Rəsulullah

Salam verin, günahlarınız yuyulsun!
“Salam”, bu körpələrin ilk olaraq öyrəndiyi, yaşlıların isə unutduğu sözlərdən sayılır. Heç zaman bitməyən gündəlik iş və fəlaiyyətlərimizi sahmana salmaq məqsədi ilə əbədi tələskənliyimizin bir an ayaq saxlayıb salamlaşmaq hövsələsi yoxdur. Ən yaxşı halda salamlaşmaq əl yelləmək, ya azacıq başı tərpətməklə xülasələşir. Bəlkə də önəmli nəzərə çarpmasın, lakin azacıq fikirləşərkən bu halın ciddi bir problem olmasını dərk edirik. Salamlaşmaq sadəcə “salam” kəlməsini demək deyil,, əslində bu özümüzün və başqalarının sağlamlığını təqdir etməkdir. Gündəlik həyat əsnasında bir an ayaq saxlamaq həm qarşı tərəfi, həm də özünü dəyərləndirməkdir.

Tomas Qrin salam haqqında yazdığı məqaləsində gündəlik həyatda salamlaşmağın insan həyatında hansı yenilikləri meydana gətirməsini anlatmağa çalışır. O bu əməliyyatı həyata keçirmək məqsədi ilə bir ay ərzində rastlaşdığı hər şəxslə- küçədə tanmadıqlarıyla, virtual istifadıçilərlə, uzaq qonuşularla salamlaşdı. Tomasın dediyinə görə, hətta hər gün güzgüdə özü ilə də salamlaşırmış. Aşağıda qeyd edilən nüanslar onun salamlaşarkən əldə etdiyi nəticələrdir.

1. Salamlaşmağa ciddi yanaşaq

Yaşın çoxalması yalınız üzümüzdəki qırışları irəli çəkmir, zaman ötdükcə dövrəmizdə gözgörünməz bir halqa da əmələ gəlir ki, kiminsə bizə yaxınlaşmasının qarşısını alır, eynilə qalın bir sipər kimi. Lakin bu qalın sipərin altı hələ də yumuşaqdır.

Zaman ötdükcə biz çox da dostsayağı nəzərə çarpmırıq. Qaraqabaq, emosiyasız 50 yaşlı bir kişinin çöhrəsini onun cavanlıqdakı şən, mülayim siması ilə müqayisə edin.

Oklahoma Universitetinin professoru Alen Aldinin fikrincə, yaşımız ötdükcə daha çox vəzifəyönlü oluruq. Yalınız nəyəsə ehtiyac hiss edərkən kiminləsə danışmaq istəyirik. “Etimadsızlıq” bizə çox tanış sözdür. Bizim üçün dostluq əlaməti olaraq əlimizi kiməsə uzatmaq çox çətindir. Çünki bu işlə onları öz çərçivəmizə daxil edəcəyimizi düşünürük.

Aldinin fikrincə, bu adəti aradan qaldırmaq çox çətindir. Lakin əksər alimlərin nəzərincə, salamlaşmaq, təbəssüm bir çox psixi və fizioloji xəstəliklərin qarşısını almağa qadirdir. Lakin bütün bunlara baxmayaraq yenə də salamlaşmaq biz böyüklər üçün çox çətindir.

2. Salam – gizli silah

Günümüzdə əksər insanlar kimsənin onlara salam verib hal-əhval tutmasına adət etmədiyi bir vaxtda bir şəxsin onlara salam verməsi onların təəccübləndirməkdən əlavə, sizin gözlənilməz səmimiyyətiniz önündə tərki-silah olur. Mən e-mail məktublarımı salamla başylayanda adətən cavablarını qəbul edirəm. Yaxud maqazada satıcıyla salamlaşmağım tez və yaxşı xidmətlə qarşılaşmağıma səbəb olur.

3. Salam və geniş fəaliyyət

Alen Aldin bir ibtidai məktəb müəllimlərindən istəmişdi ki, bütün şagirdlərlə şəxsi olaraq salamlaşıb, hal-əhval tutsunlar. Zahirdə kiçik görünən bu məsələ şagirdlərin dərs fəaliyyətlərinin 37 faiz yuxarı qalxmasına səbəb olmuşdu. Eyni nəticəyə əsasən, salamlaşmaq həmçinin, şagirdlərin sinifdə daha aktiv olmasına, yaxşı qiymətlər almasına səbəb olmuşdu.

4. Salam və sevimli insanlar

“Bu deyingəndir, digəri əxlaqsızdır, başqası cinayətkara oxşayır, bu mütləq həyat yoldaşını döyür!” Biz dəfələrlə yalnız insanların xarici görünüşünə görə onlarla münasibət qurmaqdan çəkinmişik. Şəxsi müşahidələrimə görə, ögey münasibət bəslədiyimiz, salamlaşmadığımız adamlar adətən mülayim insanlardır. Şübhəsiz, bu tip adlamlarla salamlaşmaq onların əxlaqında müsbət təsir qoyaraq daha da sevimli simalarının formalaşmasına yardım edəcək.

5. Salamlaş – yeni dost qazan

Səhərlər şəhərimizin küçələrində qaçarkən həmişə qarşıdan gələn maşınların ehtiyatsızlıq etməsindən, onlarla toqquşacağımdan narahat idim. Əksər sürücülər qonşularımız idi. Ötən bir ay ərzində mən əksər sürücülərə əl yelləyir, salam verirdim. Ayın sonunda onlar siqnal və təbəssümlə salamımın cavabını almaqdan əlavə hətta təhlükə hiss etməyim deyə avtomobillərinin sürətini azaldırdılar. Mən onlar üçün tanış bir şəxsiyyətə çevrilmişdim.

6. Salam və sevilən məkanlar

Bir statistik məumata əsasən, kiçik şəhər və kəndlərdən fərqli olaraq (68 faiz) Nyu-York kimi qələbəlik olan bir şəhər sakinlərinin yad bir şəxslə əl verib görüşmə ehtimalı çox azdır (38 faiz). Tədqiqatçıların nəzərincə, isti münasibəti olan cəmiyyətlərdə xalqın əhval-ruhiyyəsi yüksək olur. Şəxsi təcrübəm də bunu təqsdiqləyir. Şəhərin şimal bölgəsi və cənub bölgəsinin qədim küçələrindən fərqli olaraq şəhər mərkəzlərində, qələbəlik olan küçələrdə salamlarım cavabsız qalırdı. Bu məsələ çox narahat edici idi. Çünki həm camaatın özü və həm də ruhiyyələri qələbəlik və eyni zamanda qeyri-səmimi (şəhərin trafik küçələri kimi) bir mühitin və nöqsanlı cəmiyyətin formalaşmasına səbəb olmuşdur.

7. Uşaqlarla salamlaşmaq

Uşaqlarla salamlaşmağın mənfi və müsbət cəhətləri var. Təssüflər olsun ki, günümüzdə uşaqlar böyüklərdən, xüsusilə yad şəxslərdən qorxurlar. 5-15 yaş arası uşaqlara verdiyim salamlar adətən cavabsız qalırdı. Lakin 5 yaşdan aşağı uşaqlar səmimi salamlarıyla üzümdə təbəssüm yaradırdılar. Uşaqların özlərini təhlükədən uzaq hiss etdiyi bir məkanda onlarla salamlaşmağınız gələcək nəsil üçün doğma bir mədəniyyətin formalaşdırılmasına səbəb olacaq. Uşaqların özlərini qərib bir məkanda hiss etməsindən daha yaxşı onlara iltifat və qayğının aliliyini göstərməkdir.

8. Salam-sağlamlıq soğortası

Təbəssümsüz salamlaşmaq çox müşkül işdir. Bədənin təbii refleksi kimi salamla yanaşı təbəssüm də özünü dodaqda əks etdirir – təbii ki, təbəssümə qarşı mübarizə aparılmasa.Təbəssümün xoş təsirləri onu görən şəxsdə də eyni təsərrüatları oyadır.

Bəlkə də çoxları inanmasın, lakin dünya təkcə salamlaşmaqla daha gözəl ola bilər. Mən bir ay sonra bu qənaətə gəldim ki, bu işin icrası mümkündür. Şəxsən mən çox gözəl əhval-ruhiyyəyə malikəm.

Gözə görünməz halqanı sındırmaqdan, ətrafımdakı yad şəxsləri görərkən salamlaşıb hal-əhval tutmaqdan bir ay ötür. İlk öncələr mənim üçün yalnız çətin bir oyun olan bu addım artıq gözəl adətə çevrilib.

Özümüzü çox da zəhmətə salmayaq. Ətrafınızda çoxlu yad adam ola-ola hamına salam verə bilməzsiniz, lakin salamlaşmaqdan ötrü xüsusi adamlar seçmək lazımdır. Məsələn, “bu gün 3 nəfərə salam verərəm”, deyə qət edin. Bu il ərzində 1095 nəfər yad adamla tanış olmaqdan ibarətdir. Amma unutmayın ki, bu əməliyyata ən yad adamlarla salamlaşmaqla start verin. Səhər çağı özünüzü səliqəyə salarkən güzgüdəki yad şəxsə də salam verməyi unutmayın.

24 il həyat yoldaşıma ixtiyarsız və diqqətsiz salamlaşmışdım. Amma ötən ay hər dəfə xanımımla salamlaşarkən sanki onu yenidən görürdüm. Salam verərkən diqqətcil olmaqla, qarşı tərəfin cavabını eşitməklə gözlərdəki keçmiş parıltını yenidən seyr edə bilirdim. Gündəlik həyat həmin salmlaşmaqla fərqli və yeni olmuşdu…

Siz Alen Aldinin mülahizələri ilə tanış oldunuz. Amma İslam dinində salama verilən əhəmiyyəti ikinci bir din, ideologiyada müşahidə etmək çətindir. Bu barədə yalnız bir cümlə: Sevgili Peyğəmbərimiz “salam verməklə günahlarınızı yuyun! – buyurur.

Haqq Yolu.org

Allahım, sən mənim istədiyimsən, bəs mən necə?
Allahım, Sən qadirsən, maliksən, xaliqsən, alimsən, adilsən, mərhəmətlisən, əzəmətlisən. Allahım, hər şeyin əvvəli, axırı sənsən, batini, zahiri sənsən. Allahım, rəzzaq sənsən, ğəffar sənsən, səttar sənsən. Razı qalan Sən, razı salan Sən. Allahım, kamal sənsən, ucalardan uca sənsən, heç bir vəsfə sığmayan Sən.

Allahım, mülk sənindir, güc sənindir, elm sənindir, şöhrət sənindir, qüdrət sənindir, xilqət sənindir, mən səninəm. Arzuladığım, istədiyim, qovuşmaq istədiyim sənsən.

Allahım, bəs mən necə, sevgini qazana bildimmi?

Allahım, sənə bəndə olmalıydım. Hər əmrinə, göstərişinə boyun əyməliydim. Müti, təslim olmalıydım, sözün əsl mənasında sənin qulun olmalıydım. Ola bilmədim amma. Şeytana aldandım, nəfsimə uydum, asi oldum.

Allahım, məni yer üzündə özünə xəlifə seçdin. Səni təmsil etməliydim, sənə layiq olmalıydım. Əksi oldu amma. Məni məhv edəcəyinə and içmiş düşmənimlə dost oldum, boynuna sarıldım. Kimi kimlə dəyişdiyimin, nə qədər kiçildiyimin fərqinə varmadan.

Allahım, məni xəlq edərkən mələklər “yer üzündə fəsad törədəcək şəxslərmi xəlq edirsən”, deyə soruşdular. Sən “mənim bildiyimi siz bilmirsiniz” cavab verdin. Mən isə etimadını doğrulda, mələklərə yanıldıqlarını anlada bilmədim. Hansı fəsadın altında imzamı atmadım? Utanc gətirən hansı işləri görmədim?

Allahım, məni məxluqların ən şərəflisi etdin. Bu adın şərəfini qoruya bilmədim amma. Dünya adlı döyüş meydanında rəqibimin fəndinə düşdüm, kürəyimi yerə vurdu. O qədər məni əzdi ki, alçaqların ən alçağı, pislərin ən pisi oldum.

Allahım, sevimli, əziz Peyğəmbərini (s) mənə nümunə seçdin. Amma mən ehtiraslarımın alovunda qovrularkən, mərhəmətli elçindən başqa hər yoldan ötəni özümə örnək seçdim. Bir gün meyxanadakı müğənniyə vuruldum, namazxanaya ayağım açılmadı, qulağım vaiz səsi eşitmədi. Başqa bir gün isə əzələlərini nümayiş etdirən idmançı məni cəlb etdi. Amma nəfsimin, ruhumun tərbiyəsinə laqeyd qaldım. Növbəti bir gündə ayağım ədəbi məclislərə açıldı, yazıçıların vurğunu oldum. “Dünya şöhrətli” yazarların əsərlərini vərəq-vərəq, misra-misra diqqətlə oxudum. Quran oxumadım amma. (Bəlkə də yazarının “dünya şöhrətli” olmadığını düşünürmüşəm!)

Allahım, təqvalı olmalıydım. Özümü murdardan, leşdən, əyridən, tör-töküntüdən, zibildən, tikandan, daşdan-dərədən qorumalıydım. Amma mən hansı çirkaba bulaşmadım ki? Bədənimin üfünəti səma əhlini belə narahat etməkdədir.

Qırmızı işığı keçməməliydim, keçdim. Qadağan olunmuş ərazilərə getməməliydim, getdim. “Oddan təhlükəlidir” yazılmış lövhələri görə-görə odla oynadım.

Allahım, şeytan gözümü, bədənimi, qəlmimi zəhərli oxuyla parçalamışdır, zəhərləmişdir. Bu şikəst bədənlə, kül olmuş şəxsiyyətlə, virusa yoluxmuş qəlblə sənə qayıtmağa xəcalət çəkirəm. Xəcalət tərimin, göz yaşlaımın içində boğulmağa məhkum ikən mən həyasızı sənin şəfqətin, mərhəmətin, Sənin Allahlığın ümidli edib. Sənə qayıdıram- sürünə-sürünə, utana-utana. Son arzum, yeganə arzum möminlərin əmiri, müttəqilərin mövlasının diləyidir: “Allahım, sən mənim istədiyimsən, məni də istədiyin kimi et!” Amin!

Niyam Aqil

niyam81@gmail.com

Bir dostun məktubu
Zəmanə getdikcə pisləşir. Yaşamaq günü-gündən ağır gəlir insana. Bəzən fikirləşirsən ki, dünyanın ağrı-acılarına tab gətirib 70-80 il ömür sürənlərə, doğrudan da, cənnət vacibdir. Bir hədisə görə, insan dünyada rahatlıq axtarmaqdadır, o isə heç yaradılmayıb, vücuda gəlməyib… Hə, zəmanədən danışırdım. Zəmanə pisləşib, insanlar vəfasızlaşıb. İndi düşməndən də artıq dostdan qorxmaq lazımdır. Dünənə qədər səninlə çiyin-çiyinə addımlayan birisi bir günün içərisində qanını tökməyə hazır olur. İndi kiməsə yaxşılıq etmək böyük bir risk altına girmək deməkdir. Yaxşılıq etdiyin insanlar digərlərindən qat-qat artıq təhlükəlidirlər. Əlqərəz, bu yazıda məqsəd diqqətinizi bir dostun məktubuna yönəltməkdir. Yeni tədris ili başlayar-başlamaz Məcid müəllim öz köhnə ənənəsini davam etdirərək, yenə də axirüz-zamandakı ağır şəraitdən danışdı və sözüfedən məktubu çantasından çıxarıb bir-bir hamıya göstərdi. Doğrudan da dözüləsi hal deyil. 21-ci əsr adamı bütün elmi-texniki nailiyyətlərinə rəğmən, nədən bunca vəfasız olmalı? Özünün ən yaxın və ən sadiq dostunu asanlıqla unutmaq, illərlə xatırlamamaq faciə deyil, bəs nədir? Bundan artıq başınızı ağrıtmayım, məktub budur: “Bu gün səhər yuxudan oyandığında sənə baxdım. Bir neçə sözlə olsa belə, mənimlə danışacağına, dünən həyatında baş verən gözəl hadisələr üçün mənə təşəkkür edəcəyinə inanırdım. Lakin gördüm ki, başın çox qarışıqdır. Geyinmək üçün özünə paltar seçirdin… O yan-bu yana qaçıb hazırlaşdığın zaman dedim bəlkə bir an vaxt tapıb dayanacaq və mənimlə salamlaşacaqsan. Amma yenə də başın öz işlərinə çox qarışmışdı. Bir dəfə gözləməyə məcbur oldun. 15 dəqiqəyə yaxın yalnız bir stulda oturmaqdan başqa işin yox idi. Amma onda da qəfildən yerindən qalxdın, telefona tərəf qaçıb hansısa dostuna zəng vurdun və bu vaxtı da onunla danışmaqla keçirdin. Bütün gün boyu səbir edib gözlədim. Amma güman edirdim ki, bu qədər işin içində ikən mənimlə danışmağa vaxt tapmayacaqsan. Həmişə problem içindəsən: ev, iş, maliyyə və sair problemlər. Həmişə narahatsan, iztirab və sıxıntı içindəsən. Və nə yazıq, nə yazıq, bilmirsən ki, məni yad etmək sənə rahatlıq gətirir, iztirabını azaldır… Bir dəfə hey sağ-soluna baxırdın. Dedim yəqin mənimlə danışmadığından, mənə sarı baxmadığından belə edirsən. Sonra gördüm ki, yox, bu kiçik beyninlə hər şey haqqında düşünürsən, məndən başqa. Axşam evinə qayıtdın, yuyunub-təmizləndin, sonra gördün ki, hələ xörəyin hazır deyil. Bir qədər boş vaxtın var idi. Qonaq otağına daxil oldun. Nə işlə məşğul olacağını səbirsizliklə gözləyirdim. Ümidvar idim ki, heç olmasa indi yadına düşəcəyəm, ən azı indi özünün ən yaxın dostunu xatırlayacaqsan. Lakin gördüm ki, birdən televizorun qabağında əyləşdin, az sonra isə gülüş səsin otağı bürüdü. Və sən yenə də mənimlə danışmadın. Hər gün saatlarla vaxtını beləcə keçirirsən, növbənöv verilişlərə baxırsan. Onlara baxarkən gah gülür, gah kədərlənir, gah da həyəcanlanırsan. Bəzən xoşuna gəlməsə, ürəyincə olmasa belə, baxır və dəyərli vaxtını beləcə keçirirsən… Mən səbirsizliklə səni gözlədim, sənsə elə televizora baxa-baxa xörəyini yedin. Yatmaq vaxtı çatdı. Çox yorğun idin, yatağına girən kimi yuxu tutdu səni… Eybi yox, yəqin iş-gücünün çox olduğundan unutmusan məni. Amma mən çox səbirliyəm. O qədər səbirliyəm ki, bir gün yox, bir ay yox, illər, onillər keçsə belə gözləyəcəyəm. Nə vaxtsa məni yada salacağına həmişə ümidvar olacağam. Ömrünün sonuna qədər nə vaxtsa mənə əl etməni, baş tərpətməni və ya ürəyində azacıq olsa belə, minnətdar olmanı gözləyəcəyəm. Mən həmişə yanında olacaq, hər an sənə kömək etməyə hazır duracağam; sən görməsən, eşitməsən, duymasan da. Ah, dinləyici olmayan yerdə danışmaq nə qədər çətindir! Amma eybi yox, bəlkə bir gün həyatın keşməkeşlərindən ayılıb məni də dinlədin. Bəlkə bir gün azacıq vaxt da mənə ayırdın. Mən gözləyəcəyəm, sənə eşq və məhəbbətlə dolu olan bütün vücudumla…” Dostun kimliyi yəqin ki, aydındır. Saysız-hesabsız gecələri, gündüzləri ixtiyarımızda qoyan Rəbbimiz hər günün sadəcə 20 dəqiqəsini onunla söhbətə ayırmağımızı istəyib. Bu da ondan ötrüdür ki, bizim özümüzün buna ehtiyacımız var. Hardasan, ay Camal əmi?! Kifayət qədər pulunu alıb səninçün iki protez diş düzəldən stomatoloqa nə qədər təşəkkür etdin! Amma tez də anladın, anladın ki, təmənnasız olaraq sənə 32 sağlam diş verən Yaradana bu işdən ötrü heç vaxt təşəkkür etməmisən. Görəsən biz necə, Allahın verdiyi hər bir nemət üçün ən azı bir təşəkkür etmişikmi?

Vüsal Hüseynzadə

Həzrət Peyğəmbərin (s) namazı
Seyid ibn Tavus (r.ə.) mötəbər sənədə əsasən, İmam Rizadan (ə) belə rəvayət edir:

“İmam Rizadan (ə) həzrət Cəfər Təyyar (r.ə) namazı barədə soruşdular, həzrət buyurdu:

Niyə həzrət Məhəmməd (s) peyğəmbərin namazından xəbərsizsən? ….. Sual verən şəxs dedi:

Ey Rəsulullahın (s) övladı! Həzrət Peyğəmbərin (s) namazını mənə öyrət! Həzrət buyurdu:

İki rəkət namaz qılırsan: hər rəkətdə 1 dəfə Həmd surəsini və 15 dəfə Qədr surəsini oxuyursan. Sonra rükuda, 15 dəfə rükudan qalxdıqdan sonra qiyamda 15 dəfə, 1-ci səcdədə 15 dəfə, 1-ci səcdədən qalxıb oturduqda 15 dəfə, 2-ci səcdədə 15 dəfə və 2-ci səcdədən qalxdıqdan sonra oturaq vəziyyətdə 15 dəfə Qədr surəsini oxuyursan. Sonra (ikinci rəkətdə, ikinci səcdədən sonra oturaq vəziyyətdə 15 dəfə Qədr surəsini oxuduqdan sonra) təşəhhüd və salamı deyirsən. Elə ki, namazı qurtardın səninlə Allah Təala arasında olan bütün günahlar bağışlanar və Allah Təaladan hər hansı hacəti istəsən rəva olar. Sonra isə bu duanı oxuyursan:

Duanın ərəbcəsi:

لا اِلهَ اِلا اللّهُ رَبُّنا وَ رَبُّ آبآئِنَا الاَوَّلينَ لا اِلهَ اِلا اللّهُ اِلهاً واحِداً وَ نَحْنُ لَهُ مُسْلِمُونَ لا اِلهَ اِلا اللّهُ لا نَعْبُدُ اِلاّ اِيّاهُ مُخْلِصينَ لَهُ الدِّينَ وَ لَوْ كَرِهَ الْمُشْرِكُونَ لا اِلهَ اِلا اللّهُ وَحْدَهُ وَحْدَهُ وَحْدَهُ اَنْجَزَ وَعْدَهُ وَ نَصَرَ عَبْدَهُ وَ اَعَزَّ جُنْدَهُ وَ هَزَمَ الاَحْزابَ وَحْدَهُ فَلَهُ الْمُلْكُ وَ لَهُ الْحَمْدُ وَ هُوَ عَلى كُلِّ شَى ءٍ قَديرٌ اَللّهُمَّ اَنْتَ نُورُ السَّمواتِ وَ الاَرْضِ وَ مَنْ فيهِنَّ فَلَكَ الْحَمْدُ وَ اَنْتَ قَيّامُ السَّمواتِ وَ الاَرْضِ وَ مَنْ فيهِنَّ فَلَكَ الْحَمْدُ وَ اَنْتَ الْحَقُّ وَ وَعْدُكَ الْحَقُّ وَ قَوْلُكَ حَقُّ وَ اِنْجازُكَ حَقُّ وَ الْجَنَّةُ حَقُّ وَ النّارُ حَقُّ اَللّهُمَّ لَكَ اَسْلَمْتُ وَ بِكَ آمَنْتُ وَ عَلَيْكَ تَوَكَّلْتُ وَ بِكَ خاصَمْتُ وَ اِلَيْكَ حاكَمْتُ يا رَبِّ يا رَبِّ يا ربِّ اِغْفِرْ لى ما قَدَّمْتُ وَ اَخَّرْتُ وَ اَسْرَرْتُ وَ اَعْلَنْتُ اَنْتَ اِلهى لا اِلهَ اِلاّ اَنْتَ صَلِّ عَلى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ اغْفِرْ لى وَ ارْحَمْنى وَ تُبْ عَلَىَّ اِنَّكَ اَنْتَ التَّوابُ الرَّحيمُ.

Duanın oxunuşu:

La ilahə illəllahu rəbbuna və rəbbu abainəl-əvvəlin. La ilahə illəllahu ilahən vahidən və nəhnu ləhu muslimun. La ilahə illəllah, La nə`budu illa iyyah. Muxlisinə ləhud-dinə, və ləv kərihəl-muşrikun. La ilahə illəllahu vəhdəhu, vəhdəhu, vəhdəh. Əncəzə və`dəhu və nəsərə ə`bdəh. Və əə`zzə cundəh, və həzəməl-əhzəbə vəhdəh. Fələhul-mulku və ləhul-həmd. Və huvə əla kulli şəyin qədir. Əllahummə əntə nurus-səmavati vəl-ərzi və mən fihinn. Fələkəl-həmd. Və əntə qəyyamus-səmavati vəl-ərzi və mən fihinn. Fələkəl-həmd. Və əntəl-həqqu və və`dukəl-həqq. Və qəvlukə həqqun və incazukə həqq. Vəl-cənnətə həqqun, vən-narə həqq. Əllahummə ləkə əsləmtu və bikə aməntu. Və ələykə təvəkkəltu. Və bikə xasəmtu və iləykə hakəmtu. Ya rəbbi, ya rəbbi, ya rəbb. İğfir li ma qəddəmtu və əxxərtu. Və əsrərtu və ə`ləntu. Əntə ilahi, la ilahə illa ənt. Səlli əla muhəmmədin və ali muhəmməd. Vəğfir li, vərhəmni və tub ələyy. İnnəkə əntət-təvvabur-rəhim.

Duanın tərcüməsi:

Allahdan başqa məbud yoxdur! Bizim və bizdən öncəki ata-babalarımızın Rəbbidir. Allahdan başqa məbud yoxdur! İbadətə layiq məbud və vahiddir. Biz ona təslim olmuşuq (islam gətirmişik). Allahdan başqa məbud yoxdur! Ondan başqasına ibadət etmirik. Dinimizi ona xalis (ixlaslı) etmişik. Baxmayaraq ki, müşriklərin xoşu gəlməsin. Allahdan başqa məbud yoxdur! O vahiddir, vahiddir, vahiddir. Öz vədəsinə vəfa etdi. Öz bəndəsinə yardım etdi. Öz qoşununu izzətli etdi. Təkbaşına düşmən ordusunu məğlub edir. Bütün mülklər və bütün həmd və sitayişlər ona məxsusdur. O hər şeyə qadirdir. İlahi, Sən göylərin, yerin və onlarda olanların (varlıqların) nurusan! Bütün həmd və sitayişlər sənə məxsusdur. Sən göyləri, yeri və onlarda olanları bərpa edənsən! Bütün həmd və sitayişlər sənə məxsusdur. Sən haqsan və Sənin vədən də haqdır. Sənin sözün haqdır və Sənin əməlin haqdır. Cənnət haqdır və cəhənnəm haqdır. İlahi Sənə təslim oldum və Sənə iman gətirdim. Sənə təvəkkül etdim və Sənin üçün (pislərlə) düşmənçilik etdim. Sənin üçün mühakimə etdim. Ey Rəbbim, ey Rəbbim, ey Rəbbim. Mənim keçmişdə etdiyim və gələcəkdə edəcəyim günahlarımı, gizlində və aşkarda etdiyim günahlarımı bağışla! Sən mənim Allahımsan! Səndən başqa məbud yoxdur! Məhəmməd və ali Məhəmmədə salavat göndər! Məni bağışla və mənimlə mehriban davran! Mənim tövbəmi qəbul et! Həqiqətən də Sən tövbələri qəbul edən və rəhmlisən!

Əllamə Məclisi (r.ə) buyurmuşdur:

Bu namaz məşhur namazlardandır və əhli-sünnə və şiə məzhəbi onu öz kitablarında rəvayət etmişlər. Alimlərdən bəziləri bu namazı cümə gününün namazlarından hesab etmişlər, lakin rəvayətdə bu məsələyə toxunulmayıb və zahirən bu namazı cümə günündən başqa günlərdə də qlmaq olar. (Məfatihul-cinan, s-74).

Tərcümə etdi: M. Əhmədov

Islammektebi.org

NORVEÇDƏ ƏN POPULYAR AD MUHƏMMƏDDİR
Norveçin statistika agentliyi Osloda doğulan uşaqlara verilən ən məşhur kişi və qadın adlarının siyahısını dərc edib. Artıq neçə ildir ki, kişi adlaı siyahısına Muhəmməd adı rəhbərlik edir, – İslam dlya vsex xəbər verir.

Keçən il Osloda bu adla 120 körpə adlandırılmışdı. 2007-ci ildə Norveçin paytaxtında da bu ad ən populyar idi. Paytaxtdan kənarda isə 56 oğlan uşağı Muhəmməd adlandırılıb. Oslonun statistika idarəsi bu adın belə populyarlığının səbəbini araşdırmağa başlayıblar.

“Mən bir çoxları ilə maraqlandım və onlar bunu müxtəlif cür izah etdilər. Bəziləri deyirlər ki, Muhəmməd adı dinə aid olan bir addır. Bəziləri üçün isə bu sadəcə sevimli addır”, – deyə agentliyin əməkdaşı Yurqen Ouren bildirib.

deyerler.org

14 məsumdan (ə) 140 hədis
1- Həzrət Məhəmməd (s) buyurur: “Bütün yaxşılıqlardan üstün bir yaxşılıq vardır. Lakin insan Allah yolunda öldürüldükdə, daha bundan da üstün bir yaxşılıq yoxdur.”

2- Həzrət Məhəmməd (s) buyurur: “Heç bir damla Allah yolunda tökülən qan damlasından əziz deyil.”

3- Həzrət Məhəmməd (s) buyurur: “Əməllərinizi Allah üçün xalisliklə yerinə yetirin. Həqiqətən, Allah yalnız Onun üçün xalisliklə yerinə yetirilmiş əməlləri qəbul edir.”

4- Həzrət Məhəmməd (s) buyurur: “Öz ümmətim üçün hər şeydən çox danışıqda mahir olan münafiqlərdən qorxuram.”

5- Həzrət Məhəmməd (s) buyurur: “Allah-təala sevdiyi bəndəsini çətinliyə salar ki, onun ahuzarını eşitsin.”

6- Həzrət Məhəmməd (s) buyurur: “Bir şəxsi işlətmək üçün əcir tutduqda, haqqını ona əvvəlcədən elan edin.”

7- Həzrət Məhəmməd (s) buyurur: “Elm öyrənənin (din tələbəsinin) əcəli çatdıqda, şəhid kimi ölər.”

8- Həzrət Məhəmməd (s) buyurur: “Əgər öz yaxşı işindən sevinib, pis işindən narahat olursansa, deməli möminsən.”

9- Həzrət Məhəmməd (s) buyurur: “Qəzəbləndiyin zaman, sakit ol (dayan).”

10- Həzrət Məhəmməd (s) buyurur: “Tanışlarınızdan biri öldüyü zaman onu rahat buraxın və haqqında pis danışmayın.”

11- Həzrət Əli (ə) buyurur: “Sizin qiymətiniz yalnız behiştdir, özünüzü ondan ucuzuna satmayın.”

12- Həzrət Əli (ə) buyurur: “Kim özünü hesaba çəksə, səadətə yetişər.”

13- Həzrət Əli (ə) buyurur: “Qeybətə qulaq asan elə qeybət edən kimidir.”

14- Həzrət Əli (ə) buyurur: “Zarafatda həddi gözləməyən şəxs əbləhdir.”

15- Həzrət Əli (ə) buyurur: “Öz şəhvətini öldürən (cilovlayan) şəxs ağıllı insandır.”

16- Həzrət Əli (ə) buyurur: “Məsləhət edən şəxs xatadan amanda qalar.”

17- Həzrət Əli (ə) buyurur: “Allah yolunda döyüşənlər üçün göyün qapıları açılar.”

18- Həzrət Əli (ə) buyurur: “Tövbə etmək qəlbləri paklayır, günahları yuyur.”

19- Həzrət Əli (ə) buyurur: “Mömin onunla insafsız rəftar edənlə insafla davranar.”

20- Həzrət Əli (ə) buyurur: “Bilərəkdən günah edən şəxs bağışlanmağa layiq deyildir.”

21- Həzrət Zəhra buyurb: Hər kəi ixlasla yerinə yetirdiyi ibadətlərini Allaha tərəf göndərsə, Allah da, onun xeyrinə olan şeyləri ona tərəf göndərər.

22- Həzrət Zəhra buyurb: Biz Allahın Əhli-beyti insanlarla Allah arasında vasitəyik. Biz paklıq ünvanı və Allahın seçilmişləriyik. Biz Allahın aydın dəlilləri və səmavi peyğəmbərlərin irsiyik.

23- Həzrət Zəhra buyurb: Sizin ən yaxşınız, insanlarla çox mülayim, mehriban davranan, ən dəyərliniz isə xanımına qarşı mehriban və güzəştli olandır.

24- Həzrət Zəhra buyurb: Sizin dünyanızda üç şey mənim sevimlimdir: Quran oxumaq, Allah rəsulunun (s) üzünə baxmaq, Allah yolunda infaq etmək.

25- Həzrət Zəhra buyurb: Allah-taala biz əhli-beytdən itaət etməyi İslam ümmətində ictimai nəzmin bərpasının səbəbi, bizim imamətimizi isə vəhdət amili və təfriqələrdən amanda qalmağın vasitəsi qərar vermişdir.

26- Allahın rəsulu (s) səhabələrindən soruşdu: “Qadın nədir?” Dedilər, “Qadın namusdur”. Soruşdu, qadın nə vaxt Allaha daha çox yaxın olur? Səhabələr cavab verə bilmədilər. Bu sualı eşidən Fatimə buyurdu: “Qadının Allaha ən yaxın vaxtı evində olan vaxtıdır.” Bu cavabı eşidən Peyğəmbər (s) buyurdu, “Həqiqətən Fatimə bədənimin bir parçasıdır”.

27- Həzrət Zəhra buyurb: Mən gecə istirahət etməyə hazırlaşdığım vaxt Allahın rəsulu (s) yanıma gəlib buyurdu: “Ey Fatimə, dörd şeyi yerinə yetirməzdən qabaq yatma: “Quran xətm etmək, Peyğəmbərlərin şəfaətindən bəhrələnmək, möminləri özündən razı salmaq, həcc və ömrə yerinə yetirmək”. Bunları dedikdən sonra namaz qılmağa başladı. Namazını bitirdikdən sonra dedim: “Ey Allahın rəsulu (s), mənə qüdrətimdən xaric olan dörd şeyi tövsiyə etdin. O Həzrət (s) təbəssüm edərək buyurdu: Əgər İxlas sürəsini üç dəfə oxusan, quranı xətm etmiş olarsan, əgər mənə və qabaqkı peyğəmbərlərə salavat göndərsən, qiyamət günüdə sənin şəfaətçilərin olarıq, əgər möminlər üçün istiğfar etsən, onlar səndən razı olacaqlar və əgər “subhanəllahi vəl həmdulillahi vəla ilahə illəllah” desən, həcc və ömrə yetirmiş olarsan.

28- Həzrət Zəhra buyurb: Əgər oructutan şəxs dilini, gözünü, , qulağını və digər bədən üzvlərini haramdan qorumasa, oruc deyil.

29- Həzrət Zəhra buyurb: “Allahın peyğəmbəri buyurdu, hər kəs mənim övladlarımdan biri üçün bir iş görsə və o işin müqabilində müzd almasa, onun əvəzini mən verərəm.

30- Həzrət Zəhra buyurb: Hədid, Vaqiə, Ərəhman surələrini oxuyan şəxs həm göydə və həm də yerdə Cənnət əhli kimi tanınır.

31- İmam Həsən (ə) buyurur: “Günahın cəzasını verməkdə tələsmə, üzr üçün bir yol qoy.”

32- İmam Həsən Əskəri (ə) buyurur: “Mömini zillətə salan bir şeyə onun meyl göstərməsi necə də pisdir.”

33- İmam Həsən (ə) buyurur: “Siz qısa müddət ərzində və saylı günlərdə yaşayırsınız, ölüm isə qəfildən gəlir .”

34- İmam Həsən (ə) buyurur: “Düşüncə sahibi olub-olmamaq qəzəblənən vaxt bilinər.”

35- İmam Həsən (ə) buyurur: “Zarafat insanın zəhmini azaldar və az danışan şəxs öz zəhmini artırar.”

36- İmam Həsən (ə) buyurur: “Düşünün, çünki düşüncə bəsirətli qəlb üçün həyat səbəbidir.”

37- İmam Həsən (ə) buyurur: “Oğlum, bir şəxsi yaxşı tanımamış, onunla dostluq etmə.”

38- İmam Həsən (ə) buyurur: “Kərəm odur ki, sənə ağız açılmamış əta edəsən.”

39- İmam Həsən (ə) buyurur: “Gözlərin ən üstünü xeyir işlərdə çalışan gözlərdir.”

40- İmam Həsən (ə) buyurur: “Özündən razı olmaq sizin nəsihət qəbul etməyinizə mane olur.”

41- İmam Hüseyn (ə) buyurur: “Fisq-fücur əhli ilə (günahkarlarla) yoldaşlıq etmək insana qarşı sui-zənn yaradır.”

42- İmam Hüseyn (ə) buyurur: “Bə’zi insanlar dünyanın bəndəsidirlər və dindarlıqları yalnız dildədir. Maddi həyatlarına uyğun gələnədək dinlə yoldaşlıq edirlər. İmtahana çəkildikdə isə dindarlar az olur.”

43- İmam Hüseyn (ə) buyurur: “Mən ölümü eynilə xoşbəxtlik, zalımlarla yaşamağı isə ağrılı bir əzab sanıram.”

44- İmam Hüseyn (ə) buyurur: “Xalqın ən səxavətlisi o kəsdir ki, heç bir hədiyyə ummadığı şəxslərə (bir şey) əta etsinlər.”

45- İmam Hüseyn (ə) buyurur: “Üzr istəməli olacağın işdən uzaq ol. Çünki mömin nə pis iş görər, nə də üzr istəyər.”

46- İmam Hüseyn (ə) buyurur: “Başqalarının günahından qorxan, lakin öz günahının cəzasını yaddan çıxaranlardan olma.”

47- İmam Hüseyn (ə) buyurur: “Salam verməyin yetmiş savabı var. Onun altmış doqquzu salam verənin, biri isə salamı alanındır.”

48- İmam Hüseyn (ə) buyurur: “Möminin haqqını yerinə yetirmək, Allaha edilən ibadətlərin ən üstünüdür.”

49- İmam Hüseyn (ə) buyurur: Hər kəs Allaha layiqi olduğu kimi bədnəlik etsə, Allah-taala onun layiq olmadığı və arzuladıqlarından daha çox ona əta edər.

50- İmam Hüseyn (ə) buyurur: Allahın qorxusundan ağlamaq, Cəhənnəm əzabından qurtilmağa səbəb olur.

51- İmam Səccad (ə) buyurur: “Yaradılış məqsədiniz barədə düşünün və ona əməl edin. Çünki Allah sizi əbəs yerə yaratmamışdır.”

52- İmam Səccad (ə) buyurur: “Cəhənnəm odundan qorxan şəxs günahlarından tövbə edər.”

53- İmam Səccad (ə) buyurur: “Allahın ən xoşu gələn şey budur ki, insan Onu tanıdıqdan sonra qarnını və cinsiyyət üzvlərini haramlardan qorusun.”

54- İmam Səccad (ə) buyurur: “Əgər bir şəxs səni söydükdən sonra üzr istəyərsə, onu bağışla.”

55- İmam Səccad (ə) buyurur: “Pis işi tərk etməkdən çəkinmə; bu pis əmələ məşhur olsan da belə.”

56- İmam Səccad (ə) buyurur: “Ən qiymətli adam dünyanın kimin əlində olmasına etina etməyəndir.”

57- İmam Səccad (ə) buyurur: “İstər kiçik olsun, ya böyük, istərsə də ciddi olsun, ya zarafat üzü ilə − yalan danışmaqdan çəkin. Həqiqətən, kiçik yalan danışan kəs böyük yalana da cəsarətlənər.”

58- İmam Səccad (ə) buyurur: “Camaat elm oxumağın faydalarını bilsəydilər, qanları axıdılmaqla, dəryalara baş vurmaqla olsaydı da belə, yenə təhsil ardınca gedərdilər.”

59- İşin ən yaxşı başlanğıcı doğruluq və onu (uğrula) sona yetirən isə vəfadarlıqdır.

60- İnsanların ən yaxşısı, Allahın vacib buyurduqlarına əməl edən şəxsdir.

İmam Baqir (ə) buyurur: “Üç şey insanın belini qırır:

1. Öz əməlini böyük saymaq;

2. Öz günahını yaddan çıxarmaq;

3. Öz rəyindən xoşu gəlmək.”

61- İmam Baqir (ə) buyurur: “Allah-təala – pis danışan, lənət deyən və tənə vuranları sevmir.”

62- İmam Baqir (ə) buyurur: “Bizim şiəmiz olan şəxs təqvalıdır, Allaha itaət edən və xalqın haqqında yalnız yaxşı sözlər danışanıdır.”

63- İmam Baqir (ə) buyurur: “Sənə zülm etmişlərsə də, sən zülm etmə.”

64- İmam Baqir (ə) buyurur: “Səni yalan danışmaqda ittiham edərlərsə, qəzəblənmə.”

65- İmam Baqir (ə) buyurur: “Səni tərif etsələr, sevinmə.”

66- İmam Baqir (ə) buyurur: “Hikməti, hətta ona əməl etməyəndən də olsa, öyrənin.”

67- İmam Baqir (ə) buyurur: “Əlinə fürsət düşəndə səhlənkarlıq etmə.”

68- İmam Baqir (ə) buyurur: “Başqalarının haqqında öz haqqınızda deyilməsini xoşladığınız sözləri danışın.”

69- İmam Baqir (ə) buyurur: “Allahın verdiyi ruziyə qənaət edən kəs ən ehtiyacsız adamdır.”

70- İmam Baqir (ə) buyurur: “Mömin möminin yetmiş böyük (kəbirə) günahını örtməyə borcludur.”

71- İmam Sadiq (ə) buyurur: “Hər kəs Allah yolunda öldürülsə, Allah-təala ona heç bir günahını göstərməz.” (Bütün günahları bağışlanar).

72- İmam Sadiq (ə) buyurur: “Ailə xərcinin qorxusundan evlənməyən kəs Allaha qarşı sui-zənn etmişdir.”

73- İmam Sadiq (ə) buyurur: “Hər kəs mömini yoxsulluğuna görə alçaq saysa, Allah-təala da qiyamət günü onu xalq qarşısında rüsvay edər.”

74- İmam Sadiq (ə) buyurur: “Bütün peyğəmbərlər bizim (Biz Əhli-beytin) üstünlüyümüzü və haqqımızı tanıyaraq məbus olmuşdur.”

75- İmam Sadiq (ə) buyurur: “Allah-təalaya hüsn-zənn budur ki, Ondan başqa heç kəsə ümidin olmasın və günahlarından başqa heç nədən qorxmayasan.”

76- İmam Sadiq (ə) buyurur: “Bizim vilayətimiz (hakimiyyətimiz) Allahın hakimiyyətidir. Heç bir peyğəmbər bu vilayətsiz məb’us edilməmişdir.”

77- İmam Sadiq (ə) buyurur: “Başqasının sirri üzərindən pərdəni götürənin öz evinin sirləri aşkar olar.”

78- İmam Sadiq (ə) buyurur: “Qardaşına quyu qazan özü düşər.”

79- İmam Sadiq (ə) buyurur: “Qadınlarınızın pak qalması üçün gözünüzü xalqın namusundan çəkin.”

80- İmam Sadiq (ə) buyurur: “Mömin başqaları ilə keçinir və əsla kimsə ilə didişmir.”

81- İmam Kazim (ə) buyurur: “Mömin tərəzinin iki gözü kimidir − imanı artdıqca, bəlası da artar.”

82- İmam Kazim (ə) buyurur: “Öz (din) qardaşını aldadan şəxs məlundur.”

83- İmam Kazim (ə) buyurur: “Öz (din) qardaşına nəsihət verməyən (onun yaxşılığını istəməyən) şəxs məlundur.”

84- İmam Kazim (ə) buyurur: “Öz (din) qardaşının qeybətini edən şəxs məlundur.”

85- İmam Kazim (ə) buyurur: “Allahdan qorx, haqqı söylə − sənin məhvin onda olsa da belə.”

86- İmam Kazim (ə) buyurur: “Allahın göndərdiyi bütün peyğəmbərlər səxavətli olmuşlar.”

87- İmam Kazim (ə) buyurur: “Uzun yaşayacağınızı özünüzə təlqin etməyin. Çünki bu adamı həris edər (tamahlandırar).”

88- İmam Kazim (ə) buyurur: “Nəfsinlə cihad et ki, onu faydasız həvəslərdən qoruyasan.”

89- İmam Kazim (ə) buyurur: “Allah, çox yatıb, bekar gəzən bəndəsini düşmən tutur.”

90- İmam Kazim (ə) buyurur: “Dünya malı dənizin (şor) suyu kimidir. Susuz adam bu sudan içdikcə daha da susayar, nəhayət, həlak olar.”

91- İmam Riza (ə) buyurur: “İbadət çoxlu oruc və namaz yox, yaradılış haqqında (Allahın yaratdıqlarında) düşünməkdir.”

92- İmam Riza (ə) buyurur: “Sükut hikmət qapılarından olan bir qapıdır.”

93- İmam Riza (ə) buyurur: “Qohumluq əlaqəsini bir içim su ilə də olsa, möhkəmləndir.

94- İmam Riza (ə) buyurur: “Bir-birinizin görüşünə gedin ki, dostluğunuz möhkəmlənsin.”

95- İmam Riza (ə) buyurur: “Peyğəmbər ailəsinə dostluq ümidi ilə saleh əməli və ibadətdə səy göstərmənizi tərk etməyin.”

96- İmam Riza (ə) buyurur: “Günahları və möminə əziyyət verməyi tərk etməkdən daha faydalı təqva yoxdur.”

97- İmam Riza (ə) buyurur: “Peyğəmbərlərin silahından yapışın. Soruşuldu ki, bu silah nədir? Buyurdu: Dua!”

98- İmam Riza (ə) buyurur: “Hər gün özünü hesaba çəkməyən, (yaxşı və pis əməlini tanımayan) bizdən deyildir.”

99- İmam Riza (ə) buyurur: “Övlad qarşısında ata-ananın vəzifəsi ona yaxşı ad qoymaq, ədəb öyrətmək və Quran təlim etməkdir.”

100- İmam Riza (ə) buyurur: “Var-dövlət beş xasiyyətlə toplana bilər: qatı xəsislik, uzun-uzadı arzular, böyük hərislik, qohumluq əlaqəsini kəsmək və dünyanı axirətdən üstün tutmaq.”

101- İmam Məhəmməd Təqi (ə) buyurur: “Şükrü yerinə yetirilməyən bir nemət bağışlanmayan günah kimidir.”

102- İmam Məhəmməd Təqi (ə) buyurur: “Allahın təqib etdiyi bir kəs necə qaça bilər?!”

103- İmam Məhəmməd Təqi (ə) buyurur: “Bir çox insanların nifrətini qazanmadan Allah məhəbbətini ələ gətirmək qeyri-mümkündür.”

104- İmam Məhəmməd Təqi (ə) buyurur: “Allahdan qeyrisinə ümidvar olanı Allah elə onun ümidinə buraxar.”

105- İmam Təqi (ə) buyurur: “Möminin izzəti xalqa möhtac olmamasındadır.”

106- İmam Təqi (ə) buyurur: Hər kim üç şeyə diqqət etsə peşman olamz: tələskənlikdən uzaq olmaq, məsələhətləşmək, bir iş görmək istədikdə Allaha təvəkkül etmək.

107- İmam Təqi (ə) buyurur: Üç şey insanı Allahın razılığına çatdırar: Çox istiğfar etmək, mülayimlik, çox sədəqə vermək.

108- İmam Təqi (ə) buyurur: Qəıbləri Allaha yaxınlaşdırmaq əməllə bədən üzvlərini zəhmətə salmaqdan daha yaxşıdır.

109- İmam Təqi (ə) buyurur: Şərr insanla dot və yoldaşlıq etməkdən çəkin, çünki o şılpaq qılınc kimidir, zahiri gözəl, əsəri isə çox pisdir.

110- İmam Təqi (ə) buyurur: Allaha etimad etmək hər bahalı şeyin qiyməti və hər bir ucalığa çatmaq üçün bir nərdivandır.

111- İmam Əliyyən Nəqi (ə) buyurur: “Öz dəyərini anlamayan adamın şərindən qorun.”

112- İmam Əliyyən Nəqi (ə) buyurur: “Dünya bir bazardır. Bu bazarda kimi qazanır, kimi isə zərərə düşür.”

113- İmam Əliyyən Nəqi (ə) buyurur: “Bəla səbirli şəxs üçün bir, səbirsiz şəxs üçün isə ikidir.”

114- İmam Əliyyən Nəqi (ə) buyurur: “Allah-təala, Onu qəzəbləndirəni xalqın qəzəbinə düçar edər.”

115- İmam Əliyyən Nəqi (ə) buyurur: İnsanların dünyadakı dəyəri mal, axirətdə isə əməldir.

116- İmam Əliyyən Nəqi (ə) buyurur: Təvazökarlıq odur ki, xalqla elə davarnasan ki, onların da sənunlə elə davranmasını istəyirsən.

117- İmam Əliyyən Nəqi (ə) buyurur: Ata-ananın narazılığı gücsüzlük gətirər və insanı zillətə çəkər.

118- İmam Əliyyən Nəqi (ə) buyurur: Allah yolunda möhkəm olan şəxsə dünyanın müsibətləri asan gələr, hətta tikə-tikə doğransa belə.

119- İmam Əliyyən Nəqi (ə) buyurur: Əgər bütün insanlar bir yolu seçib getsələr belə, mən yalnız bir şəxsin yolunu seçərəm ki, səmimi qəlblə Allahı pərəstiş edir.

120- İmam Əliyyən Nəqi (ə) buyurur: Şübhəsiz, haram artmaz, əgər artsa, bərəkəti olmaz, onunla sədəqə verilsə, savabı olmaz, qaldığı halda cəhənnəm əzabınım oduna çevrilir.

121- İmam Həsən Əskəri (ə) buyurur: “Dostunu xəlvətdə nəsihət edən şəxs onu zinətləndirmişdir.”

122- İmam Həsən Əskəri (ə) buyurur: “Dostunu aşkar surətdə nəsihət edən kəs onu xəcil (xəcalətli) etmişdir.”

123- İmam Həsən Əskəri (ə) buyurur: “Dostlarının ən yaxşısı o kəsdir ki, sənin günahlarını unudub, yaxşılıqlarını yadda saxlasın.”

124- İmam Həsən Əskəri (ə) buyurur: “Şöhrət və rəyasət istəməkdən çəkin. Çünki bu ikisi insanı məhvə sürükləyir.”

125- İmam Həsən Əskəri (ə) buyurur: “Müsibət görmüş adamın yanında şadlanmaq ədəbdən deyildir.”

126- İmam Həsən Əskəri (ə) buyurur: “Ehtiyatın bir həddi vardır ki, onu aşdıqda qorxaqlığa çevrilər.”

127- İmam Həsən Əskəri (ə) buyurur: Hüzünlü şəxsin yanında sevinmək ədəbsizlikdir.

128- İmam Həsən Əskəri (ə) buyurur: Bütün pisliklər bir evdə toplanıb, evin açarı isə yalandır.

129- İmam Həsən Əskəri (ə) buyurur: Təvazökarlıq bir nemətdir ki, ona həsəd aparmırlar.

130- İmam Həsən Əskəri (ə) buyurur: Ədəbli olmaq üçün bu, kifayət edər: Başqasında bəyənmədiklərini özündən uzaqlaşdır.

131- İmama Zaman (e) buyurur:

“Haqq biz Ehli-beytlədir.Kiçik bir dəstənin bizdən ayrılması qorxumuza səbəb olmaz.Çünki, biz Alahın yetirmələri , digər məxluqlar isə bizim yetirmələrimizdir”

132- İmam Zaman buyurur: ” Həqiqətən mən yer sakinlərinin amanıyam. Necə ki, ulduzlar səma əhlinin amanıdır”.

133- İmam Zaman buyurur: ” Allahın canişinləri o şəxslərdir ki, Tanrı onların vasitəsi ilə dinini yaşadır, nurunu onlarda genişləndirir. Allah onlarla qohumları arasında fərq qoymuş və bu vasitə ilə hüccət qeyri- hüccətdən, imam məmumdan seçilir. Bu fərq onları günah, nöqsan, fəsad, xətaya yol vermekden uzaq və onlara elm xəzinəsi , gizli elmlərdən xəbərdar olma töhvəsi ata edir , onları dəlil və subutla təsdiq edir. Egər belə olmasaydı bütün insanlar bir-biriləri ilə bərabər olar və hər yerindən duran imamalıq iddiası edərdi. Belə ki, haqla batil ,alimlə cahil arasında fərq olmazdı”.

134- İmam Zaman (ə) buyurur: ” Biz Əhli-beytin elmi üç qismə bölünür; keçmişə, gələcəyə və hadisə olan elm. Keçmişin elmi təfsir, gələcəyin elmi moquf, hadis elmi isə qəlblərin sirrindən xəbərdar olmaq və qulaqlarda zümzümə etmekdir. Bu bizim ən mühüm elmimizdir. Peyğəmbərdən sonara (s) nəbi gəlməyəcəkdir”.

135- İmam Zaman (ə) buyurur: “Yer üzü heç vaxt höccətsiz qalmayacaq.İsəeə o hüccət gizli, istər aşkar olsun”.

136- İmam Zaman (ə) buyurur: “Qəlbimiz Allahın istəkləri üçün bir qabdır.Biz də Allahın iradə və istəyini iradə edir və istəyirik. Necəki, Allah buyurur:Sizin istəyiniz Allahın istəyidir”.

137- İmam Zaman(ə) buyurur: “Heç bir şey Namaz qədr şeytanın burnunu yere sürtmür. Belə isə Namaz qılın və şytanın burnunu yerə sürtün”.

138- İmam Zaman (ə) buyurur: “Sühb namazını göydə ulduzlar itənə qədədr təxirə salan şəx lənətlənmişdir”.

139- İmam Zaman buyurur: ” Şükr səcdəsi ən lazım , ən vacib İlahi müstəhəblərdəndir”.

140- İmam Zaman buyurdu: ” Allahın istəyini yerinə yetirən şəxsin hacətini də Allah yerinə yetirər”.

Topladı: Niyaməddin

Muhəmməd (şeir)
Bu kainatın nuru,

Böyük fəxri, qüruru,

İnsanların şüuru,

Kamalısan, Muhəmməd!

Yolun ədalət yolu,

Ululardan da ulu,

Allahın sadiq qulu,

Rəsulusan, Muhəmməd!

Peyğəmbərlərin tacı,

Hər kəsin ehtiyacı,

Xəstələrin əlacı,

Dərmanısan, Muhəmməd!

Saniyənin bir anı

Gəzib ərşi-çahanı

Qabaqladın zamanı,

Zamansızsan, Muhəmməd!

İncilərdən incisən,

Hər şeydən birincisən,

Adəmdən də öncəsən,

İdealsan, Muhəmməd!

Əxlaqına söz olmaz,

Hansı sözün düz olmaz,

Üzün kimi üz olmaz,

Nur camalsan, Muhəmməd!

Mədinənin gülüsən,

Şux şeyda bülbülüsən,

Kim deyir ki,ölüsən?

Salamatsan, Muhəmməd!

Allah oldu köməyin,

Kama çatdı diləyin,

Min döyünən ürəyin

İlhamısan, Muhəmməd!

Dini İslamı yaydın,

Quranı aydınlatdın,

Cahilləri oyatdın,

Danılmazsan, Muhəmməd!

İmamların atası,

Sünnət onun ətası,

Heç oldumu xətası?

Qüsursuzsan, Muhəmməd!

Habil Nəbiyev

İbadət və Allahın hüzurunun dərki
«Ey Əbuzər! Allaha, elə idabət et ki, sanki Onu görürsən. Çünki sən Onu görməsən də, O, səni görür».

Hədisin bu hissəsi mütəvatir[4] olmasa da, ən azı müstəfizdir[5]. Müxtəlif vasitələrlə Peyğəmbərdən (s) və əksərən də, müxtəlif təbirlərlə Əbuzərin özündən nəql olunmuşdur. Buna bənzər başqa bir hədisdə belə buyurulur: «Xeyir, Allaha sanki Onu görürmüş kimi ibadət etməkdədir».

Bəlkə də, Allaha bəndəçilik yolunda uzun illər qədəm götürmüş və səadətə qovuşmaq üçün Peyğəmbərin (s) göstərişlərindən bəhrələnmək istəyən Əbuzərə ən yaxşı nəsihət, ona ibadətdən faydalanmağın yolunu göstərmək olardı. O, qarşısında elə bir yolun açılmasını gözləyirdi ki, ibadətin şirinliyini ona dadızdırsın və bu da, ancaq bütün qəlblə, vücudla ibadətə sarıldıqda mümkündür. Buna, qəlbin ibadətə hazır olması, başqa sözlə desək, «hüzuri-qəlb» deyilir.

İnsanın ibadət zamanı hüzuri-qəlb tapması üçün davamlı olaraq çalışıb, səy göstərməsi və Allah hüzurunda olmasını dərk etməsi lazımdır. İnsan daim özünü Allah hüzurunda bilməli və Onunla əlaqədə görməlidir. Çünki bir kəs Allahla ünsiyyət tapsa, heç vaxt Onunla danışmaqdan, sözünü eşitməkdən yorulmaz. Çünki aşiq öz məşuqu ilə nə qədər çox ünsiyyətdə olarsa, ona daha çox bağlanar.

Bizim ibadət zamanı tez yorulmağımız və namazı tələsik qılıb öz işimizin dalınca getməyimiz namazı düzgün dərk etməməyimizdən irəli gəlir. Əgər namaz bir az uzun çəkərsə, nəinki namazdan ləzzət almır, əksinə özümüzü dar bir qəfəsdə hiss edirik. Bütün bunlar kimin hüzurunda dayanmağımızı və kiminlə söhbət etdiyimizi dərk etməməyimizdən irəli gəlir. Mümkündür, adi elmi yolla bəndəlik və Allah dərgahında dayanmağın nə dərəcədə əhəmiyyətli olduğunu bilib, Allahın əzəmətinə diqqətimizi yönəldək. Lakin bu cür zehni məfhumlar bizim qəlbimizə təsir etmir və Allahla həqiqi rabitə qurmağımıza səbəb olmur.

Allahla həqiqi və düzgün rabitə yaratmağa səbəb olan amil, ibadət zamanı hüzuri-qəlb tapmaqdır. Bizim yerinə yetirdiyimiz ibadətlər ancaq şəri təklifin boynumuzdan götürülməsi üçün olub, lazımı bəhrə vermir. Çünki ibadətlərimizin ruhu yoxdur və qəlbimiz ibadət zamanı qaib olur (hüzuri-qəlb tapmır). Dünya işləri ilə məşğuliyyət, bizləri Allahla ünsiyyət yaratmaqdan və qəlbi hazır görməkdən saxlayır. Bu, bizim üzləşdiyimiz əsas problemlərdəndir. Həmişə belə bir sual meydana çıxır: Namazda hüzuri-qəlb tapmaq üçün nə etmək lazımdır? Bunun üçün zəhmət və ruhi məşğələlər tələb olunur.

İlk öncə insan xəlvət bir guşəyə çəkilib, Allahın hər zaman ona nəzər salması və onu görməsi barədə düşünməlidir. Bəzi əxlaq ustadları, bu işdə təxəyyül qüvvəsindən istifadə etməyi tövsiyə edirlər. Məsələn, təsəvvür edin ki, əgər bir otaqda və ya xəlvət, sakit bir yerdə oturmusunuz və bir nəfər də gizli bir yerdən sizin rəftarınıza diqqət edir, amma siz onu görmürsünüz. Sizi daim müşahidə edən şəxsin nəzarəti altında etdiyiniz rəftarla, adi halda olan rəftarınız bir olacaqdırmı? Xüsusən də, sizə nəzarət edən şəxsin adi bir insandan fərqli olaraq həddən artıq əhəmiyyət verdiyiniz, həyat müqəddəratınıza dəxalət edən, yanında əziz olmağa çalışdığınız və onun da sizi sevməsini arzu etdiyiniz biri olduğu halda, ona qarşı laqeyid ola bilərsinizmi? Ona etinasızlıq edib, başqa işlə məşğul ola bilərsinizmi?

Əgər insan davamlı olaraq Allah hüzurunda olduğunu, Allahın daim ona nəzər saldığını və onun Allahı görmədiyi təqdirdə belə, hər zaman Allahın onu gördüyünü özünə aşılaya bilsə, getdikcə ibadətində ruh əmələ gələcək və hüzuri-qəlb tapacaqdır. Belə olan halda ibadət ancaq təklifin götürülməsi üçün olmayıb, insanın mənəvi və ali tərəqqisinə, Allaha yaxınlaşmasına səbəb olacaqdır. Həzrət Əlinin (ə) bu kəlamı yuxarıdakı mətləbi bir daha sübut edir:

«Heç kəsin olmadığı xəlvət yerlərdə günah etməkdən çəkinin. Çünki sizin əməllərinizi müşahidə edən kəs, eyni zamanda əməllərinizin hökmünü verəcək hakimdir. (Çünki bu gün sizin əməllərinizin şahidi olan kəs, sabah (qiyamət günü) həmin əməllərin hökmünü verəcək hakimdir)»[6].

Deməli, indiyə qədər namazlarında hüzuri-qəlb tapa bilməyən şəxs, gün ərzində müəyyən bir vaxtı belə işlərə ayırmalı, xəlvət bir məkanda oturub Allahın onu hər zaman müşahidə etməsi barədə düşünməlidir. Əlbəttə, bizim hər zaman Allah məhzərində olmağımıza və Allahın bizi görməsinə şəkkimiz yoxdur. Necə ki, Qurani-kərimdə bir neçə yerdə bu məsələyə toxunulmuşdur. O cümlədən buyurulur:

«O (Allah), insanların xəyanətkar baxışları və ürəklərindən keçənlərə agahdır»[7].

Tələbələrdən biri danışırdı ki, ölüm ayağında can verən ustadımın başı üstünə getdim. Son nəfəsində ondan son dəfə olaraq mənə nəsihət etməsini xahiş etdim. Ustad çox çətinliklə dodaqlarını tərpədib buyurdu: «Məgər o bilmir ki, Allah onu görür?!»[8].

Həzrət Əli (ə) buyurur:

«Ey camaat! O Allahdan qorxun ki, siz danışanda eşidir, gizlətdiyinizi də bilir»[9].

Bu hədisin əvvəlində Həzrət (s) ibadəti, «insan səadətinin açarı» adlandırmış, daha sonra isə Allaha ibadətin mərhələləri barədə izahlar vermişdir. Əlavə olaraq, birinci mərhələdə ibadətin keyfiyyətinə tə`kid olunur və bildirilir ki, ibadətin də öz ruhu vardır və onun ruhu, ibadətdə hüzuri-qəlbin olmasıdır. Ümumiyyətlə, hədisdə ibadətin yerinə yetirilmə qaydasına deyil, yalnız keyfiyyət və mənəvi məsələlərinə işarə edilmişdir.

ALLAHA İBADƏT VƏ BƏNDƏLİK, MÖMİNLƏRİN YÜKSƏLİŞ VƏ TƏRƏQQİ VASİTƏSİDİR

Qeyd edək ki, insanlığın həqiqəti, özünü Allaha ibadət və bəndəlikdə büruzə verir. İnsan, ibadəti olmadan digər canlılardan heç bir üstünlüyə malik deyil. Belə olan halda, ancaq təkvini dərəcələrdən faydalanacaq və heç bir şeyin haqqını lazımınca ödəməyəcəkdir. Allaha ibadətdən üz döndərən şəxs, həqiqətdə, insanlığın kamal yollarını öz üzünə bağlamış olur. Çünki insanlığın zirvəsinə qalxmaq, yalnız bu yolla müyəssər olur.

Böyük insanların həyat tərzinə nəzər salsaq görərik ki, Allaha bəndəlik onların yaşayış qanunlarının ayrılmaz hissəsidir. «Kəlimullah», «xəlilullah» və «həbibullah» dərəcəsinə yüksələnlərin hamısı, məhz bu yolu başa vurmaq və bu yolun çətin, əzab-əziyyətli imtahanlarına sinə gərməklə yüksək məqamlara yüksəlmişlər. Hətta elə bir insan tapmaq olmaz ki, Allaha bəndəçilik etmədən, ixtiyari kamal dərəcələrindən birinə yüksəlmiş olsun. Yuxarıda deyilənlərdən başqa, «riza məqamı» və «yəqin» kimi dərəcələrə yüksəlişin sirrini Allaha bəndəçilikdə axtarmaq lazımdır. Allah-təala Quranda buyurur:

«Pərvərdigarına ibadət et ki, yəqin dərəcəsinə çatasan»[10].

Və riza məqamı haqqında buyurur:

«Günəşin çıxmasından və batmasından əvvəl, qaranlıq gecənin müəyyən saatında və günorta yarısında Allahı zikr et ki, riza məqamına çatasan»[11].

Xalqı Allaha doğru yönəltmək, onları ibadətə səsləmək və haqdan qeyrisinə pərəstiş etməkdən çəkindirmək bütün peyğəmbərlərin vəzifəsi olmuşdur:

«Hər ümmətə bir peyğəmbər göndərdik ki, onlara tək olan Allaha ibadət etməyi və qeyri-haqqa pərəstişdən çəkinməyi çatdırsınlar»[12].

Quranın təkidlə vurğuladığı məsələlərdən biri də, bütün varlıqların istər-istəməz Allaha ibadət, bəndəçiliklə məşğul olmasıdır:

«Yerdə və göydə olan hər şey Allahı təsbih etməklə məşğuldurlar»[13]. Lakin bu cür bəndəçilik təkvini olub, insanın kamala çatmasında rol oynamır. İnsanın kamala çatması, onun öz ixtiyarı ilə Allaha bəndəçilik etməsindədir. Əgər belə olmasaydı, təkvini bəndəçilik yolu ilə, hətta dağlar, daşlar belə son kamal nöqtəsinə yüksələrdilər.

Allaha ibadətin əhəmiyyət və dəyərini bildirmək üçün Allah-təala Quranda insan və cinləri yaratmaqda son hədəfinin ibadət olduğunu bəyan etmişdir:

«Mən cinləri və insanları ancaq Mənə ibadət etsinlər deyə yaratdım»[14].

Bunlardan əlavə, pərəstiş hissi insanın fitri xüsusiyyətlərindəndir. Yəni ibadətə ehtiyac hissi insanın fitri istəyidir və biz millətlərin, dinlərin tarixinə nəzər yetirsək görəcəyik ki, tarix boyu elə bir millət, cəmiyyət tapmaq olmaz ki, onların arasında müəyyən bir ibadət və pərəstiş növü olmasın.

ALLAHA BƏNDƏÇİLİYİN MƏRHƏLƏLƏRİ

a) ALLAHI TANIMAQ

Hədisin davamında, Həzrət (s) ibadətin mərhələlərini bəyan edərək buyurur:

«Ey Əbuzər, bil ki, Allaha ibadətin birinci mərhələsi Onu tanımaqdır. O, hər şeydən əvvəldir. Ondan əvvəl heç bir şey yoxdur, yeganə və təkdir, bənzərsizdir, əbədidir, sonu yoxdur. Yeri və göyləri, onlarda və onların arasında olan hər şeyi O yaradıb. Allah mehriban olub, hər şeyi biləndir və hər bir işə qadirdir»[15].

Hədisin bu hissəsində ibadət və Allahı tanımağın ilkin mərhələsi haqqında söhbət edilir. Allaha mərifətin müxtəlif mərhələləri vardır, lakin Allaha bəndəçilikdə zəruri hesab olunan ilkin şey, Allahı icmali olaraq tanımaqdır. İnsan bilməlidir ki, Allah vardır və O, dünyanın və insanın yaradıcısıdır. Əgər insan bu tanışlığı əldə edə bilməsə, Allaha ibadət mərhələsinə yüksələ bilməz. Başqa sözlə desək, Allaha tərəf gedən yolda Allahı tanımaq ibadətdən öndə durur. Əlbəttə, son təkamül nöqtəsinə yetişmək istəyən insan, özünün bu seyrində mərifətin ən yüksək dərəcələrinə nail olur. Allahı tanımağın bu həddi Allah övliyalarına məxsus olub, böyük imtahanlar tələb edir. Bizim həmin həqiqətə yol tapmaq imkanımız yoxdur. İcmali olaraq bilirik ki, son mərifət nöqtəsi olduqca dəyərli və ali bir məqamdır və Allah övliyaları, mərifətə aparan yolun sonunda həmin dayanacağa çatırlar. Bu, Allaha ibadətin son mərhələsidir.

İbadətin ilkin mərhələsinə qədəm qoyumuş insan üçün Allahın varlığı sabit olduqdan sonra Onun sifətləri və yaratdıqları barədə təfəkkür edilməlidir ki, həmin tanışlıq onun ürəyində möhkəm yer tutub, ancaq zehni tanışlıq həddində qalmasın. Daha doğrusu, həmin zehni tanışlıq canlı və fəal tanışlığa çevrilib, insanın rəftarına təsir göstərməlidir. Təfəkkürlə yanaşı olan tanışlığın bu mərhələsi «orta mərifət» adlandırılır. Orta mərifət öz növbəsində müxtəlif dərəcələrə və geniş üfüqlərə malikdir. İnsan ilahi ayələr üzərində təhlil aparıb təfəkkür etməklə və həmçinin, əməli ibadət yolu ilə bu mərtəbələrə yüksələ bilər.

Deyilənlərdən belə aydın oldu ki, Allahın sifətləri və yaratdıqları üzərində dərindən düşünmək və həmçinin, Onu daha dəqiq tanımağa səy göstərmək, insanın ixtiyari ibadət və işlərindən sayılır. Bu gedişlə insanın əldə etdiyi tanışlıq, ibadətin müqəddimə və başlanğıcı hesab olunur. (İnsanın ilahi ayələr üzərində təfəkkür edib düşünməsi Allahı tanımağın «yaxın müqəddimə»si, bu barədə kitabları mütaliə edib dərs almaq isə «uzaq müqəddimə» adlanır).

b) PEYĞƏMBƏRƏ (S) İMAN GƏTİRİB, ONUN NÜBÜVVƏTİNİ ETİRAF ETMƏK

«(İkinci mərhələdə) mənə iman gətirib, Allahın məni Öz izni ilə bütün insanlara behişt müjdəsi vəd edib, cəhənnəm əzabı ilə qorxudub, onları haqqa dəvət edən bir peyğəmbər olaraq göndərdiyini və insanlar üçün hidayət çırağı qərar verdiyini etiraf etməlisən».

Qurani-kərimdə və rəvayətlərdə Peyğəmbər (s) haqqında zikr edilən sifətlərin hər birinin təfsirə və izaha ehtiyacı vardır. Əgər Peyğəmbərin (s) həqiqətən Allahın elçisi olduğu barədə imanımız güclü və kamil olarsa, içimizdə baş qaldıran bir çox şübhələr aradan gedər. İmanı süst olan müsəlmanların əksəriyyətinin Peyğəmbər (s) barəsində şəkk-şübhəyə düşmələrinin əsas səbəbi, ona olan iman və mərifətin zəifliyindən və yetərli olmamasından irəli gəlir. Bu şübhələr getdikcə dərinləşir və onların düz yoldan azması və küfrə sürüklənməsi üçün zəmin yaradır. Çünki onların Peyğəmbərin (s) sözünün doğruluğunu qəbul edəcək qədər imanları yoxdur. Bunlardan bəzilərinin əqidələrinə görə, Peyğəmbərin (s) gətirdiyi şəriət bizim zamanın tələblərinə cavab vermir. Bu hökm və qanunlar o zamanlar Ərəbistan yarmadasında yaşayan vəhşi ərəblər üçün gəlmişdir və müasir dövrdə həmin qanunlara ehtiyac duyulmur!.

Bu sözlər Allah Rəsuluna (s) yanlış etiqadın nəticəsidir. Əgər Peyğəmbərin (s) buyurduğu «ərsələni ila kaffətin-nas» (məni bütün insanlar üçün göndərdi) kəlamını yəqinliklə qəbul etsəydilər, heç vaxt onun peyğəmbərliyini məxsus bir zaman və millət üçün məhdudlaşdırmazdılar. Həqiqətdə demək olar ki, dində yaranan əksər şübhələr, Allahın Rəsuluna (s) və onun gətirdiyi şəriətə imanın zəifliyindən irəli gəlir.

v) PEYĞƏMBƏRİN (S) ƏHLİ-BEYTİNƏ MƏHƏBBƏT

«(Üçüncü mərhələdə) sənə, Əhli-beytimə məhəbbətli olmağı nəsihət edirəm. Allah-təala onları hər cür nöqsan və pisliklərdən uzaq edib, pak qərar vermişdir».

Əhli-beytin əzəmətini dərk etmək və onların uca məqamlarına çatmaq, həqiqətdə, çətin bir məsələdir. Təsadüfi deyil ki, onlara olan məhəbbətin əhəmiyyətini göstərmək üçün mərhum imam Xomeyni (r.ə.) öz siyasi və ictimai vəsiyyətnaməsini bu hədislə başlayır: «Özümdən sonra sizə iki böyük əmanət qoyub gedirəm: biri Allahın kitabı (Quran), digəri Əhli-beytim…».

Bəlkə də, inqilab rəhbərinin bu sözləri dünya millətlərinə qəribə görünə bilər. Lakin rəhbər Əhli-beytə tabe olmağı ilə fəxr edirdi.

Biz Əhli-beytə olan bu bağlılıq və məhəbbətin sirrini bilmirik. Bəlkə də, belə təsəvvür edirik ki, onlar Peyğəmbər (s) övliyaları olduğu üçün onları sevməliyik! Əgər belə olsaydı, onların dərəcə və məqamları Quranla yanaşı tutulmazdı. Əhli-beytə məhəbbətin bu dərəcədə təkid olunması, onların Peyğəmbərlə (s) qohum olmaları səbəbindən deyil. Belə olsaydı, Peyğəmbərin (s) bir neçə həyat yoldaşı var idi ki, onlar barəsində də Əhli-beyt üçün buyurulan tə`kidlər olunardı. Lakin məlumdur ki, onlar haqqında heç bir xüsusi göstəriş verilməmişdir. Əhli-beyt barəsində olan təkidlər, Allahın onları hər cür eyib və çirkinliklərdən pak qərar verməsi səbəbindəndir.

ƏHLİ-BEYTİN NUHUN (Ə) GƏMİSİ VƏ BƏNİ-İSRAİLİN HİTTƏ QAPISINA BƏNZƏDİLMƏSİ

«Ey Əbuzər, əziz olan Allah mənim Əhli-beytimi ümmətim üçün Nuhun (ə) gəmisinə bənzətmişdir. Bu gəmiyə minən nicat tapar. Hər kəs ondan üz döndərsə, batıb qərq olar. Həmçinin, Əhli-beyt Bəni-İsrail arasında olan Hittə qapısı kimidir. Bu qapıdan daxil olan Allahın əzabından amanda qalar».

Peyğəmbərin (s), Əhli-beytə məhəbbət bəsləməyə təkid etməsi və onları «nicat gəmisi» və «Hittə qapısı»na bənzətməsi, aralarındakı qohumluq əlaqələrinə görə deyil. Kimsə elə düşünməsin ki, Peyğəmbər (s) öz övladlarını sevdiyi və onların halına yandığı üçün davamlı olaraq camaatdan onlara hörmət göstərmələrini tə`kid edirdi.

Peyğəmbərin (s) Əhli-beyt barəsində xalqa etdiyi tövsiyələr qohumluq əlaqələrindən, doğmalıqdan irəli gələn məhəbbətdən daha üstün olub, Əhli-beytin xalqı uçurumdan, fəlakət dəryasında batmaqdan qurtara biləcək yeganə nicat yolu olduğu üçün idi. Peyğəmbər (s) bilirdi və inanırdı ki, Əhli-beyt ümmət üçün nicat gəmisidir. Çünki Nuhun (ə) ümməti onun nicat gəmisinə minməklə ilahi əzabdan yaxa qurtardılar. Boyun qaçıranlar, o cümlədən də Nuhun (ə) öz oğlu batıb, həlak oldular.

İslamın ilk illərində müsəlmanlar arasında ayrılıq və ixtilaf yox idi. Məhz belə bir zamanda Peyğəmbər (s) Əbuzərə, Əhli-beytinin Nuhun (ə) gəmisi kimi olduğunu nəsihət edir. Onlarla əlaqəni üzüb yollarını azan hər kəs, Nuhun (ə) qövmü kimi həlak olacaqdır. Həqiqətdə, bu nəsihət Peyğəmbərin (s) müsəlmanlara etdiyi xəbərdarlıq idi. Sanki Peyğəmbər (s) öz ölümündən sonra bir dəstə adamın təəssübkeşlik üzündən müsəlmanlar arasında nifaq salacağını görür, indidən onun həllinə çalışırdı. Belə bir şəraitdə ümmətin yeganə nicat yolunu Əli (ə) başda olmaqla, Əhli-beytə sarılmaqda görürdü. Fəqət bu yolun yolçuları zəlalət girdabına yuvarlanıb məhv olmaqdan nicat tapa bilərdilər. Əhli-beytin yolundan çıxanlar isə həqiqət yolunu itirib, dünyanın qarışıq cığırlarında sərgərdan dolaşanlardır.

Daha sonra Peyğəmbər (s) Əhli-beyti Bəni-İsrailin Hittə qapısına bənzədir. Bu iki bənzətmə əksər rəvayətlərdə həm sünni, həm də şiə alimləri tərəfindən Peyğəmbərin (s) dilindən rəvayət edilmişdir. Hətta, rəvayətlər mötəbərliyi etibarı ilə təvatör[16] həddinə çatmışlar.

Bəni-İsrail bir vaxtlar törətdiyi saysız-hesabsız günah və zülmlər üzündən Allahın qəzəbinə düçar olmuş, Allah tərəfindən qırx il «Tih» səhrasında avara-sərgərdan dolaşmağa məhkum edilmişdilər. Qırx ildən sonra axıtdıqları göz yaşları və tövbələrini Allah-təala qəbul etmiş, yenidən onlara lütf və mehribanlıq göstərərək, tövbə qapısını onların üzünə açmışdı. Bu barədə Quran buyurur:

«…Və onlara dedik ki, dizi üstə, səcdə halında kəndin qapısından daxil olun və «İlahi, bizim günahlarımızdan keç» deyin ki, biz də sizin günahınızı bağışlayaq və yaxşı əməl sahiblərinin savabını bir az da artıraq»[17].

Hittə qapısından keçənlər, nəinki izzət və şərəfə nail olurdular, hətta bütün günahları da bağışlanırdı. Peyğəmbər (s) bu iki təşbihi yad etməklə müsəlmanlara anlatmaq istəyirdi ki, Bəni-İsrailin möminləri Hittə qapısından daxil olub hər iki dünya səadətinə çatdıqları kimi, onlar da Əhli-beytin elm və mə`rifət qapısından daxil olmaqla, dünya və axirət xoşbəxtliyinə nail ola bilərlər.

«Hittə» kəlməsi lüğətdə tökülmək, çırpılmaq, bir şeyi yox etmək və bir növ təmizlənmək mənasındadır. Bəni-İsrail bu kəlməni deməklə Allahdan bağışlanmaq diləyib, etdikləri günahların silinməsini istəyirdi. Allah-təala bu qapını onlar üçün tövbə vasitəsi seçmişdir. Lakin Allahı danan bir sıra imansızlar, Onun sözünü məsxərəyə qoyub, bəzi rəvayətlərdə deyildiyinə görə, «Hittə» kəlməsinin yerinə «Həntə» (buğda mənasındadır) sözünü işlədirlər. Allah onları törətdikləri pozğun işlər və tövbə qapısından üz döndərdiklərinə görə, əzaba düçar etdi:

«Zülmkarlar Allahın sözünü dəyişdirdilər (onlara deyilən sözü başqa sözlə əvəz etdilər). Biz də pis əməlləri və fərmandan boyun qaçırdıqları üçün onlara göydən şiddətli əzab nazil etdik»[18].

Peyğəmbər (s) öz Əhli-beytini insanlara Hittə qapısı kimi dünya və axirət səadətini bəxş edə biləcək bir vasitə kimi tanıtdırır. Lakin camaat onun sözünə etina etməyib, Əhli-beyt yerinə başqalarını seçdilər. Onlar Əli (ə) ilə başqaları arasında olan fərqi görmürdülər. Onların düşüncəsində Əli (ə) Peyğəmbərin (s) kürəkəni olduğu kimi, Osman da Peyğəmbərin (s) kürəkəni və Peyğəmbər (s) özü də birinci xəlifənin ‒ Əbu Bəkrin kürəkəni idi!

Nəsihətin bura qədərki hissəsində, əsasən, ibadətin mühüm mərhələləri barəsində olan məsələlərə toxunulur. Qeyd edək ki, ibadətin insanın qəlbi və batini ilə əlaqədar olan mərhələsi ən mühüm və əsas mərhələ hesab olunur. Yəni hər kəs Allaha və Onun Peyğəmbərinə iman gətirmədən, bu barədə zəruri məlumata malik olmadan və Əhli-beytə məhəbbət bəsləmədən ibadətdən lazımınca bəhrələnə bilməz. İbadət yalnız zahiri əməllərin məcmusu kimi başa düşülməməlidir. Həqiqətdə, ibadətin kökü, insanın qəlbinin dərinliklərindən su içir və bütün bəndəçilik yolları öz cığırlarını ürəkdən açır.

“Gəncliyin yeddi səması” kitabından

Həzrət Həmzənin İslamı qəbul etməsi
Günlərin bir günündə Əbu Cəhl Səfа dаğının yаxınlığındа Peyğəmbər (s)-lа üzləşərək onа nаlаyiq sözlər deyir, lаkin Peyğəmbər (s) onа çаvаb qаytаrmır. Аbdullаh ibni Cudаnın kənizi bu hаdisənin şаhidi olur. Çox keçmədən Həmzə ovdаn Məkkəyə qаyıdır. Həmzə аdəti üzrə ovdаn qаyıdаndа Kəbə evini təvаf edər, sonrа isə qüreyşlilərin yığıncаqlаrınа gedib onlаrlа söhbət edərdi. Qüreyşlilər Həmzəni səxаvətli olduğunа görə çox sevərdilər. Bu dəfə də аdəti üzrə tаnışlаrı ilə söhbət etməklə məşğul olаn zаmаn bir kəniz onun yаnınа gedərək dedi: “Kаş burаdа olаydın, görəydin ki, Əbu Cəhl qаrdаşın oğlunа nələr dedi.” Həmzə Əbu Cəhlin аrdıncа gedib onu məsciddə cаmааtın аrаsındа gördü. Kаmаnını onun bаşınа elə vurdu ki, bаşı аğır yаrаlаndı. Sonrаdаn dedi: “Sən Həzrət Məhəmmədi (s) söyürsən, bilmirsən ki, mən onun dinini qəbul etmişəm. O deyən şeyi mən də təsdiq edirəm.” Bəni Məxzum Əbu Cəhli müdаfiə etmək üçün аyаğа qаlxmаq istədikdə o, dedi: “Həmzəyə əl vurmаyın! Çünki mən onun qаrdаşı oğlunа yаrаmаz sözlər demişəm.” Bu hаdisədən sonrа Həmzə də müsəlmаnlаrın sırаsınа dаxil oldu. Qüreyşlilər bundаn belə Həzrət Məhəmmədi (s) zərərdən qoruyа biləcək Həmzə kimi müdаfiəçisi olduğunu gördükdən sonrа onа çox mаne olmаdılаr.

Həzrət Fatiməyi Məsumə (ə)
O həzrətin adı Fatimə, məşhur ləqəbi isə «Mə’sumə»-dir. Atası, şiələrin yeddinci imamı Musa ibn Cə’fər (imam Kazim) əleyhis-salam, anası isə səkkizinci imam həzrət Rza (əleyhis-salam)-ın anası sayılan Nəcmə Xatun (ələyha-salam)-dır.

Beləliklə də həzrət Mə’sumə (ələyha-salam) və imam Rza (ələyhis-salam) bir ata-anadan dünyaya gələn bacı və qardaşdılar.

O həzrət hicri-qəməri tarixi ilə 173-cü il, Ziqə’də ayının 1-də müqəddəs Mədinə şəhərində dünyaya göz açmışdır.

Uşaqlıq dövranında ikən Bağdad şəhərində Harunun zindanında həbs olunmuş atasının şəhid edilməsi hadisəsi ilə üzləşmiş və ondan sonra qardaşı həzrət imam Rza (ələyhis-salam) onu öz himayəsi altına alaraq saxlamışdır.

Hicri-qəməri tarixi ilə 200-cü ildə Mə’mun Abbasinin tə’kid və hədə-qorxularından sonra imam Rza (əleyhis-salam) sürgünə bənzəyən Mərv səfərinə düzəlmiş və yanında Əhli-beytindən heç bir kəs olmayan halda Xorasana getmişdir.

Qardaşının hicrətindən bir il keçdikdən sonra, imam Rza (ələyhis-salam)-ı görmək şövqündə olan həzrət Mə’sumə (ələyha salam) bir dəstə qardaşı və qohumu ilə Xorasana tərəf yola düşdü.

Keçdikləri bütün şəhər və məhəllələrdə xalq onları təntənə ilə qarşılayır, onlara məhəbbət və qonaqpərvərlik göstərirdi.

Həzrət Mə’sumə (ələyha salam) da böyük bibisi həzrət Zeynəb (ələyha salam) kimi qardaşı imam Rza (əleyhis-salam)-ın məzlumiyyəti və qürbətini mö’min və müsəlman xalqlara çatrırır, həmçinin onlara özü və Əhli-beytin Bəni-Abbasın hiyləgər hökumətinə qarşı olan müxalifətini bəyan edirdi.

Karvan «Savə» şəhərinə çatdıqda, hökumət mə’murlarının himayə etdiyi bir dəstə Əhli-beyt müxalifləri onların qabağını kəsərək onlarla vuruşmağa başladılar.

Nəticədə təxminən karvanın bütün kişiləri şəhid olub, bir rəvayətə əsasən həzrət Mə’sumə (ələyha salam) isə zəhərləndi.

Hər halda o həzrət ya çoxlu qəm-qüssə və yaxud zəhər nəticəsində xəstələndi və Xorasana getməkdən aciz qalıb, Qum şəhərinə tərəf yola düşdü.

O həzrət soruşdu: Bu «Savə» şəhərindən «Qum» şəhərinədək nə qədər yol vardır?

Yolun miqdarını o həzrətə dedikdə, buyurdu: «Məni Qum şəhərinə aparın. Çünki atamdan eşitmişdim ki, (belə) buyururdu: «Qum şəhəri bizim şiələrimimzin mərkəzidir».

Qum şəhərinin ağsaqqalları bu sevindirici xəbəri eşitdikdə, o həzrəti (ə) qarşılamağa getdilər.

«Əş’əri» qəbiləsinin ağsaqqalı «Musa ibn Xəzrəc» o həzrətin dəvəsinin cilovunu tutmuş, xalqın çoxu isə piyada və minik halında həzrətin əyləşdiyi kəcavəni əhatəyə almışdılar. Həzrət Mə’sumə (ələyha salam) hicri-qəməri tarixi ilə 201-ci ilin təqribən Rəbiul-əvvəl ayının 23-də müqəddəs Qum şəhərinə daxil oldu.

Daha sonra «Mir meydanı» adlanan bir yerdə (Musa ibn Xəzrəcin şəxsi mənzili qarşısında) kəcavədən enib, onun qonağı oldu.

O həzrət on yeddi gün müddətində bu şəhərdə yaşamış və bu müddətdə ibadətlə məşğul olmuşdur. O həzrətin ibadət etdiyi yer, bu günədək «Sittiyyə mədrəsəsində» – «Beytun-nur» adı ilə məşhurdur. O yer ziyarətgah sayılır.

Beləliklə də Rəbius-sani ayının onu və başqa rəvayətə əsasən on ikisi (201 h. q.), həzrət öz qardaşı imam Rza (əleyhis-salam)-ı görmədən, qürbət yerdə böyük qəm-qüssə ilə dünyasını dəyişib, şiələri matəmə qərq etdi.

Qum əhalisi o həzrətin pak bədənini böyük təntənə ilə bu günkü hərəm yerində olan o zamankı «Babilan bağına» apardılar.

Qəbr hazır olduqda, o həzrətin kimin əli ilə dəfn edilməsində çətinliklə üzləşdilər.

Elə bu vaxt qiblə tərəfdən üzlərinə niqab çəkmiş iki atlı sür’ətlə onlara yaxınlaşdı. Namaz qıldıqdan sonra onlardan biri qəbrin içərisinə daxil oldu, digəri isə həzrətin pak cəsədini qaldıraraq ona verdi.

O iki nəfər işlərini qurtardıqdan sonra heç bir kəslə danışmadan öz atlarına minib oradan uzaqlaşdılar.

O iki nəfərin Allah-taalanın iki höccəti sayılan həzrət imam Rza (əleyhis-salam) və imam Cavad (əleyhis-salam) olması nəzərə çarpır. Çünki şəriət qaydalarına əsasən günahsız qadın bədəni günahsız şəxsin əli ilə dəfn olunmalıdır. Belə ki, həzrət Fatimə (ələyha salam)-ı Əmirəl mö’minin Əli (əleyhis-salam) və həzrət Məryəm (ələyha salam)-ı İsa (ələyhis-salam) şəxsən dəfn etmişdir.

Həzrət Mə’sumə (əleyhis-salam)-ın dəfnindən sonra Musa ibn Xəzrəc onun müqəddəs qəbrinin üzərində qamışdan toxunmuş həsirdən bir örtük düzəltdi.

Hicri-qəməri tarixi ilə 256-cı ildə isə imam Cavad (əleyhis-salam)-ın qızı Zeynəb (ə), o həzrətin qəbri üzərində ilk dəfə olaraq günbəz tikdirdi.

Beləliklə də həzrət Mə’sumə (ələyha salam)-ın müqəddəs qəbri Əhli-beyt (əleyhimus-salam)-ın ardıcılları, həmçinin vilayət və imamət aşiqlərinin ziyarətgahı və şəfa yerinə çevrildi.