təəssüratlarını soruşduqda mənimki ilə eyni olduğunu gördüm”. Müsəlmanların münasibəti bir başqadır: “Əminə bacının digər müsəlmanlarla bir araya gəlməsi möhtəşəm bir təcrübə olmuşdu. Əminə: “Əvvəllər özümü birtəhər hiss edirdim. Çünki digər insanların mənə bir ailənin üzvü kimi münasibət göstərməsi qəribə idi. Mən bu günədək yalnız bir şey istədikləri zaman xoş münasibət göstərən insanlara rast gəlmişdim” deyir. Keniyada yaşayan Aişə bacı da İslamı yeni qəbul edənlərdəndir. Aişə də ilk Ramazanın bir az yalnızlıq içində keçməsinə baxmayaraq, mənəviyyatla dolu olduğunu qeyd edir: “Həqiqətən, mənəvi və ruhi tələbatı qarşılamağa ehtiyacım var idi. Davamlı məscidə gedərək məscidə qarşı rəğbətimin artdığını hiss etdim. Aişə yaşadığı məhəllədə yoldaşından və qızından başqa heç bir müsəlmanın olmadığı üçün Ramazan bayramının çox sönük keçdiyini bildirir. İslamı yenicə qəbul edənlərin bütün bu gözəlliklər üçün Allaha şükür etdiklərini deyən Aişə, müsəlmanların bir-biriləri ilə daha isti münasibət qurmalarını və bir-birilərinə dəstək olmalarını arzulayır. Aişə: “İlk Ramazan bayramımı yoldaşım və ailəsi ilə keçirməyimə baxmayaraq, özümü çox yalnız hiss edirdim. Bəlkə də bunun səbəbi öz ailəmin bayramı mənimlə birlikdə qeyd etməməsi idi. Allah bizi dünyada imtahan etdiyini bildirir. Mən də digər insanları məmnun etmək üçün deyil, sırf Allahın razılığını qazanmaq üçün müsəlman oldum”.

Dunyabulteni.az

RAMAZANAYINDA İSLAMI QƏBUL EDƏN İNGİLİS PEDAQOQ

Bir ingilis pedaqoqun birinci Ramazan həyəcanı və o vaxtdan etibarən həyatında baş vermiş dəyişikliklər haqqında: Həyatımızın unudulmaz anlarına nəzər saldığımız zaman insanların və məkanların… bizim üçün xüsusi məna kəsb etdiyini, - biz fərqinə varmasaq da – Allah Təalanın bizim gündəlik həyatımıza necə müdaxilə etdiyinin şahidi oluruq. Çox zaman həyatımızın necə nizamlandığını və bizi hansı səmtə çəkib apardığını unuduruq. Bağışlayan Allahın bizim üzərimizdəki əbədi planına şahid olduqda isə şükür etməyi öyrənirik. İdris Tofiq müsəlman olduqdan sonra keçirdiyi ilk Ramazanı xatırlayır və o zamandan sonra həyatında hansı dəyişikliklərin baş verdiyini dərk etməyə çalışır: “İlk Ramazanım çox özəl idi. İlk Ramazan ayı ilə bağlı xatirələrimə keçmədən əvvəl ondan iki il əvvəlki Ramazan haqqında fikirlərimi bildirmək istərdim”. İngilis pedaqoqu və yazıçısı olan İdris Tofiq İngiltərənin müxtəlif təhsil ocaqlarında dini təhsil sahəsində dərs deməklə yanaşı, İslamı qəbul etməzdən bir neçə il əvvəl keçmiş Roma kilsəsinin rahiblərindən idi. Britaniya məktəblərində altı böyük inanc tədris edilir. Sözlərinə İngiltərənin cənubunda yerləşən bir məktəbdə dini tədris şöbəsinin müdiri vəzifəsində çalışdığını və müxtəlif dinləri şagirdlərə öyrətməklə məşğul olduğunu bildirməklə başlayan İdris Tofiq daha sonra bunları bildirir: “Britaniya məktəblərində şagirdlərə dünyadakı altı böyük dini öyrədirlər. Bunlar Xristianlıq, Buddizm, Yəhudilik, İslam, Sihizm və Hinduizm dinləridir. Dinlər tədris edilərkən heç bir dini ayrı-seçkiliyə yol verilmir. Şagirdlər dinlər haqqında məlumatlandırılmaqla eyni zamanda çoxmədəniyyətli dünyaya şüurlu şəkildə münasibət göstərməyə təşviq edilirlər”. İ.Tofiq ingilislərin İslam barəsində yanlış qənaətlərini düzəltmənin çox həssas məsələ olduğunu qeyd edir. Əvvəllər, Misirdə olduğunu, orada çoxlu alicənab müsəlmanların olduğunu deyən Tofiq daha sonra bunları qeyd edir: “Misirdə olduğum müddət ərzində gördüyüm münasibətdən sonra İslamla bağlı biliklərimi şagirdlərə də öyrətməyi qərara aldım. Müsəlman olmadığım üçün dərslərə İslama dair yazılan kitabları oxuyaraq hazırlaşdım. Şagirdlərə daha dolğun məlumatlar vermək üçün özüm də İslamı öyrənirdim”. Dərs dediyi məktəbdəki şagirdlərin böyük əksəriyyətinin ərəb əsilli müsəlmanlar olduğunu bildirən Tofiq, məktəbdəki ilk Ramazanından qısa müddət əvvəl bir neçə şagirdin ona müraciət edərək ondan sinfini namaz qılmaq üçün onlara verməsini xahiş etdilər. Tofiq: “Müsəlman olmadığımı bilə-bilə məndən belə bir şey xahiş etdilər. Allah bəzən insan həyatındakı bəsit işləri qeyri-adi şəkildə xariqüladə işlərə çevirir” deyir. Namaz qılmaları üçün kabinetimi onlara verdim: Tofiq: “Məktəbdə xalçalı və əl-üz yuyanı olan tək sinif mənim kabinetim idi. Bu sinif şagirdlərin namaz qıla biləcəkləri tək sinif sayıla bilərdi. Şagirdlərin bu istəyini qəbul etdim və onlar artıq orada namaz qılmağa başladılar. Mən onların Ramazan ayı boyu nahar zamanı mənim sinfimdə namaz qılmalarını seyr etdim. Şagirdlər cümə günü camaatla cümə namazı qılırdılar” deyə bildirir. Şagirdlərim mənə nümunə oldular: «Ramazanın sonlarına doğru müsəlmanların necə ibadət etdiklərini öyrəndiyini deyən Tofiq, o zaman mənasını bilmədiyi halda duaları əzbərdən öz-özünə söyləyə bildiyini qeyd edir. Ramazandan sonra bir il ərzində də günorta namazının onun sinfində qılındığını deyən ingilis pedaqoq müsəlman olmadığı halda növbəti Ramazanda şagirdlərlə birgə oruc tutduğunu, onlarla həmrəylik nümayiş etdirdiyini və bir müddət sonra İslamı qəbul etdiyini bildirir. Şagirdlərin ona nümunə olduqlarını söyləyən Tofiq ən az məlumatlı və ən yeni müsəlman olaraq onlarla bərabər namaz qıldığını xatırlayır». İlk Ramazanın özünə məxsus gözəlliyi vardı: «Müsəlman olduqdan sonra keçirdiyi ilk Ramazan ayının onun həyatında xüsusi yeri olduğunu və Ramazanın sonlarında şagirdləri ilə birgə xüsusi bir iftar hazırladıqlarını deyən Tofiq, daha sonra bunları qeyd edir: “Qədr gecəsində şagirdlərlə birlikdə bir proqram hazırladıq. Dərslər bitdikdən sonra namaz vaxtınadək olan müddət ərzində Peyğəmbərimizin (s) həyatından bəhs edən filmə tamaşa etdik. Sonra şagirdlərlə bir yerdə axşam namazını qıldıq və gözəl səsi olan yaşca ən böyük şagirdim bizə imamlıq etdi. Günəş batarkən sinifdə toplaşdıq. Sanki bir mələk bizi ziyarət etməyə gəlmişdi. Bütün şagirdlər özləri ilə birgə yemək gətirmişdilər və biz bir yerdə çox gözəl iftar etdik». Bu hadisənin 11 Sentyabrdan sonra baş verdiyini deyən Tofiq İngiltərədə İslam və müsəlmanlar haqqında bəzi yanlış təsəvvürlərin hökm sürdüyü bir zamanda müsəlman olmayan bir çox müəllim həmkarının onu təbrik etdiyini və Ramazanı uğurla, xeyirlə başa vurmasını dilədiyini bildirir. Müsəlman ölkələrində ibadət daha asandır. İdris Tofiq bildirir: “Müsəlman ölkələrində orucu və digər ibadətləri dəstəkləyən dostlar və insanlar vardır. Həmin ölkələrdə İslamı öyrənməyə kömək edən xüsusi proqramlar hazırlanır. Ancaq müsəlman olmayan ölkələrdə bunu etmək çox çətindir. Ümumiyyətlə, əgər bu ölkələrdə oruc tutan təkcə sizsinizsə və yaxınlıqda bir məscid də yoxdursa, iftardan sonra xüsusi heç bir şey baş vermir. Ancaq müsəlman kimi keçirdiyim ilk Ramazanı heç vaxt unutmayacağam. Allaha şükürlər olsun, bu, digər insanlara da İslamın bir mesajı oldu ki, bu da qəlblərimizi dolduran sevinc və qardaşlığın həqiqi bir şənliyidir”.

Dunyabulteni.az

AMERİKADA RAMAZAN AYI VƏ ORUC

ABŞ-da yaşayan müsəlmanlar Ramazan ayını sevinclə qarşıladılar. Onların fikrincə, bu ay ailə münasibətlərini daha da möhkəmləndirir. Amerika cəmiyyətinin İslamla tanışlığı Orta Şərqdən, Afrikadan və Asiyanın müsəlman ölkələrindən ABŞ-a gedən mühacirlər vasitəsi ilə olmuşdur. ABŞ-a köçən həmin müsəlmanlar bir-biri ilə evlənərək saylarını daha da artırmışlar. Zaman keçdikcə yerli əhalidən də İslamı qəbul edənlər olmuşdur. Islam dini ABŞ-da 11 sentyabr hadisəsinə qədər sürətlə yayılırdı. Bu hadisədən sonra edilən təzyiqlər nəticəsində bir çox çətinliklərə baxmayaraq, hazırda ABŞ-da bir çox islam cəmiyyətləri fəaliyyət göstərir. Bunlardan ən çox tanınmış olanı Amerika İslam Əlaqələri Şurasıdır (CAIR). Ramazan ailə daxili münasibətləri mühkəmləndirir: həm ABŞ vətəndaşları, həm də müvəqqəti olaraq bu ölkədə yaşayan müsəlmanlar Ramazan ayını islam adət-ənənəsinə uyğun olaraq keçirməyə çalışırlar. Həmçinin, hər bir müsəlman ailəsinin Ramazanı keçirməsində öz ölkəsinin mədəniyyətinin izlərini də görmək olar. Hər bir ailə aid olduğu mədəniyyətin Amerikada da yayılmasını istəyir. Başqa günlərdə vaxtın azlığı səbəbi ilə az hallarda təşkil olunan ailə yığıncaqlarının sayı Ramazan ayında xeyli artır. Ailə fərdləri iftar və obaşdan süfrəsində bir yerdə olurlar. Bu vəziyyət Qərb mədəniyyətinin təsiri ilə tədricən zəifləyən ailədaxili münasibətlərin möhkəmlənməsinə səbəb olur. Amerikada məscidlər dolub daşır. Amerikada yaşayan müsəlmanların bir hissəsi başqa aylarda ibadətlərini yerinə yetirməsə də, Ramazan ayında sona qədər oruc tutur və bu mübarək ayın bərəkəti ilə inancını tamamilə itirməkdən və assimilyasiyaya uğramaqdan qorumuş olur. ABŞ-da yaşayan müsəlmanlar halal məhsulların satıldığı marketlərdən bazarlıq edirlər. Amerikadakı məscidlər Ramazan ayında müsəlmanlarla dolub daşır. Yerli məscid imamları və yalnız bu ayda bu ölkəyə göndərilən gözəl səsli imamlar məscidləri dolduran amerikalı müsəlmanlara yol göstərirlər. ABŞ-da fəaliyyət göstərən islam cəmiyyətləri də bu mübarək aydan ən gözəl şəkildə faydalanmaq üçün fəaliyyətlərini artırır. Müsəlmanlara orucun fəzilətlərini, hökmlərini və ədəb-ərkanının öyrətmək üçün yığıncaqlar təşkil olunur. Bundan başqa, qeyri-müsəlmanlara İslamın gözəlliklərini, Ramazan ayının fəzilətini və müsəlmanın yaşayışını tanıdan təntənəli yığıncaqlar keçirilir. ABŞ mediasının Ramazan ayına münasibəti. Amerika mediası da Ramazan ayında müsəlmanlarla daha çox maraqlanır. Bəzi qəzetlərdə iftar və obaşdan vaxtları dərc olunur. Ramazan ayı üçün hazırlanan xüsusi səhifələrdə müsəlmanların Ramazan ayını necə keçirdikləri, iftar süfrələri və bu ayda ən çox yeyilən yeməklər haqqında məlumat verilir. Hər il müntəzəm olaraq ABŞ-ın dövlət başçıları müsəlmanların Ramazan ayını və bayramlarını təbrik edir, bu ayın ilk günlərində müsəlman cəmiyyətlərinin nümayəndələrini Ağ evə dəvət edərək onlara iftar verir və Amerika qanunlarına uyğun olaraq başqa dinlərə olduğu kimi, İslam dininə də hörmətlə yanaşdığını göstərməyə çalışırlar. İslam dininin Amerika cəmiyyəti arasında geniş şəkildə yayılmasında Ramazan ayının və Ramazan mədəniyyətinin rolu böyükdür. Amerikada yaşayan müsəlmanların həmrəy olması, Ramazan ayında tərtib etdikləri yığıncaqlar, onların Ramazan inancından qaynaqlanan adət-ənənələri amerikalıları heyrətləndirir və İslam dininə olan maraqlarının artmasına səbəb olur.